Məhkəmə qərarları › İş №e-2-2(113)-538/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-538/2020

02.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-538/2020 02.03.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı (İddiaçı MMC) Cavabdehnə ("Cavabdeh" MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən onun xeyrinə 1052-2016 saylı, xx.xx.2016cı il tarixli müqaviləyə əsasən 3230.65 (üç min iki yüz otuz manat altmış beş qəpik) manat məbləğində borc və 30.80 (otuz manat səksən qəpik) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3261.45 (üç min iki yüz altmış bir manat qırx beş qəpik) manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərardadı ilə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması, daha sonra isə həmin məhkəmənin e-2-2(81)-14200/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə işə mahiyyəti üzrə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdehndən müqavilə üzrə 3230.65 manat (üç min iki yüz otuz manat altmış beş qəpik) məbləğində borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu və 110 (bir yüz on) manat hüquqi yardım xərcləri olmaqla, cəmi 3,370.65 manat ( üç min yüz yetmiş manat, altmış beş qəpik) məbləğində pulun tutularaq "İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə borclu Cavabdeh MMC arasında bağlanmış 1052-2016 saylı xx.xx.2016-cı il tarixli müqavilə üzrə cavabdeh fərdi qaydada ödənilən nömrələr üzrə 3230.65 (üç min iki yüz otuz manat altmış beş qəpik) manat məbləğində cəmiyyətin rabitə xidmətlərindən istifadə edərək danışıqlar aparmış və nəticədə cəmi 3230.65 (üç min iki yüz otuz manat altmış beş qəpik) manat məbləğində borcu yaranmışdır. Müqavilənin şərtlərinəəsasən abonent ona göstərilən rabitə xidmətlərinə görə xidmət haqqını müəyyən edilən son ödəmə tarixinədək ödəməlidir. Hesab-fakturada göstərilən ödənişşərtləri abonent tərəfindən pozularsa, gecikdirilən hər gün üçün gecikmə faizi tətbiq edilir. Beləliklə, borcluya aid GSM fakturalarından göründüyü kimi borclu müqavilənin şərtlərini pozaraq, göstərilən borcunödənilməsini təmin etməmişdir. Abunəçinin şirkətə cari tarixə ödənilməmiş borcu üzrə 3230.65 manat (üç min iki yüz otuz manat altmış beş qəpik) təşkil edir. Bu borcun 2653 manat hissəsi mobil cihazların dəyəri, 483 manat hissəsi mobil cihazın dəyərinin ödənilməməsinə görə cərimə, 90 manat hissəsi abunə haqqı, 4.65 manat hissəsi isə rabitə xidmətlərinə görə haqqdır. Bundan əlavə, hazırkı işə məhkəmədə baxılması ilə əlaqədar vəkillə hüquqi yardım haqında müqavilə bağlanmış və həmin müqavilə üzrə vəkilə 110 manat xidmət haqqı ödənilmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iddia ərizəsinə əlavə olunmuş: Mobil rabitə xidmətlərinin göstərilməsinə dair 1052-2016 saylı xx.xx.2016-cı il tarixli müqavilə və həmin müqaviləyə edilmiş hər iki tərəfin imzaladığı Əlavələrdən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında ********** və ********** kombinasiyalı nömrələrə və iki ədəd İphone 7 (32GB) Mate Black markalı mobil telefonlara dair müqavilə bağlanmışdır. xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnun qeyd olunan müqavilə üzrə həmin tarixə 3230.65 (mobil telefonların dəyəri 2653 manat, mobil telefonların dəyərinin ödənilməməsinə görə cərimə 483 manat, abunə haqqı 90 manat, rabitə xidmətlərinə görə haqq 4.65 manat) manat məbləğində borcu vardır. Bakı şəhəri 21 saylı Vəkil Bürosunun Hüquqi yardımın göstərilməsi haqqında 12 saylı xx.xx.2020-cil tarixli müqaviləsi və GSU seriyalı 323861 saylı xx.xx.2020-cil tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən hüquqi xidmət üçün 110 manat pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, işin hallarından görünür ki, tərəflər arasında yuxarıda qeyd olunan müqavilə bağlanmış həmin müqaviləüzrə kreditor borcluya mobil rabitə xidmətlərinin göstərilməsini, borclu isə telefon nömrələrini öz işçilərinin xidməti istifadəsinə verməklə, danışıq haqqının vaxtında ödənilməsini təmin etmək öhdəliyini üzərinə götürmüşdür. Bundan əlavə kredıtor borcluya nömrələrin istifadəsi üçün mobil cihazlar vermiş və borclu bu cihazların dəyərinin hissə-hissə ödənilməsini öhdəsinə götürmüşdür. İddiaçıüzərinə götürdüyü öhdəlikləri icra etsə də, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca иcra etməmiş və onun iddiaçıya borcu yaranmışdır. Mülki qanunvericiliyin normalarına, tərəflər arasında bağlanmış müqaviləyə və təqdim olunmuş sənədlərəəsaslanaraq məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi mobil cihazların dəyəri olan 2653 manat, 90 manat abunə haqqı, rabitə xidmətlərinə görə haqq olan 4.65 manat məbləğində pulun tutulması hissəsində əsaslı olduğundan tam təmin olunmalıdır. Məhkəmə hesab edir ki, tələb cərimə borcu hissəsində qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 465.2-cи maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə cəriməni azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Cəriməödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanunverici cərimənin azaldılmasını məhkəmənin üzərinə hüquq kimi qoyduğundan iddiaçı ilə yanaşı, cavabdehin də mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbində nəzərdə tutulan cərimə azaldılmalıdır. Məhkəmə iddiaçının cərimə kimi tələb etdiyi 483 manat məbləğin 200 manatının cavabdehdən tutularaq iddiaçıya ödənilməsini ağlabatan vəədalətli hesab edir. Məhkəmə hesab edir ki, cərimə kimi hesablanmış qeyd olunan məbləğin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən yuxarıda qeyd olunan miqdarda azaldılması tərəflər arasında olan mütənasibsizliyi aradan qaldırmaqla işin faktiki hallarına uyğundur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnaməçıxarılan tərəfə verilməsini qərara alır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə münasib olaraq 27.50 manat (iyirmi yeddi manat əlli qəpik) məbləğində dövlət rüsumu və vəkilin göstərdiyi yardıma görə 110 (bir yüz on) manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 238, 241-242, 244, 253.3 və 360-cı maddələrinə əsasən, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehndən mobil cihazların dəyərinə görə 2653 (iki min altı yüz əlli üç) manat, 200 (iki yüz) manat cərimə, 90 (döxsan) manat abunə haqqı, rabitə xidmətlərinə görə 4.65 manat (dörd manat altmış beş qəpik), vəkilin göstərdiyi yardıma görə 110 (yüz on) manat, 27.50 manat (iyirmi yeddi manat əlli qəpik) məbləğində dövlət rüsumu olmaqla, cəmi 3085.10 (üç min səksən beş manat on qəpik) məbləğində pul tutularaq "İddiaçı" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim: Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar