Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-5367/2025 08.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızı, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, Cavabdeh "xxxx" Kiçik Müəssəsinin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər "xxxx" Kiçik Müəssəsinə və Qanuni nümayəndə qarşı “icarəyə qanunsuz müdaxilənin aradan qaldırılması, maddi ziyanın tutulması” tələbinə dair kommersiya mübahisəsinə açıq məhkəmə iclasında məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC (bundan sonra-iddiaçı) cavabdehlər "xxxx" Kiçik Müəssəsinə və Qanuni nümayəndə (bundan sonra-cavabdehlər) qarşı “icarəyə qanunsuz müdaxilənin aradan qaldırılması, maddi ziyanın tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 3237.3 kv.m olan qeyriyaşayış sahəsinin 2500 kv.m hissəsi istifadəsinə cavabdeh -"xxxx" Kiçik Müəssisəsi və onun direktoru Qanuni nümayəndə tərəfindən edilən qanunsuz müdaxilənin qarşısının alınması və 63000 manat vurulmuş maddi ziyanın cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" Kiçik Müəssəsinin nümayəndəsi və vəkili Nümayəndə2 yazılı vəsatətlə məhkəməyə müraciət edərək, e-2(113)-5367/2025 nömrəli işin Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2(113)-3512/2025 nömrəli işə birləşdirilməsi haqqında qərardad qəbul olunmasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 3237.3 kv.m olan qeyri-yaşayış sahəsinin 2500 kv.m hissəsinin istifadəsinə "xxxx" Kiçik Müəssisəsi və direktoru Qanuni nümayəndə tərəfindən edilən qanunsuz müdaxilənin qarşısının alınması və 63000 manat vurulmuş maddi ziyanın onlardan müştərək qaydada tutulması barədə iddia üzrə e-2(113)-5367/2025 № li iş vardır. Nəzərinizə çatdırıram ki, təmsil etdiyim "xxxx" Kiçik Müəssisəsinin 40000 (qırx min) manat məbləğində icarə haqqı, 30000 (otuz min) manat məbləğində borc, 320 (üç yüz iyirmi) manat məbləğində hüquqi yardım xərci və 300 (üç yüz) manat məbləğində dövlət rüsumunun İddiaçı MMC-dən alınaraq "xxxx" Kiçik Müəssisəsinə verilməsi haqqında iddia üzrə Bakı Kommersiya Məhkəməsinin Hakimi X1 icraatında e-2(113)-3512/2025 № li iş vardır. Hesab edirik ki, hər iki işin eyni tələbə əsaslanması, tələblərin bir-biri ilə bilavasitə bağlı olması, hər bir tələbin təmin edilməsinin bilavasitə digər tələblə bağlı olması və sairə halları nəzərə alaraq nəzərə alaraq məhkəmənin iş yükünün azaldılması və prossesual qənaətlilik baxımından həmin işlərin bir icraatda birləşdirilərək baxılması daha məqsədəmüvafiqdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Bakı Kommersiya Məhkəməsinin Hakimi X1 icraatında olan e-2(113)-3512/2025 №li iş xx.xx.2025-ci il tarixində icraata qəbul edilmişdir. Sizin icraatınızda olan e-2(113)- 5367/2025 № li iş isə xx.xx.2025-ci il tarixində icraata qəbul edilmişdir. Buna görə də hesab edirik ki, e-2(113)-3512/2025 № li işin daha əvvəl icraata qəbul edilməsini nəzərə alaraq icraatınızda olan e-2(113)-5367/2025 № li işin 2(005)-2163/2024 № li işə birləşdirilməlidir. İddiaçı tərəf yazılı ərizə verib vəsatətə etiraz etmədiyini bildirmişdir. Məhkəmə hazırlıq iclasında cavabdeh "xxxx" Kiçik Müəssəsinin nümayəndəsi və vəkili Nümayəndə2 vəsatətin məzmununa uyğun izahat verib, vəsatətin təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsinə və digər cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini, əlavə olaraq işlərin bir icraatda birləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. Digər cavabdeh gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat təqdim etməmişdir. Məhkəmə iclasının iddiaçının və digər cavabdehin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh "xxxx" Kiçik Müəssəsi tərəfindən verilmiş vəsatət təmin edilməli, hazırkı iş onunla əlaqəli olan e-2-2(113)-3512/2025 saylı işlə bir icraatda baxılması üçün birləşdirilməlidir. Belə ki, işə baxılarkən məlum olmuşdur ki, iddiaçı "xxxx" Kiçik Müəssisəsinin cavabdeh İddiaçınə qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası üzrə e-2-2(113)- 3512/2025 saylı iş Bakı Kommersiya Məhkəməsinin digər hakiminin (K.Hüseynov) icraatındadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 169.3-cü maddəsinə əsasən, hakim (məhkəmə) həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, həmin mülki işləri birlikdə baxmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.2, 169, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Cavabdeh "xxxx" Kiçik Müəssəsi tərəfindən verilmiş vəsatət təmin edilsin. İddiaçı MMC-nin cavabdehlər "xxxx" Kiçik Müəssəsinə və Qanuni nümayəndə qarşı “icarəyə qanunsuz müdaxilənin aradan qaldırılması, maddi ziyanın tutulması” tələbinə dair e-2-2(113)-5367/2025 saylı iş, onunla əlaqəli olan iddiaçı "xxxx" Kiçik Müəssisəsinin cavabdeh İddiaçınə qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası üzrə e-2-2(113)- 3512/2025 saylı işlə bir icraatda baxılması üçün birləşdirilsin və birləşdirilmiş işə e-2- 2(113)-3512/2025 nömrə verilsin. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-5367/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-5367/2025
08.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver