Məhkəmə qərarları › İş №e-2-2(113)-5364/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5364/2025

08.10.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5364/2025 08.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Açar sözlər: təbii qazdan istifadə qaydalarının pozulması, borcun silinməsi Bakı Kommersiya Məhkəməsinin hakimi Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “abonent hesabından borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. İŞİN HALLARİ

1. ünvan 1 ünvanında yerləşən “Baxçaray” Kiçik müəsisəsini təbii qazla təmin edilməsi üçün **********00000 saylı abonent kodu ilə qeydiyyata alınmışdır.

2. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli məktuba əsasən ******* salı akt əsasında “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı akt tərtib edilmiş, aktda sayğacın sərfiyyata uyğun olmadığı barədə qeyd aparılmaqla, Bakı Regional Qaz İsitismar İdarəsi tərəfindən itirilmiş qazın bərpası məqsədilə hesabat aparılmış və təbii qaz itkisinin 6210 m3 olması müəyyən edilmişdir.

3. Bundan başqa, **********00000 saylı abonent saldosunun “Qalıq və Aktlar” bölməsindən görünür ki, iddiaçıya 2025-ci ilin fevral ayında 1661 manat borc hesablanmışdır. 2025-ci il üzrə abonentin son borcu 1701,82 manat təşkil edir.

MƏHKƏMƏDƏ İCRAAT

a) İddia tələbi və iddia tələbinin dəlilləri

4. İddiaçı **********00000 saylı kod ilə qeydə alınmış ona məxsus ünvan 1 ünvanında yerləşən “Baxçaray” Kiçik müəsisəsi - qeyri-yaşayış sahəsinə qurşadırılmış sayğaca (Elestr G-6T markalı, 28260919 nömrəli) dair ******* nömtəli akt əsasında qanunsuz və əsassız hesablanmış 1161 manat məbləğində 6210 m3 qaz sərfiyyatnın silinməsi, ödənilməli olan 82,1 manat dövlət rüsumunun cavabdehdən cavabdehdən tutulması barədə iddia ərizəsi ilə müəhkəməyə müraciət etmişdir.

5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona məxsus Abşeron rayonunun Mehdiabad qəsəbəsində yerləşən “Baxçasaray” kiçik müəssisəsi Cavabdehndə Y**********0000 kodu ilə qeydiyyata alınmışdır. Ona Abşeron rayon Qaz Təchizatı İdarəsinin əməkdaşları tərəfindən məlumat daxil olmuşdur ki, cavabdeh tərəfindən “Baxçasaray” kiçik müəssisəsi cərimə edilmişdir. Bununla bağlı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2025-ci il tarixli 14-2-2/1-Y-9116-5/2025 nömrəli müraciət Sumqayıt RQİİ-nə yönləndirilərək orada baxılmışdır. Sumqayıt RQİİ tərəfindən ona ünvanlanmış xx.xx.2025-ci il tarixli 14-2-2-6/3-11-2976/2025 nömrəli məktubdan görünür ki, iddiaçıya məxsus Abşeron rayonunun Mehdiabad qəsəbəsində yerləşən “Baxçasaray” kiçik müəssisəsi (kod Y**********0000) qeyri-yaşayış sahəsinə xx.xx.2025-ci il tarixdə sahibkarlıq sahəsində aparılan yoxlamaların nəticəsində məlumat reyestrindən çıxarışına əsasən obyektə baxış keçirilən zaman quraşdırılmış sayğacın (Elster E-6T markalı, 28260919 nömrəli) sərfiyyata uyğun olmadığı aşkar edilmiş və ******* nömrəli akt tərtib olunaraq 1661 AZN (6210 m³) dəyərində ziyan məbləği hesablanmışdır. Həmin məktubla nəzərə çatdırılmışdır ki, məsələyə dair tərəflər arasında qarşılıqlı anlaşmanın əldə olunması mümkün olmadığı halda “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” Müqaviləsinin 5.2-ci bəndinə əsasən tərəflər məhkəməyə müraciət edə bilərlər. Sumqayıt RQİİ-nin məktubundan göründüyü kimi, “Baxçasaray” kiçik müəssisəsinə quraşdırılmış sayğacın (Elster E-6T markalı, 28260919 nömrəli) sərfiyyata uyğun olmadığı, 1661 manat (6210 m³) dəyərində ziyanın aşkar edilməsi göstərilsə də, faktı təsdiq edəcək sübutların mahiyyəti aydınlaşdırılmamış və aktın surətinin mülkiyyətçi kimi ona verilməsi təmin edilməmişdir. Odur ki, Cavabdehndə Y**********0000 kodu ilə qeydiyyata alınmış iddiaçıya məxsus Abşeron rayonunun Məşdiabad qəsəbəsində yerləşən “Baxçasaray” kiçik müəssisəsi qeyri-yaşayış sahəsinə quraşdırılmış sayğacın (Elster E-6T markalı, 28260919 nömrəli) sərfiyyata uyğun olmadığına dair ******* nömrəli akt əsasında qanunsuz və əsassız hesablanmış 1661 manat məbləğində (6210 m³ qaz həcmi) borc məhkəmə qaydasında silinməlidir.

b) İddiaya qarşı etirazın dəlilləri

6. İddiaya qarşı etiraz təqdim olunmamışdır. c) İşdə iştirak edən şəxslər və onların izahatları

7. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

8. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

9. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

10. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

11. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi)

TƏTBİQ EDİLƏN HÜQUQ

12. “Qaz təchizatı haqqında” AR Qanununun 3.5-ci maddəsinə görə Sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki bахış kеçirilir.

13. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

14. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin: 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin 4 göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ılə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. 1.7-ci bəndə əsasən, reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır.

Azərbaycan Rüspublikasının Mülki Prosessual Məcəlləsi

15. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

16. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

17. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

18. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

19. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

MƏHKƏMƏNİN MÖVQEYİ

20. Məhkəmə hesab edir ki, təmin edilməlidir.

21. Belə ki, işin yuxarıda göstərilən hallarından göründüyü kimi İddiaçı silinməsini tələb etdiyi 1661 manat məbləğində borc abonentə məxsus qeyri-yaşayış sahəsində qaz sayğacından kənar təbii qazdan qeyri-qanuni şəkildə istifadə edilməsi ilə əlaqədar itirilmiş təbii qaza görə qaz paylayıcıya dəymiş maddi zərərin əvəzi olaraq hesablanmışdır.

22. Məhkəmə qeyd edir ki, Cavabdeh İB təbii qaz ilə təchizat sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafıəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfındən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır.

23. Hazırkı işin hallarından isə görünür ki, mübahisəli borc Cavabdeh İB-nin əməkdaşları tərəfindən ******* salı akt əsasında hesablanmış, lakin cavabdeh tərəfindən sahibkarlıq fəaliyyəti subyekti olan şəxsin borcun hesablanmasına səbəb olan borcun hesablanması ilə əlaqədar yoxlamanın qanunla müəyyən edilmiş qaydada qeydiyyata alınması ilə müvafiq sənədlər işə məhkəmədə baxılarkən təqdim edilməişdir. Məhkəmənin yekun qərarı xx.xx.2025-ci il tarixdə elan olunsa da, iddiaçı tərəfindən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarış, inventar aktı, yoxlama aktı, texniki vasitələrdən istifadə etmək haqqında məlunat, xx.xx.2025-ci il tarixli, ******* saylı akt və dəymiş zərərin hesablanmasına dair hesabat xx.xx.2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə iş materiallarına əlavə edildiyindən həmin sübutlar MPM-nin 78.1-ci (Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın) tələblərinə uyğun verilmədiyindən onlar sübut qismində qəbul edilmədi.

24. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı akta əsasən İddiaçı hesablanmış 1661 manat məbləğində borc iddiaçının abunə hesabından (kod: **********0000) silinməlidir.

25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən “Baxçasaray” kiçik müəssisəsi - qeyri-yaşayış sahəsinə qurşadırılmış qaz sayğacına dair tərtib edilmiş ******* saylı akt əsasında hesablanmış 1661 manat məbləğində borc Cavabdeh İB tərəfindən **********0000 nömrəli abonent kodundan silinsin. 36 manat dövlət rüsumu Cavabdeh İB-dən tutularaq İddiaçı qaytarılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar