Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5363/2022 19.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi iddiaçının nümayəndəsi X1, Nümayəndə2 oğlunun iştirakı ilə, İddiaçı MMC-nin Cavabdehnə qarşı icarə müqaviləsi üzrə pul tələbinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 25.000 (iyirmi beş min) manat, mediasiya sessiyasında iştirakla bağlı ödənilmiş 200 manat rüsumun əvəzinin tutularaq İddiaçı MMC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və Cavabdeh MMC arasındakı 18 dekabr 2021-ci il tarixli, AZLOG/AMAZONE21 saylı müqaviləyə əsasən tərəflər arasında xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.2 bəndinə əsasən Liebherr LTM1030 2 mobil kran marka və modelli, tipi avtokran olan **-XN-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi, aylıq icarə haqqı 9000 (doqquz min) manat olmaqla sifarişçi təşkilat olan Cavabdeh MMC-nin istifadəsinə tam saz vəziyyətdə verilmişdir. Razılaşmaya əsasən həmin nəqliyyat vasitəsi işğaldan azad olunan ərazilərdə istifadə olunacağı və həmin nəqliyyat vasitəsinə nəzarət sifarişçi təşkilat tərəfindən həyata keçiriləcəyi üçün nəqliyyat vasitəsindən istifadəyə görə aylıq xidmət haqqı konkret olaraq 9.000 (doqquz min) manat müəyyən edilmişdir. Amma buna baxmayaraq 18 dekabr 2021ci il tarixli, № AZLOG/AMAZONE21 saylı müqavilənin şərtləri pozulmuş və aylıq icarə haqqı qismən ödənilmişdir. Beləki, müqavilə üzrə 3500 (üç min beş yüz) manat ödəniş edilsə də qalıq 25.000 (iyirmi beş min) manat məbləğində borc hələ də ödənilməmişdir. Hazırda Cavabdeh MMC-nin 25.000 (iyirmi beş min) manat məbləğində borcu vardır. Həmin məbləğ tam olaraq ödənilməlidir. Məhkəmə iclasında iştitrak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: “xidmət göstərən” İddiaçı MMC və “sifarişçi” Cavabdeh MMC olmaqla imzlanmış 18 dekabr 2021-ci il tarixli, AZLOG/AMAZONE21 saylı müqaviləyə əsasən xidmət göstərən qanuni əsaslarla ona məxsus olan bu müqavilənin 1.2 bəndinə əlavə edilmiş cədvəl 1-də göstərilən texnikalar ilə xidmət göstərir, sifariçi isə həmin texnikaları öz xidməti ehtiyaclarını ödəmək üçün istifadə edir. 1.2 bəndə əsasən Liebherr LTM1030 2 mobil kran marka və modelli, tipi avtokran olan **-XN-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi, aylıq icarə haqqı 9000 manat müəyyən edilmişdir. 4.1 bəndinə əsasən bu müqavilə 18 dekabr 2021-ci ildə qüvvəyə minir və müqavilə 6 ay müddətində qüvvədədir. 4.3-cü bəndə əsasən müqavilənin başa çatması vaxtından 5 gün ərzində tərəflərdən hər-hansı birinin müqaviləyə xitam verilməsinə dair yazılı təşəbbüsü olmazsa, müqavilənin müddəti eyni müddətdə uzadılacaqdır. Cavabdeh MMC-nin “Əhmədbəyli-Horadiz-Zəngilan-Ağbənd” yol tikinti sahəsinin ofis rəhbəri kimi Rüfət Hüseynov və “Xudafərin-Qubadlı-Laçın” yol tikinti sahəsinin ofis rəhbəri kimi Fuad Həmzəyev tərəfindən tərtib edilmiş 1 fevral 2022 tarixli aktda **-XN-*** nömrəli avtomobilin cəmi 14 gün xidmət göstərməsi, Cavabdeh MMC-nin “Əhmədbəyli-Horadiz- Zəngilan-Ağbənd” yol tikinti layihəsinin rəhbəri kimi Rasim Mirzəyev, yol tikinti sahəsinin ofis rəhbəri kimi Rüfət Hüseynov və “Xudafərin-Qubadlı-Laçın” yol tikinti sahəsinin ofis rəhbəri kimi Fuad Həmzəyev tərəfindən tərtib edilmiş 1 fevral 2022 tarixli aktda **-XN-*** nömrəli avtomobilin cəmi 14 gün xidmət göstərməsi qeyd olunmuşdur. İddiaçı MMC və Cavabdeh MMC arasında tərtib edilmiş aktda dekabr 2022-ci il tarixi üzrə Liebherr LTM1030-2 markalı və **-XN-*** dövlət nömrə nişanlı avtokranın göstərdiyi xidmət üzrə 3.032 manat müəyən edilmiş, hər iki hüquqi şəxsin möhürü ilə təsdiqlənmişdir. Tərtib edilmiş aktda yanvar 2022-ci il tarixi üzrə Liebherr LTM1030-2 markalı və **- XN-*** dövlət nömrə nişanlı avtokranın göstərdiyi xidmət üzrə 6.749,82 manat hesablanmış, akt İddiaçı MMC-nin möhürü ilə təsdiqlənmiş, Cavabdeh MMC–nin direktoru kimi Nümayəndə1 qeyd edilmiş imzalanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icarə edilməməsi dedikdə onun pozulması və ya lazımınca icarə edilməməsi (vaxtında icarə edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icarə edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icarə edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı MMC və Cavabdeh MMC arasında avtokran xidmət müqaviləsi imzalanmış, həmin müqavilə əsasında Liebherr LTM1030 2 mobil kran marka və modelli, tipi avtokran olan **-XN-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi, aylıq icarə haqqı 9000 (doqquz min) manat olmaqla icarəyə verilməsi və xidmət göstərilməsi tərəflər arasında razılaşdırılmışdır. Qeyd olunan müqavilə üzrə iddiaçı üzərinə düşən ödəlikləri lazımınca icra etsə də cavabdeh müqavilə şərtlərini pozmuşdur. Məhkəmə tərəflər arasında bağlanmış müqavilənin 1.2-ci bəndini - LTM1030 2 mobil kran marka və modelli, tipi avtokran olan **-XN-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin aylıq icarə haqqının 9.000 (doqquz min) manat olmasını nəzərə alıb hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-nin 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu nəzərə alıb hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 200 manat mediasiya xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 25.000 (iyirmi beş min) manat, mediasiya xərci 200 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-5363/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5363/2022
19.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver