Məhkəmə qərarları › İş №e-2-2(113)-5281/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5281/2023

02.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5281/2023 02.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Bünyamin oğlunun katibliyi, İddiaçı MMC-nin direktoru X2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 227,20 manat həcmində faiz borcları və 100 manat mediasiya xərci tutularaq İddiaçıə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 10 oktyabr 2022-ci il tarixdə 0**-KC-***2 №li İcarə müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin 1.1-ci maddəsinə görə, İcarəyə verən spesifikasiyası Müqavilənin tərkib hissəsi hesab edilən X1 əks olunan nəqliyyat vasitələrini, texnika və ya avadanlıqları İcarəçiyə icarəyə verir, İcarəçi isə onları təyinatı üzrə istifadə etməklə, İcarəyə verənə icarə haqqı ödəməyi öhdəsinə götürür. Müqavilənin 3.3-cü maddəsinə əsasən, Müqavilə üzrə icarə haqqı növbəti ayın ilk 10 (on) iş günü ərzində bank köçürməsi yolu ilə həyata keçirilir. Tərəflər arasında tərtib edilmiş 13 İyul 2023-cü il tarixli üzləşmə aktına əsasən, İcarəçi İcarəyə verənə 16497,56 AZN həcmində borcunun olduğunu etiraf etmişdir. xx.xx.2023-cü il tarixdə İcarəçi yaranmış borc məbləğinin 10000 AZN hissəsini ödəmiş, ümümilikdə, ƏDV daxil 6497,42 AZN məbləğdə qalıq borcu yaranmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin direktoru X3 iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, məhkəmə baxışı vaxtı əsas borc ödənilsə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borc məbləğinin gecikdirilməsinə görə yaranmış 81,20 (6497,42 əsas borc x 5% : 12ay x 3ay) manat borc, həmin məcəllənin 449.1-ci maddəsinə əsasən yaranmış 146 manat borc cəmi 227,20 məbləğində faiz borcu həmçinin mediasiya xərci kimi ödənilmiş 100 manat ödənilməmişdir. Odur ki, məhkəmədən qeyd olunanları nəzərə alaraq iddianın tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli 0**-KC-***2 nömrəli icarə müqavilənin 1.1-ci bəndindən görünür ki, icarəyə verən İddiaçı MMC spesifikasiyası Müqavilənin tərkib hissəsi hesab edilən X1 əks olunan nəqliyyat vasitələrini, texnika və ya avadanlıqları icarəçi Cavabdeh MMC-yə icarəyə verir, icarəçi isə onları təyinatı üzrə istifadə edib, icarəyə verənə icarə haqqı ödəyir. Müqavilənin 3.3-cü maddəsinə əsasən, Müqavilə üzrə icarə haqqı növbəti ayın ilk 10 (on) iş günü ərzində bank köçürməsi yolu ilə həyata keçirilir. xx.xx.2022-ci il tarixli razılaşma protokolundan görünür ki, İddiaçı MMC New Holland E50.2C markalı, tırtıllı ekskavatoru 5310 manata (ƏDV daxil) Cavabdeh MMC-yə icarəyə verir. xx.xx.2022-ci il tarixli razılaşma protokolundan görünür ki, İddiaçı MMC Komatsu PC- 45MR-3 markalı, tırtıllı ekskavatoru 4720 manata (ƏDV daxil) Cavabdeh MMC-yə icarəyə verir. xx.xx.2023-cü il tarixli üzləşmə aktından görünür ki, Cavabdeh MMC-nin İddiaçı MMC-yə 35987,88 manat (ƏDV daxil) borcu olmuş, həmin borcdan 19490,32 manatı ödəmiş və 16497,56 manat (ƏDV daxil) borcu qalmışdır. xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı MMC 100 manat məbləğində mediasiya xərci ödəmişdir. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7, 449.1 700.1-ci maddələrinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İV.Məhkəmənin gəldiyi nəticə Məhkəmədə tədqiq edilmiş sübutlardan müəyyən edilmişdir ki, icarəyə verən İddiaçı MMC xx.xx.2022-ci il tarixdə bağlanmış müqaviləyə əsasən nəqliyyat vasitələrini, texnika və ya avadanlıqları Cavabdeh MMC-yə icarəyə vermişdir. İcarəyə verən üzərinə düşən öhdəliyi yerinə yetirsə də, icarəçi Cavabdeh MMC icarə haqqını vaxtında ödəməməklə üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Belə ki, tərəflərin arasında 16497,56 manat (ƏDV daxil) borcun mövcudluğu ilə əlaqədar xx.xx.2023-cü il tarixli üzləşmə aktı tərtib edilsə də, 6497,42 manat məbləğində borc məhkəmə gedişatında xx.xx.2023-cü il tarixdə ödənilsə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borc məbləğinin gecikdirilməsinə görə yaranmış 81,20 (6497,42 əsas borc x 5% : 12ay x 3ay) manat borc, həmçinin mediasiya xərci kimi ödənilmiş 100 manat ödənilməmişdir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, iddiaçının icarə haqqının gecikdirilməsi nəticəsində yaranmış 81,20 manat faiz borcu və mediasiya xərci kimi ödənilmiş 100 manat məbləğində pul vəsaiti tələbi əsaslı olduğundan təmin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, 146 manat məbləğində faiz ödənilməsi tələbi ilə bağlı iddia rədd edilməlidir, belə ki, həmin vəsaiti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən tələb edilsə də, cavabdehin ödənilməyən pul vəsaitindən faydalanması ilə bağlı iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən 81,20 manat və mediasiya xərci kimi ödənilmiş 100 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. İddia digər hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən 81,20 manat və mediasiya xərci kimi ödənilmiş 100 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar