Məhkəmə qərarları › İş №e-2-2(113)-532/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-532/2025

19.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-532/2025 19.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “20.600 ABŞ dolları pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: maddi zərər tələbi) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, İddiaçı işitirakı ilə, Cavabdehin nümayəndəsi/vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “20.600 ABŞ dolları pul” tələbinə dair kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ödəniş gününə olan məzənnə ilə 20600 ABŞ dolları məbləğində pulun, 195.06 manat məbləğində dövlət rüsumunun və 0.4 manat məbləğində xidmət haqqının tutulub ona ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2022-ci ilin may ayında övladını Zabitlər bağında yerləşən “Aşıxara” karate federasiyasının nəzdində idman məşqlərinə apararkən Cavabdeh ilə tanış olmuşdur. Həmin vaxt cavabdeh özünü iş adamı kimi təqdim edərək şəxsi mağazalarının olması barədə məlumat vemiş, Çin Xalq Respublikasından müxtəlif əmtəələrin əlverişli əsasda idxalı barəsində öz təcrübəsini onunla bölüşərək onunla iş birliyi qurub vəsait qoymağa sövq etmişdir. Təxminən tanışlıqlarından bir neçə ay keçdikdən sonra iş birliyi adı altında o vəsait qoymağa razılıq vermişdir. Cavabdeh Çin Xalq Respublikasından müxtəlif çeşidlərdə malların sifarişi adı ilə aşağıdakı məbləğlərdə, vaxtlarda və məkanlarda qeyd etdiyi pulları ondan almışdır: xx.xx.2022-ci il tarixdə qeyd edilən malın sifarişi üçün Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay 36 ünvanında yerləşən Batumi kafesində görüşərək 10.000 ABŞ dolları (pulun verilməsi zamanı Azərbaycan manatı ekvivalentində 17000 manat) məbləğində pul vəsaitini nağd şəkildə, xx.xx.2022-ci il tarixdə yuxarıda sözü gedən malın sifarişi üçün Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay 36 ünvanında yerləşən Batumi kafesinin qarşısında əlavə olaraq 6800 ABŞ dolları (pulun verilməsi zamanı Azərbaycan manatı ekvivalentində 11560 manat) məbləğində pul vəsaitini nağd şəkildə, xx.xx.2023-cü il tarixdə yuxarıda sözü gedən malın sifarişi üçün Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay 36 ünvanında yerləşən Batumi kafesinin qarşısında əlavə olaraq 3800 ABŞ dolları (pulun verilməsi zamanı Azərbaycan manatı ekvivalentində 6460 manat) məbləğində pul vəsaitini nağd şəkildə. Beləliklə İddiaçı cavabdehə Çin Xalq Respublikasından tikintidə istifadə olunan xırdavat mallarının sifarişi üçün cəmi 20 600 ABŞ dolları (pulun verilməsi zamanı Azərbaycan manatı ekvivalentində 35020 manat) pul vəsaitini vermişdir. Sonuncu pul vəsaitini verdiyi tarixdən ona bu məbləğlə bağlı, yəni 20 600 ABŞ dollar (pulun verilməsi zamanı Azərbaycan manatı ekvivalentində 35020 manat) pul vəsaitini və yaxud həmin pul vəsaiti dəyərində olan heç bir yuxarıda sözügedən adda malı verməmiş və ölkəyə idxal etməmişdir. Nəticədə cavabdeh təqsirli hərəkətləri ilə ona 20600 ABŞ dolları (pulun verilməsi zamanı Azərbaycan manatı ekvivalentində 35020 manat) məbləğində maddi ziyan vurmuşdur. Cavabdehin təqsirli hərəkətləri nəticəsində ona qeyd edilən məbləğdə maddi ziyan vurması iddia ərizəsinə əlavə edilmiş cavabdehlə “vats ap” danışıqlarını əks etdirən elektron daşıyıcıdan da müəyyən olunur. Belə ki, həmin “vats up” yazışmasında cavabdeh onun sualına aşağıdakı kimi cavab vermişdir: “Elçin, həm sənin üçün, həm özüm üçün sifariş verdiyim mal 18-20 fevral 2024cü il tarixdə Azərbaycana daxil olacaqdır. Eyni zamanda, sənin verdiyin (Elvin mənə deyir) məbləğ 20.000 deyil, 20600 ABŞ dolları məbləğindədir”. Həmin səs yazısı elektron daşıyıcıda iddia ərizəsinə də əlavə edilmişdir. İddiaçı ilk növbədə cavabdehin onu dəfələrlə vəd verib aldatması barədə Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinə yazılı şəkildə müraciət etmişdir. Bakı şəhəri Nəsimi RPİ-nin 01 iyun 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Sözügedən orqanda araşdırma aparılmış və həmin araşdırma zamanı cavabdeh ondan pul almadığını, pulları malların gətirilməsi üçün Çin Xalq Respublikasına göndərdiyini bildirərək, iddiada qeyd etdiyi əsas halı – onunlə mal gətirmək üçün razılaşdığını və iş birliyi qurduğunu göstərmişdir. Bundan başqa, cavabdeh Bakı şəhəri Nəsimi RPİ-nin 01 iyun 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında göstərmişdir ki, (etirafedici izahatı ilə) mənim 16000 ABŞ dolları vəsaitimi Çin Xalq Respublikasına mal sifarişi məqsədilə “Mayk” adlı şəxsə göndərmişdir. Bundan başqa, digər qeyd edilməsi zəruri olan məqam da ondan ibarətdir ki, cavabdeh özü də etiraf etmişdir ki, “mən nə Mayk, nə də digər şəxsləri tanımıram. Bununla da sözügedən qərarla 16000 ABŞ dolları məbləğində vəsaitin mal sifarişi məqsədilə cavabdeh tərəfindən Çin Xalq Respublikasına göndərilməsi öz təsdiqini tam şəkildə tapmışdır. Cavabdehin sözügedən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında göstərdiyi (malların Azərbaycan Respublikasına idxal olunması, tərəfimdən anbarda qəbul edilməsi, satılması və karqo əməliyyatları) xüsusatlar öz təsdiqini tapmamış və göstərilən hallarla bağlı hər hansı bir mötəbər dəlil və sübutlarını təqdim edə bilməmişdir. Ona görə də hesab edirəm ki, cavabdehin göstərdiyi xüsusatlar pulun qaytarılmasından yayınmaq xarakteri güdməklə əsassız və heç bir fakta söykənməyən uydurma mülahizələrdən ibarətdir. Cavabdehlə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınması üçün ona xx.xx.2024-cü il tarixli pretenziya məktubu ilə müraciət etmişəm. Bununla yanaşı “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə də cavabdehə pretenziya məktubu və iddia ərizəsinin surəti göndərilmiş, həmçinin, həm iddia ərizəsinin surəti, həm də pretenziya məktubu sifarişli poçtla cavabdehin faktiki yaşadığı ünvana çatdırılmışdır. (İddianın hüquqi əsası kimi Mülki Məcəllənin zərər və delikt normaları göstərilmişdir).

3. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, Cavabdeh Çin Xalq Respublikasından xırdavat malları gəlirib satışı ilə məşğul olur. İddiaçı təxminən 2-3 ildir ki, tanıyır. İddiaçının oğlu ilə cavabdehin oğlu eyni idmana getdiklərindən orada tanış olmuşdurlar. Tanış olduqlarından sonra İddiaçı Çin Xalq Respublikasından xırdavat malları gətirib satışı ilə məşğul olduğunu bildirmişdir. 2022-ci ilin noyabr ayında İddiaçı da Çin Xalq Respublikasından xırdavat mallar gətirmək istədiyini, bu ticarətə qoşularaq kar əldə etmək istədiyini bildirmiş, həmçinin buna görə köməklik göstərməyini, eləcə də, bu işdə onun da qazancının olacağını bildirmişdir. Cavabdeh də köməklik etmək üçün razılaşmışdır. İddiaçı aralarında olan söhbət zamanı təxminən 16000 ABŞ dolları civarında pulunun olduğunu Elvinə bildirərək həmin məbləğdə mal ala biləcəyini söyləmişdir. 2022-ci ilin sonlarında təxminən 16000 ABŞ dolları məbləğinin bir hissəsini cavabdeh Elçin ilə birlikdə Çin Xalq Respublikasına “Mayk” adlı ÇXR-nın vətəndaşına və bir hissəsini isə adını unutduğu ÇXRnın vətəndaşına göndərmişdirlər. Həmin pullar İddiaçı məxsus olmuşdur. Həmin pulları ona görə göndərmişdirlər ki, oradan verdikləri sifarişləri Azərbaycana göndərsinlər. Təxminən 2023-cü ilin mart ayında sifariş verdikləri malları Bakı şəhərində “Mayak Kargo"dan Elçin ilə birlikdə təhvil almışdırlar (5200 manat ödəniş edərək), həmçinin kargonun ödənişini də Elçin etmişdir. Daha sonra həmin malları Elçin ilə birlikdə satmışdırlar və Elçin özü bu işdən 18000 manata yaxın gəlir əldə etmişdir. Daha sonra satılan malların pulundan təxminən 10000 manat ilə ÇXR-dan yeni sifarişlər vermişdir. İddiaçının Çin Xalq Respublikasından sifariş verilən tikintidə istifadə üçün nəzərdə tutulan xırdavat malların verilməməsi və ölkəyə idxal edilməməsi ilə bağlı dedikləri həqiqətə uyğun deyil. İş materiallarında olan rədd qərarında görünür ki, Cavabdeh təqdim etdiyi sənədlərdən görünür ki, təqdim edilən qəbzlərdən müəyyən edilir ki, Cavabdeh 9 aprel 2023-cü il tarixdə İddiaçı məxsus olan 416973******9351 saylı bank kartına 1320 manat, 01 aprel 2023-cü il tarixdə 1100 manat, 6 aprel 2023-cü il tarixdə 380 manat, 8 iyun 2023-cü il tarixdə 100 manat, 22 aprel 2023-cü il tarixdə 500 manat, 27 aprel 2023-cü il tarixdə 500 manat, 3 may 2023-cü il tarixdə 300 manat, 15 aprel 2023-cü il tarixdə 100 manat, 4 may 2023-cü il tarixdə 200 manat, 7 aprel 2023-cü il tarixdə 400 manat pul göndərmişdir. Həmçinin Cavabdeh 7 may 2023-cü il tarixdə İddiaçı məxsus olan 412720******0418 saylı bank kartına 200 manat, 8 may 2023cü il tarixdə 250 manat, 27 aprel 2023-cü ıl tarixdə 500 manat və 7 may 2023-cü il tarixdə 100 manat pul göndərmişdir. Belə ki, iş materiallarında olan rədd qərarındakı sənədlərdən görünür ki, 04 mart 2023-cü il tarixdə 4515 manat dəyərində laqonda diski, nasatka, sverlo, dəmir şotka və aboy malları boşaldılmışdır. Həmçinin təqdim edilən qaimə fakturalarından görünür ki, iddiaçı Eliçin Bədəlov xx.xx.2023- cü il tarixdə 7192 manat dəyərində xırdavat mallarını Rəşid adlı şəxsə satmış. xx.xx.2023-cü ildə tarixdə 5040 manat dəyərində xırdavat mallarını Qüdrət adlı şəxsə satmış, xx.xx.2023- cü il tarixdə 3782,4 manat dəyərində xırdavat malların Rəşid adlı şəxsə satmış, xx.xx.2023-cü il tarixdə 864 manat dəyərində xırdavat malların Qüdrət adlı şəxsə satmış, xx.xx.2023-cü il tarixdə 2150,4 manat dəyərində xırdavat mallarını Qüdrət adlı şəxsə satmış. xx.xx.2023-cü il tarixdə 2046 manat dəyərində xırdavat mallarını Qüdrət adlı şəxsə satmış və xx.xx.2023-cü il tarixdə 2101,2 manat dəyərində xırdavat mallarını Paşa adlı şəxsə satmışdır. Yuxarıda qeyd olunanlara əsasən, Cavabdeh İddiaçı məxsus bank kartlarına göndərdiyi pul vəsaitləri ümumilikdə 5950 manat təşkil edir, bundan əlavə İddiaçı satdığı xırdavat mallarımın isə ümümulikdə 21130 manat təşkil edir, həmçinin malların gətirilməsi zamanı karqoya 5200 manat pul ödənilmişdir. Bütün bunlara sərf olunan yekun məbləğ 32280 manatdır. Göründüyü kimi, Cavabdeh malları sifariş etmək üçün aldığı vəsaitlə qeyd etdiyi xırdavat mallarını gətirtmiş və İddiaçı həmin malları qəbul etmiş, hətta bir qismini satmış, malların bir qismi isə ona məxsus anbarda saxlanılır. Cavabdeh Elçin ilə gördükləri 1-ci sifariş zamanı Elvinə 1000 manat pul vermiş, o da həmin pulu rasxoda çıxmışdır. Yəni Cavabdeh bu işdən heç bir xeyri olamışdır. İddiaçının pul tələbi ilə bağlı iddiası əsassızdır, buna görə də iddiaçı tərəfindən verilmiş iddia ərizəsi təmin edilməməlidir. Belə ki; 1) Mülki Məcəllənin 390.1 -ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Belə ki, iddiaçı cavabdehdən ÇXR-dan xırdavat mallar gəlirmək istədiyini bildirmiş, bu məsələ ilə bağlı ona köməklik göstərməsini xahiş etmiş, bu işdə onun da gəlir əldə edəcəyini söyləmişdir. Onlar arasında əldə edilmiş razılaşma bundan ibarətdir. Cavabdeh razılaşmaya uyğun olaraq öz öhdəliyini yerinə yetirmişdir. İddiaçıya bu barədə köməklik göstərərək ÇXR-dan hansı xırdavat malların gətirilməsinə və satışına köməklik göstərmişdir. İddiaçı ilə birlikdə Çin Xalq Respublikasından sifariş verdikləri malları ölkəyə gətirərək satmış və iddiaçı 18000 manata yaxın gəlir əldə etmişdir. 1-ci sifariş zamanı cavabdehə 1000 manat ödəsə, cavabdeh bu pulları malların sifarişindən irəli gələn xərclərə sərf etmişdir. Göründüyü kimi cavabdehin burada heç bir qazancı olmamışdır. 2) İddiaçının tələbinin hüquqi əsası yoxdur. Belə ki, cavabdeh bütün hərəkətləri iddiaçı ilə birlikdə etmişdir. İddiaçıdan hər hansı bir pul almamışdır. Onlar birlikdə 16000 ABŞ dollarını Mayk adlı ÇXR-nın vətəndaşına və adını unutduğu ÇXR-nın vətəndaşına göndərmişdirlər. Hətta cavabdehlə birlikdə təxminən 2023cü ilin mart ayında sifariş verdikləri malları kargodan götürmüşlər. Kargonun ödənişini də İddiaçı özü həyata keçirmişdir. İddiaçı malların ona təhvil verilmədiyini iddia etsə də, «həmin mallar» cavabdehlə birlikdə salmış, daha sonra 10000 manat məbləğində yenidən ÇXR-dan mal sifariş vermişdir. Əlavə olaraq iddiaçının iddia ərizəsində guya cavabdehin pul göndərdikləri şəxsləri tanımamas» ilə bağlı söylədikləri həqiqəti əks etdirmir. Cavabdeh iddiaçı ilə birlikdə pul göndərdikləri Mayk adlı ÇXR vətəndaşı və adını unutduğu digər ÇXR vətəndaşını tanıdığını danmamışdır. Nəsimi Rayon Polis İdarəsində verdiyi ifadəsində iddiaçıyla birlikdə həmin şəxslərə ÇXR-dan verdikləri sifarişləri ölkəyə gətirməsi üçün pul verdiklərini bildirmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclaslarında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı cavabdehi tanıdığı bütün müddət ərizində cavabdehə Çindən malların gətirilməsi üçün cəmi 20.600 ABŞ dolları məbləğində pul vermişdir (xx.xx.2022-ci və xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərində). Cavabdeh tərəfindən iddiaçının hesabına köçürülən pul məbləğlərinə dair fikir bildirərək isə qeyd edir ki, cavabdeh şəxsi ehtiyacları üçün ondan borca pul istəmişdir, iddiaçı nağd olaraq cavabdehə borca pulları vermiş, cavabdeh isə həmin köçürmə qəbzlərində göstərilən pullarını ödəyərək, borca aldığı pulları geri qaytarmışdır (əmin deyil ki, həmin pullar cavabdehin hesabından köçüb ya yox, amma Cavabdeh deyirdi ki, bu gün bu qədər məbləğdə pul kartına köçəcək və həmin məbləğ həmin günü karta köçürdü), lakin köçürülən pulların 20.600 ABŞ dollarına heç bir aidiyyəti yoxdur. 20600 ABŞ dolları müqabilində mallar daşınmasından asılı olaraq 4-5 ay müddətində verilməli idi. Maların gecikməsinə görə narahat idi və malların gecikmə səbəbini soruşduqda cavabdeh bildirdi ki, müəyyən problemlər yaranıb və 3800 ABŞ dolları odəməsələr malı Çindən göndərməyəcəklər. Bu səbəbdən ödəniş etmək məcburiyyətində oldu. Cavabdeh ona heç bir mal verməyib. Onun dükan rəhbərləri, satıcıları ilə heç bir əlaqəsi yoxdur, onların heç birinə mal verməyib və onlar heç bir mal ondan təhvil almayıb. Cavabdeh tərəfindən təqdim olunan qaimə-fakturalara gəldikdə isə, həmin qaimələri iddiaçı olaraq özü öz xətti ilə yazıb, lakin bunu ona görə yazıb ki, mallar qələndən sonra kimə nə qədər mal satacağı əvvəlcədən bəlli olsun. Lakin, mallar gəlmədiyi üçün iddiaçı olaraq heç kimə mal satmayıb. Beləliklə, cavabdehin etiraz arqumentləri əsassız olduğu üçün iddia ərizəsinin təmin edilməsini xahiş etdi.

5. Məhkəmə iclasılarında iştirak edən cavabdeh və nümayəndəsi iddia ərizəsinə verilən etiraz ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdilər. Əlavə olaraq bildirdilər ki, cavabdeh özü ticarət işindədir, malları sifariş edib, burada satışı ilə məşğul olur. İddiaçı bildirsə də ki, cavabdeh ona iş təklif edib, lakin bu belə deyil, iddaçı özü ondan xahiş edib ki, bu işə başlamaq üçün ona köməklik göstərsin. 12200 dollar Çinə pul göndərilib, Maykl adında olan şəxsə göndərilib. Mala görə 6000 dollar gömrük xərci hesablandı. İddiaçı ilə bir yerdə gedib 5000 dollar karqo xərcini ödəyiblər, malı gömrükdən çıxartdılar və maşına yükləyib birbaşa iddiaçının Buzovnada olan bağ evinə boşaldıblar. İddiaçı cavabdehə cəmi 600 ABŞ dolları məbləğində pul verib və həmin pulu verib ki, wifi aparatı, smisitellər alsın. Bu zaman cavabdeh Çinə gedirdi. İddiaçının balaca oğluda orada idi. Həmin smisitellər də bahalı idi. İtalyan brendlərin Çində olan zavodlarından idi. Əslində 600 dollar yox, 800 dollardan biraz yuxari edirdi. 200 dollardan biraz çox iddiaçının ona borcu qalmışdır smistitellərə görə. İddiaçının 6000 manatlıq malı qalıb, lakin pul deyil, mal şəklində, iddiaçı onu götürmək istəmir. Səs yazısına gəldikdə isə, səs yazısının bir hissəsi təqdim edilmişdir. Səs yazısının əvvəli və son hissəsi olmalıdır mahiyyətin ortaya çıxması üçün. Səs yazısında maldan söhbət gedir, puldan söhət getmir. Malın çatdırılmasından söhbət gedir. Cavabdehin iddiaçıdan 20600 ABŞ dolları məbləğində pulun götürülməsinin etiraf edilməsi ilə bağlı bir səs yazısı mövcud deyildir. Danışıqda cavadehin özü təsdiq edir ki, 20.000 dollarlıq mal yox, 20600 dollarlıq mal gəlməlidir. Səs yazısının öncəsi-sonrası, hansı qurğudan yazılması ekspertizadan keçirilməlidir. Səs yazısına müdaxilə olunub-olunmamasını, montaj edilibedilməməsini müəyyən deyildir. Hesab edirlər ki, səs yazısı özü-özlüyündə sübut kimi qəbul edilə bilməz. Konstitusiya Məhkəməsinin Plenum qərarına əsasən müəyyən edilir ki, bu tip sübutlar mötəbərliyi yoxlanıldıqdan sonra sübut kimi qəbul edilə bilər. Bu səs yazısı özüözülyündə sübut kimi qiymətləndirilə bilməz, çünki ekspertizadan keçməyib. İddiaçı 20.000 dolları şəxsən cavabdehə verməyib, onlar bir yerdə gedib həmin pulları malların alınması üçün göndəriblər. İddia ərizəsinin rədd edilməsini xahiş edir.

III.Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

6. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən ünvan 2 ünvanında yaşayan İddiaçı Nəsimi rayon prokurorluğundan daxil olmuş müraciətindən görünür ki, X3 tərəfindən Çin Xalq Respublikasından müxtəlif xırdavat mallarının gətirilməsi adı ilə onun ümumilikdə 35.020 (otuz beş min iyirmi) manat pulunu ələ keçirilməsini bildirdiyi və izahatında Cavabdeh ilə ilk tanışlığı 2022 ci ilin may ayında övladını Zabitlər bağında yerləşən Aşıxara karate federasiyasının nəzdində idman məşqlərinə aparmağına təsadüf edib. Cavabdeh özünü iş adamı kimi təqdim edərək şəxsi mağazalarının olması barədə ona məlumat vemişdir. Ünsiyyət qurarkən Çin Xalq Respublikasından müxtəlif xırdavat mallarının əlverişli əsasda idxalı barəsində öz təcrübəsini onunla bölüşərək onu iş birliyi quraraq vəsait qoymağına sövq etmişdir. Etik normalara riayət edərək, xoş münasibət quraraq özü barəsində onda müsbət təəsürat formalaşdırmışdır. Təqribən tanışlıqlarından bir neçə ay keçdikdən sonra iş birliyi adı altında onun vəsait qoymağının razılığına nail olmuşdur. Həmin dövrdə sifariş edəcəkləri malın nəqlinin bir neçə ay vaxt aparacağını bildirməklə ondan Çin Xalq Respublikasından müxtəlif çeşidlərdə malların sifarişi adı ilə müxtəlif məbləğlərdə və vaxtlarda ondan pulları almışdır. Belə ki, təqribən xx.xx.2022 ci il tarixdə yuxanda sözü gedən malın sifarişi üçün ünvan 4 ünvanda yerləşən Batumi kafesində görüşərək 10000 ABŞ dolları (Azərbaycan manatı ekvivalentində 17000 manat) pul vəsaitini Cavabdeh nağd şəkildə təhvil vermişdir. Bundan sonra təqribən xx.xx.2022 ci il tarixdə yuxanda sözü gedən malın sifarişi üçün əlavə olaraq 6800 ABŞ dolları (Azərbaycan manatı ekvivalentində 11560 manat) pul vəsaitini ünvan 4 ünvanda yerləşən “Batumi1' kafesinin qarşısında küçədə görüşərək Cavabdeh nağd şəkildə təhvil vermişdir. Bundan sonra təqribən xx.xx.2023 cü il tarixdə yuxanda sözü gedən malın sifarişi üçün əlavə olaraq 3800 ABŞ dolları (Azərbaycan manatı ekvivalentində 6460 manat) pul vəsaitini ünvan 4 ünvanda yerləşən “Batumi” kafesinin qarşısında küçədə görüşərək Cavabdeh nağd şəkildə təhvil vermişdir. Beləliklə o Cavabdeh Çin Xalq Respublikasından tikintidə istifadə olunan xırdavat malların sifarişi üçün cəmi 20 600 ABŞ dollar (Azərbaycan manatı ekvivalentində 35020 manat) pul vəsaitini təhvil vermişdir. Sonuncu pul vəsaitini təhvil verdiyi tarixdən şikayət etdiyi müddətədək, ona bu məbləğlə bağlı, yəni 20600 ABŞ dollar (Azərbaycan manatı ekvivalentində 35020 manat) pul vəsaitini və yaxud dəyərində olan heç bir yuxarıda sözü gedən adda malı verməmişdir və ölkəyə idxal etməmişdir. Səbəbini soruşduqda xırda problemlərin olmasım səbəb gəlirərək qısa bir müddətə malı idxal edəcəyinə daim vəd vermişdir. Şikayət etdiyi dövrə yaxın Cavabdeh ondan bu dövr ərzində gizlətdiyi Çin Xalq Respublikasından sifariş verməli olduğu satıcı xanımlarla şəxsi əlaqələri vasitəsilə ünsiyyət qurmuş və məlum olmuşdur ki, həmin şəxslərə heç bir pul vəsaiti ödənilməyib, yalnız 140 ABŞ dollar (Azərbaycan manatı ekvivalentində 238 manat) pul vəsaiti dəyərində beh qoyub. Satıcı xanımların dediklərinə əsasən Cavabdeh səmimi münasibət quraraq etibardan sui istifadə edib. Beləliklə Cavabdeh layiq olmadığı və onun tərəfindən göstərilən etibardan sui istifadə edərək onun 20600 ABŞ dollar (Azərbaycan manatı ekvivalentində 35020 manat) təşkil edən şəxsi vəsaitini dələduzluq yolu ilə ələ keçirərək öz şəxsi ehtiyaclarına xərclədiyini qeyd etmişdir.

7. Həmin qərar üzrə Cavabdeh oğlu izahatında göstərmişdir ki, Çin Xalq Respublikasından xırdavat malları gətirib satışı ilə məşğul olur. İddiaçı Nəsimi RPl-yə daxil olmuş müraciəti ilə tanış olmuşdur. İddiaçı təxminən 2-3 ildir ki, tanıyır. Həmin şəxsin oğlu ilə onun oğlu eyni idmana getdiklərindən oıada tanış olmuşdurlar. Tanış olduqları müddətdən sonra İddiaçı onun xırdavat mallarının satışı ilə məşğul olduğunu, daha doğrusu Çin Xalq Respublikasından gətirib satışı ilə məşğul olduğunu bilmişdir. 2022-ci ilin noyabr ayında İddiaçı ilə söhbət zamanı sonuncu da Çin Xalq Respublikasından xırdavat malları gətirmək istədiyini, bu ticarətə qoşularaq kar əldə elmək istədiyini bildirmiş, həmçinin, buna görə köməklik göstərməyini, eləcə də, bu işdə onun da qazancının olacağını bildirmişdir. O da köməklik etmək üçün razılaşmışdır. Bundan sonra o İddiaçı Çin Xalq Respublikasından hansı xırdavat mallarının gətirilməsini başa salmış və bu işin bütün detallarını izah etmişdir, Elçin də bununla razılaşmışdır. Elçin ilə aralarında olan söhbət zamanı təxminən 16000 ABŞ dolları civanndan pulunun olduğunu ona bildirərək həmin məbləğdə mal ala biləcəyini söyləmişdir. 2022-ci ilin sonlarında təxminən 16000 ABŞ dollarının bir hissəsini Elçin ilə birlikdə Çin Xalq Respublikasına “Mayk” adlı ÇXR- nın vətəndaşına və bir hissəsini isə adını unutduğu ÇXR-nın vətəndaşına göndərmişdirlər. Həmin pullar İddiaçı məxsus olmuşdur. Mayk adlı şəxs və digər adını unutduğu şəxs ÇXRda xırdavat mallarının satışı ilə məşğul olan şəxslərdir. Həmin pulları həmin şəxslərə göndərmişdirlər ki, oradan əvvəlcədən verdikləri sifarişləri Azərbaycan Respublikasına göndərsinlər. Həmin mallar Azərbaycan Respublikasına gəldikdən sonra Respublikanın müxtəlif bölgələrində onun tanıdığı şəxslərə satmalı idilər. Təxminən 2023-cü ilin mart ayında sifariş verdikləri malları Bakı şəhərində “Mayak Karqo”-dan Elçin ilə birlikdə təhvil almışdırlar, hətta karqonıın ödənişini də Elçin özü etmişdir. Malları yükləyib İddiaçı Buzovna qəsəbəsində yerləşən anbarına aparmışdırlar. Belə ki, həmin anbardan da Bakı şəhəri və respublikanın bölgələrində olan müştərilərə satacaqdılar. Həmin vaxtdan sonra həmin malları Elçin ilə birlikdə satmışdırlar və Elçin özü təxminən 18.000 manata yaxın pul götürmüşdür. Satılan malların pulundan təxminən 10000 manatına ÇXR-dan yeni sifarişlər vermişdirlər. Hal-hazırda da nisyədə təxminən 2500 manata yaxın pul qalmışdır. Təxminən 10000 manatlıq mal da anbarda qalmışdır. Elçinin müraciətində göstərdiyi xüsusatlar doğru deyil. Belə ki, Elçin bildirir ki, guya o Elçindən pulu ÇXR-dan xırdavat mallarının gətizdirilraəsi üçün almışdır və ÇXR-dan hər hansı mal sifariş etməyərək Elçinin pulunu ələ keçirmişdir. Lakin Elçin ona hər hansı pul verməmişdir, qeyd olunan məbləğləri Elçin İlə birlikdə ÇXR-na “Mayk” və adını unutduğu Ç’XR-nın vətəndaşı olan qadına mal sifarişi üçün göndərmişdirlər və həmin mallar da “Mayak Karqo” vasitəsilə Azərbaycan Respublikasına gəlmiş və həmin karqodan Elçin ilə birlikdə götürmüşdürlər. Elçin ilə birlikdə gördükləri 1-ci sifariş zamanı ona 1000 manat pul vermişdir, o da həmin pulu rasxoda çıxmışdır. Yəni ki, onun bu işdə heç bir xeyri olmamışdır. Elçin isə özü təxminən 18000 manata yaxın pul götürmüşdür. Elçinə pul verilməsi, ÇXR-dan 1-ci sifarişin gəlməsi, Elçinin özünün də gələn sifarişləri müştərilərə satması ilə bağlı onda sənədlər var və həmin sənədləri də istintuqa təqdim edə bilər deyə bildirmişdir.

8. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında Cavabdeh təqdim eldiyi sənədlərə baxış protokolundan görünür ki, təqdim edilən qəbzlərdən müəyyən edilir ki, Cavabdeh 09 aprel 2023-cü il tarixdə İddiaçı məxsus olan 416973******9351 saylı bank kartına 1320 manat, 01 aprel 2023-cü il tarixdə 1100 manat, 06 aprel 2023-cü il tarixdə 380 manat, 08 iyun 2023-cii il tarixdə 100 manat, 22 aprel 2023-cü il tarixdə 500 manat, 27 aprel 2023-cü il tarixdə 500 manat, 03 may 2023-cü il tarixdə 300 manat, 15 aprel 2023-cü il tarixdə 100 manat, 04 may 2023-cü il tarixdə 200 manat, 07 aprel 2023-cü il tarixdə 400 manat pul göndərmişdir. Həmçinin, Cavabdeh 07 may 2023-cü il tarixdə İddiaçı məxsus olan 412720******0418 saylı bank kartına 200 manat, 08 may 2023-cü il tarixdə 250 manat, 27 aprel 2023-cü il tarixdə 500 manat və 07 may 2023-cü il tarixdə 100 manat pul göndərmişdir. Bundan başqa təqdim edilən sənədlərdən birinə baxış zamanı müəyyən edilir ki, 04 mart 2023-cü il tarixdə 4515 manat dəyərində laqonda diski, nasalka, sverlo, dəmir şotka və aboy malları boşaldılmışdır. Bundan başqa təqdim edilən qaimə fakturalarına baxış keçirdikdə müəyyən edilir ki, İddiaçı 08 mart 2023-cü il tarixdə 7192 manat dəyərində xırdavat mallarını Rəşid adlı şəxsə satmış, 19 mart 2023-cü il tarixdə 5040 manat dəyərində xırdavat mallarını Qüdrət adlı şəxsə satmış, 08 mart 2023-cü il tarixdə 3782,4 manat dəyərində xırdavat mallarını Rəşid adlı şəxsə satmış, 19 mart 2023-cü il tarixdə 864 manat dəyərində .xırdavat mallarını Qüdrət adlı şəxsə satmış, 19 mart 2023-cü il tarixdə 2150,4 manat dəyərində xırdavat mallarını Qüdrət adlı şəxsə satmış, 19 mart 2023-cü il tarixdə 2046 manat dəyərində xırdavat mallarını Qüdrət adlı şəxsə salmış və 15 aprel 2023-cü il tarixdə 2101,2 manat dəyərində xırdavat mallarını Paşa adlı şəxsə satmışdır.

9. Cavabdeh 9 aprel 2023-cü il tarixdə İddiaçı məxsus olan 416973******9351 saylı bank kartına 1320 manat, 01 aprel 2023-cü il tarixdə 1100 manat, 6 aprel 2023-cü il tarixdə 380 manat, 8 iyun 2023-cü il tarixdə 100 manat, 22 aprel 2023-cü il tarixdə 500 manat, 27 aprel 2023-cü il tarixdə 500 manat, 3 may 2023-cü il tarixdə 300 manat, 15 aprel 2023-cü il tarixdə 100 manat, 4 may 2023-cü il tarixdə 200 manat, 7 aprel 2023-cü il tarixdə 400 manat pul göndərmişdir. Həmçinin Cavabdeh 7 may 2023-cü il tarixdə İddiaçı məxsus olan 412720******0418 saylı bank kartına 200 manat, 8 may 2023-cü il tarixdə 250 manat, 27 aprel 2023-cü ıl tarixdə 500 manat və 7 may 2023-cü il tarixdə 100 manat pul göndərmişdir.

10. Mart-Aprel 2023-cü il tarixli qaimə-fakturalardan görünür ki, 6976 manat, 432 manat, 2473,2 manat, 3405 manat, 9336,4 manat, 2839 manat, 2101,2 manat, 2485,2 manat, 10974,4 manat, 5040 manat, 2146 manat dəyərində malların satışına dair İddiaçı tərəfindən öz adını və telefon nömrəsini, həmçinin alıcı şəxslərin adlarını onların telefon nömrələrini qeyd edərək fakturalar tərtib edərək imzalamışdır (həmin fakturaların E. Bədəlov tərəfindən şəxsən öz xətti ilə tərtib edilməsini məhkəmə iclaslarında etiraf etmişdir).

11. İddiaçının məhkəməyə təqdim etdiyi cavabdehlə arasında 6 dəqiqə 23 saniyəlik səs yazısının 4-cü dəqiqə 22-ci saniyəsindən başlayaraq cavabdehə onun 20.000 ABŞ dolları məbləğində olan malından başqa cavabdehin də malının gəldiyini soruşmüş, cavabdeh də öz növbəsində onun da malının gəldiyini, iddiaçının malları bir-birinə qatışdıqmamaqlarını, ikincinin onun malları ilə özünə məxsus olan malların ayrı ayrı olduğunu, iddiaçı onun malının məbləğinin nə qədər təşkil etdiyini, cavabdeh onda 16800 ABŞ dolları həcmində olduğunu, 2800 ABŞ dolları həddində Rəşid adlı şəxsin malı da üzərində gəldiyini, lakin Çində kursun aşağı düşdüyünü və buna görə də onun malının məbləği 21500 ABŞ dolları həcminə ekvivalent gəldiyini, o cümlədən səs yazısının 4:57-ci dəqiqəsində iddiaçıya ona malın həcminin 20000 ABŞ dolları olmadığını 20600 ABŞ dolları təşkil etdiyini, verilən puldan1629 ABŞ dolları məbləği qaldığını, iddiaçı malların ayın 20-nə sağ salamt gətirib çıxarda biləcəyi barədə sual vermiş, cavabdeh iddiaçının soruşduğu tarixə gətirilə biləcəyini, eyni zamanda kargo ilə dəqiqləşdirəcəyini, kargonun 18-də açıldığını, malların ayın 18-də verilməsi üçün qızı tələsdirəcəyini, qızın ayın 20-dən işləyəcəyini, lakin kargonun 18-də işlədiyini güman etdiyini, həmçinin gedib dəqiqləşdirmək istədiyini, əslində ayın 15-16-dan mal qəbul edildiyini, ayın 18-də göndərəcəklərini, yenə də işləyib-işləmədiyini dəqiqləşdirlməli olduğunu, ümumiyyətlə işlədiklərini, lakin bugun gedəcəyini, özünün vaxtı olmadığını, iddiaçı da ondan “smistitel”i soruşmuş və cavabdeh taksi ilə göndərəcəyini qeyd etmişdir.

12. Şahid1 məhkəməyə təqdim edilmiş yazılı izahatında, iddiaçını cavabdeh vasitəsi ilə tanıdğını, onda olan məlumata əsasən Elvin Elçin üçün ÇXR-dən xırdavat malları gətirmiş, həmin malların bir qismini xıdralanda yerləşən Eurohome TM işlədiyi dükana verdiyini, tərəfindən həmin malların satıldığını, həftəlik ödəniş etdiyini, ödənişi milli ön vasitəsi ilə ona məxsus bank kartına göndərdiyini, təqribən 2022-ci ilin iyun-iyul aylarında ödənişləri edib bitirdiyini, ona olan borcunu tam bağladığını, uzun müddət keçdiyinə görə qəbzlər hal-hazırda onda qalmadığını, həmin həmin malların pulunu vermiş olsa belə, bəzilərinin hələd qaldığını bildirmişdir.

13. Şahid2 məhkəməyə təqdim edilmiş yazılı izahatında, uzun müddət Sədərək TMdə kargolar gələn terminalda yüklərin boşaldıqb-yığılması və sahibkarlara çatdırılması işə məşğul olduğunu, 2023-cü ilin mart ayının otalarında (təqribi olaraq) İddiaçı və Cavabdeh “Mayak” kargoya yaxınlaşaraq özlərinə məxsus olan malların və anbarlarına boşaldılacağını və qiymətini onlarla danışdıqdan sonra “Karvan” kargodan “Ford” makalı avtomobilə yükləyib iddiaçının bağ evində həyət sahəsinə boşaltdığını, o cümlədən yüklərin dolub-boşaldılması üçün xidmət haqqı olaraq Elvin və Elçinlə 160 manat razılaşdırdıqlarını qeyd etmişdir.

14. Şahid3 məhkəməyə təqdim edilmiş yazılı izahatında İddiaçı Cavabdeh vasitəsi ilə tanıdığını, Çindən Elçinin gətirdiyi xırdavat mallardan bir qismini ona və qardaşı İsgəndərov Qüdrətə satıb hissə-hissə ödəmək şərti ilə 2013-cü ilin mart ayında həmən Elçini öz yazılı xətti ilə olan qaimə ona çatdığını və o malları qardaşı və özü satıb pulunu hissə-hissə İddiaçı kartına ödənildiyini, bügünki günə heç bir borclarının qlamadığını və bunu İddiaçı və Cavabdeh də təsdiq edə biləcəyini qeyd etmişdir.

15. Şahid5 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, o, cavabdehin qardaşıdır. İddiaçı ilə cavabdehin iş ortaqlığı ilə bağlı məlumatı olub. İlkin kargoya gedəndə o da iştirak edib. Elvin və Elçin müəllimlə birlikdə kargoya gedib. Lakin, qiymət danışıqlarında olmayıb. Malın yüklənilməsi, daşınmasında o iştirak etmişdir. Tərəflər arasında əməkdaşlıq son 2 ildə olmuşdur. O, tərəflərlə kargoya 1 dəfə gedib. Elvin ilə o getmişdi, Elçin isə sonradan gəlmişdi. Bir dəfə ona yüklərin Elçingilin bağından daşınması üçün əlaqə saxladı. Araba lazım idi. Hətta məsafə də uzaq idi. İstiqamət verib, Sədərək Ticarət Mərkəzindən arabanı aldılar. 1 dəfə köməklik üçün gedib. Onun avomobili ilə aparılanda o, malları təxmini görürdü. Malları götürəndə iddiaçının bağından götürürdülər, Elçin özü də orda olurdu və yaşayış yox idi bağda. Açarda Elçində olurdu.

16. Şahid X4 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, cavabdehi tanımır. Elçin ilə neçə il əvvəl tanışdılar, bir şirkətdə işləyiblər. 2023-cü ilin yaz, yay aylarında 2-3 gündən bir Elçinin bağ evinə gedirdi, ağacları sulayırdı. Hər-hansı malın bağa gətirilib-aparılmasını görməyib. Bağda mütəmadi olaraq qalmayib, ağacları sulamaq üçün 1 gündən bir, 2 gündən bir 2-3 saatlıq gedib-gəlirdi.

17. Şahid X2 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, cavabdehi, deyəyəsən, bir dəfə görüb. Elçini çoxdan tanıyır, bir şirkətdə işləyiblər. Elçin hazırki məsələ lə bağlı artıq çoxdandır ki, şikayətlənir. Mütamadi olaraq yaz, yay aylarında Elçinin bağına gedib-gəlir. Amma bağa hansısa malın gətirib-aparılmasını görməyib.

18. Şahid X5 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, Elvin ilə 15 il dostluq münasibəti vardır, Elçin ilə isə qonşudular. Evinlə Elçinin iş birliyi münasibətləri, əlbətdə ki, olub. Dəfələrlə bununla bağlı söhbətlərdə iştirak eləyib. Çindən mal gətirməsi ilə bağlı, malın bazarda paylanması barədə aralarında söhbətəri olub. Çindən mal gətirilib, gətirilən malın müqabilində Elvin tərəfindən evin qabağındakı MilliÖn aparatından Elçinə 3-4 dəfə ödəniş olunub, bir dəfə 800, bir dəfə 900 manat idi. Elvinin dediyinə görə pulu Elçinə göndərirdi. Mal Sədərək Ticarət Mərkəzinə paylanırdı. İddiaçı tərəfindən Cavabdeh hərhansı pul məbləğinin verilməsinin şahidi olmayıb. İddiaçı tərəfindən Cavabdeh MilliÖn vasitəsilə 800 manat pul məbləğinin köçürülməsinin şahidi olub.

19. İddiaçı tərəfindən məhkəməyə “qruppovoy çat” adlı yazışma təqdim ediomişdir.

20. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmamalıdır.

21. Belə ki, iddiaçı iddia edir ki, 2022-ci ilin may ayında övladını Zabitlər bağında yerləşən “Aşıxara” karate federasiyasının nəzdində idman məşqlərinə apararkən cavabdeh ilə tanış olduğunu, həmin vaxt cavabdehin özünü iş adamı kimi təqdim edərək şəxsi mağazalarının olması barədə məlumat verdiyini, Çin Xalq Respublikasından müxtəlif əmtəələrin əlverişli əsasda idxalı barəsində öz təcrübəsini onunla bölüşərək onunla iş birliyi qurub vəsait qoymağa sövq etdiyini, təxminən tanışlıqlarından bir neçə ay keçdikdən sonra iş birliyi adı altında o vəsait qoymağa razılıq verdiyini, cavabdehin Çin Xalq Respublikasından müxtəlif çeşidlərdə malların sifarişi adı ilə aşağıdakı məbləğlərdə, vaxtlarda və məkanlarda qeyd etdiyi pulları - (xx.xx.2022-ci il tarixdə qeyd edilən malın sifarişi üçün Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay 36 ünvanında yerləşən Batumi kafesində görüşərək 10.000 ABŞ dolları (pulun verilməsi zamanı Azərbaycan manatı ekvivalentində 17000 manat) məbləğində pul vəsaitini nağd şəkildə, xx.xx.2022-ci il tarixdə yuxarıda sözü gedən malın sifarişi üçün Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay 36 ünvanında yerləşən Batumi kafesinin qarşısında əlavə olaraq 6800 ABŞ dolları (pulun verilməsi zamanı Azərbaycan manatı ekvivalentində 11560 manat) məbləğində pul vəsaitini nağd şəkildə, xx.xx.2023-cü il tarixdə yuxarıda sözü gedən malın sifarişi üçün Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay 36 ünvanında yerləşən Batumi kafesinin qarşısında əlavə olaraq 3800 ABŞ dolları (pulun verilməsi zamanı Azərbaycan manatı ekvivalentində 6460 manat) məbləğində pul vəsaitini nağd şəkildə ondan aldığını, nəticədə tərəfindən cavabdehə Çin Xalq Respublikasından tikintidə istifadə olunan xırdavat mallarının sifarişi üçün cəmi 20 600 ABŞ dolları (pulun verilməsi zamanı Azərbaycan manatı ekvivalentində 35020 manat) pul vəsaitini verdiyini, sonuncu pul vəsaitinin verildiyi tarixdən ona bu məbləğlə bağlı, yəni 20 600 ABŞ dollar (pulun verilməsi zamanı Azərbaycan manatı ekvivalentində 35020 manat) pul vəsaitini və yaxud həmin pul vəsaiti dəyərində olan heç bir yuxarıda sözügedən adda malı vermədiyini və ölkəyə idxal etmədiyini, nəticədə cavabdeh təqsirli hərəkətləri ilə ona 20600 ABŞ dolları (pulun verilməsi zamanı Azərbaycan manatı ekvivalentində 35020 manat) məbləğində maddi ziyan vurduğunu məhkəmədə mübahisələndirmişdir. Cavabdeh isə bildirir ki, iddiaçının yeganə sübut kimi məhkəməyə təqdim etdiyi telefon danışığı üzrə səs yazısının bir hissəsi təqdim edilmişdir. Səs yazısının əvvəli və son hissəsi olmalıdır mahiyyətin ortaya çıxması üçün. Səs yazısında maldan söhbət gedir, puldan söhət getmir. Malın çatdırılmasından söhbət gedir. Cavabdehin iddiaçıdan 20600 ABŞ dolları məbləğində pulun götürülməsinin etiraf edilməsi ilə bağlı bir səs yazısı mövcud deyildir. Bəli, iddiaçı ilə xaricdən mallar sifariş ediblər, lakin iddiaçı üçün sifariş olunan malların dəyərini birgə gedərək iddiaçı özü ödəyib, hətta gələn mallara görə karqo xərcini də iddiaçı özü ödəyib. Mallar gəlib, satışlar edilib, iddiaçı qazanc da əldə edib (qazanc olaraq bəzi məbləğlər nağd olaraq iddiaçıya verilib, bəziləri hesabına köçürülüb). İddiaçının ödədiyi pullar müqabilində gələn malların satışına dair qaimə-fakturaları iddiaçı şəxsən özü tərtib edib, imzalayıb və malları satıb. İddiaçının 6000 manatlıq malı qalıb, satılmayıb, lakin iddiaçı həmin malları götürmək istəmir. 20.600 ABŞ dollar məbləğində pul cavabdehə nə nağd, nə də köçürmə yolu ilə verilməyib.

22. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Məhkəmə hesab edir ki, iddiaçı öz tələbinin (cavabdehdən maddi ziyan olaraq 20.600 ABŞ dollar məbləğində pulun tutulmasının) əsaslı olmasını sübuta yetirə və məhkəmədə daxili inamı yarada bilməmişdir.

24. Belə ki, məhkəmənin dəfələrcə verdiyi sualına cavab olaraq bildirmişdir ki, cavabdehi tanıdığı gündən bugünə kimi cavabdehə hissələrlə (2022 və 2023-cu illərdə) cəmi 20.600 ABŞ dolları məbləğində nəğd olaraq pul verib və həmin pulun müqabilində cavabdeh xaricdən onun üçün mallar gətizdirməli idi, lakin mallar bugünə kimi verilməyib. Birincisi, pulun verilməsinə dair iddiaçı tərəfindən təqdim edilmiş yeqanə səs yazısına dair məhkəmə qeyd edir ki, həmin səs (telefon danışının yazılmasını cavabdehə bildirmədiyini məhkəmədə qeyd etmişdir) yazısında cavabdehə onun 20.000 ABŞ dolları məbləğində olan malından başqa cavabdehin də malının gəldiyini soruşmüş, cavabdeh də öz növbəsində onun da malının gəldiyini, iddiaçının malları bir-birinə qatışdıqmamaqlarını, ikincinin onun malları ilə özünə məxsus olan malların ayrı ayrı olduğunu, iddiaçı onun malının məbləğinin nə qədər təşkil etdiyini, cavabdeh onda 16800 ABŞ dolları həcmində olduğunu, 2800 ABŞ dolları həddində Rəşid adlı şəxsin malı da üzərində gəldiyini, lakin Çində kursun aşağı düşdüyünü və buna görə də onun malının məbləği 21500 ABŞ dolları həcminə ekvivalent gəldiyini, o cümlədən səs yazısının 4:57-ci dəqiqəsində iddiaçıya ona malın həcminin 20000 ABŞ dolları olmadığını 20600 ABŞ dolları təşkil etdiyini, verilən puldan1629 ABŞ dolları məbləği qaldığını, iddiaçı malların ayın 20-nə sağ salamat gətirib çıxarda biləcəyi barədə sual vermiş, cavabdeh kargo ilə dəqiqləşdirəcəyini, kargonun 18-də açıldığını, malların ayın 18-də verilməsi üçün qızı tələsdirəcəyini, qızın ayın 20-dən işləyəcəyini, lakin kargonun 18-də işlədiyini güman etdiyini, həmçinin gedib dəqiqləşdirmək istədiyini, əslində ayın 15-16-dan mal qəbul edildiyini, ayın 18-də göndərəcəklərini, yenə də işləyib-işləmədiyini dəqiqləşdirlməli olduğunu, ümumiyyətlə işlədiklərini, lakin bugun gedəcəyini, özünün vaxtı olmadığını, iddiaçı da ondan “smistitel”i soruşmuş və cavabdeh taksi ilə göndərəcəyini qeyd etmişdir. Yəni, həmin səs yazısında xaricdən gələcək malların miqdarı və dəyəri müzakirə olunub. İddiaçının məhz cavabdehə 20600 ABŞ dollarında pulun verilməsi səs yazısından müəyyən edilmir. Məhkəmə onu da qeyd edir ki, iddiaçı bildirir ki, həmin məbləği cavabdehə nəğd olaraq və hissələrdə ödəmişdir (xx.xx.2022-ci və xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərində). Lakin, belə olan halda sual yaranır ki, əgər birinci və ikinci (təxminən eyni tarixlər göstərilmiş) ödənişlərdən sonra heç bir mal xaricdən gəlməmişdirsə, səkkiz ay sonra nəyə görə iddiaçı üçüncü ödənişi edirdi.

25. İkincisi, iddiaçı bildirir ki, cavabdeh ilə bütün münasibət dövründə ona cəmi 20.600 ABŞ dolları məbləğində pul verib və bunun müqabilində heç bir mal xaricdən gətirilməyib və iddiaçı malların satışını həyata keçirməyib. Lakin, iş materillarında olan və iddiaçının etiraf etdiyi kimi onun özünün öz xətti ilə tərtib etdiyi 2023-cü ilin mart-aprel tarixləri əhatə edən qaimə-fakturalardan görünür ki, iddiaçı tərəfindən müxtəlif şəxslərin adlarına 48.000 manatdan artıq dəyərdə malların satışına dair qaimələr tərtib etmiş, təhvil alacaq alıcı-şəxslərin adlarını və telefon nömrələrini göstərmişdir. İddiaçının həmin qaiməfakturalara dair bildiryini arqumentini (mallar gəlməmişdən qabaq həmin qaimələri tərtib edib ki, əvvəlcədən bilsin kimə nəgəd mal satılacaq) məhkəmə tamamilə əsassız və həqiqətə uyğun olmadığını hesab edir. Belə ki, əgər iddiaçıya hər hansı mal həqiqətən də gəlməmişdirsə, həmin satış qaimələrində alıcıların adları, telefon nömrələri, malların dəqiq adı, miqdarı, giyməti və ən azı tarix göstərilə bilməzdi.

26. Üçüncüsü, iddiaçı iş materiallarında olan qəbzlər əsasında onun kart hesabına köçürülmüş pulları inkar etməmişdir. Lakin, bildirmişdir ki, həmin pul vəsaiti satdığı malların dəyəri olaraq deyil, cavabdehə şəxsi ehtiyacları üçün borc olaraq verdiyi pul məbləğinin ona geri ödənişidir. İddiaçı, bu arqumentini (cavabdehə şəxsi ehtiyacları üçün borc olaraq manatla pulun verilməsini) təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.

27. İddiaçın təqdim etdiyi “qruppovoy çat” adlı yazışmasına dair məhkəmə qeyd edir ki, həmin yazışmanın kimlər arasında aparılması, hazırki işə aidiyyəti olması, həqiqiliyi və mötəbərliyi müəyyən edilmədiyi üçün sübut qismində giymətləndirilə bilməz.

28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

29. 14-cü maddəsinə əsasən Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər; Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları; Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları; Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi; Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması; Başqa şəxsə zərər vurulması; Əsassız varlanma; Fiziki və hüquqi şəxslərin digər hərəkətləri; Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə.

30. 21.1 və 21.2-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

31. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

32. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

33. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır.

35. Qeyd olunanlardan göründüyü kimi iddiaçı sadəcə olaraq formal mülahizələr irəli sürərək, cavabdehin hansı qanunsuz hərəkət və hərkətsizliyi nəticəsində ona 20600 ABŞ dolları məbləğində maddi ziyan dəydiyini məhkəmə prosesi zamanı sübuta yetirə bilməmişdir.

36. Beləliklə, Mülki Məcəllənin 21.2, 1096, 1097-ci maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırkı işdə bu əsaslar müəyyən edilmədiyi, iddianın əsassız olduğu üçün məhkəmə, iddianın təmin edilməməsi qənayətinə gəlir.

37. MPM-in 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (76.2-ci maddə).

38. Göründüyü kimi iddiaçı iddia ərizəsində bir sıra dəlillər irəli sürməsi, həmin faktlarını məhkəmədə sadəcə şifahi (heç bir sübut təqdim edilmədən) müdafiə etməsi, onun hazırkı mübahisə predmeti üzrə haqlı olması anlamına gəlməməlidir.

39. Məhkəmə qeyd edir ki, MPM-də çəkişmə prinsipi və bir başa göstərilməyən, lakin nəzərdə tutulan dispozitivlik prinsipi xüsusi yer tutur və həmin prinsiplərə əsasən, məhkəmə icraatı zamanı işin halları yalnız tərəflərin bildirdikləri faktlar və təqdim etdikləri sübutlar əsasında müəyyən edilir.

40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

42. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.

43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

44. Məhkəmə hesab edir ki, iddia tələbi tam rədd olunduğu üçün işə baxılması ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

Nəticə:

45. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı Cavabdeh qarşı “20.600 ABŞ dolları məbləğində pul” tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar