Məhkəmə qərarları › İş №e-2-2(113)-535/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-535/2020

18.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-535/2020 18.06.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Rzazadə İqbal Kamil oğlunun katibliyi ilə, iddiaçının qanuni təmsilçisi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Nümayəndə və ortaqlarının Tam Ortaqlıq “Tac” Kredit İttifaqının Cavabdeh qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Nümayəndə və ortaqlarının Tam Ortaqlıq “Tac” Kredit İttifaqı Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Cavabdeh 3.124,85 manat məbləğində kredit, 666.80 manat məbləğində faiz, 1.330,60 manat məbləğində cərimə borcu olmaqla, cəmi 5.125,25 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, kreditor "TAC" Kredit İttifaqı ilə borclu Cavabdeh (VÖEN **********) arasında xx xxxx 2014-cü il tarixində "97/SKMF-76" saylı kredit müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən kreditverən həmin müqavilə ilə müəyyən edilmiş şərtlərlə kreditalana 5000 manat krediti SKMF-nun vəsaiti hesabina illik 6%-lə və güzəşt müddəti 12 ay olmaq şərti ilə 36 ay müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün verir. Kredit alan bu müqavilə ilə aldığı krediti, ona hesablanmış faizi müqavilədə göstərilən digər öhdəlikləri vaxtında və tam yerinə yetirməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.1-ci maddəsinə əsasən kredit alan "TAC" Kİ qarşısında müqavilədə nəzərdə tutulmüş şərtlərlə aldığı vəsaiti 36 ay ərzində qaytarmağı qeyd-şərtsiz olaraq öhdəsinə götürmüşdür. Müqavilənin 4.2-ci bəndinə əsasən kredit alan kredit məbləğini kreditin verilmə tarixindən sonra bu Müqaviləyə 1 saylı Əlavədə göstərilmiş ödəmə cədvəli ilə müəyyən olunmuş qaydada ödənilməsini həyata keçirəcəkdir. Həmin əlavə üzrə ödəniş o halda vaxtında ödənilmiş hesab edilir ki, müvafiq dövr üçün müəyyən olunmuş gün bankın əməliyyat saatlarında kreditverənin cari hesablaşma hesabına daxil edilmiş olsun. Əgər ödəniş iş giinü hesab olunmayan günə təsadüf edərsə, ödəniş həmin gündən sonra gələn növbəti iş günü ödənməlidir. Lakin borclu bügünədək 1875.15 manat kredit, 494,20 manat faiz ödəmişdir. xx.xx.2016-cı il tarixindən bugünədək heç bir ödəniş etməmişdir. Bununla əlaqədar olaraq kreditor tərəfindən borcluya borcun qaytarılması barədə bildiriş göndərilsə də, borclu tərəfındən borcun ödənilməsi istiqamətində hər hansı bir addım atılmamışdır. Müqavilənin 6.1-ci bəndinə əsasən Müqaviləyə 1 saylı Əlavə ilə müəyyən edilən ödəmə günü həmin gün üçün təyin edilmiş məbləğ ödənilmədikdə ertəsi gündən etibarən vaxtı keçmiş borcun faktiki olaraq ödənildiyi tarixədək 5.3-cü bəndində göstərilmiş faiz dərəcəsinin iki mislinə bərabər cərimə ödəyir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, cavabdehin həmin tarixə 3124.85 manat kredit, 666.80 manat faiz, 1333.60 manat cərimə borcu olmaqla cəmi 5125.25 manat borcu vardır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə iddiaçı Nümayəndə və ortaqlarının Tam Ortaqlıq “Tac” Kredit İttifaqı Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulmasının tələbinə dair kiçik iddiaya dair ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında iddiaçının qanuni təmsilçisi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahatında iddia tələbini qəbul etmədiyini, ödənişlər etdiyini, lakin hazırda maddi vəziyyətinin ağır olmasını əsas göstərərək ödəniş edə bilmədiyini əsas gətirərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: xx xxxx 2014-cü il tarixli, 97/SKMF-76 saylı “Tac” Kredit İttifaqı (kredit verən) ilə Cavabdeh (kredit alan) arasında bağlanmış kredit müqaviləsinə əsasən kredit verən tərəfindən kredit alana həmin müqavilə ilə müəyyən edilmiş şərtlərlə SKMF-nin vəsaiti hesabına illik 6%-lə və güzəşt müddəti 12 ay olmaq şərtilə 36 ay müddətinə 5.000 manat məbləğində kredit verilmişdir. Kredit alan həmin müqavilə ilə aldığı krediti qaytarmağı, kreditə hesablanmış faizləri ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş digər öhdəlikləri vaxtında və tam yerinə yetirməyi öhdəsinə götürmüşdür. Müqavilənin 6.1-ci bəndinə əsasən həmin müqaviləyə 1 saylı Əlavə ilə müəyyən edilən ödəmə günü həmin gün üçün təyin edilmiş məbləğ ödənilmədikdə ertəsi gündən etibarən vaxtı keçmiş borcun faktiki olaraq ödənildiyi tarixədək müqavilənin 5.3-cü bəndində göstərilmiş faiz dərəcəsinin iki mislinə bərabər cərimə ödəməlidir. xx xxxx 2014-cü il tarixli, 464 saylı kassa məxaric orderi ilə müəyyən edilir ki, Cavabdeh “Tac” Kredit İttifaqından 5000 manat məbləğində vəsaiti almışdır. Ödəniş cədvəlindən görünür ki, xx xxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh verilmiş kredit məbləği və həmin məbləğə müqavilə şərtlərinə uyğun olaraq hesablanmış faizlər müqavilənin bağlandığı vaxtdan 12 ay ərzində hər ay 25 manat, növbəti 24 ay ərzində isə hər ay azalan həcmdə ödəniş edilməklə Cavabdeh tərəfindən “Tac” Kredit İttifaqına qaytarılmalı idi. xx xxxxxx 2019-cu il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh “Tac” Kredit İttifaqı ilə bağladığı xx xxxx 2014-cü il tarixli, 97/SKMF-76 saylı kredit müqaviləsi üzrə tələb qaldırılan günə əsas kredit borcu 3.124,85 manat, kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2017-ci il tarixə faiz borcu 250,05 manat, tələb qaldırılan günə faiz borcu 666,80 manat, kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2017-ci il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış cərimə 500,10 manat, kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2017-ci il tarixdən sonra əsas kredit borcuna görə hesablanmış cərimə 833,50 manat, tələb qaldırılan günə hesablanmış cərimə 1.333,60 manat, borc üzrə tələbin məbləği ümumilikdə 5.125,25 manat təşkil edir. “Tac” Kredit İttifaqı tərəfindən Cavabdeh ünvanlanmış xx xxxxxxxx 2019-cu il tarixli bildirişdən görünür ki, sonuncuya 3.124,85 manat kredit, 666,80 manat faiz, 1333,60 manat cərimə borcunun bir ay ərzində ödənilməsi təklif edilmiş, borc ödənilmədiyi təqdirdə Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun verilmiş güzəştli kreditin qaytarılması üçün prokurorluğa və məhkəməyə müraciət olunacağı bildirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2020-ci il tarixli, 9/1102 saylı ekspert rəyindən görünür ki, Cavabdeh mübahisəli kredit müqaviləsi üzrə iddiaçı “Tac” Kredit İttifaqına xx.xx.2017-ci il tarixə əsas borc üzrə 3.317,31 manat, faiz borcu üzrə 265,38 manat təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, “Tac” Kredit İttifaqı ilə Cavabdeh arasında xx xxxx 2014-cü il tarixdə 97/SKMF-76 saylı kredit müqaviləsi bağlanmışdır. “Tac” Kredit İttifaqı göstərilən müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh kredit məbləğini və kredit üzrə hesablanmış faizləri müqavilədə müəyyən edilmiş müddətdə və qaydada iddiaçıya qaytarmamış, bununla kredit müqaviləsi üzrə öhdəliklərini pozmuşdur. Nəticədə Cavabdehnın “Tac” Kredit İttifaqına borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Belə olan halda məhkəmə Cavabdeh xx xxxx 2014-cü il tarixli, 97/SKMF-76 saylı kredit müqaviləsi üzrə “Tac” Kredit İttifaqı qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə cavabdehin kredit ittifaqına borcunun yarandığını nəzərə alaraq hesab edir ki, iddiaçı “Tac” Kredit İttifaqı kredit müqaviləsi üzrə yaranmış borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Cavabdehdən tutulmalı olan əsas borcunun məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə kredit müqaviləsi üzrə cavabdehin əsas borcunun 3.317,31 manat olması müəyyən edilsə də, iddiaçı “Tac” Kredit İttifaqı iddia ərizəsində mübahisəli müqavilə üzrə 3.124,85 manat məbləğində borcun tutulmasını tələb etmişdir. MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən məhkəmə iddiaçının verdiyi tələb həddində işə baxaraq hesab edir ki, cavabdehdən mübahisəli müqavilə üzrə 3.124,85 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir. İddiaçının faiz borcunun tutulması tələbinə münasibətdə isə məhkəmə qeyd etməyi zəruri sayır ki, işin yuxarıda göstərilən hallarından göründüyü kimi mübahisəli kredit müqaviləsinin müddəti xx.xx.2017-ci ildə bitdiyi halda iddiaçı tələbin qaldırıldığı tarixə hesablanmış 666,80 manat məbləğində faiz borcunun cavabdehdən tutulmasını tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Konstitusiya Məhkəməsinin Plenumun yuxarıda göstərilən qərarının məzmunundan göründüyü kimi, kreditorun yalnız kreditin verilmə müddəti bitənədək olan dövr üçün müqavilənin şərtlərinə əsasən hesablanmış faiz borcunun ödənilməsini tələb etmək hüququna malik olduğunu, habelə ekspert rəyində cavabdehin iddiaçıya xx xxxx 2017-ci il tarixə 265,38 manat məbləğində faiz borcunun olmasının müəyyən edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, faiz borcunun tutulması tələbinə dair hissədə iddia qismən təmin edilməli, cavabdehdən xx xxxx 2017-ci il tarixə hesablanmış 265,38 manat məbləğində faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. Digər tərəfdən iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin əsas borcun ödənilməsinin gecikdirilməsinə görə 1.333,60 manat dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, Cavabdehnın kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 50 manat məbləğində müəyyən edilməlidir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 3.124,85 manat məbləğində əsas borc, 265,38 manat məbləğində faiz borcu, 50 manat məbləğində cərimə, cəmi 5866,94 manat məbləğində borc tutularaq iddiaçı Nümayəndə və ortaqlarının Tam Ortaqlıq “Tac” Kredit İttifaqına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 5 manat hissəsi iddiaçıya aid edilməli, dövlət rüsumunun qalan hissəsinin əvəzi olaraq 25 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul məbləğinin 25 manat hissəsi iddiaçıdan, qalan 75 manat hissəsi isə cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, Dövlət Xəzinədarlığı Agentliyi, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 3.124,85 manat (üç min yüz iyirmi dörd manat səksən beş qəpik) məbləğində əsas borc, 265,38 manat (iki yüz altmış beş manat otuz səkkiz qəpik) məbləğində faiz borcu, 50 (əlli) manat cərimə, cəmi 3440,23 manat (üç min dörd yüz qırx manat iyirmi üç qəpik) məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 (iyirmi beş) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Nümayəndə və ortaqlarının Tam Ortaqlıq “Tac” Kredit İttifaqına ödənilsin. Qalan hissədə iddia rədd edilsin. İddia verilərkən ödənilmiş dövlət rüsumunun 5 (beş) manat hissəsi iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul məbləğinin 25 manat hissəsi iddiaçıdan, qalan 75 manat hissəsi isə cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, Dövlət Xəzinədarlığı Agentliyi, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar