Məhkəmə qərarları › İş №e-2-2(113)-536/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-536/2025

04.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-536/2025 04.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kredit müqaviləsi) X4 Rövşən qızının sədrliyi, Rəsulzadə Xaliq Tahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17 dekabr 2019-cu il tarixli ***-*******MK131219-01 nömrəli kredit müqaviləsi üzrə banka ödənilməmiş cəmi 13414.27 manat məbləğində borcun-bundan 8669.19 manat əsas borcun, 3909.88 manat faiz borcunun və 835.20 manat kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%- lə əsas borca hesablanmış faiz borcunun və iş üzrə ödənilmiş 130.24 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3birgə qaydada tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Həzi Aslanov filialı ilə Cavabdeh4 arasında bağlanmış 17 dekabr 2019-cu il tarixli ***-*******MK131219-01 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh4 24 (iyirmi dörd) ay müddətinə, illik 26 (iyirmi altı) faiz dərəcəsi ilə 10000 (on min) manat məbləğində kredit verilmişdir. Cavabdeh4na kredit verilərkən bank ilə Cavabdeh1,Cavabdeh2 və Cavabdeh3 arasında 17 dekabr 2019cu il tarixli Zaminlik müqavilələri bağlanmışdır. Bu müqavillərin 1.1 və 2.2-ci bəndlərinə əsasən zamin durmuş şəxs kredit borcunun, borc tutulması üzrə məhkəmə xərclərinin və bununla bağlı digər zərərin əvəzinin ödənilməsinə görə bank qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşımaq barədə öhdəlik götürmüşdür. Kredit müqaviləsinin 1.1.1 və 3.3.4-cü bəndlərinə əsasən Cavabdeh4 kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə və qaydada kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə bank qarşısında öhdəlik götürsə də, o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına və 04 dekabr 2023-cü il tarixli **********825 saylı bildirişin göndərilməsinə baxmayaraq, cavabdehlər kredit borcun banka ödənilməsi üçün heç bir tədbir görməmişlər. Göründüyü kimi bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh4 17 dekabr 2019-cu il tarixli ***-*******MK131219-01 nömrəli kredit müqaviləsi üzrə 23 noyabr 2023-cü il tarixə cəmi borcu 13414.27 manat təşkil edir. Bundan 8669.19 manatı əsas, 3909.88 (üç min doqquz yüz doqquz manat 88 qəpik) manatı faiz borcu və 835.20 manatı kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca hesablanmış faiz borcu təşkil edir. II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.

4. İş üzrə cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

5. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. III. Məhkəmə baxışının hədləri:

6. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

7. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

IV. Sübutların tədqiqi:

8. İddiaçı ASC ilə (“bank”) ilə Cavabdeh4 (“borc alan”) arasında 17 dekabr 2019-cu il tarixli ***-*******MK131219-01 nömrəli bank hesabı və kredit müqaviləsi imzalanmışdır. Həmin müqavilənin: - 1.1.1-ci bəndinə əsasən Bank Borcalana aşağıdakı şərtlərlə məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq əsasında kredit verir, Borcalan isə üzərinə bu Müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etmək, habelə krediti və kreditə hesablanmış faizləri Banka ödəməyə dair pul öhdəliyi götürür: • Bank Borcalana 24 (iyirmi dörd) ay müddətinə, illik 26 (iyirmi altı) % ödənilməsi şərtilə, 10000 (on min) AZN məbləğində kredit verir. • Komissiya haqqı 150 (bir yüz əlli)AZN ; • Faktiki illik faiz dərəcəsi 27.73 (iyirmi yeddi tam yüzdə yetmiş üç ) %. • Bu Müqaviləyə əsasən kredit Borcalana fərdi biznes krediti məqsədilə verilir. • Güzəşt müddəti 0 (sıfır) ay təşkil edir; • Hər gecikdirilmiş gün üçün gecikdirilmiş əsas məbləğə kreditin cari faizi və əlavə olaraq illik 47 (qırx yeddi) % cərimə hesablanacaq.

- 2.1-ci bəndinə əsasən müqavilədə göstərilmiş qaydada borcalan kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini tərəflər arasında yazılı şəkildə tərtib edilmiş və Müqavilənin ayrılmaz hissəsi olan annuitet ödəniş qrafiki (və ya sərbəst ödəniş) əsasında (annuitet, azalan) ödənişləri nağd və ya köçürmə yolu ilə həyata keçirir. - 2.3-cü bəndinə əsasən kredit üzrə faizlər kreditin Borcalana verildiyi gündən həmin vəsait məbləğinə hesablanir və tutulur. - 3.3.4-cü bəndinə əsasən ödəniş qrafikində nəzərdə tutulmuş müddətlərdə kredit üzrə ödənişləri Banka vaxtında ödəmək borcalanın vəzifəsidir. Müqavilə bankın imzası və möhürü,borc alanın və zaminlərin imzası ilə təsdiq edilmişdir.

9. İddiaçı ASC ilə (“bank”) Cavabdeh1 (“zamin”) və Cavabdeh4 (“borc alan”) xx.xx.2019cu il tarixli ***-*******ıMK131219-01/ZM/3 saylı zaminlik müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin: 1.1-ci bəndinə əsasən zamin bank qarşısında Borcalanın xx/xx/2019 il tarixli ***- *******MK131219-01 saylı Kredit (Kredit xətti) Müqaviləsi (bundan sonra “Kredit Müqaviləsi” adlandırılacaq) üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürür. Bank Borcalana 24 ay müddətinə, illik 26 % ödənilməsi şərtilə, 10000 AZN məbləğində kredit verir. Komissiya haqqı: 150 AZN; Faktiki illik faiz dərəcəsi: 27.73 %; Güzəşt müddəti 0 ay təşkil edir; Hər gecikdirilmiş gün üçün gecikdirilmiş əsas məbləğə kreditin cari faizi və əlavə olaraq illik 47 % cərimə hesablanacaq.

10. İddiaçı ASC ilə (“bank”) Cavabdeh2 (“zamin”) və Cavabdeh4 (“borc alan”) xx.xx.2019cu il tarixli ***-*******ıMK131219-01/ZM/3 saylı zaminlik müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin: 1.1-ci bəndinə əsasən zamin bank qarşısında Borcalanın xx/xx/2019 il tarixli ***- *******MK131219-01 saylı Kredit (Kredit xətti) Müqaviləsi (bundan sonra “Kredit Müqaviləsi” adlandırılacaq) üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürür. Bank Borcalana 24 ay müddətinə, illik 26 % ödənilməsi şərtilə, 10000 AZN məbləğində kredit verir. Komissiya haqqı: 150 AZN; Faktiki illik faiz dərəcəsi: 27.73 %; Güzəşt müddəti 0 ay təşkil edir; Hər gecikdirilmiş gün üçün gecikdirilmiş əsas məbləğə kreditin cari faizi və əlavə olaraq illik 47 % cərimə hesablanacaq.

11. İddiaçı ASC ilə (“bank”) Cavabdeh3 (“zamin”) və Cavabdeh4 (“borc alan”) xx.xx.2019cu il tarixli ***-*******ıMK131219-01/ZM/3 saylı zaminlik müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin: 1.1-ci bəndinə əsasən zamin bank qarşısında Borcalanın xx/xx/2019 il tarixli ***- *******MK131219-01 saylı Kredit (Kredit xətti) Müqaviləsi (bundan sonra “Kredit Müqaviləsi” adlandırılacaq) üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürür. Bank Borcalana 24 ay müddətinə, illik 26 % ödənilməsi şərtilə, 10000 AZN məbləğində kredit verir. Komissiya haqqı: 150 AZN; Faktiki illik faiz dərəcəsi: 27.73 %; Güzəşt müddəti 0 ay təşkil edir; Hər gecikdirilmiş gün üçün gecikdirilmiş əsas məbləğə kreditin cari faizi və əlavə olaraq illik 47 % cərimə hesablanacaq.

12. 01.12.2023-cü il tarixli maliyyə arayışına əsasən "AmrahBank” ASC ilə Cavabdeh4 arasında bağlanmış 17 Dekabr 2019-cu il tarixli ***-*******MK131219-01 saylı kredit müqaviləsi üzrə 23 Noyabr 2023-cü il tarixinə əsas borcu 8669 manat, faiz borcu 3909 manat, 835 manat cərimə borcu olmaqla, cəmi borcu 13414 manat təşkil edir.

13. İddiaçı tərəfindən verilmiş ödəniş cədvəlinə əsasən Cavabdeh4 tərəfindən kredit müqaviləsi üzrə ödəyəcək əsas məbləğ 10 000 manat, faiz məbləği 2934,05 manat, cəmi 12934,05 manat məbləğində müəyyən edilmişdir. Ödəniş cədvəli borc alan və bank tərəfindən imzalanmışdır.

14. İddiaçı ASC tərəfindən cavabdehlərə 04 dekabr 2024-cü il tarixli pretenziya (xəbərdarlıq məktubları) ünvanlanaraq yaranmış borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə borcun tutulması tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 dekabr 2024-cü il tarixli, 3-16-16/2-9/778942/2024 saylı ekspert rəyinə əsasən Cavabdeh4 oğlunun LPO İddiaçı ASC-yə olan borcu 17 dekabr 2019-cu il tarixli ***- *******MK131219-01 nömrəli bank hesabı və kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə (müqavilə müdəti bitən) və xx.xx.2023-cü il tarixə (maliyyə arayışında göstərilən) əsas kredit borcu 8676.30 manat, faiz borcu 3628.40 manat təşkil edir. Ekspertiza tədqiqatlarının dəyəri 100 manat təşkil edir.

V. Tətbiq edilən hüquq:

16. AR Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - - 445.7-ci maddənin mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyasına görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. - mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. - 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. - 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.

17. AR MPM-in: - 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Vİ.Məhkəmənin mövqeyi:

18. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.

19. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı LPO İddiaçı ASC ilə Cavabdeh4 arasında 17 dekabr 2019-cu il tarixli ***-*******MK131219-01 nömrəli bank hesabı və kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı LPO İddiaçı QSC 17 dekabr 2019-cu il tarixli ***-*******MK131219-01 nömrəli bank hesabı və kredit müqaviləsi üzrə Cavabdeh4 müqavilədə müəyyən edilmiş şərtlərlə cəmi 10000 manat məbləğində kredit verməklə, müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin Cavabdeh4 kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcu yaranmışdır.

20. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edildi ki, xx.xx.2021-ci il tarixdə tərəflər arasında imzalanmış 17 dekabr 2019-cu il tarixli ***-*******MK131219-01 saylı müqavilənin müddəti bitmiş və cavabdehin həmin tarixə qalıq borcu qalmışdır. Odur ki, iddiaçı LPO İddiaçı ASC yalnız mübahisəli kredit razılaşmasına xitam verildiyi tarixədək olan müddət üçün həmin razılaşma üzrə hesablanmış faiz borcunun tutulmasını tələb edə bilər.

21. Bununla yanaşı məhkəmə qeyd edir ki, kredit razılaşması üzrə əsas və müqavilənin xitam verildiyi tarixə faiz borcunun məbləğinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş və ekspert rəyi ilə Cavabdeh4 LPO İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixli 009R********** saylı kredit razılaşması üzrə xx.xx.2021-ci il tarixə (müqavilə müddəti bitən tarixə) faiz borcu 3628.40 manat təşkil etməsi müəyyən edilmişdir.

22. Məhkəmə MPM-in 206.1-ci maddəsinə əsasən, ekspert rəyini tətqiq edərək belə qənaətə gəlir ki, hazırkı halda məhkəmənin ekspert rəyi ilə razılaşmaması üçün əsaslar mövcud deyil, odur ki, həmin rəy iş üzrə sübut qismində qəbul edilməlidir.

23. Odur ki, məhkəmə hesab edir ki, kredit müqavilələri üzrə əsas borcun tutulması hissəsində tam, faiz borcun tutulması hissəsində iddia qismən təmin edilməli, 17 dekabr 2019-cu il tarixli ***-*******MK131219-01 saylı kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə (müqavilə müddəti bitən tarixə) 8669.19 manat əsas kredit borcu, 3628.40 manat faiz borcu Cavabdeh4 bankın xeyrinə tutulmalıdır.

24. Bundan başqa iddiaçı öz iddia tələbində müqavilə dəyərinin ödənilməsinin gecikməsinə görə illik 5%-lə hesablanmış 835.20 manatın da cavabdehdən tutulmasını tələb etmişdir.

25. Məhkəmə cavabdeh tərəfindən borcun ödənilməsinin gecikdirildiyi müddəti nəzərə alaraq hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli və illik 5% ilə hesablanmış 835.20 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

26. Məhkəmə zaminlər Cavabdeh2,Cavabdeh3,Cavabdeh1 17 dekabr 2019-cu il tarixli ***-*******MK131219-01 saylı müqavilə üzrə borc alan Cavabdeh4 bütün öhdəliklərinə zamin durrmuş,lakin xx.xx.2021-ciil arixdə kredit müqaviləsinin müddəti bitmiş və həmin öhdəliklərə görə zaminlərə qarşı Mülki Məcəllənin 477-ci maddəsində göstərilən müddət ərzində tələb irəli sürülməmişdir .Qeyd olunan halı nəzərə alaraq məhkəmə hesab edir ki,zaminlər Cavabdeh2,Cavabdeh3,Cavabdeh1 qarşı tələb irəli sürülə bilməz, yəni yuxarıda göstərilən zaminlik müqavilələri üzrə Mülki Məcəllənin 477.0.4cü maddəsinə gpstərilən müddətlər keçdiyindən zaminliyə xitam verilməli, və Cavabdeh2,Cavabdeh3,Cavabdeh1 aid hissədə idda təmin edilməməlidir.

27. Məhkəmə xərclərinə dair hissədə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 130.24 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.

28. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 129 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

29. Məhkəmə hazırkı qətnamə ilə iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaitinin 70 manat hissəsi cavabdehdən, 30 manat hissəsi isə iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməlidir.

30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh4 17 dekabr 2019-cu il tarixli ***-*******MK131219-01 saylı kredit müqaviləsi üzrə 8669.19 manat (səkkiz min altı yüz altmış doqquz manat on doqquz qəpik) əsas borc, 3628.40 manat (üç min altı yüz iyirmi səkkiz manatqırx qəpik) faiz borcu və 835.20 manat (səkkiz yüz otuz beş manat iyirmi qəpik) AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%, və dövlət rüsumunun əvəz olaraq 129 manat tutularaq iddiaçı “Lpo İddiaçı ASC -yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaitinin 70 manat hissəsi cavabdehdən, 30 manat hissəsi isə iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar