Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-541/2020 17.03.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Mustafayev Ramil Elbrus oğlunun katibliyi, cavabdehin nümayəndəsi Hacıyev Kamran Zair oğlunun iştirakı ilə, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı pul tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: “xxxx” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı Filialından ZENA 002/2019 nömrəli, 08 aprel 2019-cu il tarixli müqaviləsinə əsasən ödənilməmiş 89466,37 ABŞ dolları məbləğində borcun, məhkəmə xərcləri üçün 250 manat məbləğində pul vəsaitinin və məhkəməyə müraciətlə bağlı ödədiyimiz 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 11 fevral 2020-ci il tarixli, 2-2(103)-142/2020 saylı iddianı təmin etmə tədbiri barədə qərardadına əsasən “xxxx” şirkətinin Azərbaycan Respublikasındakı filialının “xxxx” ASC-də (hesab nömrəsi AZ76PAHA11010AZNBNF**********), “xxxx” ASC-də (hesab nömrəsi AZ88JBBK**********0143842A61 və AZ49JBBK**********0161326A62) olan bank hesablarında pul vəsaitinin üzərinə 89466,37 ABŞ dolları həddində həbs qoyulmuşdur. “xxxx” MMC məhkəməyə ərizə təqdim edərək iddiadan imtina etdiyini bildirib iş üzrə icraata xitam verilməsini və iddianı təmin etmə tədbirinin ləğv edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iş üzrə icraata xitam verilməsini və iddianı təmin etmə tədbirinin ləğv edilməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 52.5-ci madddəsində iddiaçının iddiadan imtina etməsinin qanuna zidd olduğu və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozduğu təqdirdə məhkəmənin bu hərəkəti qəbul etməməli olduğu qeyd edilmişdir. - 261.0 və 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. İddiaçının iddiadan imtina etməsi qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığına görə məhkəmə hesab edir ki, iddiadan imtina qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı pul tələbi barədə mülki iş üzrə icraata xitam verilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 11 fevral 2020-ci il tarixli, 2-2(103)-142/2020 saylı iddianı təmin etmə tədbiri barədə qərardadına əsasən “xxxx” şirkətinin Azərbaycan Respublikasındakı filialının “xxxx” ASC-də (hesab nömrəsi AZ76PAHA11010AZNBNF**********), “xxxx” ASC-də (hesab nömrəsi AZ88JBBK**********0143842A61 və AZ49JBBK**********0161326A62) olan bank hesablarında pul vəsaitinin üzərinə 89466,37 ABŞ dolları həddində həbs qoyulması barədə iddianı təmin etmə tədbiri ləğv edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-541/2020
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-541/2020
17.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver