Məhkəmə qərarları › İş №e-2-2(113)-5328/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-5328/2023

15.11.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-5328/2023 15.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi ilə, İddiaçı və cavabdehin iştirakı olmadan, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və X3 qarşı lizing müqaviləsinə xitam verilməsi, lizing predmetinin qaytarılması və lizing borcunun ödənilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək İddiaçı MMC ilə X5 arasında bağlanmış xx.xx.2019-cu il tarixdə 06/2136/DLİZ nömrəli X2 xitam olunması, İddiaçı MMC məxsus “Mercedes Benz GL550” markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisinə qaytarılması, İddiaçı MMC ilə X5 arasında bağlanmış xx.xx.2019-cu il tarixdə 06/2136/DLİZ nömrəli X4 əsasən xx.xx.2023-cü il tarixədək yaranmış 63300.44 manat əsas borc, 54372.91 manat mükafat borcu 509.68 manat cərimə faizi cəmi: 118.183.03 manat lizinqi borcu məbləğinin, iddiaçı tərərəfindən ödənilmiş 400 manat ilkin mediasiya prosesində iştirak üçün ödənilmiş xərc və əlavə 5 manat dövlət rüsumunun əvəzi X1 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə məhkəmənin hazırlıq iclasları 26 oktyabr 2023-cü il tarixə, saat 12:45-ə və 15 noyabr 2023-cü il tarixə, saat 15:20-ə təyin edilmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, tərəflərə məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə hazırlıq iclaslarına gəlməmiş və iştirak etməməklərinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.6-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.7, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və X3 qarşı lizing müqaviləsinə xitam verilməsi, lizing predmetinin qaytarılması və lizing borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində ondan elektron kabinet vasitəsi ilə Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar