Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5331/2024 17.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı pul tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik, borc tələbi, cərimə) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 birgə qaydada: DCS00151695-08 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 8525,62 manat əsas borc, 650,08 manat faiz borcu, 2745,65 manat, cərimə borcu olmaqla, cəmi 11851,17 manat məbləğində borcun; DC00151695-11 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 12421,97 manat əsas borc, 2111,73 manat faiz borcu, 2665,57 manat cərimə borcu olmaqla, cəmi 17199,27 manat məbləğində borcun; DCL00151695-17 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 6569 manat əsas borc, 321,66 manat faiz borcu, 2464,10 manat cərimə borcu olmaqla, cəmi 9354,76 manat məbləğində borcun, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 205,22 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 birgə qaydada DCS00151695-08 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 8525,62 manat əsas borc, 650,08 manat faiz borcu, 2745,65 manat cərimə borcu olmaqla, cəmi 11921,35 manat məbləğində borcun; DC00151695-11 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 12421,97 manat əsas borc, 2111,73 manat faiz borcu, 2665,57 manat cərimə borcu olmaqla, cəmi 17199,27 manat məbləğində borcun; DCL00151695-17 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 6569 manat əsas borc, 321,66 manat faiz borcu, 2464,10 manat cərimə borcu olmaqla, cəmi 9354,76 manat məbləğində borcun, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 205,22 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2021-ci il tarixli DCS00151695-08saylı kredit müqaviləsi imzalanmış və Kreditor Azərbaycan Respublikası X1 (bundan sonra – Fond) “13” iyul 2021-ci il tarixli ZM-1325/2021 nömrəli Zəmanət məktubunun şərtlərinə uyğun olaraq məqsədli istifadə, qaytarılmaq, faizlər ödəmək şərtilə Borcluya illik 15% faiz dərəcəsi ilə 24 (iyirmi dörd) ay müddətinə 27256 (iyrimi yeddi min ki yüz əlli altı) manat məbləğində kredit verilmişdir. Bundan başqa Bank ilə Borcalan arasında xx.xx.2022-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X7nun xx.xx.2022ci il tarixli 1.0.5 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC- 00151695LE/2019 saylı Razılaşma imzalanmışdır. Həmin razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş X3 qeyd edilmiş şərtləri qəbul edir. Eyni zamanda X7 çərçivəsində çərçivəsində: xx.xx.2022-ci il tarixli DC00151695-11 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 22912 (iyrimi iki min doqquz yüz on iki) manat məbləğində dövlət və digər xərclərin ödənilməsi məqsədi ilə birdəfəlik kredit verilmişdir; xx.xx.2022-ci il tarixli DCL0015695-17 saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 6569 manat məbləğində əməliyyat xərclərinin ödənilməsi məqsədi ilə birdəfəlik kredit verilmişdir; Cavabdeh1 MMC-nin İddiaçı ASC qarşısında öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 Faiq oğlu və Bank arasında: DCS00151695-08 saylı kredit müqaviləsi təminatı olaraq xx.xx.2021-ci il tarixli DGS**********81 saylı zaminlik müqaviləsi; DC00151695-11 saylı maliyyələşdirmə üzrə ərizənin təminatı olaraq xx.xx.2022-ci il tarixli, DG**********369 saylı zaminlik müqaviləsi; DCL0015695-17saylı maliyyələşdirmə üzrə ərizənin təminatı olaraq xx.xx.2022-ci il tarixli, DG**********048 saylı zaminlik müqaviləsi; Lakin Borcalan DCS00151695-08 saylı müqavilə üzrə öhdəliklərini 506 gün, DC00151695-11 saylı müqavilə üzrə öhdəliklərini 500 gün, DCL0015695-17 saylı müqavilə üzrə öhdəliklərini 517 gün icra etməyərək kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Bank tərəfindən Borcalana xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. X5 4-cü bölümünün 3.11-ci bəndinə əsasən Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Bank xidmətlərinin göstərilməsinə dair X7nun 4-cü bölümünün 5.2.1-ci bəndinə əsasən kreditin və faizlərin ödənilməsi Müştəri tərəfindən 3 aydan artıq müddətə gecikdirildikdə Bank Müştəriyə verilən Krediti vaxtından əvvəl ləğv edə və ya Kredit məbləğini vaxtından əvvəl Müştəridən tələb edə bilər. Eyni zamanda X5 əsasən Müştəri tərəfindən Müqavilə öhdəlikləri yerinə yetirilmədikdə, Azərbaycan Respublikası Qanunlarına əsasən məhkəmələrə və digər səlahiyyətli orqanlara müraciət etmək Bankın hüququdur. DCS00151695-08 saylı kredit müqaviləsinin 3.1.5-ci bəndinə əsasən borclu davam edən 60 gün ərzində ona verilmiş kredit üzrə əsas borc hissəsini və ona hesablanmış faizi ödəniş cədvəli üzrə ödəmədikdə kreditor müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada xitam verə və kredit üzrə əsas borc qalığının bu müddətə qədər hesablanmış faizi ilə birlikdə qaytarılmasını və bu müqavilənin 4.2-ci bəndinə uyğun olaraq hesablanan dəbbə pulunun ödənilməsini borcludan tələb edə bilər. İddia ərizəsinin məhkəməyə verilməsi üçün Bank tərəfindən 205,22 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsində göstərilənləri təsdiq edərək məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına nümayəndələri gəlməmişlər və gəlməməklərinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: Cavabdeh1 MMC tərəfindən imzalanmış xx.xx.2022-cı il tarixli PB/GTC- 00151695LE/2019 saylı “Bank xidmətlərinin göstərilməsinə dair X7nun 1-ci bəndinə əsasən müştərinin müraciəti əsasında ona bank hesabının açılması, depozitinin yerləşdirilmə, maliyyələşdirilməsi (kredit, kredit xətti və ya limitin ayrılması), ticarətin maliyyələşdirilməsi (akkrediti, qarantiya, stand-by akkreditiv, inkasso), ödəniş kartlarının verilməsi, depozit qutularının icarəsi və bu xidmətlərin göstərilməsindən irəli gələn şərtlər müvafiq adlı bölmələrdə öz əksini tapmışdır. Müqavilənin 5-ci bəndinə əsasən bu müqavilə çərçivəsində təqdim olunan ərizə bu müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edir. İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış “Sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılması üzrə” 21 iyul 2021-ci il tarixli DCS00151695-08 saylı kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən Kreditor Azərbaycan Respublikası X1 13 iyul 2021-ci il tarixli ZM-1325/2021 nömrəli Zəmanət məktubunun şərtlərinə uyğun olaraq məqsədi istifadə, qaytarılmaq, faizlər ödəmək və bu müqavilənin 1.5-ci bəndində müəyyən edilmiş təminatı vermək şərtilə borcluya 27256 manat məbləğində illik 15% faiz dərəcəsi ilə 24 ay müddətinə kredit verir. Müqavilənin 1.2-ci bəndinə əsasən borclu kredit üzrə əsas borcu və ona hesablanmış faizləri, o cümlədən mövcud olduğu təqdirdə dəbbə pulunun bu müqavilədə nəzərdə tutulmuş qaydada Kreditora ödəyir. Müqavilənin 1.5.1-ci bəndinə əsasən kreditor qarşısında bu müqavilə üzrə öhdəliyini icra etmədiyi və ya lazımınca icra etmədiyi halda, bu öhdəliyi tamamilə icra etməsi barədə məsuliyyəti zamin qismində öz üzərinə götürməsinə dair “Cavabdeh2” ilə kreditor arasında zaminlik müqaviləsi bağlanılır. Müqavilənin 2.2-ci bəndinə əsasən kredit üzrə faizlərin hesablanması ildə 360 təqdim günü, ayda isə 30 təqdim günü götürülməklə həyata keçirilir. Bank ilə Cavabdeh1 MMC arasında imzalanmış xx.xx.2022-ci il tarixli, DCL00151695-11 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 22912 manat məbləğində pul vəsaiti illik faiz dərəcəsi 17%, kreditin illik/gündəlik cərimə faiz dərəcəsi 15%, kredit müddəti bitdikdən sonra illik/gündəlik cərimə faiz dərəcəsi 32%, kreditin müddəti xx.xx.2024-cü il tarixədək olmaqla Cavabdeh1 MMC tərəfindən kredit götürülmüşdür. Bank ilə Cavabdeh1 MMC arasında imzalanmış xx.xx.2022-ci il tarixli, DCL00151695-17 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 6569 manat məbləğində pul vəsaiti illik faiz dərəcəsi 17%, kreditin illik/gündəlik cərimə faiz dərəcəsi 15%, kredit müddəti bitdikdən sonra illik/gündəlik cərimə faiz dərəcəsi 32%, kreditin müddəti xx.xx.2023-cü il tarixədək olmaqla Cavabdeh1 MMC tərəfindən kredit götürülmüşdür. İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli, DG**********369 saylı zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən Bank ilə bu müqavilənin 2.3. bəndində göstərilən şəxs (bundan sonra “Borcalan” adlanacaq) arasında müqavilənin 2.1. bəndində göstərilən kredit müqaviləsi əsasmda Borcalana veriləcək müqavilənin 2.2. bəndində göstərilən məbləğdə kreditlə əlaqədar olaraq Borcalan Bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək Zamin, Borcalan ilə birlikdə Bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürür. Müqavilənin 2.3-cü bəndinə əsasən Zamin, Bank qarşısında Borcalanın müqavilənin 2.1. bəndində göstərilən öhdəliyi üzrə Banka olan borcları, həmçinin bu öhdəliklə əlaqədar yaranan və yarana biləcək hər cür faiz, zərər, komisyon, dəbbə pulu, məhkəmə xərcləri və s. məbləği həcmində məsuliyyət daşıyır. İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli, DG**********048 saylı zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən Bank ilə bu müqavilənin 2.3. bəndində göstərilən şəxs (bundan sonra “Borcalan” adlanacaq) arasında müqavilənin 2.1. bəndində göstərilən kredit müqaviləsi əsasmda Borcalana veriləcək müqavilənin 2.2. bəndində göstərilən məbləğdə kreditlə əlaqədar olaraq Borcalan Bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək Zamin, Borcalan ilə birlikdə Bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürür. Müqavilənin 2.3-cü bəndinə əsasən Zamin, Bank qarşısında Borcalanın müqavilənin 2.1. bəndində göstərilən öhdəliyi üzrə Banka olan borcları, həmçinin bu öhdəliklə əlaqədar yaranan və yarana biləcək hər cür faiz, zərər, komisyon, dəbbə pulu, məhkəmə xərcləri və s. məbləği həcmində məsuliyyət daşıyır. İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixli, PB-OUT-06995-2023 saylı bildiriş məktubundan və ona qoşma cədvəldən görünür ki, Cavabdeh1 MMC xx.xx.2022-cı il tarixli onGTC-00151695LE/2019 saylı bank xidmətlərinin göstərilməsinə dair X7 çərçivəsində xx.xx.2021-ci il tarixli DCS00151695-08 saylı, xx.xx.2022-ci il tarixli DCL00151695-11 saylı və xx.xx.2022-ci il tarixli DCL00151695-17 saylı maliyyələşdirmə ərizələri üzrə öhdəliklərini yerinə yetirmədiyi və xx.xx.2023-cü il tarixinə DCS00151695-08 saylı ərizə üzrə 255, DC00151695-11 saylı ərizə üzrə 249 və DCL00151695-17 saylı ərizə üzrə 266 gün gecikmə yarandığı qeyd olunmuşdur və öhdəliyin icrası tələb olunmuşdur. İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixli PB/PBŞ-OUT-00093-2024/1 saylı maliyyə arayışına əsasən Cavabdeh1 MMC-nin xx.xx.2024-cü il tarixə İddiaçı ASC qarşısında kredit üzrə öhdəlikləri DC00151695-11 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 12421,97 manat əsas borc, 2111,73 manat faiz borcu, 2665,57 manat cərimə borcu olmaqla, cəmi 17199,27 manat təşkil edir və gecikdirilmiş günlərin sayı 500 gün qeyd olunmuşdur, DCS00151695-08 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 8525,62 manat əsas borc, 650,08 manat faiz borcu, 2745,65 manat cərimə borcu olmaqla, cəmi 11851,17 manat təşkil edir və gecikdirilmiş günlərin sayı 506 gün qeyd olunmuşdur, DCL00151695- 17 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 6569 manat əsas borc, 321,66 manat faiz borcu, 2464,10 manat cərimə borcu olmaqla, cəmi 9354,76 manat təşkil edir və gecikdirilmiş günlərin sayı 517 gün qeyd olunmuşdur. xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı ASC 205,22 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463-cü maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış “Sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılması üzrə” 21 iyul 2021-ci il tarixli DCS00151695-08 saylı kredit müqaviləsinə əsasən illik 15% faiz dərəcəsi ilə 24 ay müddətinə 27256 manat məbləğində pul vəsaiti, xx.xx.2022-ci il tarixli, DCL00151695-11 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən illik faiz dərəcəsi 17% olmaqla 22912 manat məbləğində pul vəsaiti, xx.xx.2022-ci il tarixli, DCL00151695-17 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən illik faiz dərəcəsi 17% olmalqa 6569 manat məbləğində pul vəsaiti kredit verilmişdir. Öhdəliyin icrasının təmin edilməsi üçün İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli, DG**********048 saylı və xx.xx.2022-ci il tarixli, DG**********369 saylı zaminlik müqavilələri bağlanmış və zamin borclu ilə birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan və zamin kredit və zaminlik müqavilələri üzrə öhdəliklərini tam icra etməmiş, bununla da müqavilələrin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar. Nəticədə iddiaçının cavabdehlərə qarşı kredit və zaminlik müqavilələri əsasında borcu tələb etmək hüququ yaranmışdır. İşin hallarına məcmu şəkildə qiymət verərək, cavabdehlərin öhdəliklərini icra etmədiklərini, iddiaçının borcu tələb etməkdə haqlı olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, DCS00151695-08 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 8525,62 manat məbləğində əsas borc, 650,08 manat məbləğində faiz borcu, DC00151695-11 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 12421,97 manat məbləğində əsas borc, 2111,73 manat məbləğində faiz borcu və DCL00151695-17 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 6569 manat məbləğində əsas borc, 321,66 manat məbləğində faiz borcu tələbi əsaslı olduğundan təmin edilməlidir. İddiaçı eyni zamanda cavabdehlərdən DCS00151695-08 saylı maliyyələşdirmə üçün üzrə 2745,65 manat, DC00151695-11 saylı maliyyələşdirmə üçün ərizə üzrə 2665,57 manat, DCL00151695-17 saylı maliyyələşdirmə ərizə üzrə 2464,10 manat cərimə məbləğinin tutulmasını da tələb etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış kredit müqavilələrində və eyni zamanda zaminlik müqavilələrində ödənişlərin gecikdirildiyi təqdirdə cərimə haqqında razılaşma öz əksini tapmışdır. Lakin məhkəmə Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, iddia tələbi üzrə cərimə məbləğləri azaldılaraq DCS00151695-08 saylı kredit müqaviləsi üzrə 426,28 manat məbləğində, DC00151695-11 saylı maliyyələşdirmə üçün ərizə üzrə 621,10 manat və DCL00151695- 17 saylı maliyyələşdirmə üçün ərizə üzrə 328,45 manat müəyyən edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğundan, ödənilmiş 205,22 manat məbləğində dövlət rüsumunun 185,93 manatının əvəzi cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-dən müştərək qaydada DCS00151695-08 saylı kredit müqaviləsinə əsasən 8525,62 manat əsas borc, 650,08 manat faiz borcu, 426,28 manat cərimə borcu olmaqla, cəmi 9601,98 manat, DC00151695-11 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 12421,97 manat əsas borc, 2111,73 manat faiz borcu, 621,10 manat cərimə borcu olmaqla, cəmi 15154,80 manat, DCL00151695-17 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 6569 manat, əsas borc, 321,66 manat faiz borcu, 328,45 manat cərimə borcu olmaqla, cəmi 7219,11 manat, ümumilikdə 31975 (otuz bir min doqquz yüz yetmiş beş) manat 89 (səksən doqquz) qəpik məbləğində pul vəsaiti, habelə ödənilmiş dövlət rüsumunun 185 (bir yüz səksən beş) manat 93 (doqquz üç) qəpiyinin əvəzi iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-5331/2024
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5331/2024
17.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver