Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5280/2022 17.10.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlu, İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi barədə kiçik iddialar üzrə sadələşdirilmiş icraatla bağlı kommersiya mübahisələrinə dair işə məhkəmənin inzibati binasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 1559 manat məbləğində əsas borc və 60 manat məbləğində mediasiya xərci tutularaq, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh MMC arasında 24 dekabr 2021-ci il tarixli BF/SH-26/1221 nömrəli birgə fəaliyyət haqqında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən kiosk fəaliyyətini birgə təşkil etmək məqsədilə, Şahdağ Cavabdeh-a müqavilədə nəzərdə tutulmuş sahəni ayırmağı və onun işçi heyətinin qidalanmasını güzəştli qiymətlərlə təşkil etməyi, Lam Pam isə ayrılmış sahədə öz vəsaiti hesabına kiosk fəaliyyətini təşkil etməyi, müqavilədə nəzərdə tutulmuş məbləğdə, qaydada və müddətdə aylıq haqq və əlavə olaraq öz işçi heyətinin qidalanmasının təşkili üçün xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləni icra etmək məqsədilə, X5-a müqavilədə nəzərdə tutulmuş sahəni ayırdı və sonuncunun işçi heyətinin qidalanmasını təşkiletdi. Müqaviləyə əsasən üzərimizə götürdüyümüz öhdəliklər tərəfimizdən tam yerinə yetirilərək xidmətlər vaxtında və keyfiyyətlə icra edilsə də, Lam Pam ödənişlərin həyata keçirilməsini əsassız olaraq gecikdirmişdir. Nəticədə, 1559 manat məbləğində borc yaranmışdır. Qeyd edilən məbləğ barədə xx.xx.2022-ci il tarixdə borcların qarşılıqlı üzləşdirilməsi barədə akt tərtib edilmiş və Lam Pam tərəfindən təsdiq edilmişdir. Bu barədə qarşı tərəfə dəfələrlə şifahi və yazılı formada məlumat verilmiş, müqavilə üzrə olan ödənişlərin edilməsi xahiş edilmişdir. Lakin edilən müraciətlərin heç bir nəticəsi olmamışdır. xx.xx.2022-ci il tarixində ilkin mediasiya sessiyası keçirilmişdir. İlkin mediasiya sessiyasında Lam Pam-ın qanuni təmsilçisi X2 borcun olmasını və onun məbləğini təsdiq etdi, lakin sonrakımərhələdə iştirak etmədi. Qanunla müəyyən edilmiş müddətdə Cavabdeh MMC-nin hüquqi ünvanına hazırki tələblə bağlı rəsmi qaydada bildiriş göndərildiyinə görə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2 və 284-5.3-cü maddələrinə əsasən iddiaçının məhkəməyə təqdim etdiyi sənədlər əsasında işə baxılmasını məqsədə müvafiq hesab edirəm. İş materiallarına əlavə edilmiş: 24 dekabr 2021-ci il tarixli BF/SH-26/1221 nömrəli İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh MMC arasında bağlanmış müqavilədən görünür ki, bu müqavilənin predmeti X1 ərazisində “Zirvə” otelində yerləşən 2 ədəd hər biri 4 m2 sahədən ibarət olan taxta kioskların fəaliyyətinin birgə təşkilindən və həmin kioskların birgə işlədilməsindən ibarətdir. xx.xx.2021-ci il tarixli EBBO seriyalı 724114 nömrəli, xx.xx.2022-ci il tarixli EBBQ seriyalı 699883 nömrəli, xx.xx.2022-ci il tarixli EBBR seriyalı 881275 nömrəli elektron qaimələrdən görünür ki, İddiaçı ümumilikdə Cavabdehnə 1559 manat məbləğində xidmət göstərmişdir. 27 aprel 2022-ci il tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktından görünür ki, Cavabdeh 27 aprel 2022-ci il tarixə X3” Qapalı Səhmdar Cəmiyyətinə olan borcu 1559 manat təşkil edir. 28 iyun 2022-ci il tarixli MŞB/4-01366 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilkin mediasiya sessiyasının keçirilməsi üçün müəyyən edilmiş 60 manat məbləğində mediasiya xərcini ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, maddələrinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göründüyü kimi İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh MMC arasında birgə fəaliyyət haqqında müqavilə bağlanmış, iddiaçı müqavilə üzrə öz öhdəliklərini yerinə yetirsə də, cavabdeh müqavilə üzrə nəzərdə tutulmuş 1559 manat məbləğində borcunu ödəməmişdir. Odur ki, qeyd olunanları nəzərə alaraq, hesab edirəm ki, iddiaçının 1559 manat əsas borc və 60 manat mediasiya xərci tələbi əsaslı olduğundan təmin edilməlidir. Qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, iddia təmin edilməli, Cavabdeh MMC-dən 1559 manat əsas borc və 60 manat mediasiya xərci, cəmi 1619 manat məbləğində pul tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, Q Ə T E T D İ M: İddia təmin edilsin. Cavabdeh MMC-dən 1559 manat əsas borc və 60 manat mediasiya xərci, cəmi 1619 manat məbləğində pul tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-5280/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5280/2022
17.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki dövriyyənin iştirakçıları arasında hesablaşmalar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver