Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5340/2024 28.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçılar İddiaçı2 və İddiaçı1 iştirakları ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4.968 manat əsas borc və 90 manаt dövlət rüsumunun cəmi 5.058 manat pulun alınaraq iddiaçılara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh tanıyır. O da bir neçə kilometr kənarda “Gülüstan” restoranı işlədir. Sevinc “STAR İNŞAAT” tikinti materialları mağazasına gələrək işlətdiyi restoranı təmir etdirmək istədiyini və ona tikinti materialları lazım olduğunu dedi. İddiaçı da Sevinci tanıdığı üçün etiraz etmədi. Sevinc nəğd pulu olmadığını və malları nisyə götürəcəyini və pulunu 2 aya verəcəyini bildirdi. İddiaçı da etiraz etməmişdir. Cavabdeh 6.677.69 manat borcdan 1.155 manat ödəmiş, götürdüyü mallardan 528.8 manatlıq tikinti materiallarını mağazaya geri qaytarmışdır. Mağazaya 4968 manat borcu qalmışdır. Sevinc 2 ay ərzində verməli olan borcunu hazırkı vaxta qədər verməmişdir. Sevincə verilən mallar topdan satış şirkətlərindən götürülmüş, hazırda həmin şirkətlərə borclu qalmışdır. Həmin mallara görə həmin şirkətlərə malların faizini ödəyir. 06 noyabr 2023- cü il tarixdə Sevinc öz xətti ilə yazılı qəbz verdi. Həmin qəbzdə göstərdi ki, 4.968 manat pulu dekabr 2023-cü il tarixə kimi ödəyəcəkdir. Məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət edilmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı2 və İddiaçı1 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
9. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.
10. İddia ərizəsinin məzmunundan və cavabdeh tərəfin məhkəmə iclasında vermiş olduğu izahatlardan görünür ki, İddiaçı1 ilə Cavabdeh arasında alqı-satqı münasibətləri mövcud olmuşdur.
11. Məhkəmə iclasında iştirak edən İddiaçı1 “STAR İNŞAAT” tikinti materialları mağazasının sahibi olduğunu, mübahisəli malların ona məxsus olduğunu, İddiaçı2 həmin mağazada satıcı işlədiyini bildirmişdir.
12. İddiadan da, göründüyü kimi, cavabdehdən verilmiş olan mallara görə ödənilməmiş pulun tutulması tələb edilir.
13. Bu xüsusda Məhkəmə qeyd edir ki, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırılmalıdır.
14. Hər hansı hüquq münasibətləri subyektlərinin hüquq və vəzifələri qiymətləndirilərkən həmin münasibətlərin məzmunu təhlil edilməli və subyektin prosessual münasibətlərdə mövcudluğu və bununla əlaqəli subyektiv hüququ və prosessual imkanları araşdırılmalıdır. Subyektiv hüquq – şəxsin qanunvericiliklə təmin olunan, onun maraqlarının qorunmasına yönələn mümkün davranış qaydasıdır.
15. Konstitusiya Məhkəməsinin Plenumunun S.Ələkbərovanın şikayəti üzrə 03 iyul 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
16. Göründüyü kimi, tikinti materialları mağazasının sahibi İddiaçı1 olmuş və məhz onunla Cavabdeh arasında alqı-satqı münasibətləri yaranmışdır. İddiaçı2 ilə isə, İddiaçı1 məxsus mağazada satıcı işləmiş və mallar da, ona məxsus olmamışdır.
17. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, İddiaçı2 hazırki işdə iddia qaldırmağa subyektiv hüquqi yoxdur.
18. Ona görə də, İddiaçı2 iddiası təmin edilə bilməz.
19. İddiaçı1 Cavabdeh dəyəri 6.677,69 manatlıq mal verdiyini, sonuncunun isə müəyyən ödəniş etdikdən sonra 4.968 manat borcunun qaldığını bildirir.
20. Məhkəmə qeyd edir ki, İddiaçı1 ilə Cavabdeh arasında alqı-satqı münasibətləri yaranmış olduğundan, ilk növbədə malların sonuncuya verilib-verilməməsi halı müəyyən edilməlidir.
21. İş materiallarında olan Cavabdeh tərəfindən yazılmış və imzası ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o 2022-ci il noyabr ayından “Star İnşaat” dükanından tikinti materialları götürdüyünü, lakin işlərin qaydasında getmədiyi üçün ödənişdə gecikmə olduğunu, tikinti materialını Salyan rayonunda yerləşən obyekt üçün aldığını, ödənişi 2023-cü ilin dekabr ayının sonuna qədər ödəyəcəyini və 4.968 manat borcu tam şəkildə ödəniş edəcəyini qeyd etmişdir.
22. Göründüyü kimi, Cavabdeh müvafiq olaraq malların ona verildiyini və verilmiş olan mallara görə ödənilməmiş 4.968 manat borcunun qaldığını qəbul etmişdir.
23. Belə olan halda, Məhkəmə hesab edir ki, iddia 4.968 manat məbləğində pulun tələb edilməsi hissəsində əsaslıdır və 4.968 manat məbləğində pul cavabdehdən tutularaq İddiaçı1 ödəniməlidir.
24. Bundan başqa, iddia ərizəsindən görünür ki, xx.xx.2024-cü il tarixli, **********70 nömrəli qəbzə əsasən İddiaçı1 tərəfindən dövlət rüsumunun əvəzi olaraq 70 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir.
25. Ona görə də, dövlət rüsumunun əvəzi olaraq 70 manat məbləğində pul cavabdehdən tutularaq İddiaçı1 ödənilməlidir.
26. Yekun olaraq məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
27. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. 4.968 (dörd min doqquz yüz altmış səkkiz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı1 ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 70 (doxsan) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı1 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov