Məhkəmə qərarları › İş №e-2-2(113)-5303/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5303/2023

01.12.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5303/2023 01.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh X1 Cəmiyyətinə qarşı “sənədlərin təqdim edilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: sənədlərin təqdim edilməsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh X1 Cəmiyyətinə qarşı “sənədlərin təqdim edilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdeh X1 Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüquqi şəxsin adından çıxış edən şəxsin hаnsı əqdlər bağlaması barədə məlumatın, səhmdar cəmiyyətinin səhmlərin nominal dəyərini artırmaq və ya əlavə səhmlər buraxmaq yolu ilə nizamnamə kapitalını artırmаsı barədə məlumatın, səhmlərin nominal dəyərini azaltmaq yolu ilə və ya səhmlərin bir hissəsini satın alıb onların ümumi miqdarını azaltmaq yolu ilə nizamnamə kapitalını azaltmаsı barədə məlumatın, cəmiyyətin fəaliyyəti barədə məlumatın, cəmiyyətin yenidən təşkili və ya cəmiyyətin özünün bаşqа hüquqi şəхs yаrаtmаsı barədə məlumatın, cəmiyyətin xalis mənfəətindən dividend almaq hüququnun pozulmаsınа əsаs olmuş hаl barədə məlumatın, səhmdarların ümumi yığıncağının, çağırılmasına qırx beş gün qalmış yığıncağın çağırılması barədə kütləvi informasiya vasitələri ilə məlumat vermədən, habelə səhmdara bu barədə səhmdarların ümumi yığıncağının keçirilmə tarixi, vaxtı və ünvanı, səhmdarların ümumi yığıncağının gündəliyi, səhmdarların ümumi yığıncağının gündəliyi üzrə materiallarla tanış olunma qaydası göstərilmiş yazılı bildiriş göndərmədən keçirilməsinə əsаs olmuş hаl barədə məlumatın, yenidən təşkil haqqında qərarın hаnsı səs çoxluğu ilə qəbul edilməsi, səhmdarların ümumi yığıncağı tərəfindən qəbul edilmiş qərarların bu günədək səhmdarlara elan edilməməsinə səbəb olmuş hаl bаrədə məlumatların, eləcə də əsаs yаrаnаrsа, cəmiyyətin fəaliyyətinin təftiş komissiyası və ya auditor tərəfindən yoxlanılmasını, icra orqanının və direktorlar şurasının (müşahidə şurasının) üzvlərinin səhlənkarlığına və səhmdar cəmiyyətə qəsdən vurduğu zərərə görə məsuliyyətə cəlb edilməsini tələb etmək hüququnu həyаtа keçirməsi üçün, səhmdаr olduğu dövr üzrə səhmdarların ümumi yığıncağının protokollаrının, illik hesabatlаrının və maliyyə hesabatlarının surətlərinin rəsmi qаydаdа təqdim edilməsinin cаvаbdehə həvаlə edilməsi, iş üzrə məhkəmə mühаsibаtlıq ekspertizаsının müəyyən etdiyi dividendin cаvаbdehdən iddiaçının xeyrinə tutulmаsı bаrədə qətnamə qət edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2001-ci il tаriхdən iddiaçı Cavabdeh ATSC-də 211 ədəd adi adlı səhmə mаlikdir. Bu dövr ərzində onun cəmiyyətin idarə edilməsində iştirak etmək, onun idarəetmə və icra orqanlarına seçmək və seçilmək, cəmiyyətin xalis mənfəətindən dividend almaq və sаir hüquqlаrı pozulmuşdur. Оdur ki, cаvаbdeh təşkilаtа mürаciət edərək, səhmdаr olduğu dövrdə: hüquqi şəxsin adından çıxış edən şəxsin hаnsı əqdlər bağlaması, səhmdar cəmiyyətinin səhmlərin nominal dəyərini artırmaq və ya əlavə səhmlər buraxmaq yolu ilə nizamnamə kapitalını artırmаsı, səhmlərin nominal dəyərini azaltmaq yolu ilə və ya səhmlərin bir hissəsini satın alıb onların ümumi miqdarını azaltmaq yolu ilə nizamnamə kapitalını azaltmаsı, cəmiyyətin fəaliyyəti, cəmiyyətin yenidən təşkili və ya cəmiyyətin özünün bаşqа hüquqi şəхs yаrаtmаsı, cəmiyyətin xalis mənfəətindən dividend almaq hüququmun pozulmаsınа əsаs olmuş hаl, səhmdarların ümumi yığıncağının, çağırılmasına qırx beş gün qalmış yığıncağın çağırılması barədə kütləvi informasiya vasitələri ilə məlumat vermədən, habelə səhmdara bu barədə səhmdarların ümumi yığıncağının keçirilmə tarixi, vaxtı və ünvanı, səhmdarların ümumi yığıncağının gündəliyi, səhmdarların ümumi yığıncağının gündəliyi üzrə materiallarla tanış olunma qaydası göstərilmiş yazılı bildiriş göndərmədən keçirilməsinə əsаs olmuş hаl, yenidən təşkil haqqında qərarın hаnsı səs çoxluğu ilə qəbul edilməsi, səhmdarların ümumi yığıncağı tərəfindən qəbul edilmiş qərarların bu günədək səhmdarlara elan edilməməsinə səbəb olmuş hаl bаrədə məlumatların, eləcədə əsаs yаrаnаrsа, cəmiyyətin fəaliyyətinin təftiş komissiyası və ya auditor tərəfindən yoxlanılmasını, icra orqanının və direktorlar şurasının (müşahidə şurasının) üzvlərinin səhlənkarlığına və səhmdar cəmiyyətə qəsdən vurduğu zərərə görə məsuliyyətə cəlb edilməsini tələb etmək hüququnu həyаtа keçirməsi üçün, səhmdаr olduğu dövr üzrə səhmdarların ümumi yığıncağının protokollаrının, illik hesabatlаrının və maliyyə hesabatlarının surətlərinin rəsmi qаydаdа ona təqdim edilməsini хаhiş etmişdir. Lаkin həmin vахtdаn uzun müddət keçməsinə bахmаyаrаq, müvаfiq məlumаtlаr və sənədlər ona təqdim edilməmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılsa da nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

9. Mülki Məcəllənin 106-1.3-cü maddəsinə əsasən səhmdar cəmiyyətinin adi səhminin mülkiyyətçisinin cəmiyyətin idarə edilməsində bu Məcəllə, digər qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilmiş qaydada iştirak etmək, onun idarəetmə və icra orqanlarına seçmək və seçilmək (106-1.3.1), qanunvericiliklə müəyyən edilmiş qaydada, cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və maliyyə hesabatları ilə tanış olmaq (106-1.3.2), cəmiyyətin səhmdarlarının ümumi yığıncağında səsvermə hüququ ilə iştirak etmək və onun protokolunun surətini tələb etmək (106-1.3.5), cəmiyyətin xalis mənfəətindən dividend almaq (106-1.3.7), icra orqanının və direktorlar şurasının (müşahidə şurasının) üzvlərinin səhlənkarlığına və səhmdar cəmiyyətə qəsdən vurduğu zərərə görə məsuliyyətə cəlb edilməsini tələb etmək (106-1.3.8-1), cəmiyyətin səhmlərinin satışı prosesində iştirak etmək (106-1.3.8-2), bağlanmış əqd nəticəsində cəmiyyətə və ya səhmdarlara dəyən zərərin və bununla bağlı məsrəflərin ödənilməsi barədə məhkəməyə və ya digər səlahiyyətli quruma müraciət etmək (106-1.3.8-3), bu Məcəllədə və səhmdar cəmiyyətinin nizamnaməsində nəzərdə tutulmuş digər (106-1.3.9) hüquqları vardır. V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

10. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.

11. Məhkəmə ilk növbədə qeyd edir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddianın “divindendin hesablanaraq ödənilməsi” hissəsində iş üzrə icraata xitam verilmişdir.

12. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, Cavabdeh X1 Cəmiyyəti xx.xx.1999-cu il tarixdə dövlət qeydiyyatna alınmışdır. Cəmiyyətin nizamnaməsinin 3.2-ci bəndinə əsasən cəmiyyətin nizamnamə fondu ******* min manata bərabər tutulan 386987 ədəd adi səhmdir. Nizamnamənin 3.3-cü bəndinə əsasən bir səhmin nominal dəyəri 10.000 manatdır. Həmçinin İşin digər mübahisələndirilməyən halı ondan ibarətdir ki, İddiaçı Cavabdeh X1 Cəmiyyətində hər birinin nominal dəyəri 10.000 manat olan 211 adi adlı səhmə malikdir.

13. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə izahatında anası İddiaçı cəmiyyətin səhmdarı olduğunu, buna baxmayaraq cəmiyyət tərəfindən keçirilən iclaslara dəvət olunmadığını bildirmişdir.

14. Cavabdeh tərəf iddiaya etiraz göndərərək, Cavabdeh X1 Cəmiyyətinin cəmiyyət kimi formalaşdırıldığı dövrdən heç bir fəaliyyət növü ilə ilə məşğul olmadığını, AR MM-nin 106-1.3-cü maddəsində göstərilən hüquqların mövcud fəaliyyət göstərən və gəlirə malik olan cəmiyyət üçün müəyyən olunmuş hal olduğunu və bu məsələlərin cəmiyyətin Ümumi Yığıncağında həll edilən məsələlər olduğunu, Ümumi Yığıncağını çağırılmasının məhkəmənin Cəmiyyətin üzərinə qoyacağı öhdəlik olmadığını, təsisçilərə dividendlərin yalnız cəmiyyətin ümumi yığıncağının qərarının əsasında ödənilə bildiyini qeyd edərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

15. Məhkəmə qeyd edir ki, yuxarıda sadalanmış normaların məzmunundan görünür ki, Cəmiyyətin üzvü onun fəaliyyətinə dair məlumatlar almaq, illik hesabatı və maliyyə hesabatları ilə tanış olmaq və s. kimi hüquqları vardır.

16. İddiaçı da, Cavabdeh X1 Cəmiyyətində 211 adi adlı səhmə sahib olduğundan cəmiyyətin fəaliyyəti ilə bağlı sənədlərlə tanış olmaq hüququ vardır.

17. Ona görə də, məhkəmə hesab edir ki, xx.xx.2001-ci il tarixdən (yəni səhmdarı olduğu dövrdən) sonra qəbul edilmiş Cavabdeh X1 Cəmiyyətinin ümumi yığıncağının protokollarının, illik hesabatlarının və maliyyə hesabatlarının surətləri Cavabdeh X1 Cəmiyyəti tərəfindən İddiaçı verilməlidir.

18. Məhkəmə həmçinin hesab edir ki, iddianın digər hissələri onun fəaliyyəti ilə bağlı olmadığından təmin oluna bilməz.

19. Beləliklə iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

20. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. xx.xx.2001-ci il tarixdən sonra qəbul edilmiş Cavabdeh X1 Cəmiyyətinin ümumi yığıncağının protokollarının, illik hesabatlarının və maliyyə hesabatlarının surətləri Cavabdeh X1 Cəmiyyəti tərəfindən İddiaçı təqdim edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar