Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5322/2025 22.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi) Bakı Kommersiya Məhkəməsinin hakimi X1, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pulun tutulması” tələbinə dair iddiasına kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı ASC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (bundan sonra – cavabdehlər ) qarşı “pulun tutulması” tələbi barədə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC iləCavabdeh2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 335979-CNS-49645/1 saylı əlavə razılaşmaya əsasən xx.xx.2025-ci il tarixə Banka borclu olduğu 8981.94 manat məbləğində əsas borc, 739.24 manat məbləğində faiz borcu cəmi 9721.18 manat məbləğində borcun və ödənilmiş 117.21 dövlət rüsumunun Cavabdeh2 və Cavabdeh1ndantutularaq İddiaçı ASC-nəödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə Bank və ya iddiaçı) ilə sahibkar olan fiziki şəxs V(ÖEN **********) Cavabdeh2(bundan sonra mətndə Cavabdeh2 və ya cavabdeh) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 335979-CNS-49645 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2dövriyyə vəsaitlərinin artırılması üçün illik 21 faiz hesablanması şərti ilə 24 aymüddətinə 15000 manat məbləğində kredit verilərək kart hesabına köçürülmüşdür. Bank ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 335979-CNS-49645/1 saylı “xx.xx.2023-cü il tarixli, 335979-CNS-49645 saylı kredit müqaviləsinə dəyişiklər və əlavələr edilməsi barədə 01 saylı əlavə razılaşma”ya əsasən kredit müddəti xx.xx.2027-ci il tarixədək, faiz dərəcəsi 20, məbləği isə 8981.94 manat müəyyən edilmişdir. Eyni zamanda, BanklaCavabdeh1 arasında xx.xx.2025-ci il tarixdə 335979-CNS-49645 saylı kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq 335979-1-6897 saylı zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu Cavabdeh2 üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2025-ci il tarixdən icra etməmiş və nəticədə cavabdehin Banka 9721.18 manat məbləğində borcu yaranmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək, pozulmasına yol verməmək “kredit alan”ın vəzifəsidir.
II. Məhkəmə baxışının hədləri:
3. Mülki Prosessual Məcəllənin: -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
4. İddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 335979-CNS-49645 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 15000 manat məbləğində illik 21 % olmaqla, 24 ay müddətinə kredit vermişdir.
5. xx.xx.2024-cü il tarixli, 335979-CNS-49645/1 saylı “xx.xx.2023-cü il tarixli, 335979- CNS-49645 saylı kredit müqaviləsinə dəyişiklər və əlavələr edilməsi barədə 01 saylı əlavə razılaşma”ya əsasən kredit müddəti xx.xx.2027-ci il tarixədək, faiz dərəcəsi 20, məbləği isə 8981.94 manat müəyyən edilmişdir.
6. İddiaçı ASC (kreditor) ilə Cavabdeh1 (zamin) arasında xx.xx.2025-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilələrin: - 1.1-ci bəndinə əsasən kredit alan Zaminliklə təmin edilmiş hazırkı Müqavilənin 1.2.-ci bəndində göstərilən öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, Zamin və Kredit alan öhdəliklərini Bank qarşısında yerinə yetirəcəyinə görə birgə məsuliyyət daşıyırlar. - 1.2-ci bəndinə əsasən bu müqavilə üzrə zaminliklə təmin edilmiş öhdəliklər Bankın, Kredit müqavilə; pul tələblərinə bərabərdir (bundan sonra - zəmanət ilə təmin edilmiş öhdəliklər) o cümlədən: 8981.94 manat məbləğində və müddətə xx.xx.2027-ci il (daxil olmaqla) verilmiş kredit; Kredit müqaviləsinə əsasən əlavə xəbərdarlıq edilmədən faiz dərəcəsini artırma ehtimalı nəzərə almaqla, illik 24 faiz % məbləğində kreditdən istifadəyə görə faiz; Kredit müqaviləsində nəzərdə tutulmuş qaydada və müddətdə digər öhdəliklər. - 2.5.1-ci bəndinə əsasən kredit alan zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca təmin edilmiş öhdəliyi 5 təqvim günü ərzində tam icra etmək zaminin vəzifəsidir. Müqavilə tərəflərin imzası və kreditorun möhürü ilə təsdiq edilmişdir
7. İddiaçı tərəfindən verilmiş maliyyə arayışından görünür ki, iddiaçı və cavabdehlər arasında bağlanmış xx.xx.2025-ci il tarixdə 335979-CNS-49645 saylı kredit müqaviləsi üzrə cavabdehin xx.xx.2025-ci il tarixə olan əsas borcu 8981.94 manat, faiz borcu 739.24 manat olmaqla, ümumilikdə borcu 9721.18 manat təşkil edir.
8. xx.xx.2025-ci il tarixli 335979-CNS-49645 saylı müqaviləyə 01 saylı Əlavə olan ödəniş cədvəlinə əsasən cavabdehlər tərəfindən iddiaçıya 8981.94 manat əsas borc,3037.71 manat faiz bocru ödənilməlidir.
9. İddiaçı ASC tərəfindən cavabdehlər Cavabdeh2 pretenziya məktubu ilə müraciət edilərək, müvafiq müqaviləyə əsasən Bank qarşısında yaranmış gecikmiş öhdəliklərinin icrası xahiş edilmişdir.
10. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir.
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlər ə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.
12. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər. - 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. - 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. -
13. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 335979- CNS-49645/1 saylı “xx.xx.2023-cü il tarixli, 335979-CNS-49645 saylı kredit müqaviləsinə dəyişiklər və əlavələr edilməsi barədə 01 saylı əlavə razılaşmadan və xx.xx.2025-ci il tarixli zaminlik müqaviləsindən irəli gəlir. Cavabdehlərin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
14. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də kredit və zaminlik müqaviləsinə əsasən cavabdehlərin üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 8981.94 manat, faiz borcu 739.24 manat məbləğində faiz borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehlərdən göstərilən borclar tutularaq iddiaçıya ödənilməlidir.
15. Məhkəmə zamin Cavabdeh1 xx.xx.2025-ci il tarixli zaminlik müqaviləsi ilə xx.xx.2024-cü il tarixli, 335979-CNS-49645/1 saylı kredit müqaviləsi üzrə borc alan Cavabdeh2nun bütün öhdəliklərinə zamin durduqlarından həmin öhdəliklərə görə borc alanla birgə məsuliyyət daşıdıqlarını nəzərə alaraq hesab edir ki, İddiaçı ASC kredit müqaviləsi üzrə borcun (kredit, faiz və dəbbə pulu borcu daxil olmaqla) müştərək (birgə) qaydada borc alan və zaminlərdən tutulmasını tələb etməkdə də haqlıdır.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
17. Materiallardan da göründüyü kimi iddiaçı tərəfindən 117.21 manat dövlət rüsumu ödənilmişdir.
18. Məhkəmə hesab edir ki, təmin olunan iddia məbləğinə mütənasib olaraq iş üzrə ödənilmiş 117.21 manat dövlət rüsumu xərci cavabdehlər ə aid edilməlidir.
IV. Nəticə:
19. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 8981.94 manat məbləğində əsas borc, 739.24 manat faiz borcu olmaqla,cəmi 9721.18 (doqquz min yeddi yüz iyirmi bir manat on səkkiz qəpik) və ödənilmiş 117.21 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
X3