Məhkəmə qərarları › İş №e-2-2(113)-54/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-54/2025

14.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-54/2025 14.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələblərə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kredit müqaviləsi, ipoteka müqaviləsi, borcun ödənilməsi, dəbbə pulu, tutmanın ipoteka predmetinə yönəldilməsi, əmlakın hərracdan satılması) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2, Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələblərə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti (İddiaçı ASC) cavabdehlər İsgəndərov Şahin İbrahim oğlu, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 188636,94 (bir yüz səksən səkkiz min altı yüz otuz altı manat doxsan dörd qəpik) manat əsas borc, müqavilə müddəti üçün hesablanmış 55263,23 (əlli beş min iki yüz altmış üç manat iyirmi üç qəpik) manat faiz borcu, 17129,55 (on yeddi min yüz iyirmi doqquz manat əlli beş qəpik) manat cərimə borcu, müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 16925,2 manat (on altı min doqquz yüz iyirmi beş manat iyirmi qəpik) olmaqla, ümumilikdə 277954,92 (iki yüz yetmiş yeddi min doqquz yüz əlli dörd manat doxsan iki qəpik) manat məbləğində borcun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat rüsumun, məhkəməyə iddia verilməsi üçün ödənilmiş 168,36 manat dövlət rüsumu və 400 manat mediasiya xərclərinin Cavabdeh2 ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh3 məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvalən qəsəbəsi, bağ evi 759 S ünvanında 0,10 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 134,6 kv.m olan bağ evinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və satışından əldə olunan vəsait hesabına ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, tutma Cavabdeh3 məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvalən qəsəbəsi, bağ evi 759 S ünvanında 0.10 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 134.6 kv.m olan bağ evinə yönəldildikdən və satıldıqdan sonra həmin mənzilin boşaldılması və ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ləğv prosesində olan İddiaçı ASC (Bank) ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 46/2/15 №-li kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh2 heyvandarlığın inkişafı məqsədi ilə illik 7% olmaqla, 60 ay müddətinə 200000 (iki yüz min) manat məbləğində kredit vəsaiti verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq tam mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvalən qəsəbəsi, bağ evi 759 S ünvanında 0,10 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 134,6 kv.m olan bağ evi (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixində Seriya RX №0120598 saylı, reyestr nömrəsi **********00-11301 qeydiyyat nömrəsi **********) xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsi ilə Bank qarşısında yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. Cavabdeh2 sözügedən kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə LPO İddiaçı ASC-yə ümumilikdə 277954,92 (iki yüz yetmiş yeddi min doqquz yüz əlli dörd manat doxsan iki qəpik) manat məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh2 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehlərə bildiriş göndərilmişdir. Eyni zamanda ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün reyestr orqanına ərizə göndərilmiş və qeydə alınmışdır.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 442, 445.2.1, 448.1, 465.2, 467, 470.1, 501 və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4, 34.1.1, 34.1.3, 39.1, 39.3, 59.3.1-ci maddələrinə istinad olunmuşdur.

4. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə cavabdeh İsgəndərov Şahin İbrahim oğlunun kredit və ipoteka müqavilələri üzrə öhdəliyi olmadığı üçün onun adının cavabdehlər siyahısından çıxarılmasını xahiş etmiş və vəsatət təmin edilmişdir.

5. Cavabdehlər tərəfindən iddiaya qarşı yazılı etiraz daxil olmamışdır.

6. İş üzrə cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

7. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iştirak etmiş və iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

8. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 46/2/15 KT nömrəli kredit müqaviləsinin 2.2-ci maddəsinə əsasən borc verən heyvandarlığın inkişafı məqsədilə borc alana 200000 manat məbləğində kredit verməsini öhdəsinə götürür. Həmin müqavilənin 2.4-cü maddəsinə əsasən borc alan müqaviləyə əsasən krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin müqavilənin 4.1-ci maddəsinə əsasən müqavilə ilə müəyyən edilən kredit öhdəliklərinin icrasının təminat üsulu kimi İddiaçı ASC ilə Cavabdeh2 və ipoteka qoyan Cavabdeh3 arasında bağlanan 46/2/15 KT saylı ipoteka müqaviləsi göstərilmişdir. Həmin müqavilənin 6.1-ci maddəsinə əsasən kreditdən istifadəyə görə borcalan banka illik 7% olmaqla faiz ödəməlidir. Borcalan kredit qalığı tam ödənilənədək qalmış borca görə illik 28% olmaqla faiz ödəməlidir. Həmin müqavilənin 10.2-ci maddəsinə əsasən borc alan üzərinə düşən öhdəlikləri icra etmədikdə gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün ümumi məbləğin 0,2% miqdarından borc verənə dəbbə pulu ödəməlidir. Müqavilə tərəflərin imzası ilə təsdiq edilmişdir.

9. Cavabdeh2 tərəfindən ləğv prosesində olan İddiaçı ASC-yə ünvanlanan ərizənin məzmunundan görünür ki, Cavabdeh2 ona heyvandarlığın inkişafı məqsədilə 60 ay müddətinə, 200000 manat məbləğində kredit ayrılmasını xahiş etmişdir.

10. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, **********457 nömrəli maliyyə arayışından müəyyən olunur ki, ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 46/2/15 KT saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə yaranmış əsas borc 188636,94 manat, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz 55263,23 manat, müqavilə üzrə borcun gecikdirilməsinə görə hesablanmış və tələb olunan cərimə məbləği 17129,55 manat, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış faiz məbləği 16925,2 manat, müqavilənin tələbləri əsasında yaranmış ümumi borc 277954,92 manat təşkil edir.

11. İpoteka saxlayan İddiaçı ASC, ipoteka qoyan Cavabdeh3 və borcalan Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinin 2.1-ci maddəsinə əsasən ipoteka saxlayanla borcalan arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 46/2/15 KT saylı kredit müqaviləsinə əsasən 200000 manat məbləğində 60 ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi tərəflər müqavilə ilə müəyyən edilmiş əmlakın girov qoyulması barədə razılığa gəlmişlər. Həmin müqavilənin 2.2-ci maddəsinə əsasən sonrakı ipoteka predmeti olan əmlak Cavabdeh3 xüsusi mülkiyyətində olan ünvan ünvanında 0,10 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 134,6 kv.m olan bağ evidir (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdarəsi tərəfindən 06 avqust 2015-ci il tarixdə seriya RX, ******* saylı, reyestr nömrəsi **********00-11301, qeydiyyat nömrəsi **********). Müqavilə tərəflərin imzası ilə təsdiq edilmişdir.

12. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışın məzmunundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, bağ evi 759S ünvanında yerləşən bağ evi xüsusi tam mülkiyyət hüququ əsasında Cavabdeh3 mülkiyyətindədir. Daşınmaz əmlakın qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2015-ci ildir.

13. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışın məzmunundan müəyyən edilir ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, bağ evi 759S ünvanında yerləşən bağ evi 46/15 KT nömrəli kredit müqaviləsi üzrə İddiaçı ASC-nin xeyrinə yüklüdür.

14. İddiaçı tərəfindən iş materiallarına ödəniş cədvəli, mədaxil orderləri və hesabdan çıxarış əlavə edilmişdir.

15. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən Cavabdeh3 göndərilmiş xx.xx.2022ci il tarixli, **********419 nömrəli kredit borcunun ödənilməsinə və ipoteka predmetinə tutma yönəldilməsinə dair bildirişdən müəyyən edilir ki, müqavilə üzrə yaranmış 277954,92 manat borcun 3 gün müddətində banka ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir.

16. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********425 nömrəli kredit borcunun ödənilməsinə və ipoteka predmetinə tutma yönəldilməsinə dair bildirişin qeydiyyata alınması barədə ərizənin məzmunundan müəyyən olunur ki, İddiaçı ASC tərəfindən Cavabdeh3 göndərilmiş xx.xx.2022-ci il tarixli, **********419 saylı bildirişin qeydiyyata alınması xahiş edilmişdir.

17. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən Cavabdeh2 göndərilmiş xx.xx.2023cü il tarixli pretenziya məktubunun məzmunundan müəyyən olunur ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixə olan 277954,92 manat borcun 5 gün müddətində ödənilməsi təələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/2397 saylı ekspert rəyindən müəyyən olunur ki, banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri; hesabdan çıxarış məlumatları; xx.xx.2015-ci il tarixli, 46/2/15 KT nömrəli kredit müqaviləsinin şərtləri və Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən Cavabdeh2 ləğv prosesində olan İddiaçı ASC-yə olan borcu müqavilə müddətinin sonuna 178135,3 manat əsas borc, 62529,51 manat faiz borcu olmaqla, ümumilikdə 240664,81 manat, xx.xx.2022-ci il tarixə (maliyyə arayışında qeyd olunan tarix) 178135,3 manat əsas borc, 62529,51 manat faiz borcu, illik 5%-lə hesablanmış 15982,69 manat faiz borcu olmaqla, ümumilikdə 256647,5 manat təşkil edir.

19. "xxxx" MMC tərəfindən verilən əmlakın qiymətləndirilməsi barədə xx.xx.2024-cü il tarixli, LP-036/2024 saylı qiymətləndirmə rəyindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, bağ evi 759 S ünvanında 0,10 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 134,6 kv.m olan bağ evinin likvid dəyəri 230000 manat, bazar dəyəri 255000 manat təşkil edir.

20. Əmlak Ekspert Mərkəzi tərəfindən verilən əmlakın qiymətləndirilməsi barədə xx.xx.2024-cü il tarixli, ƏEM/D 37-775/24 nömrəli ekspert rəyindən müəyyən edilir ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, bağ evi 759 S ünvanında 0,10 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 134,6 kv.m olan bağ evinin xx.xx.2024-cü il tarixinə likvid dəyəri 310000 manat, bazar dəyəri 365000 manat təşkil edir. Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 270.1-ci maddəsinə əsasən girov və ipoteka müqavilə üzrə əmələ gəlir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

22. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. 10.4-cü maddəsinə əsasən ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. 11.1-ci maddəsinə əsasən daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 11.2-ci maddəsinə əsasən ipoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur. 34-cü maddəsində əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallar ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı nəzərdə tutulur. 39.3-ci maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 59.4-cü maddəsinə əsasən (xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliyə qədər olan redaksiyada) bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

24. 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmənin mövqeyi

25. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2015-ci il tarixli, 46/2/15 KT nömrəli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh2 bank tərəfindən 60 (altmış) ay müddətinə 200000 (iki yüz min) manat məbləğində kredit verilmişdir. İpoteka saxlayan – İddiaçı ASC ilə ipoteka qoyan –Cavabdeh3, borc alan – Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 46/2/15 KT nömrəli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh3 tərəfindən mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, bağ evi 759 S ünvanında 0,10 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 134,6 kv.m olan bağ evi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kreditor kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan və ipoteka qoyan kredit müqaviləsi üzrə öhdəlikləri tam icra etməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar.

26. İddia tələbinin bir hissəsini cavabdеhlər Cavabdeh2 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 188636,94 manat əsas borcun, müqavilə müddəti üçün hesablanmış 55263,23 manat məbləğində faiz bоrcunun tutulması təşkil edir.

27. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, ekspert rəyini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehin müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını, MPM-in 218.3-cü maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas kredit borcu hissəsində qismən və faiz borcunun tutulması hissəsində isə tam təmin edilməli, cavabdehlər Cavabdeh2 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 178135,30 manat (yüz yetmiş səkkiz min yüz otuz beş manat otuz qəpik) əsas borc, 55263,23 manat (əlli beş min iki yüz altmış üç manat iyirmi üç qəpik) faiz borcu iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, ekspert rəyinə əsasən əsas borcun məbləği 178135,3 manat təşkil edir.

28. İddia tələbinin digər hissəsini cavabdеhlər Cavabdeh2 xx.xx.2015-ci il tarixli krеdit razılaşması üzrə 17129,55 manat məbləğində cərimə borcunun tutulması təşkil edir.

29. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehlərdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 46/2/15 KT nömrəli kredit müqaviləsinin 10.2-ci maddəsinə əsasən borc alan üzərinə düşən öhdəlikləri icra etmədikdə gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün ümumi məbləğin 0,2% miqdarından borc verənə dəbbə pulu ödəməlidir.

30. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, Cavabdeh2 tutulacaq cərimə məbləği azaldılaraq 9000 (doqquz min) manat məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir.

31. İddiaçı eyni zamanda ödənişinin gecikdirilməsinə görə xx.xx.2015-ci il tarixli, 46/2/15 KT nömrəli kredit müqaviləsi üzrə müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 16925,2 (on altı min doqquz yüz iyirmi beş manat iyirmi qəpik) manat məbləğin cavabdehdən tutulmasını tələb etmişdir. Məhkəmə qanunvericilik normalarını əsas götürərək hesab edir ki, iddiaçı gecikdirilmiş əsas məbləğə illik beş faizin ödənilməsini cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır və xx.xx.2015-ci il tarixli, 46/2/15 KT nömrəli kredit müqaviləsi üzrə 15982,69 manat (on beş min doqquz yüz səksən iki manat altmış doqquz) məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/2397 saylı ekspert rəyində xx.xx.2022-ci il tarixə (maliyyə arayışında qeyd olunan tarix) müqavilə müddəti bitdikdən sonra illik 5%-lə hesablanmış məbləğin 15982,69 manat təşkil etdiyi qeyd edilmişdir.

32. Eləcə də, iddiaçı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat rüsumun, məhkəməyə iddia verilməsi üçün ödənilmiş 168,36 manat dövlət rüsumunun və 400 manat mediasiya xərclərinin cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulmasını xahiş etmişdir.

33. Məhkəmə hesab edir ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 (qırx beş) manat dövlət rüsumu, ödənilmiş mediasiya və dövlət rüsumunun əvəzi olaraq 527,96 manat (beş yüz iyirmi yeddi manat doxsan altı qəpik) Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir.

34. İddiaçı borc üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi tələbini irəli sürmüşdür.

35. Həmin tələblə bağlı məhkəmə araşdırması zamanı müəyyən edildi ki, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq ipoteka müqaviləsinə əsasən Cavabdeh3 məxsus yuxarıda qeyd edilən ünvanda yerləşən daşınmaz əmlak iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Müqavilə qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İpotekaya tutma yönəldilməsi ilə bağlı “İpoteka” haqqında Qanunda nəzərdə tutulmuş prosedura əməl edilmiş, ipoteka qoyana ipotekaya tutma yönəldilməsi barədə bildiriş göndərilmiş, həmin bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı müraciət edilmiş və bildiriş reyestrdə qeydiyyata alınmışdır.

36. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, “İpoteka haqqında” Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğundan və ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yarandığından iddia tələbi tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində təmin edilməli, tutma xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh3 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, bağ evi 759 S ünvanında 0,10 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 134,6 kv.m olan bağ evinə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına banka olan borc ödənilməli, satışdan artıq məbləğ qalarsa, qalan məbləğ Cavabdeh3 qaytarılmalıdır.

37. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilməlidir.

38. Bundan əlavə “İpoteka” haqqında Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

39. Məhkəmə tərəfindən ipoteka predmetinin dəyərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirici rəyi alınmışdır. Həmin rəyə əsasən ipoteka predmeti olan, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, bağ evi 759 S ünvanında 0,10 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 134,6 kv.m olan bağ evinin likvid dəyərinin 230000 (iki yüz otuz min) manat olması müəyyən edilmişdir. Eyni zamanda Əmlak Ekspert Mərkəzi tərəfindən verilən əmlakın qiymətləndirilməsi barədə xx.xx.2024-cü il tarixli, ƏEM/D 37-775/24 nömrəli qiymətləndirmə rəyində Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, bağ evi 759 S ünvanında 0,10 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 134,6 kv.m olan bağ evinin xx.xx.2024-cü il tarixinə likvid dəyərinin 310000 manat müəyyən edildiyi qeyd edilmişdir.

40. Məhkəmə Əmlak Ekspert Mərkəzi tərəfindən verilən əmlakın qiymətləndirilməsi barədə xx.xx.2024-cü il tarixli, ƏEM/D 37-775/24 nömrəli ekspert rəyini əsas götürərək hesab edir ki, ipoteka predmeti olan, Bakı şəhəri, Xəzər rayonu, Şüvalən qəsəbəsi, bağ evi 759 S ünvanında 0.10 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 134.6 kv.m olan bağ evinin ilkin satış qiyməti 310000 (üç yüz on min) manat müəyyən edilməlidir.

41. İddia tələbinin bir hissəsini də tutma Cavabdeh3 məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvalən qəsəbəsi, bağ evi 759 S ünvanında 0.10 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 134.6 kv.m olan bağ evinə yönəldildikdən və satıldıqdan sonra həmin mənzilin boşaldılması və ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsi təşkil edir.

42. Məhkəmə hesab edir ki, iddia həmin hissədə qismən təmin olunmalı, tutma Cavabdeh3 məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvalən qəsəbəsi, bağ evi 759 S ünvanında 0.10 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 134.6 kv.m olan bağ evinə yönəldildikdən və satıldıqdan sonra həmin əmlak boşaldılmalı və yeni mülkiyyətçiyə təhvil verilməlidir. Belə ki, həmin əmlakın mülkiyyətçisi hazırkı iddiaçı olmaya da bilər. Həmin qənaətə gəlinərkən nəzərə alınır ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinin xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliyə qədər olan redaksiyasında deyilirdi ki, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar.

43. Həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat pulun 46,50 hissəsi Cavabdeh2, 3,50 manat hissəsi isə ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.

44. Həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 manat pulun 278,90 manat hissəsi Cavabdeh2, 21,10 manat hissəsi isə ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (VÖEN: **********, Hesab N AZN: AZ68İBAZ**********981193205, Bank: ABB ASC, VÖEN: **********, müxbir hesab: AZ03NABZ013501**********2944, kod: 805711, SWİFT: İBAZAZ2X) köçürülməlidir.

45. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 178135,30 manat (yüz yetmiş səkkiz min yüz otuz beş manat otuz qəpik) əsas borc, 55263,23 manat (əlli beş min iki yüz altmış üç manat iyirmi üç qəpik) faiz borcu, 9000 (doqquz min) manat cərimə, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 15982,69 manat (on beş min doqquz yüz səksən iki manat altmış doqquz) olmaqla, cəmi 258381,22 manat (iki yüz əlli səkkiz min üç yüz səksən bir manat iyirmi iki qəpik), ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 (qırx beş) manat dövlət rüsumu, ödənilmiş mediasiya və dövlət rüsumunun əvəzi olaraq 527,96 manat (beş yüz iyirmi yeddi manat doxsan altı qəpik) olmaqla, ümumilikdə 258954,18 manat (iki yüz əlli səkkiz min doqquz yüz əlli dörd manat on səkkiz qəpik) məbləğində pul vəsaiti ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Tutma Cavabdeh3 məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvalən qəsəbəsi, bağ evi 759 S ünvanında 0.10 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 134.6 kv.m olan bağ evinə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borc ödənilsin, satışdan artıq məbləğ qalarsa, qalan məbləğ Cavabdeh3 qaytarılsın. İpoteka predmeti olan, Bakı şəhəri, Xəzər rayonu, Şüvalən qəsəbəsi, bağ evi 759 S ünvanında 0.10 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 134.6 kv.m olan bağ evinin ilkin satış qiyməti 310000 (üç yüz on min) manat müəyyən edilsin. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilsin. Tutma Cavabdeh3 məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvalən qəsəbəsi, bağ evi 759 S ünvanında 0.10 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 134.6 kv.m olan bağ evinə yönəldildikdən və satıldıqdan sonra həmin əmlak boşaldılsın və yeni mülkiyyətçiyə təhvil verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat pulun 46,50 hissəsi Cavabdeh2, 3,50 manat hissəsi isə ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 manat pulun 278,90 manat hissəsi Cavabdeh2, 21,10 manat hissəsi isə ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (VÖEN: **********, Hesab N AZN: AZ68İBAZ**********981193205, Bank: ABB ASC, VÖEN: **********, müxbir hesab: AZ03NABZ013501**********2944, kod: 805711, SWİFT: İBAZAZ2X) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar