Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5316/2025 11.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçıçıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: mövcud borcun etirafı haqqında mücərrəd müqavilə, dəbbə pulu) Bakı Kommersiya Məhkəməsinin hakimi X1, İddiaçıçıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdim: İşin halları: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1339,94 manat əsas borc, 817 manat dəbbə pulu və 41,57 manat dövlət rüsumu olmaqla, cəmi 2198,51 manat pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli “mövcud borcun etirafı haqqında” müqavilə bağlanmışdır. Bu müqavilənin 1.1-ci bəndinə əsasən, borclu tələbkara cəmi 1581,94 manat borcunun olduğunu etiraf edir. Müqavilənin 1.2-ci maddəsinə əsasən borclu borc məbləğini xx.xx.2024-cü il tarixinə qədər 1581,94 manatı hissə hissə xx.xx.2024-cü il tarixindən başlayaraq hər ay 226 manat məbləğində olmaqla tələbkara ödəməyi öhdəsinə götürür. Həmin vaxtdan bəri cavabdeh tərəfindən 242 manat ödənilmiş, 1339,94 manat əsas borc qalmışdır. Həmin müqavilənin 2.3-cü maddəsinə əsasən, Borclu Cavabdeh borcun ödənişinin hər gecikdirilən günü üçün qalıq borcun 0.2%-i həcmində dəbbə pulu ödəməlidir. Cavabdeh tərəfindən müqavilə üzrə öhdəliyini pozaraq ödənişlərin verilməsində gecikmələr olduğundan xx.xx.2024-cü ildən bu günə kimi hər hansı bir ödəniş etmədiyi üçün 817 manat dəbbə pulu hesablanmışdır. Ümumilikdə Cavabdeh Cəmiyyətə 1339,94 manat əsas borc, 11 avqust 2024-cü ildən 23 iyun 2025-ci ilə qədər 817 manat dəbbə pulu olmaqla cəmi 2156,94 manat borcu yaranmışdır. Mülki Məcəllənin 882.1-ci maddəsinə əsasən Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Mülki Məcəlləni 882.2-ci maddəsinə əsasən Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Göründüyü kimi şirkət tərəfindən tərtib olunan xx.xx.2024-cü il tarixli müqavilə bu məcəllədə nəzərdə tutulmuş formada tərtib olunmuş və hər iki tərəf öz imzası ilə təsdiqləmişdir. Bundan başqa ərizədə qeyd olunan “əməkdaşlıq etmişəm” ifadəsi işçi-işəgötürən arasındakı əmək münasibətlərini əks etdirmir. Həmin ifadə iddia ərizəsində tələb edilən məbləğin cavabdehin özünün müstəqil formada həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən irəli gəlməsi ilə bağlıdır. xx.xx.2024-cü il tarixli “mövcud borcun etirafı haqqında” müqavilənin 2.2-ci maddəsinə əsasən, borclu hər ay vaxtı vaxtında ödəniş etməzsə, Tələbkar qarşı tərəfə yazılı (elektron və ya pretenziya qaydasında) bildiriş göndərməli, borclu isə bildiriş ona çatdığı gündən ən gec 5 (beş) gün ərzində ödəniş etməzsə, tələbkar qarşı tərəfə xəbər vermədən xitam verə bilər. Həmin müqavilənin 2.5-ci maddəsinə əsasən, hazırkı müqavilədən irəli gələn mübahisələrin Azərbaycan Respublikasının Abşeron Rayon Məhkəməsində həll edilməsi ilə bağlı müddəanın qeyd olunmasına baxmayaraq iddiaçı tərəfindən göndərilən oxşar iddia ərizələri dəfələrlə Abşeron Rayon Məhkəməsi tərəfindən ərazi aidiyyatı ilə bağlı olaraq geri qaytarılmış, bu səbəbdən pul tələbinin ödənilməsi ilə bağlı məsələnin həll edilməsi üçün kommersiya məhkəmələrinə iddia ərizəsi ilə müraciət edilmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 425.1, 427.1, 442, 443.2, 445.4, 448.2, 449.1, 462.1, 462.3, 882.1, 882.2-ci maddələrinə istinad olunmuşdur. Azərbaycan Respublikası MPM-in 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar: İş materiallarında olan: İddiaçı ASC “tələbkar”, Cavabdeh “borclu” olmaqla imzalanmış xx.xx.2024-cü il tarixli AC-ƏML/11-01-24/KP saylı mövcud borcun etirafı haqqında müqaviləyə əsasən Borclu Tələbkara cəmi 1581,94 manat borcunun olduğunu etiraf edir. Borclu borc məbləğini “11” avqust 2024-cü il tarixinə qədər 1581,94 manat məbləği hissə-hissə “11” fevral 2024-cü il tarixindən başlayaraq 7 ay müddətinə hər ay 226 manat məbləğində olmaqla Tələbkara ödəməyi öhdəsinə götürür. Borclu öhdəlik kimi öz üzərinə götürür ki, bu müqavilə təsdiqləndiyi gündən başlayaraq “11” avqust 2024-cü il tarixinə qədər 1581,94 manat borcunu Cəmiyyətin xəzinəsinə mədaxil edəcəkdir. Bu müqavilə xx.xx.2024-cü il tarixinədək qüvvədədir. Borclu hər gecikdirilən gün üçün gecikmə gününə görə qalıq borcun 0,2%-i həcmində dəbbə pulu ödəyəcəkdir. Cavabdeh İddiaçı ASC-nin direktoruna ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizəsində İddiaçı ASC-nin xəzinəsinə borcu olduğunu qəbul etmiş, borc məbləğini ödəmək üçün imkanı olmadığından 2024-cü ilin avqust ayının 11-nə qədər 1581,94 manat məbləği ödəmək üçün ona vaxt verilməsini xahiş etmişdir. Borc məbləğinin müəyyən edilməsi haqqında xx.xx.2024-cü il tarixli aktdan görünür ki, İddiaçı ASC-nin Kommersiya Departamentinin rəhbəri Xaliq Rzayev, Baş mühasib Aslan Quliyev, Baş xəzinədar Sənan Aslanov, X2 Şöbə müdiri Aqşin Əliyev xx.xx.2024-cü il tarixinə Cavabdeh 1581,94 manat borcunun olduğunu təsdiq etmişlər, Cavabdeh da aktın doğruluğunu imzası ilə təsdiq etmişdir. 23 iyun 2025-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixli AC- ƏML/11-01-24/KP saylı mövcud borcun etirafı haqqında müqaviləyə əsasən Cavabdeh 2156,94 manat borcu var. xx.xx.2024-cü il tarixindən bu günə - xx.xx.2025-ci il tarixinə qədər borclu Cavabdeh tərəfindən qeyd olunan məbləğdəki borc ödənilməmişdir. İddiaçı ASC tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı ASC-yə olan 2156,94 manat müqavilədən yaranan pul öhdəliyini 2 gün müddətində banka ödənilməsini tələb etmiş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC 41,57 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. 882.3-cü maddəsinə əsasən bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. 882.4-cü maddəsinə əsasən bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında mövcud borcun etirafı haqqında mücərrəd müqavilə imzalanmış, həmin müqaviləyə əsasən cavabdeh iddiaçıya 1581,94 manat borcunun olduğunu etiraf etmiş, həmin borc məbləğini xx.xx.2024-cü il tarixinə qədər hissə-hissə xx.xx.2024-cü il tarixindən başlayaraq 7 ay müddətinə hər ay 226 manat məbləğində olmaqla iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehin iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə sonuncuya borcunun qaldığını nəzərə alaraq hesab edirəm ki, iddiaçı müqavilə üzrə yaranmış borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Çünki iş materiallarında olan tərəflər arasında imzalanmış müqavilə, eləcə də cavabdehin özü tərəfindən imzalanmış ərizə iddia tələbinin əsaslı olduğunu sübuta yetirir. Cavabdeh iddiaya qarşı etiraz etməmişdir. Buna görə də qanunvericilik normalarını, müqavilənin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini tam icra etmədiyini, borcunu etiraf etdiyini, belə olan halda isə iddiaçının öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edirəm ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalı, 1339,94 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddiaçının dəbbə pulu tələbinə münasibətdə qeyd edilməlidir ki, cavabdehin ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də hesab edirəm ki, 817 manat dəbbə pulu azaldılaraq 65 manat müəyyən olunmalıdır. Bundan başqa məhkəmə iddianın qismən təmin olunduğunu nəzərə alaraq hesab edir ki, 41,57 manat dövlət rüsumunun 35 manatının əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, qət etdim: İddia qismən təmin edilsin. Cavabdeh 1339 (min üç yüz otuz doqquz) manat 94 (doxsan dörd) qəpik əsas borc, 65 (altmış beş) manat dəbbə pulu və 35 (otuz beş) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-5316/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5316/2025
11.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver