Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5292/2022 06.10.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsi Hakim Həsənova Ülkər Təhmasib qızı İddiaçı QSC-nin cavabdeh “X2” MMC-yə qarşı “pul” tələbinə dair iddiasına kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC (bundan sonra – iddiaçı) cavabdeh “X2” MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbi barədə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən 4059 manat məbləğində əsas borc və 60 manat məbləğində mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 15 dekabr 2019-cu il tarixli BF/SH-13/1219 nömrəli birgə fəaliyyət haqqında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən iaşə xidmətlərinin göstərilməsini birgə təşkil etmək məqsədilə, X3-a Müqavilədə nəzərdə tutulmuş sahəni ayırmağı və onun işçi heyətini güzəştli qiymətlərlə Şahdağın ərazisində yerləşdirməyi, Good Food isə ayrılmış sahədə öz vəsaiti hesabına iaşə xidmətlərini göstərməyi, müqavilədə nəzərdə tutulmuş məbləğdə, qaydada və müddətdə aylıq haqq və əlavə olaraq öz işçi heyətinin yerləşdirilməsi üçün xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləni icra etmək məqsədilə, X3-a müqavilədə nəzərdə tutulmuş sahəni ayırmış və sonuncunun işçi heyətinin yerləşdirilməsini təmin etmişdir. Müqaviləyə əsasən üzərilərinə götürdükləri öhdəliklər tərəflərindən tam yerinə yetirilərək xidmətlər vaxtında və keyfiyyətlə icra edilsə də, Good Food özünün işçi heyətinin yerləşdirilməsi üçün ödənişin həyata keçirilməsini əsassız olaraq gecikdirmişdir. Nəticədə 4059 manat məbləğində borc yaranmışdır. Qeyd edilən məbləğ barədə xx.xx.2022-ci il tarixdə borcların qarşılıqlı üzləşdirilməsi barədə akt tərtib edilmiş və Good Food tərəfindən təsdiq edilmişdir. Bu barədə qarşı tərəfə dəfələrlə şifahi və yazılı formada məlumat verilmiş, müqavilə üzrə olan ödənişlərin edilməsi xahiş edilmişdir. Lakin edilən müraciətlərin heç bir nəticəsi olmamışdır. xx.xx.2022-ci il tarixində ilkin mediasiya sessiyası keçirilmişdir. İlkin mediasiya sessiyasında Good Food-un qanuni təmsilçisi Qanuni nümayəndə2 borcun olmasını və onun məbləğini təsdiq etmiş, lakin sonrakı mərhələdə iştirak etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Materiallarda olan: İddiaçı (sifarişçi) ilə cavabdeh (icraçı) arasında bağlanmış 15 dekabr 2019-cu il tarixli BF/SH-13/1219 nömrəli birgə fəaliyyət haqqında müqaviləyə əsasən sifarişçi tərəfindən sahənin ayrılması, icraçı tərəfindən müştərilərə xidmətlərin göstərilməsi və istifadə haqqının icraçı tərəfindən sifarişçiyə ödənilməsi ilə bağlı tərəflərin bu müqavilədə müəyyən edilmiş şərtlərlə və qaydada birgə fəaliyyət göstərməsindən ibarətdir. Müqavilənin 1.3-cü bəndinə əsasən bu müqaviləyə əsasən icraçı mallar və avadanlıqlardan istifadə etməklə və işçi heyətini cəlb etməklə sahədə müştərilərə xidmət göstərməyi və xidməti öz riski ilə öz adından və öz hesabına müştərilərə təqdim etməyi, məbləğləri özünün nəzarət-kassa aparatlarından istifadə etməklə mədaxil etməyi və sahənin ayrılması müqabilində aylıq olaraq istifadə haqqının sifarişçiyə tam ödəməyi, sifarişçi isə xidmətlərin göstərilməsi üçün icraçıya öz müstəsna mülahizəsinə əsasən sahə ayırmağı və icraçının müvəqqəti istifadəsinə verməyi öhdəsinə götürür. Müqaviləyə 01 saylı Əlavəyə əsasən aylar üzrə ödəniş məbləğləri öz əksini tapmışdır. İddiaçı ilə cavabdeh arasında tərtib olunmuş 01 mart 2020-ci il tarixli xitam aktına əsasən iddiaçı ilə cavabdeh arasında imzalanmış BF/SH-13/1219 nömrəli 15 dekabr 2019-cu il tarixli müqaviləyə tərəflərin qarşılıqlı razılığı əsasında xx.xx.2020-ci il tarixində xitam verilir və müqaviləyə xitam verilməsi tərəflərin həmin tarixədək yaranmış öhdəliklərini icra etmək vəzifəsindən azad etmir. İddiaçı tərəfindən cavabdehə EBAJ 606316 nömrəli xx.xx.2020-ci il tarixli, EBAG 065508 nömrəli xx.xx.2020-ci il tarixli, EBAH 317712 nömrəli xx.xx.2020-ci il tarixli elektron qaimələr göndərilmişdir. İddiaçı ilə cavabdeh arasında tərtib olunmuş 27 aprel 2022-ci il tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktına əsasən xx.xx.2022-ci il tarixə cavabdehin iddiaçıya 4059,08 manat məbləğində borcu vardır. İddiaçı tərəfindən cavabdehə göndərilmiş 31 avqust 2022-ci il 202-22/TM nömrəli pretenziya məktubundan görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 15 dekabr 2019-cu il tarixli BF/SH-13/1219 nömrəli birgə fəaliyyət haqqında müqaviləyə əsasən yaranmış 4059 manat borcun 05 sentyabr 2022-ci il tarixədək ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun iddiaçıya borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 4059 manat borc tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Materiallardan da göründüyü kimi “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” MŞB/4-01367 nömrəli, 28 iyun 2022-ci il tarixli arayışa əsasən, cavabdeh mediasiya sessiyasında iştirak etməmiş, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “X2” MMC-dən 4059 (dörd min əlli doqquz) manat əsas borc və ödənilmiş 60 (altmış) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı QSC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-5292/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5292/2022
06.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki dövriyyənin iştirakçıları arasında hesablaşmalar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver