Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-534/2024 07.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər:, zərərin ödənilməsi, mediasiya xərci) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndələri Nümayəndə1 və X4, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı “Roysi Bom MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli yol nəqliyyat hadisəsi nəticəsində “X8 Məsuliyyətli Cəmiyyətinə dəymiş 44763,41 manat məbləğində maddi ziyanın, ödənilmiş 200 manat məbləğində mediasiya rüsumunun və ödənilmiş 25 manat məbləğində dövlət rüsumunun Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçınə (VÖEN: **********) məxsus ** JM *** qeydiyyat nişanlı MAN markalı yük avtomobili xx.xx.2023-cü il tarixdə Şuşa Füzuli- Əhmədbəyli yolunun 54-cü km-də (Xocavənd rayon böyük Tağlar kənd ərazisində) hərəkətdə olarkən Cavabdehnə (VÖEN: **********) məxsus ** AC *** qeydiyyat nişanlı Hyundaı Bekolatr markalı ekskavator sürücüsu yol hərəkəti qaydalarını pozaraq nəqliyyat hadisəsi törətmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı MMC-ə məxsus yük avtomobilinin ön hissəsi zədələnmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh MMC məxsus məxsus ** AC *** qeydiyyat nişanlı Hyundaı Bekolatr markalı ekskavator sürücüsünə Xocavənd rayon Yol patrul xidmətinin əməkdaşı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati xəta haqqında İXP ******* nömrəli protokol tərtib edilmişdir. Cavabdeh MMC-ə zədələnmiş yük avtomobilini təmir etdirmək təklifləri olunsa da cavabdeh təkliflərə beş ay ərzində cavab verməmişdir. Bundan sonra İddiaçı MMC zədələnmiş MAN markalı yük avtomobilini rəsmi servis olan “X6” MMC-də təmir etdirmişdir. Təmir xərcləri eytiyat hissələri ilə birlikdə ümumilikdə 44763.41 (qırx dörd min yeddi yüz altmış üç manat, qırx bir qəpik) manat məbləğində təşkil etmişdir. Bu barədə “X6” MMC tərəfindən qüsur aktı verilmişdir. Cavabdehdən təmirlə bağlı heç bir məlumat alınmadıqdan sonra İddiaçı MMC-ə özünə məxsus Man markalı yük avtomobilini özü hesabına təmir etdirdikdən sonra dəymiş ziyanın ödənilməsi məqsədi ilə Cavabdeh MMC-ə elektron qaydada pretenziya məktubu göndərməsinə baxmayaraq hal-hazıradək heç bir ödəniş olmamışdır. Ona görə də, vürülmuş 44763.41 manat məbləğində ziyan Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndələri iddianın məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, dəfələrcə cavabdehə nəqliyyat vasitəsinin təmir olunması üçün müraciət olunub, lakin, cavabdeh təmir etmədiyi üçün məcbur olub nəqliyyat vasitəsini özləri təmir ediblər və təmir xərclərini işdə olan sənədlər əsasında ödəyiblər.
4. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək bildirdi ki, həmin nəqliyyat vasitəsinə dəymiş zərər şişirdilmişdir. Xırda bir zərər dəymişdir. Cavabdeh iddiaçıya maşının təmiri üçün 5000 manat, razı olmadığınız halda isə təmir olunmasını təkif etmişdir, iddiaçı isə bununla razılaşmadı. İddiaçı məhkəməyə MAN TGX 18440 markalı 99JM003 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 39 (otuz doqquz) adda ehtiyat hissəsinə zərər dəydiyi üçün həmin hissələrin dəyişdirilməsi ilə bağlı zərər aktı və digər sübutları məhkəməyə təqdim etmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı sübut qismində tərəflərindən və iddiaçı tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş şəkillərdən də görünür ki, iddiaçının zərər dəyməsinə istinad etdiyi ehtiyat hissələri ilə nəqliyyat vasitələrinin toqquşma nöqtəsi və hadisənin xarakteri bir-biri ilə tamamilə ziddiyət təşkil edir. Belə ki, MAN TGX 18440 markalı 99JM003 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin bizə məxsus olan HYUNDAİ Bekolatr markalı 10AC794 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşan hissəsi və toqquşmanın şəkildə əks olunan nəticəsi onu sübut edir ki, iddiaçının zərər dəyməsinə istinad etdiyi 33 (otuz üç) ehtiyat hissəsi heç bir halda zərər görə bilməzdi. Hazırkı halda baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində real olaraq zərər görmüş və dəyişdirilməyə ehtiyacı olan ehtiyat hissələri aşağıdakılardır: Qabaq sağ fara korpusu, Kapotun ön hissəsi, Kapot, Dönmə göstəricisi (sarı), Sağ duman əleyhinə fara, Sağ fara. Zərər aktında qeyd edilmiş kabina yastıqlan və kabina yastığının birinin alt oturacağı (4, 5, 8, 13) kabinanın ön və arxa sağ və sol hissələrində yerləşir. Arxa kabina yastıqları toqquşma nöqtəsindən 2 (iki) metrdən artıq məsafədədir. Eyni qaydada ön sol kabina yastığı da toqquşma nöqtəsindən 2 (iki) metrdən artıq məsafədədir. Həmin ehtiyat hissələrinin təyinatı bilavasitə kabinanın amortizasiyasını təmin etməkdən ibarət olmaqla çox elastik rezindən ibarətdir. Bir sözlə həmin ehtiyat hissəsi gündə yüzlərcə dəfə yavaş və möhkəm olaraq əyilməklə və sirkələnməklə kabinanın amortizasiyasını təmin edir. Buna görə də hazırkı qəzadan həmin kabina yastıqları və kabina yastığının birinin alt oturacağının hər hansı bir zərər görməsi mümkün deyil. Bundan başqa zərər aktında qeyd edilmiş mühərrikin pəri və hidromufta kabinanın altında orta hissəsində yerləşməklə toqquşma nöqtəsindən 70 (yetmiş) santimetrdən artıq məsafədədir. Mühərrikin pəri və hidromuftadan əvvəl isə radiator yerləşir. Mühərrikin pəri və hidromuftaya zərər dəyməsi üçün mütləq şəkildə radiatorun zərbədən zərər görməsi və 20 (iyirmi) santimetrə qədər yerdəyişmə edərək içəriyə doğru sıxılması lazımdır. Yalnız belə olduğu təqdirdə mühərrikin pəri və hidromufta zədələnə bilər. Hazırkı halda isə zərər aktından da göründüyü kimi radiatora heç bir zərər dəyməmişdir. İddia tamamilə əsasızdır. Maşının cəmi 6 ədəd detalına zərər dəyib. Dəymiş zərərin məbləği olaraq yalnız həmin 6 hissəyə dəymiş zərəri qəbul edə bilərlər, qalan hissədə iddia əsassızdır. İddianı təsdiq edən demək olar ki, heç bir sübut yoxdur. Ekspert iddiaçının və cavabdehin verdiyi qüsur aktlarını kopyalayıb məbləğ çıxardıb göndərib məhkəməyə.
III.Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6. 13.10.2021-ci il tarixli, AZ028049 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən Hyundai Bekolatr 10AC794 DQN ekskavator yükləyicinin sahibi kimi Cavabdeh MMC qeyd olunmuşdur.
7. xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında İXP5482869 saylı protokola əsasən Hyundai Bekolatr 10AC794 DQN Cavabdeh MMC-yə məxsus nəqliyyat vasitəsi ilə MANT TGX 99JM003 DQN nəqliyyat vasitəsi arasında yol-nəqliyyat hadisəsi baş vermişdir.
8. xx.xx.2023-cü il tarixli İnzibati tənbeh vermə haqqında TP_5792675 nömrəli qərara əsasən X3 xx.xx.2023-cü il tarixində Şuşa-Füzuli-Əhmədbəyli yolunun 54-cü km Hyundai Bekolatr markalı 10AC794 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli həkət zolağına çıxmaqla manevr etmə qaydalarının pozulması müəyyən edilmiş və İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 60 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir.
9. xx.xx.2023-cü il tarixli, MAN TGX 18.440 99JM003 DNN yük avtomobilinə dair tərtib edilmiş qüsur aktına əsasən cəmi ziyan ƏDV daxil (39 ehtiyat hissələri və işçilik) 44.763,41 manat müəyyən edilmişdir (iddiaçının təqdim etdiyi).
10. "xxxx" MMC-nin tərtib etdiyi qüsur aktından görünür ki, MAN TGX yük avtomobilinə (31 ehtiyyat hissəsi və işçilik) dəymiş ziyanın 17.428,60 manat olması müəyyən olunmuşdur (cavabdehin təqdim etdiyi).
11. 22.10.2023-cü il tarixli EBCH692180 saylı e-qaiməyə əsasən "xxxx" MMC tərəfindənn iddiaçıya 13390,46 manat dəyərində və eyni tarixli EBCH691950 saylı eqaiməyə əsasən isə16112,61 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBCİ270760 saylı e-qaimə üzrə 15260,34 manat məbləğində ödəniş edilməsinə dair qaimələr tərtib edilmişdir.
12. 24.10.2023-cü il tarixli ödəniş qəbzinə əsasən iddiaçı tərəfindən EBCH692180 və EBCH691950 saylı e-qaimələr üzrə "xxxx" MMC-yə 25000 manat və xx.xx.2023-cü il tarixli ödəniş qəbzinə əsasən isə EBCİ270760 saylı e-qaimə üzrə 12935 manat məbləğində ödəniş edilmişdir.
13. 24.10.2023-cü il tarixli bildirişə əsasən iddiaçı tərəfindən EBCH692180 və EBCH691950 saylı e-qaimələr üzrə "xxxx" MMC-yə 4500 manat məbləğində və xx.xx.2023-cü il tarixli bildirişə əsasən EBCİ270760 saylı e-qaimə üzrə 2328,3 manat məbləğində ƏDV ödənişi edilmişdir.
14. Azərbaycan Respublikası ƏN MEM-in xx.xx.2024-cü il tarixli, 9/1502 saylı rəyinə əsasən Nəzəri hesablama yolu ilə, təqdim edilmiş iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktı məlumatlarına əsasən 2013-cü il buraxılışlı, ağ rəngli, mühərrikin iş həcmi 10518 sm3 olan, “MAN TGX 18.440” markalı, ** JM *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin təmir-bərpa xərci üzrə dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 42702 manat, o cümlədən: -dəyişilməli hissələrin qiyməti - 33652,00 manat; -təmir- bərpa işlərinin qiyməti - 9050,00 manat. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 27175,00 manat, o cümlədən: -dəyişilməli hissələrin qiyməti - 18125,00 manat; -təmir- bərpa işlərinin qiyməti - 9050,00 manat. Qeyd: ehtiyat hissələrinə 18% ƏDV əlavə edilməklə hesablanmışdır. Nəzəri hesablama yolu ilə, təqdim edilmiş iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş qüsur aktı məlumatlarına əsasən 2013-cü il buraxılışlı, ağ rəngli, mühərrikin iş həcmi 10518 sm3 olan. ‘ MAN TGX 18.440” markalı, ** JM *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin təmir-bərpa xərci üzrə dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 42702 manat, o cümlədən: -dəyişilməli hissələrin qiyməti - 33652.00 manat; -təmir- bərpa işlərinin qiyməti - 9050,00 manat. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 27175,00 manat, o cümlədən: dəyişilməli hissələrin qiyməti - 18125,00 m -təmir- bərpa işlərinin qiyməti - 9050,00 ma Qeyd: ehtiyat hissələrinə 18% ƏDV əlavə edilməklə hesablandığı qeyd olunmuşdur.
15. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
17. 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın;
18. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
19. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
20. Qeyd olunan maddi hüquq normalarının mənasına görə dəymiş zərərin ödənilməsinin təmin edilməsi üçün ilk növbədə aşağıdakı hüquqi əsasların müəyyən edilməsi zəruridir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər.
21. İddiaçınə (VÖEN: **********) məxsus ** JM *** qeydiyyat nişanlı MAN markalı yük avtomobili xx.xx.2023-cü il tarixdə Şuşa Füzuli-Əhmədbəyli yolunun 54-cü km-də (Xocavənd rayon böyük Tağlar kənd ərazisində) hərəkətdə olarkən Cavabdehnə (VÖEN: **********) məxsus ** AC *** qeydiyyat nişanlı Hyundaı Bekolatr markalı ekskavator tərəfindən zərər vurulması işin faktiki halları ilə təsdiqini tapdığından işin mübahisələndirilməyən halları kimi qiymət verilir.
22. İddiaçı tərəfindən zərərin mövcud olmasını təsdiq edən sübut olaraq məhkəməyə xx.xx.2023-ci il tarixli qüsur aktı təqdim olunmuşdur. Həmin akta əsasən iddiaçıya məxsus nəqliyyat vasitəsinin 39 ehtiyat hissələrinə (və işçilik) 44.763,41 manat məbləğində ziyan dəydiyi qeyd olunmuşdur. Nəqliyyat vasitəsi iddiaçının özü tərəfindən təmir şirkətində təmir olunaraq, təmir şirkətinin iddiaçıya təqdim etdyini e-qaimələr (həmin e-qaimələrdə qüsur aktında göstərilən ehtiyyat hissələri göstərilmişdir) üzrə ödənişini həyata keçirmişdir. Cavabdehin nümayəndəsi də öz növbəsində birinci dəfə ekspertizanın təyin edilməsi barədə vəsatət ilə məhkəməyə müraciət edilən zaman yeni qüsur aktını məhkəməyə təqdim edərək iddiaçıya məxsus nəqliyyat vasitəsinin 31 ehtiyat hissələrinə (və işçilik) 17428,60 manat məbləğində ziyan dəydiyini göstərmişdir. Lakin, ekspert rəyi məhkəməyə daxil olduqdan sonra cavabdehin nümayəndəsi həmin rəy ilə razılaşmayaraq bildirdi ki, nəqliyyat vasitəsinin cəmi 6 ehtiyyat hissəsinə zərər dəyib (Halbuki özünun məhkəməyə təqdim etdiyi qüsur aktında 31 ehtiyat hissəsi göstərilmişdir). Beləliklə, cavabdeh nəqliyyat vasitəsinə dəymiş ziyanı deyil, ziyanın məbləğini mübahisələndirmişdir.
23. Məhkəmə tərəfindən cavabdehin nümayəndəsinin vəsatəti təmin olunaraq iş üzrə ekspertiza təyin edilmiş, məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 9/1502 saylı rəyinə əsasən avtomobilin təmir-bərpa xərcinin 42702 manat müəyyən edildiyi qeyd olunmuşdur.
24. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ekspert rəyi əsas götürülməklə cavabdeh tərəfindən iddiaçıya vurulmuş maddi ziyanın məbləği 42702 manat müəyyən edilməlidir.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
26. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.
29. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
30. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin qanunsuz hərkəti nəticəsində iddiaçı şirkətə ziyan dəydiyini və iddiaçının ziyanın ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 42.702 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
32. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1- 1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur.
33. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 225 manat mediasiya xərci/dövlət rüsumu və 100 manat ekspertiza xərci cavabdehə aid edilməlidir.
V. Nəticə:
34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən vurulmuş zərərin əvəzi olaraq 42702 manat və mediasiya xərcinin/dövlət rüsumunun əvəzi olaraq 225 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ**********0000003944, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova