Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5364/2023 24.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh qarşı xx.xx.2021-ci il tarixli, 06/4367/DLİZ saylı müqaviləyə xitam verilməsi, avtomobilin öz mülkiyyətçisinə qaytarılması və borcun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixdə 06/4367/DLİZ nömrəli X3 müqaviləsinin xitam edilməsi, İddiaçı MMC-yə məxsus “Toyota Prius” minik markalı **-PD- *** dövlət qeydiyyat nişanlı avtomobilin öz mülkiyyətçisinə qaytarılması, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixdə 06/4367/DLİZ nömrəli X3 müqaviləsinə əsasən yaranmış 9.250,70 manat əsas borc, 2.800,91 manat mükafat borcu, 145,18 cərimə faizi cəmi 12.196,79 manat lizinqi borcu məbləğinin, iddiaçı tərərəfindən ödənilmiş 200 manat ilkin mediasiya prosesində iştirak üçün ödənilmiş xərc Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixdə 06/4367/DLİZ nömrəli X3 Müqaviləsinə əsasən İddiaçı MMC təsviri bü müqavilədə göstərilən 1(bir) ədəd, 2007-ci il buraxlışı olan, “Toyota Prius” markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh istifadəsinə vermişdir. Cavabdeh sözügedən müqavilənin 9.4 bəndinə əsasən Lizinq alanın “Lizinq verən”ə ödəməli olduğu lizinq ödənişlərinin ümumi dəyəri 12882 manat təşkil edir. Bu ümumi məbləğdən 3882 manat “lizinq verən”nin mükafatını təşkil edir. Tərəflərin razılığı əsasında bu müqaviləyə uyğun olaraq tərtib edilmiş ödəniş qrafikində nəzərdə tutulan qaydada həyata keçirilməlidir. Belə ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 357,84 manat olmaqla xx.xx.2022-ci il tarixdən isə 464,42 manat olmaqla ödəniş qrafikində nəzərdə tutulan qaydada həyata keçirilməlidir. Lizinq müqaviləsi üzrə illik faiz dərəcəsi 25 % olmaqla 36 ay müddətinə verilmişdir. Cavabdeh müqaviləsinə əlavə edilmiş Lizinq ödənişləri cədvəlində göstərilmiş aylar üzrə ödənişlərini aparmalı olduğu halda, müqavilənin şərtlərini pozaraq öhdəliklərini icra etməmişdir. Belə ki, cavabdeh xx.xx.2021ci il tarixdən xx.xx.2022-ci il tarixədək 357,84 manat olmaqla xx.xx.2022-ci il tarixdən isə 464,42 manat olmaqla ödəniş etməli olduğu təqdirdə xx.xx.2021-ci il tarixdən etibarən heçbir ödəniş etməmişdir. Cavabdeh etibarnamə əsasında idarə etdiyi **-PD-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” avtomobilini etibarnamə olmadan idarə edərək özündə saxlamaqdadır. Yaranmış borcla bağlı İddiaçı MMC tərəfindən Cavabdeh faktiki qeydiyyatda olduğu ünvanı olan Bakı şəh.,Binəqədi ray.,9 MKR,Cavadxan küç.,ev.2, m.67 ünvanına müxtəlif tarixlərdə yazılı və şifahi əlaqə saxlanılaraq xəbərdarlıqlar edilmiş, əks halda tərəflər arasında bağlanmış müqavilənin xitam edilməsi və yaranmış borcun məhkəmə qaydasında tələb edilməsi məqsədi ilə aidyyatı üzrə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Bu Müqavilənin 4.1.3 bəndinə əsasən Tərəflər arasındakı müqavilə münasibətlərinə lizinq alan tərəfindən vaxtında və lazımi qaydada icra edilməməsi ilə bağlı xitam verildiyi zaman lizinq obyekti «Lizinq alan» tərəfindən geri qaytarılmazsa və ya vaxtında geri qaytarılmazsa ödənilməmiş ümumi məbləğin hər günü üçün 3% məbləğində ödəniş tələb etmək bu Müqavilənin 13.1 bəndinə əsasən hər hаnsı bir mübаhisə və yахud аnlаşılmаzlıq ilkin olaraq danışıqlar yolu ilə, bu mümkün olmadıqda isə Аzərbаycаn Respublikаsının qüvvədə оlаn qаnunvericiliyinə uyğun оlаrаq Аzərbаycаn Respublikаsının aidiyyəti məhkəməsində həll оlunur. Eyni zamanda Cavabdeh İddiaçı MMC tərəfindən xx.xx.2022-ci il tarixdə taxes.gov.az satından vergi ödəyicisinin şəxsi kabinetinə “pretenziya” məktubu göndərilmişdir. Tərəflərindən işin meidasiya qaydasında həll edilməsi üçün xx.xx.2023-cü il tarixdə Mediasiya Şurasında müraciət edilmişdir, mediator tərəfindən xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim edilmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, lakin iddiaçı Aypara Lizinq MMC-nin nümayəndəsi X1 məhkəməyə ərizə ilə müraciət edərək məhkəmənin baxış iclasında iştirak edə bilməyəcəklərini bu səbəbdən məhkəmənin baxış iclasının onların iştirakları olmadan keçirilməsinə etiraz etmədiklərini bildirmiş, cavabdeh isə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən 2007-ci il buraxılışlı olan, Toyota Prius markalı, mühərrik, ban № JTDKB20U777609699 olan avtomobil xx.xx.2021-ci il tarixdən İddiaçı MMC-nin mülkiyyətindədir. İddiaçı MMC (lizinq verən) ilə Cavabdeh (lizinq alan) arasında xx.xx.2021-ci il tarixdə 06/4367/DLİZ nömrəli X3 müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 2.1-ci bəndinə əsasən lizinq verən əvvəlcədən lizinq vermək məqsədilə öz vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan və ya lizinq alan tərəfindən seçilmiş, lizinq verənlə satıcı arasında bağlanan alqlı-satqı müqaviləsinə əsasən əldə edilmiş 1 ədəd, 2007-ci il buraxılışlı olan, Toyota Prius markalı, mühərrik, ban № JTDKB20U777609699 nəqliyyat vasitəsini lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə verməyi öz öhdəsinə götürür. Lizinq alan isə bu müqavilənin şərtlərinə uyğun olaraq lizinq obyektindən istifadəyə görə lizinq verənə şərtləşdirilmiş muzd ödəməyi öz öhdəsinə götürür. 3.1-ci bəndinə əsasən hazırki maliyyə lizinqi müqaviləsi 36 ay müddətinə bağlanılmaq şərti ilə lizinq obyektinin lizinq alana təhvil-təslim aktının imzlanmaqla təhvil verildiyi andan hüquqi qüvvəyə minir və xx.xx.2024-cü il tarixinədək qüvvədədir. 4.1.1-ci yarımbəndinə əsasən tərəflər arasında imzalanmış maliyyə lizinqi müqaviləsi qüvvəyə mindikdən sonra lizinq alandan müqavilə üzrə ödənilməli olan ödənişlərin vaxtında və lazımi qaydada icra edilməsini, habelə müqavilə üzrə digər öhdəliklərini icra edilməsi; 4.1.2-ci yarımbəndinə əsasən müqavilə üzrə nəzərdə tutulmuş öhdəliklər lizinq alan tərəfindən vaxtında icra edilmədiyi təqdirdə hər gecikdirilən gün üçün ödənilməmiş məbləğin 0,3% həcmində cərimə tələb etmək lizinq verənin hüquqlarındandır. 4.4.1-ci yarımbəndinə əsasən maliyyə lizinqi müqaviləsinə 01 saylı əlavə olan ödəiş qrafikinə əsasən dövri olaraq müəyyənləşdirilmiş lizinq ödənişlərini vaxtında və tam şəkildə icra etmək lizinq alanın vəzifəsidir. 9.4-cü bəndinə əsasən lizinq alan lizinq verənə cəmi 12882 manat (o cümlədən 3882 manat mükafat) (əmtəənin dəyəri 9000 manat təşkil edir) lizinq ödənişləri ödəməlidir. 9.6.3-cü yarımbəndinə əsasən lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faizlər; 9.6.4-cü yarımbəndinə əsasən lizinq verənin mükafatının məbləği lizinq ödənişlərinin ümumi məbləğinə daxildir. 11.1.4-cü yarımbəndinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq tam ödəmirsə və ya iki dəfədən artıq ödənişi gecikdirirsə lizinq verən lizinq obyektini geri almaq və bununla da müqaviləyə xitam vermək hüququ vardır. 11.3.-cü bəndinə əsasən lizinq verənin müəyyən etdiyi müddət ərzində lizinq obyekti, onun ayrılmaz hissəsi olan ləvazimat və sənədlər lizinq verənə təhvil verilməyibsə, lizinq verən lizinq obyektini məcburi qaydada geri ala bilər və onların təhvil verilməsinin hər gecikdirilmiş günü üçün lizinq obyektinin cari dəyərinin 0,5% məbləğində dəbbə pulunun ödənilməsini tələb edə bilər. Müqavilə hər iki tərəfin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir. xx.xx.2021-ci il tarixli X3 müqaviləsinə əlavə olan ödəniş qrafikindən görünür ki, həmin qrafikə əsasən lizinq alan tərəfindən 36 ay müddətində hər ay cəmi (əsas və faiz məbləğlə birlikdə) 357,84 manat məbləğində lizinq ödənişləri edilməli idi. Ödəniş qrafiki tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir. xx.xx.2021-ci il tarixli təhvil-təslim aktına əsasənılışlı Toyota Prius markalı, mühərrik, ban № JTDKB20U777609699, **-PD-*** qeydiyyat nişanlı avtomobil Cavabdeh təhvil verilmişdir. Akt həmçinin Cavabdeh tərəfindən də imzalanmışdır. İddiaçı MMC tərəfindən cavabdehə pretenziya məktubu ilə müraciət edilərək lizinq müqaviləsi üzrə borcun ödənilməsi tələb edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı MMC (lizinq verən) ilə Cavabdeh (lizinq alan) arasında xx.xx.2021-ci il tarixli 06/4367/DLİZ nömrəli X3 müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Mübahisəli hüquq münasibətlərində lizinq verən qismində çıxış edən İddiaçı MMC müqavilə üzrə öhdəlikləri icra edərək lizinq obyekti olan nəqliyyat vasitəsini lizinq alan Cavabdeh təhvil versə də, lizinq alan xx.xx.2021-ci il tarixli 06/4367/DLİZ X3 müqaviləsi üzrə ödəniş qrafikinə əsasən lizinq ödənişlərini ardıcıl olaraq iki dəfədən artıq ödəməmişdir. Mülki Məcəllənin 385.1, 386, 442 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 747.1-ci maddəsinə görə lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.12-ci maddəsinə görə lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. 748-1.12.4-cü maddəsinə görə lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə. Göründüyü kimi lizinq alan Cavabdeh lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədiyindən lizinq verən İddiaçı MMC xx.xx.2023-cü il tarixdə Mülki Məcəllənin 748-1.12-ci maddəsinin tələblərinə əsasən gecikdirilmiş lizinq ödənişlərinin həyata keçirilməsini, lizinq obyektinin geri alınması və lizinq müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi barədə bildiriş göndərməklə müqaviləni birtərəfli qaydada ləğv etməkdə haqlı olmuşdur. Odur ki, müqavilənin ləğv edilməsi hissəsində iddia təmin edilməli, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 06/4367/DLİZ saylı X3 müqaviləsi ləğv edilmiş hesab edilməlidir. Cavabdehdən tutulmalı olan lizinq ödənişlərinin məbləğinə gəldikdə məhkəmə əvvəla qeyd edir ki, yuxarıda göstərilən normaların məzmunundan və mübahisəli müqavilənin şərtlərindən də göründüyü kimi maliyyə lizinqi müqaviləsinin şərtlərinə görə lizinq ödənişləri tam ödənildikdən sonra lizinq obyekti lizinq alanın mülkiyyətinə keçir. Bu baxımdan maliyyə lizinqi müqaviləsində müəyyən edilmiş lizinq ödənişlərinə lizinq obyektindən istifadəyə görə haqq və lizinq verənin mükafatı ilə yanaşı lizinq obyekti olan əmlakın dəyəri də daxil edilir. Hazırkı halda isə aydındır ki, lizinq alanın öhdəliklərini lazımi qaydada icra etməməsi ilə əlaqədar lizinq müqaviləsi ləğv edilmiş hesab edildiyindən və lizinq obyektin lizinq verənə qaytarılması qət edildiyindən lizinq alanın qalan lizinq müddəti ərzində lizinq obyektindən istifadə etmək və eyni zamanda lizinq ödənişlərini tam ödədikdən sonra həmin lizinq obyektinə mülkiyyət hüququnu əldə etmək hüquqlarına xitam verilmişdir. Mülki Məcəllənin 750-ci maddəsinə görə lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. İş materiallarından isə görünür ki, İddiaçı MMC isə hazırkı iddia ərizəsində bütün lizinq müddəti üçün hesablanmış lizinq ödənişləri üzrə əsas məbləğin və mükafatın (yəni lizinq obyektinin tam dəyərinin) ödənilməsinə dair tələbi irəli sürmüş və bu zaman onun mülkiyyətində qalmış lizinq əmlakının qalıq dəyərini və qənaət edilmiş digər xərcləri nəzərə almamışdır. Göründüyü kimi hazırkı iddianın tam təmin edilməsi İddiaçı MMC-nin lizinq müqaviləsi üzrə ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə artıq gəlir etməsinə, bununla da əsassız varlanmasına səbəb olacaqdır. Bununla yanaşı məhkəmə onu da qeyd edir ki, Mülki Məcəllənin 424.2-ci maddəsinə görə müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Odur ki, sözügedən normanın tələbləri baxımından da yanaşsaq, lizinq verən müqavilənin ləğv edildiyi tarixədək olan dövrdə yaranmış öhdəliklərin (ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 751-ci maddəsinə görə lizinq barəsində əmlak kirayəsi müqaviləsinin bu Məcəllənin 747--750-ci maddələrinə zidd olmayan qaydaları tətbiq edilir. Mülki Məcəllənin 697.2-ci maddəsinə görə isə əgər kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəçi kirayəyə götürdüyü əşyanı qaytarmırsa, kirayəyə verən kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə haqqının verilməsini tələb edə bilər. Odur ki, hazırkı halda lizinq müqaviləsinin ləğv edilməsinə baxmayaraq cavabdeh hal-hazıradək lizinq obyektini qaytarmadığından müqavilənin ləğv edildiyi tarixdən qətnamənin çıxarıldığı günədək olan müddət üçün ödənilməli olan lizinq ödənişləri də Mülki Məcəllənin 697.2-ci maddəsinin tələblərinə əsasən cavabdehdən ddiaçının xeyrinə tutulmalıdır. İş materiallarında olan ödəniş qrafikindən də göründüyü kimi Cavabdeh tərəfindən hazırkı qətnamənin qəbul edildiyi tarixə mübahisəli lizinq müqaviləsi üzrə 5.799,66 manat əsas borc və 3503,97 manat məbləğində mükafat ödənilməli idi. İş materiallarında olan maliyyə arayışından isə görünür ki, Cavabdeh tərəfindən mübahisəli lizinq müqaviləsi üzrə əsas borcdan 345,18 manat məbləğində ödəniş edilmişdir. Yuxarıda göstərilən hallara əsasən isə müəyyən edilir ki, qətnamənin qəbul edildiyi tarixə Cavabdeh iddiaçıya gecikdirilmiş əsas borcu 5.454,48 manat (5.799,66-345,18 manat) təşkil edir. Digər tərəfdən maliyyə arayına əsasən həmçinin müəyyən edilir ki, Cavabdeh mükafat (faiz) borcundan ümumilikdə 1.178,5 manat ödəniş etmişdir. Belə olan halda cavabdeh lizinq ödənişinin tərkib hissəsi olan 3503,97 manat mükafat (faiz) borcundan 1.178,50 manat ödədiyindən iddiaçıya ödəyəcək mükafat (faiz) borcu 2.703,50 (3503,97-1.178,50) manat təşkil edir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi mübahisəli lizinq müqaviləsi üzrə əsas və faiz borcunun tutulması hissəsində qismən təmin edilməli, cavabdehdən 5.454,48 manat məbləğində əsas borc, 2.703,50 manat məbləğində mükafat (faiz) borcu tutularaq iddiaçıya ödənilməlidir. Cavabdeh tutulacaq dəbbə puluna gəldikdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin: 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də Cavabdeh mübahisəli lizinq müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsinin işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyini, lizinq müqaviləsində öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə ödənilməsi nəzərdə tutulduğunu nəzərə alaraq hesab edir ki, iddiaçı həmin müqavilə üzrə dəbbə pulunun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Eyni zamanda iddiaçının dəbbə pulu olaraq ödənilməsini tələb etdiyi 145,18 manat məbləği cavabdehin ödənilməsini gecikdirdiyi əsas borc məbləğinə nəzərən tənasübsüz surətdə yüksək olmadığından onun azaldılması üçün əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixdə 06/4367/DLİZ nömrəli X3 müqaviləsi ləğv edilmiş hesab olunmalı, lizinq obyekti olan 1 (bir) ədəd, 2007-ci il buraxılışı olan, mühərrik № JTDKB20U777609699, Toyota Prius markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçıya qaytarılmalı, Cavabdeh xx.xx.2021-ci il tarixdə 06/4367/DLİZ nömrəli X3 müqaviləsi üzrə 5.454,48 manat məbləğində əsas borc, 2.703,50 manat məbləğində mükafat borcu, 145,18 manat məbləğində dəbbə pulu, cəmi 8.303,16 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 200 manat məbləğində mediasiya xərcləri iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, iddiaçının qaytarılmasını tələb etdiyi lizinq obyektinin dəyəri və ödənilməsini tələb etdiyi pul vəsaitinin məbləği nəzərə alındıqda hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 153,59 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməli, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 140 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 06/4367/DLİZ saylı X3 müqaviləsi ləğv edilmiş hesab edilsin. Lizinq obyekti olan “Toyota Prius” markalı **-PD-*** nömrəli avtomobil Cavabdeh alınaraq İddiaçı MMC-yə qaytarılsın. Cavabdeh 5454,48 manat məbləğində əsas borc, 2703,5 manat məbləğində mükafat borcu və 145,18 manat məbləğində dəbbə pulu, cəmi 8303,16 manat məbləğində pul vəsaiti və mediasiya xərclərinin əvəzi olaraq 140 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-5364/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5364/2023
24.11.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver