Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-537/2025 18.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı pulun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər:icarə,pul) X5 Rövşən qızının sədrliyi, Rüstəmzadə Xaliq Tahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İdddiaçı İddiaçı MMC-nin Cavabdeh qarşı pulun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddia tələbinin təmin edilməsi, Cavabdeh xx.xx.2021-ci il “1002 NGA Bakcell” nömrəli qısamüddətli İcarə Müqaviləsi üzrə əsas borc 2,619.60 manat, cərimə məbləği 2,114.30 manat olmaqla ümumilikdə 4,733.90 manat borc məbləğinin tutularaq birdəfəlik şəkildə iddiaçı - İddiaçı MMC-yə ödənilməsi, bundan əlavə iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 60 (altmış) manat mediasiya xərci və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ddia ərizəsinə əlavə edilən sənədlərdən də göründüyü kimi, xx.xx.2021-ci il tarixində İddiaçı MMC ilə Cavabdeh arasında qısamüddətli İcarə Müqaviləsi bağlanıb. xx.xx.2021-ci il “1002 NGA Bakcell” nömrəli qısamüddətli İcarə Müqaviləsinəəsasən, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 72 ünvanında İddiaçı MMC-yə məxsus “Bravo” hipermarketi binasında yerləşən obyektin 4,5 kvadrat metrdən ibarət hissəsi cavabdehə icarəyə verilib. Həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavəyə əsasən, icarə haqqı hər ay üçün 600 (altı yüz) manat + 18 faiz ƏDV təşkil edir. Məhkəmənin diqqətinə çatdırmaq istəyirik ki, cavabdeh - Cavabdeh uzun müddətdir ki, yuxarıda qeyd edilən İcarə Müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmir. İddiaçı - İddiaçıMMC tərəfindən cavabdehə dəfələrlə yazılı və şifahi müraciətlər edilməsinə baxmayaraq, müqavilə üzrə öhdəliklər hələ də icra edilmir, icarə borcu ödənilmir. İş materiallarına nəzər salsaq, cavabdeh icarə obyektindən 2021-ci il 01 iyun tarixində istifadəyə başlayıb, lakin cavabdeh ilk dəfə icarə haqqı məbləğini icarə obyektindən istifadəyə başladığı tarixdən 8 (səkkiz) ay sonra ödəyib. Belə ki, cavabdeh ilk dəfə icarə haqqı məbləğini 22 fevral 2022-ci il tarixində, 3,540.00 (üç min beş yüz qırx) manat miqdarında ödəyib, yəni cavabdeh icarə obyektindən faktiki və hüquqi cəhətdən istifadə etdiyi 8 (səkkiz) ay müddətində iddiaçıya heç bir ödəniş etməyib. Belə olan halda isə, cavabdehin 22 fevral 2022-ci il tarixində ödədiyi, 3,540.00 (üç min beş yüz qırx) manat miqdarında icarə haqqı məbləği iddiaçı tərəfindən cavabdehin carə haqqı məbləğini ödəmədiyi 2021-ci ilin iyun, iyul, avqust, sentyabr, oktyabr aylarının ödənişi olaraq nəzərə alınıb. Təəssüflə qeyd edirik ki, cavabdeh, daha sonra icarə obyektindən istifadə etməyə davam etsə də, iddiaçıya bunun müqabilində heç bir ödəniş etməyib. Buna baxmayaraq cavabdeh icarə obyektindən istifadə edərək gəlir əldə etməyə, icarə obyektini faktiki və hüquqi öz istifadəsində axlamağa davam edib.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən əsas borc 2619.60 hissəsində qəbul etmiş, qalan hissədə iddianı qəbul etməmişdir. III. Məhkəmə baxışının hədləri:
5. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
6. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
IV. Sübutların tədqiqi:
7. İddiaçı MMC (“icarəyə verən”) ilə Cavabdeh (“icarəçi”) arasında imzalanmışxx.xx.2023-cü il tarixli icarə müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin: - 1.1-ci bəndinə əsasən Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 172 ünvanda yerləşən və Əlavə 1-də göstərilmiş obyektləri burada verilmiş şərt və müddəalara əsasən və hazırki X2 1 kimi qoşulmuş plana uyğun olaraq icarəçiyə icarəyə verir və icarəçi bu obyektləri qəbul edir. - 3-cü bəndinə əsasən İcarəçi İcarə haqqını Əlavə 1-də qeyd edildiyi kimi qabaqcadan İcarəyə verənə ödəyəcək. İcarəçi İcarə haqqını ayda bir dəfə qabaqcadan, İcarəyə verənin İcarə müddəti ərzində hər təqvim ayından əvvəl təqdim etdiyi hesab-fakturasını aldığı tarixdən etibarən 5 gündən gec olmayaraq ödəyəcək. - 6.1-ci bəndinə əsasən icarəçi yuxarıda qeyd olunmuş tələblərin hər hansı birinə əməl etməzsə, İcarəyə etməni gecikdirdiyi hər gün üçün və İcarəyə verənin öz müstəsna və mütləq qərarına əsasən seçdiyi hər hansı digər variantdan istifadə etmək hüququna baxmayaraq, Xitam cəriməsi tətbiq etmək hüququna malik olacaq. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur. V. Tətbiq edilən hüquq:
8. AR Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 443.4-cü maddəsinə görə əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Məhkəmə ilk növbədə qeyd edir ki, əldən çıxmış fayda formasında maddi zərərin tutulması tələbinə dair işlərə baxılarkən məhkəmə tərəfindən cavabdehin hüquqazidd əməlləri nəticəsində iddiaçının hüquqlarının pozulması, əldə çıxmış faydanın mövcudluğu faktı və məbləği, eləcə də cavabdehin hüquqazidd əməlləri ilə əldə çıxmış faydanın yaranması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir. Bu zaman iddiaçı onun əldə çıxmış faydanı əldə etməsi üçün zəruri olan bütün hərəkətləri etdiyini, lakin cavabdehin hüquqazidd əməllərinin həmin faydanı əldə etməyə mane olduğunu sübuta yetirməlidir. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. - 700.3-cü maddəsinə görə əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.
10. Məhkəmə hesab edir ki, iş üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən hallar – iddianın etirafının qanuna zidd olması və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozması kimi hallar müəyyən edilmədiyindən cavabdehlərin iddianın etirafı ərizəsi məhkəmə tərəfindən qəbul edilməlidir.
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinin tələbinə görə, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.
12. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2018-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, “...mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.”
14. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X1rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”
Vİ.Məhkəmənin mövqeyi:
15. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
16. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh arasında icarə müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqavilə üzrə müqavilədə qeyd olunmuş ünvanda yerləşən sahəni cavabdehə təhvil verərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh icarə (xidmət) haqqını vaxtında ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur.
17. Belə ki, iş materialları əsasında, iddiaçının nümayəndəsinin izahatı və iddia ərizəsinin məzmunundan müəyyən olunur ki, icarə sahəsi 8 ay müddətində (xx.xx.2021xx.xx.2022) cavabdehin sahibliyində olub və həmin müddət üçün ödənilməli olan icarə haqqı məbləği 600 manat təşkil edir. İddiaçı iddia ərizəsində həmçinin məhkəmə iclaslarındakı izahatlarında qeyd etmişdir ki, Cavabdeh tərəfindən iddiaçıya icarə müddəti ərzində 3540 manat məbləğində pul ödənilmişdir. Odur ki, cavabdeh tərəfindən olan ödənişləri nəzərə alınmaqla hal-hazırda Cavabdeh Səxavə oğlunun 01 iyun 2021-ci il tarixli icarə müqaviləsi üzrə İddiaçı MMC -yə olan cəmi borcu 2.619.60 manat təşkil edir. Həmçinin cavabdeh tərəfindən iddia tələbi əsas borc hissəsində ta etiraf edilmişdir.
18. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını, eyni zamanda cavabdehin mübahisəli icarə müqaviləsi üzrə icarəyə verilmiş qeyri-yaşayış sahəsinə görə icarə haqqını ödəməməklə müqavilə öhdəliklərini lazımi qaydada icra etmədiyini, belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, cavabdehin qismən etirafı ilə yalnız 2619.60 manat hissəsində öz təsdiqini tapır, həmin hissədə təmin edilməlidir.
19. Bundan əlavə iddiaçı müqavilə üzrə əsas borcu ödəniş planına uyğun qaytarmadığına görə Cavabdeh hesablanmış 2114.30 manat məbləğində cərimə (dəbbə) pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
20. Məhkəmə hesab edir ki, cavabdeh ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan, eləcə də dəbbə pulunun azaldılması üçün əsaslar olmadığından iddiaçı iddia ərizəsində göstərilən məbləğdə dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.
21. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
22. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğıundan 150 manat məbləğində müəyyən edilməlidir.
23. Hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 47.69 manat məbləğində pul vəsaiti, həmçinin ödənilmiş mediasiya xərci 60 manat tutularaq iddiaçıya ödənilməlidir.
24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh 2619.60 manat (iki min altı yüz on doqquz manat altmış qəpik) manat əsas borc,150 (bir yüz əlli) manat dəbbə pulu və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 47.69 manat məbləğində pul vəsaiti, 60 manat ödənilmiş mediasiya xərci iddiaçı X4” MMC-nin xeyrinə tutulsun. İddia tələbi digər hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Həşimova