Məhkəmə qərarları › İş №e-2-2(113)-5315/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-5315/2023

30.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-5315/2023 30.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı iddiaçı ilə cavabdeh arasında 13 iyun 2023-cü il tarixdə bağlanmış 01/23 №-li İcarə müqaviləsinin ləğv edilməsi, Bakı şəhəri, Biləcəri hüdudları daxilində yerləşən 170 kv.m olan torpaq sahəsininin cavabdeh tərəfindən tam şəkildə boşaldılaraq iddiaçıya geri qaytarılması, 300 (üç yüz) manat olmaqla hesablanmış icarə haqqının və məhkəmə xərclərinin (ödənilmiş dövlət rüsumu və mediasiya xərcinin) əvəzinin cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehnə qarşı iddiaçı ilə cavabdeh arasında 13 iyun 2023-cü il tarixdə bağlanmış 01/23 №-li İcarə müqaviləsinin ləğv edilməsi, Bakı şəhəri, Biləcəri hüdudları daxilində yerləşən 170 kv.m olan torpaq sahəsininin cavabdeh tərəfindən tam şəkildə boşaldılaraq iddiaçıya geri qaytarılması, 300 (üç yüz) manat olmaqla hesablanmış icarə haqqının və məhkəmə xərclərinin (ödənilmiş dövlət rüsumu və mediasiya xərcinin) əvəzinin cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ərizəylə məhkəməyə müraciət edərək, hazırki iş üzrə iddiadan imtina etdiyini bildirmiş, iş üzrə icraata xitam verilməsini və işə, nümayəndəsinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının iddiadan imtina etməsi barədə ərizəni tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən imtina məhkəmə tərəfindən qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı iddiaçı ilə cavabdeh arasında 13 iyun 2023-cü il tarixdə bağlanmış 01/23 №-li İcarə müqaviləsinin ləğv edilməsi, Bakı şəhəri, Biləcəri hüdudları daxilində yerləşən 170 kv.m olan torpaq sahəsininin cavabdeh tərəfindən tam şəkildə boşaldılaraq iddiaçıya geri qaytarılması, 300 (üç yüz) manat olmaqla hesablanmış icarə haqqının və məhkəmə xərclərinin (ödənilmiş dövlət rüsumu və mediasiya xərcinin) əvəzinin cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair iddiaçının iddiadan imtinası qəbul edilsin və iş üzrə icraata xitam verilsin. İddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar