Məhkəmə qərarları › İş №e-2-2(113)-539/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-539/2023

12.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-539/2023 12.01.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi, Vəkil və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən Maraqlı şəxs ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən Maraqlı şəxs ASC) öhdəliklərin yerinə yetirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Öhdəliyin keçməsi haqqında” 06 sentyabr 2014-cü il tarixli, 55ÖM/F20-14 nömrəli müqaviləyə əsasən xx.xx.2013-cü il tarixli 55AV/F20-13 saylı kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.6 və 259.0.1-cı maddələrinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir).Məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. İddia ərizəsinə əlavə edilmiş sənədləri nəzərdən keçirən məhkəmə müəyyən etmişdir ki, İddiaçı tərəfindən pretenziya Cavabdeh MPM-nin 150.2-ci maddəsinə uyğun olaraq, yəni elektron qaydada çatdırılmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrinə əsasən, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən Maraqlı şəxs ASC) öhdəliklərin yerinə yetirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi barədə kommersiya mübahisəsinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar