Məhkəmə qərarları › İş №e-2-2(113)-5413/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5413/2024

23.12.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5413/2024 23.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: lizinq müqaviləsi) X3 Rövşən qızının sədrliyi, Rüstəmova Mülayim Akif qızının katibliyi, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 06/2738/DLİZ nömrəli X1 Müqaviləsinə əsasən xx.xx.2024-cü il cü il tarixədək yaranmış 12187.22 manat əsas borc, 1331.45 manat mükafat borcu və 173.37 manat penya cəmi: 13692.04 manat lizinqi borcu məbləğinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh və arasında bağlanmış xx.xx.2020-ci il tarixli 06/2738/DLİZ nömrəli X1 Müqaviləsinə əsasən bü müqavilədə göstərilən 1(bir) ədəd, 2012 -ci il buraxlışı olan, “Volkswagen Passat” minik markalı (ban 1VWAS7A34GC018457) nəqliyyat vasitəsini xx.xx.2020-ci il tarixdən etibarən Cavabdeh istifadəsinə vermişdir. Müqavilənin 9.4 bəndinə əsasən Lizinq alanın “Lizinq verən”ə ödəməli olduğu lizinq ödənişlərinin ümumi dəyəri 25084 (iyirmi beş min səksən dörd) manat təşkil edir. Bu ümumi məbləğdən 7084 (yeddi min səksən dörd) manat “lizinq verən”nin mükafatını təşkil edir. Tərəflərin razılığı əsasında bu müqaviləyə uyğun olaraq tərtib edilmiş ödəniş qrafikində nəzərdə tutulan qaydada həyata keçirilməlidir. Həray 696.77 (altı yüz doğsan altı manat yetmiş yeddi qəpik) manat ödəniş etməlidir. Lizinq müqaviləsi üzrə illik faiz dərəcəsi 23 (iyirmi üç) % olmaqla 36 (otuz altı) ay müddətinə verilmişdir. Cavabdeh müqaviləsinə əlavə edilmiş Lizinq ödənişləri cədvəlində göstərilmiş aylar üzrə ödənişlərini aparmalı olduğu halda, müqavilənin şərtlərini pozaraq öhdəliklərini icra etməmişdir. Belə ki, cavabdeh xx.xx.2020-ci il tarixdən etibarən 36 aymüddətində hər ay 696.77 manat ödəniş etməli olduğu təqdirdə sonuncu odəniş ödəniş etmişdir. Cavabdeh lizinqə məxsus avtomobili etibarnamə olmadan idarə edərək özündə saxlamaqdadır. Yaranmış borcla bağlı İddiaçı MMC tərəfindən cavabdehlərə müxtəlif tarixlərdə yazılı və şifahi xəbərdarlıqlar edilmiş, əks halda tərəflər arasında bağlanmış üqavilənin bir tərəfli qaydada xitam edilməsi və yaranmış borcun məhkəmə qaydasında tələb edilməsi məqsədi ilə aidyyatı üzrə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

II. Tərəflərin mövqeləri:

3. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq iclasın onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

4. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

7. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

IV. Sübutların tədqiqi:

8. İddiaçı QSC Cavabdeh arasında imzalanmış xx.xx.2020-ci il tarixli 06/2738/DLİZ saylı maliyyə lizinqi müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin: - 2.1-ci bəndinə əsasən tərəflər arasında imzalanmış Maliyyə Lizinqi müqaviləsinə əsasən «Lizinq Verən» əvvəlcədən lizinq vermək məqsədilə öz vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan və ya «Lizinq alan» tərəfindən seçilmiş, «Lizinq verən» lə “satıcı” arasında bağlanılan alqı-satqı müqaviləsinə əsasən əldə edilmiş İ ədəd 2015-ci il buraxılışlı olan, Volkswagen Passat minik markalı, mühərrik, ban № 1VWAS7A34GC018457 nəqliyyat vasitəsini «Lizinq alan»ın müvəqqəti sahiblik və istifadəsinə verməyi öz öhdəsinə götürür. «Lizinq alan» isə bu müqavilənin şərtlərinə uyğun olaraq lizinq obyektindən istifadəyə görə«Lizinq verən»ə şərtləşdirilmiş muzd ödəməyi öhdəsinə götürür. - 9.4-cü bəndinə əsasən lizinq alanın «Lizinq verən »ə ödəməli oldugıı lizinq ödənişlərinin ümumi 25084 manat təşkil edir. Hu ümumi məbləğdən 7084 manat «Lizinq vcrən»in mükafatını təşkil edir.Tərəflər razılaşır və qəbul edirlər ki, lizinq ödənişləri «Lizinq alan» tərəfindən maliyyə lizinq müqaviləsi və təhvil-təslim aktı imzalandıqdan sonra bıı müqaviləyə uyğun olaraq tərtib edilmiş ödəniş qralikində nəzərdə tutulan qaydada həyata keçiriləcəkdir. - 9.5-ci bəndinə əsasən lizinq ödənişləri «Liz.inq vcıon»in müvafiq bankdakı hesabına köçürülür və «Lizinq alan»ın bu öhdəliyi bu müqavilənin 9.5-ci bəndinə uyğıın olaraq müqavilə imzalandıqdan sonra yaranır. - 11.3-cü bəndinə əsasən «Lizinq verənin müəyyən eldiyi müddət ərzində lizinq obyekti, onun ayrılmaz hissəsi olan ləvazimat və sənədlər «Lizinq verənə» o təhvil verilməyibsə, «Lizinq verən» lizinq obyektini məcburi qaydada geri ala bilər və onların təhvil verilməsinin hər gecikdirilmiş günü üçün lizinq obyektinin cari dəyərinin 0,5% məbləğində dəbbə pulunun ödənilməsini tələb edə bilər. Müqavilə lizinq verənin imzası və möhürü,lizinq alanın isə imzası ilə təsdiq edilmişdir.

9. 05 fevral 2020-ci il tarixli təhvil-təslim aktına əsasən "xxxx" MMC-yə məxsus "Volkswagen Passat" markalı, 1VWAS7A34GC018457 şassi, mühərrik,** PF *** qeydiyyat nişanları olan avtomobil müştəriyə təhvil verilmişdir.Akt lizinq verənin imzası və möhürü,lizinq alanın isə imzası ilə təsdiq edilmişdir.

10. İddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci tarixli 06/2738/DLİZ nömrəli X2 Müqaviləsinə əsasən xx.xx.2024-cü il cü il tarixədək yaranmış 12187.22 manat əsas borc, 1331.45 manat mük manat peniya cəmi: 13692.04 manat lizinq borcu mövcuddur.

11. İddiaçı QSC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubu göndərilərək cavabdehdən müqavilə üzrə öhdəliklərin pozulması nəticəsində yaranmış borcun 5 gün müddətində ödənilməsi tələb edilmişdir.

V. Tətbiq edilən hüquq:

12. AR Mülki Məcəlləsinin: - 385.1, 386, 442 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - 747.1-ci maddəsinə görə lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. - 748-1.12-ci maddəsinə görə lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. - 748-1.12.4-cü maddəsinə görə lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə. - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

13. AR MPM-in: - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 114.1-ci maddəsinə görə qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Vİ.Məhkəmənin mövqeyi:

14. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

15. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İddiaçı MMC (lizinq verən) ilə Cavabdeh (lizinq alan) arasında xx.xx.2020-ci il tarixli 06/2738/DLİZ saylı daxili lizinq müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Mübahisəli hüquq münasibətlərində lizinq verən qismində çıxış edən İddiaçı MMC müqavilə üzrə öhdəliklərini icra edərək lizinq 2015-ci il buraxılışlı olan, Volkswagen Passat minik markalı, mühərrik, ban № 1VWAS7A34GC018457 nəqliyyat vasitəsi lizinq alan Cavabdeh təhvil vermişdir. Lizinq alan Cavabdeh ödəniş cədvəlinə əsasən lizinq ödənişlərini ardıcıl olaraq iki dəfədən artıq ödəməməklə lizinq müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməmiş, nəticədə Cavabdeh lizinq müqaviləsi üzrə 12187.22 manat məbləğində əsas borcu yaranmışdır.

16. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də Cavabdeh mübahisəli lizinq müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmədiyini, nəticədə Cavabdeh lizinq ödənişləri üzrə 12187.22 manat məbləğində borcunun yarandığını, lizinq müqaviləsində öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə ödənilməsi nəzərdə tutulduğunu, nəzərə alaraq hesab edir ki, iddiaçı həmin müqavilə üzrə əsas borcun və dəbbə pulunun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.

17. İddia tələbinin digər bir hissəsini lizinq alandan lizinq predmetinin təhvil götürüldüyüdaxili lizinq müqaviləsi üzrə 1331.45 manat lizinq mükafatının cavabdehdən tutulması təşkil edir.

18. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi göstərilən hissədə təmin edilməli və cavabdehdən 12187.22 manat əsas borc, 1331.45 manat lizinq mükafatı iddiaçının xeyrinə tutulmalıdır.

19. Bundan əlavə, iddiaçı 173.37 manat cərimə borcunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.

20. Cavabdehdən tutulacaq dəbbə pulunun məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

21. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq xx.xx.2020-ci il tarixli 06/2738/DLİZ saylı daxili lizinq müqaviləsi üzrə dəbbə pulu 50 manat məbləğində müəyyən edilməlidir.

22. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 132 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

23. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 130 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli 06/2738/DLİZ saylı X2 Müqaviləsinə əsasən 12187.22 (on iki min yüz səksən yeddi manat iyirmi iki qəpik) manat əsas borc, 1331.45 (bir min üç yüz otuz bir manat qırx beş qəpik) manat lizinq mükafatı,50 (əlli) manat dəbbə pulu və 130 manat dövlət rüsumu tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar