Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5361/2025 01.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: abonet saldosu; akt) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi (atası) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" ASC-yə (bundan sonra – cavabdeh) qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən abunə kodu 0112-409 olan qeyri-yaşayış obyektinə tərtib edilmiş NDQ ******* nömrəli akt əsasında hesablanmış 2216,28 manat borcun əsassız hesab edilərək silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 30 yanvar 2024-cü il tarixdə saat 06:10da mənə məxsus olan obyektin işığın söndürülmüş və 5-6 dəqiqədən sonra bərpa edilmişdir. Xaliq adlı qonşu Abdulla adlı qonşuya zəng edərək 2 nəfər əllərində fənər Yusifin sayğacının ətrafında dayamışlar. Abdulla sayğac olan çöl divara yaxınlaşmış və axırda heç kəsin olmadığını görərək mənimlə əlaqə saxlamışlar və Mübariz bir nəfərin əlində qara qutu və sayğac olduğunu bildirərək 2-ci sıraya keçdiyini demişdir. Abdulla dəfələrlə onlardan özlərini təqdim etmələrini xahiş etsəmdə etmədiklərini bildirmişdir. Mən xx.xx.2024-cü il tarixdə Binəqədi rayonu, İşıq idarəsinə məlumat verdim və yazılı müraciət etdim. İdarədə Məhəmməd adlı şəxs portaldan heç bir Dövlət rüsumunun ödənilməsi haqqında məlumat X1 Azaddır - istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar Ərizəni imzalayan şəxs haqqında məlumat: məlumat görünmədiyini deyərək onunla əlaqə saxlamağımı tövsiyyə etdi. Mən Məhəməddə hər gün zəng edərək əlaqə saxladım və sonradan mənə məlum olmuşdur ki,12.02. tarixdə o saxta kənar xətt düzəldərə akt tərtib etmişdir. Binəqədi rayonu, BTS müraciətimə cavab olaraq yoxlama nın Nəzarət deportamenti satışa nəzarət idarəsi tərəfindən Azərişıq ASC isə yoxlamanın Binəqədi EŞ əməkdaşları tərəfindən aparıldığını bildirdi. Nəzərinizə çatdırmaq istəyirəm ki, xx.xx.2024-cü il tarixli bildiriş xəbərdarlıq vərəqində hesablanmış 2216, 28 manat borc görünmür. Aktda qeyd edilir ki, abonent özünü təqdim etmədi, lakin çöl divarında yerləşən eletrik sayğacı ilə yaşadığım evin qapısıarasında 1 metr məsafə vardır. Nazirlər kabinentinin xx.xx.2005-ci iltarixli 18 saylı qərarında yoxlama aaran əməkdaşlar Nəzarət idarəsi tərəfindən təsdiq edilmiş akt əsasında yoxlama aparmalıdır. Aparılan yoxlama zamanı tərtiedilən aktın İİ nüsxəsiabonent yerində təqdim olunmalıdır. Lakin, mənə təqdim edilən NDQ 018864 nömrəli atkt satışa Nəzarət idarəsinin Rəisi tərəfindən təstiq edilməyib, akta tərtib edilmə tarixi qeyd edilsədə vaxt qeyd edilməmişdir.Deməliakt qüsurlu və saxtadır.
3. Cavabdeh iddia ərizəsinə yazılı etiraz verib iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
4. Etiraz onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən 01/2-409 saylı abunə kodu üzrə sayğaca baxış keçirən zaman məlum olmuşdur ki, obyektdə sayğac sxemindən kənar faz xəttindən istifadə edilmişdir. Kənar faz xətti sayğac qutusunun içərisində sayğacın B fazasının girişində izolyasiyası pozularaq xüsusi sıxac vasitəsilə götürülərək obyekti qidalandıran xəttin üzərindəki avtomat ayrıcıya birləşdirilmişdir. Baxış zamanı xx.xx.2024-cü il tarixli NDQ018864 nömrəli akt tərtib edilmişdir. İcra vərəqəsinə əsasən: Naqilin en kəsiyinə əsasən hesabat verildi 4,6 kvt x 12 saat x 365 gün = 20148 kvts Tarif (0,11 man)- 20148 kVt.s x 0,11 man = 2216 manat Tərtib edilmiş akt və icra vərəqəsindən göründüyü kimi akt qanuni və əsalı tərtib edilmişdir. Akt əsasında hesablanmış məbləğ cərimə deyil, iddiaçının ay üzrə elektrik enerjisindən istifadəyə görə yaranmış və ödənilməmiş borc məbləğidir.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (atası) Nümayəndə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verib, iddia ərizəsinin təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
7. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. Cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, 018864 nömrəli aktdan görünür ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən 01/2-409 saylı abunə kodu üzrə sayğaca baxış keçirən zaman məlum olmuşdur ki, obyektdə sayğac sxemindən kənar faz xəttindən istifadə edilmişdir. Kənar faz xətti sayğac qutusunun içərisində sayğacın B fazasının girişində izolyasiyası pozularaq xüsusi sıxac vasitəsilə götürülərək obyekti qidalandıran xəttin üzərindəki avtomat ayrıcıya birləşdirilmişdir.
10. Cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli icra vərəqindən görünür ki, xx.xx.2024-cü il tarixli, 018864 nömrəli akta əsasən iddiaçıya 2216 manat borc hesablanmışdır.
11. İddiaçının abunə haqqında məlumatından görünür ki, iddiaçıya xx.xx.2024-cü il tarixli, 018864 nömrəli akta əsasən 2216,28 manat borc yazılmışdır.
12. Məhkəmə materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır.
13. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin nümayəndələri tərəfindən iddiaçıya məxsus obyektə xx.xx.2024-cü il tarixdə baxış keçirilmiş, həmin baxış nəticəsində iddiaçı barəsində 018864 saylı akt tərtib edilərək iddiaçıya 2216,28 manat borc hesablanmışdır.
14. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun:
15. 2.1-ci maddəsinə əsasən, həmin Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir.
16. 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə həmin Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir.
17. 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
18. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin:
19. 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin 4 göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) həmin Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.
20. 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər.
21. 1.7-ci bəndə əsasən, reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır.
22. “7.18-ci bəndə əsasən enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.
23. Cavabdeh tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçıya məxsus obyektdə yoxlama aparılması – yalnız Ədliyyə Nazirliyi tərəfindən aparılan Vahid məlumat reyestrində qeydə alınma təmin edildikdən sonra həyata keçirilməsi mümkün olduğu halda, qanunvericiliyin qeyd olunan tələblərinə əhəmiyyət verilməmiş, yoxlamanı (baxışı) dövlət reyestrində qeydə aldırıb bu barədə çıxarış almadan, birbaşa olaraq, iddiaçıya məxsus obyektə baxış keçirilmiş, akt tərtib edərək borc hesablamışdır.
24. Göründüyü kimi, cavabdeh elektrik enerjisinin təchizatı sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfindən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır.
25. Hazırkı işin hallarından isə görünür ki, mübahisəli borc cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektdə keçirilmiş yoxlamanın nəticəsi olaraq hesablandığı halda həmin yoxlama Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınmamışdır. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun yuxarıda istinad edilən 3.2-ci maddəsinə əsasən həmin yoxlama heç bir hüquqi nəticə yaratmır.
26. İşin yuxarıda qeyd olunan halları ilə təsdiq edilir ki, cavabdeh tərəfindən aparılmış yoxlama vahid məlumat reyestrində qeydə alınmadığından və belə olan halda heç bir hüquqi nəticə yaratmadığından, cavabdeh həmin yoxlamanın nəticəsi olaraq iddiaçıya ümumilikdə 2216,28 manat məbləğində borc hesablamaqda haqlı olmamışdır.
27. Belə olan halda, həmin yoxlamanın (baxışın) nəticələri, yəni iddiaçının abonent hesabına işlənmiş 2216,28 manat məbləğində borcun hesablanması yuxarıda göstərilən normativ hüquqi aktların tələblərinin pozulması ilə aparıldığından yoxlamanın hüquqi nəticəsi olmamışdır. Bu səbəbdən yoxlamanın nəticəsi olaraq hesablanmış borc da əsaslı hesab edilə bilməz.
28. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya əsassız olaraq hesablanmış 2216,28 manat borcun silinməsi öhdəliyi cavabdehə həvalə edilməlidir.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
30. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 43 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
V. Nəticə:
31. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı əsassız olaraq hesablanmış 2216,28 (iki min iki yüz on altı manat iyirmi səkkiz qəpik) manat borcun silinməsi öhdəliyi cavabdeh "xxxx" ASC-yə həvalə edilsin. İddia ərizəsi verilərkən ödənilmiş 43 (qırx üç) manat dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova