Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5432/2025 06.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pulun tutulması və tələbin əmlaka yönəldilməsi” tələbinə dair iddiası, üçüncü şəxs X10 Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması və tələbin əmlaka yönəldilməsi” tələbinə dair iddiası, üçüncü şəxs X10 Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması və tələbin əmlaka yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 280377 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun tutulması, tələbin yenidənqurma işlərinin aparıldığı ********** qeydiyyat nömrəli çıxarışla müəyyən edilmiş əmlaka yönəldilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, hazırki tələbin əsasını xx.xx.2023-cü il tarixli icarə müqaviləsi və həmin müqavilənin ləğv edilməsindən sonra müqavilənin 8-ci bəndinin tələbindən irəli gələn tələb hüquqları təşkil edir. Ötürülən tələb hüquqlarının faktiki olaraq ilk qanuni sahibləri olan X26 və X13 xx.xx.2023-cü il tarixli icarə müqaviləsinə əsasən, Bakı şəhər, Musabəyov adlandırılan parkın ərazisində olan (Babil, hazırkı Kafe Park) restoranında yenidənqurma işlərinin aparılmasına ümumilikdə 280377 manat məbləğində sərmayə qoyduqlarını rəsmi sənədlər və faktlarla yeni hüquq sahibinə təqdim etmiş, notarial qaydada müqavilə bağlanılmışdır. Həmin xərclərə daxil olan yenidənqurma işlərinin dəyərinin bir hissəsi mülkiyyətçi tərəfindən tələbkar şəxslərə ödənilsə də, bizə olan xərclərin qarşılanması uzadılır. Biz yenidənqurma işlərinin dəyərindən mülkiyyətçi tərəfindən borclu qaldığımız tələbkar şəxslərə ödənilmiş borcları təsdiq edici sənədlər təqdim edildiyi təqdirdə tələbimizdən çıxara bilərik. Bizə ödənilməli olan xərclərin qeyrimüəyyənliyi bizi gələcəkdə tələb hüquqlarının ötürülməsi təhlükəsi qarşısında qoyur. İddia tələbi rəsmi müqavilələr, şahid ifadələri, foto, video görüntülər və digər faktlarla təsdiq edilir.
3. Cavabdeh xx.xx.2025-ci il tarixdə iddia ərizəsinə yazılı etiraz təqdim edərək, iddia ərizəsinin təmin olunmaması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. Etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsi ilə İddiaçı Cavabdeh onun xeyrinə 280 377 (iki yüz səksən min üç yüz yetmiş yeddi) manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun tutulması, tələbin yenidənqurma işlərinin aparıldığı ********** qeydiyyat nömrəli çıxarışla müəyyən edilmiş əmlaka yönəldilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin bildirmək istəyirəm ki. İddiaçı tərəfindən verilmiş iddia ərizəsi tamamilə əsassızdır və həqiqətə uyğun deyildir. Belə ki, iddia ərizəsində qeyd olunan müqavilə, yəni xx.xx.2023-cü il tarixli, 3M/372 qeydiyyat nömrəli icarə müqaviləsi mənimlə X4 arasında bağlanılmışdır (etiraza əlavə olunur). Lakin daha sonra iddiaçının da qoşmaya əlavə etdiyi, xx.xx.2024-cü il tarixli, **********120 nömrəli notarial qaydada təsdiq edilmiş ərizədə qeyd olunmuşdur ki, “Yasamal rayonu, Nazim Hikmət küçəsi, 38A ünvanında yerləşən, ümumi sahəsi 812.1 kv/m olan qeyri-yaşayış binasını işlətmək qane etmədiyinə görə, Bakı şəhəri, 54 saylı notariat ofisində, xx.xx.2024-cü il tarixdə, 3M-391 saylı reyestrlə mənimlə Cavabdeh arasında həmin icarə müqaviləsinin ləğvi barədə müqavilə imzalanmışdır. Bu məsələ ilə bağlı hər hansı şikayət, iddia, tələbim yoxdur və gələcəkdə də olmayacaqdır”(etiraza əlavə olunur). Lakin iddia ərizəsinin qoşmasından görünür ki, xx.xx.2025-ci il tarixdə, yəni icarə müqaviləsinin ləğvi ilə bağlı müqavilənin mən və X4 arasında bağlanılmasından 7 ay keçdikdən sonra Seymur İsmayılovla İddiaçı (əvvəlki adı ilə X11) arasında heç biri qanuni əsas və faktiki hal baş vermədiyi halda xx.xx.2023-cü il tarixli, 3M/372 qeydiyyat nömrəli icarə müqaviləsi ilə əlaqədar olaraq tələb hüququnun ötürülməsi müqaviləsi bağlanılmışdır (etiraza əlavə olunur). Nəzərinizə təkrar çatdırmaq istəyirəm ki, tələb hüququnun ötürülməsi müqaviləsinin predmeti olan icarə müqaviləsi notarial qaydada ləğv edilmişdir. Həmin icarə müqaviləsinə xitam verilərkən Seymur İsmayılovla bütün məsələlərlə bağlı razılığa gəlmişik və aramızda hər hansı borc münasibəti mövcud deyildir. Məhz bu səbəbdən X4 xx.xx.2024-cü il tarixli Ərizədə hər hansı şikayət, iddia, tələbinin olmaması və gələcəkdə də olmayacağını bildirmişdir. Belə ki, əgər icarə müqaviləsindən irəli gələn və tərəfimdən yerinə yetirilməyən məsələ və ya şərt mövcud olsaydı Seymur İsmayılov notarial qaydada hər hansı iddianın olmayacağı ilə bağlı ərizə verməzdi.Beləliklə, xx.xx.2023-cü il tarixli. 3M/372 qevdivvat nömrəli icarə müqaviləsi ləğv olunduğuna və X1 həmin müqavilə ilə əlaqədar hər hansı hüauq və vəzifəsi mövcud olmadığına görə tələb hüququnun ötürülməsi müqaviləsi əsassızdır. Çünki qeyd etdivim kimi həmin müqavilə ilə əlaqədar Sevmur İsmayılovun ötürə biləcəyi hər hansı hüquq yoxdur. Bununla yanası, qeyd etmək istəyirəm ki, X22 oqlu ilə İddiaçı arasında bağlanılmış müqavilənin adının “tələb hüququnun ötürülməsi müqaviləsi” olmasına baxmayaraq, onun məzmunundan aydın olur ki, mahiyyəti etibarilə subicarə müqaviləsidir. Halbuki aramızda bağlanan icarə müqaviləsinin şərtlərinə əsasən, subicarəyə verilməsinə icazə nəzərdə tutulmamışdır. Əlavə olaraq bu səbəblə də həmin müqavilə əsassız hesab olunmalıdır. Diqqətinizə çatdırmaq istəyirəm ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 812.1 kv/m olan qeyriyaşayış binasında yenidənqurma işləri mən və X14 tərəfindən həyata keçirilmişdir. Belə ki, Fuad Mehdiyev tərəfindən 150 000 (yüz əlli min) manat, tərəfimdən isə 90.000 (doxsan min) manat dəyərində yenidənqurma işləri üçün vəsait ödənmişdir. Yenidənqurma işlərinin tərəfimizdən həyata keçirildiyini təsdiq edən notarial qaydada ərizələr də var. Belə ki, həmin yenidənqurma işlərinin həyata keçirilməsi üçün obyektdə işləyən işçilər tərəfindən notarial qaydada Ərizələr var. Məsələn, 05.01,2025-ci il tarixli, **********094 nömrəli Ərizə havalandırma təmir edən X18, 05.01,2025-ci il tarixli, **********107 nömrəli Ərizə mətbəx avadanlıqlarına dair işlər görən X15, 05.01,2025-ci il tarixli, **********095 nömrəli Ərizə mexanik işləri görən X5 tərəfindən verilmişdir. Bu ərizələrdə qeyd olunur: “... təmir işlərini tam təhvil vermişəm. Cavabdeh və X14 tərəfindən mənə ödəniləcək məbləğ tam şəkildə ödənilib və gələcəkdə bununla əlaqədar heç bir şikayət və tələbim olmayacaq." (etiraza əlavə olunur). Beləliklə, qeyd olunan faktiki hallara və sübutlara əsasən, İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə mənə qarşı “Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr" dair verilmiş iddia ərizəsinin əsassız hesab edilərək təmin edilməməsinə dair Qətnamənin qəbul edilməsinə zərurət vardır.
5. Bakı Kommersiya Məkhəməsinin e-2-2(113)-5432/2025 saylı, 14 avqust 2025-ci il tarixli qərardadı ilə X4 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur.
6. Bakı Kommersiya Məkhəməsinin e-2-2(113)-5432/2025 saylı, 18 sentyabr 2025-ci il tarixli qərardadı ilə X26 və X13 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində məhkəmə icraatına cəlb olunmuşdur.
7. Bakı Kommersiya Məkhəməsinin e-2-2(113)-5432/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə X19 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur.
8. X27 cavabdehlər Cavabdeh və Bakı şəhəri 54 saylı notariat kontoruna qarşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, Bakı şəhər 54 saylı notariat ofisi tərəfindən 8İ-37797 reyestr nömrəli ərizəsinin etibarsız hesab edilməsi və Cavabdeh 80000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir.
9. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-5432/2025 saylı, 20 sentyabr 2025-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “pulun tutulması və tələbin əmlaka yönəldilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər X16 geri qaytarılmışdır.
10. Daha sonra X27 xx.xx.2025-ci il tarixdə iddia ərizəsi verib Cavabdeh 80000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
11. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, O, ünvan 2 ünvanda yerləşən Musabəyov parkı adlandırılan ərazidə Kafe-Parkı restoranını Teymur və Vüsal adlı şəxslərlə ortaq icarə müqaviləsi əsasında işlətmişdir. Həmin restoran hər biri 400 kv.m olan 2 hissədən ibarətdir. Kafe-Parkın icarə haqqı hər biri 10000 manat olmaqla ümumilikdə 20000 manat olmuşdur. Həmin restoranı işlətməyi isə Elnur və Elman adlı tanışlarım mənə təklif etmişdir. Hətta bildirmişdirlər ki, həmin restoranın hazırda fəaliyyət göstərməyən hissəsini təmir etmək barədə mülkiyyətçinin razılığı mövcutdur və onlar da həmin restorana xərc qoyaraq oranın fəaliyyətini artıracaq və gələcəkdə onlar da mənə şərik olacaqlar. O razılaşmış və bir hissəsi faktiki işləyən, digər hissəsi isə fəaliyyət göstərməyən Kafe-Park restoranında Teymur, Elman və Vüsal adlı şəxslərlə ortaq işləməyə başlamışdır. Onlar ortaq işlədiyi müddətdə restoranın faktiki işləməyən hissəsi Elnur və Elman adlı şəxslərin vəsaitləri hesabına əsaslı təmir edilmişdir. Təmir müddəti 10 ay davam etmişdir. Həmin müddətdə restoranın icarə haqqı 20000 manat olmaqla onun tərəfindən ödənilmişdir. Teymur və Vüsal ona bildirmişdir ki, onlar əmlakın Mülkiyyətçisi Əlihüseyn adlı şəxslə danışıblar, hacı deyir ki, bilirəm, təmir edən şəxslərə də bildirmişəm ki, təmirə və obyektə qoyulan bütün xərclər və təmir müddətində ödənilən icarə haqqı təmirdən sonrakı aylarda nəzərə alınacaq.O razılaşmış və hər ay 20000 manat icarə haqqını şəxsən ödəmişdir. Kafe Parkın təmir edilməyən digər hissəsindən əldə edilən gəlirlər də Vüsal və Teymur adlı şəxslər tərəfindən götürülmüş və bu günə qədər onunla hesablaşma aparılmamışdır. Sonda icarə müqaviləsinə xitam verilmiş və onlar, yəni obyekti təmir edən Elman və Elnur adlı şəxslər, Teymur və Vüsal adlı şərikləri, adına icarə müqaviləsi bağladığı Seymur adlı şəxs mülkiyyətçi hacı ilə birlikdə görüşmüş və Cavabdeh təmir edən şəxslərlə razılığa gələ bilməmiş, Seymur adlı şəxsin adına açılmış vöen üzrə obyektin pulunu ödəyəcəyini, bir də təmirdən qalan borcları bağlayacağını bildirmişdir. Mənə isə 10 ay təmir müddətində ödəmiş olduğum icarə haqqı müqabilində 1 il müddətinə icarə müqaviləsi bağladı və həmin müqavilə də onun təqsiri və mənim təkidim ilə 2 aydan sonra pozuldu. Çünki, obyektin təmirindən sonra borc sahibləri mütamadi obyektə gələrək əmlaklarını tələb edir və normal işimizə maneələr yaradırdı və bu problemin həlli uzadılırdı. Mənim 10 ay davam edən təmir müddətində işlətmədən ödədiyim 100000 manat məbləğində icarə haqqıdır ki, onun da 2 ayı (20000 manat hissəsi) mülkiyyətçi tərəfindən icarə müqaviləsi əsasında əvəzləşdirilmiş və 80000 manatı əvəzləşdirilməmişdir. Mənimlə cavabdeh arasında bağlanılan müqavilə və xitam ərizəsi Cavabdeh tanışı olan Bakı şəhər, 54 saylı notariat ofisində bağlanıldı və həmin ərizəyə qanunsuz olaraq mənim gələcəkdə iddia qaldırmaq hüquqlarımı məhdudlaşdıran bənd əlavə edilib. Hazırda cavabdehin mənə faktiki işlətmədiyim dövrlər üzrə icarə haqqı kimi alınmış 80.000 manat məbləğində pul vəsaiti ödənilməmiş qalmışdır.
12. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5432/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə X27 hazırkı kommersiya mübahisəsi üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuş və onun tərəfindən verilmiş iddia ərizəsi məhkəmənin icraatına qəbul olunmuşdur.
13. İddiaçı məhkəməyə yazılı vəsatət verib hazırkı iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsini xahiş etmişdir.
14. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5432/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə vəsatət təmin olunmamışdır.
II. Tərəflərin mövqeləri:
15. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq məhkəməyə yazılı çıxış edərək göstərmişdir ki, tələb mülkiyyətçi ilə əldə edilmiş icarə müqaviləsi şərtlərinə əsasən, Bakı şəhər, Musabəyov adlandırılan parkın ərazisində olan (Babil, hazırki Kafe Park) restoranında yenidənqurma işlərinin aparılmasına çəkilmiş ümumilikdə 280.377 manat məbləğində sərmayə qoyduqlarını əvəzinin tələb edilməsidir. İddia tələbin əsasını xx.xx.2023-cü il tarixli icarə müqaviləsi və həmin müqavilənin ləğv edilməsindən sonra müqavilənin 8-ci bəndinin tələbindən irəli gələn və notarial qaydada ötürülən tələb hüquqları olmuşdur. Ötürülən tələb hüquqlarının faktiki olaraq ilk qanuni sahibləri X26 və X13 olmuş, həmin şəxslər hüquqlarını tapşırıq müqaviləsi və həmin müqavilə əsasında bağlanılmış tələb hüquqlarının ötürülməsi barədə notarial müqavilə əsasında İddiaçı ötürmüşdürlər. Cavabdehin vəkili məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, icarə obyektində yenidənqurma işlərinin aparılmasını təsdiq edilərək, həmin sahəyə Fuad Mehdiyev tərəfindən 150000 manat, Cavabdeh tərəfindən isə 90000 manat, ümumilikdə 240000 manat sərmayə qoyulduğu bildirilsə də, nə Fuad Mehdiyev adlı şəxs məhkəmə baxışına dəvət edilərək bu xüsusat təsdiq edilmiş, nə də Cavabdeh tərəfindən 90000 manat məbləğində sərmayə qoyuluşunu təsdiq edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Cavabdehin məhkəməyə təqdim etdiyi güya işçiliklə bağlı ustalara ödənilmiş və notarial alınmış ərizələrlə ödənişin edildiyinə istinad edilir ki, bu ödənişlərin də səbəbi həmin ustalara işçilkdən qalan borclar olmuşdur ki, həmin borclar bir hissəsi kəsilməklə ustalara ödənilmişdir. Həmin ustalara sifariş və gördükləri işin dəyərinin 90 faiz hissəsi isə sərmayəçilər Elman və Elnur tərəfindən ödənilmişdir. İddia ərizəsinə etirazda 3-cü şəxs Seymur İsmayılovun notarial ərizəsinə hər hansı iddia və tələbinin olmayacağına istinad edilir. Bununla əlaqədar qeyd edirik ki, Seymur İsmayılovdan iddia və şikayət etmə hüququndan imtina edilməsi barədə alınmış ərizə konstitusiya və qanunlara ziddir. Şəxsi iddia qaldırmaq hüququndan imtina etdirilməsi barədə hər cür razılaşma etibarsızdır. Qaldı ki, həmin ərizənin məzmununda imtina edildiyi göstərilən tələb yenidənqurma işləri ilə əlaqədar deyil, icarə obyektinə Seymur İsmayılovun adına açılmış VÖEN əsasında ödənilməmiş vergi borcları və əmək haqqısı ilə əlaqədar pul vəsaiti olmuşdur ki, həmin pullar da Cavabdeh tərəfindən məcburiyyət qarşısında ödənilmiş və Seymur İsmayılov da həmin hissədə tələbinin olmayacağını bildirmişdir. Bu S.İsmayılovun məhkəmə baxışı zamanı izahatında və çıxışında xüsusi vurğulanmışdır. S.İsmayılov məhkəmədə bildirmişdir ki, sərmayəçilər onun adına olan icarə müqaviləsinin şərtlərinə arxayın olaraq sərmayə qoymuş və hazırda tələblərini də ondan edirlər. O da, sərmayəçilər Elman və Elnur adlı şəxslərin tələbləri ilə məcburiyyət qarşısında onların etməli olduğu, lakin müqavilə ilə onun səlahiyyətində olan tələb hüquqlarının onların təqdim etdiyi şəxsə ötürmüşdür. Əks təqdirdə həmin qoyulmuş xərclər onun tərəfindən ödənilməli idi. Aparılmış yenidənqurma işləri ilə əlaqədar sərmayənin kim tərəfindən qoyulmasının təsdiqi kimi həmin icarə obyektində təmir aparan ustaların bir hissəsi məhkəməyə şahid qismində dəvət edilmiş və həmin şəxslər təsdiq etmişdirlər ki, aparılan yenidənqurma işlərində işçilik etmiş, onlara sifarişi Babək adlı şəxsin vasitəçiliyi ilə Elman adlı şəxs vermiş, alınmış materiallar və ödənilmiş işçilik haqları da Elman Nadirov adlı şəxs tərəfindən ödənilmişdir. İşləri tam başa çatdırıb təhfil versələr də, zəhmət haqları tam şəkildə ödənilməmiş, kəsir qalmışdır. Cavabdehin məhkəməyə təqdim etdiyi ustalara ödənilmiş qalıq borcları ilə əlaqədar ərizələr də bu kimi digər ustalara qalmış borcların ödənilməsi müqabilində alınmışdır. Cavabdehin vəsatəti əsasında 3-cü şəxs qismində cəlb edilmiş Vüsal Nəcəfov adlı şəxs məhkəmədə icarə obyektində yenidənqurma işlərinin aparılmasını təsdiq etmiş, həmin işlərin Babək adlı şəxsin vasitəçiliyi ilə Elman adlı şəxsin vəsaiti hesabına aparıldığı, işlərin sonunda ustalara qalan borcların Cavabdeh nümayəndəsi Bünyamin adlı şəxs tərəfindən ödənildiyini bildirsə də, pulun ödənilməsinin şəxsən şahidi olmadığını bildirmiş, eyni zamanda yenidənqurma işlərinə çəkilmiş xərclərlə bağlı Əlihüseyn və Babək adlı şəxslər arasında yazılı razılaşma olduğu bildirilsə də, bu deyilənləri cavabdeh və Babək adlı şəxs təsdiq etməmiş, belə bir razılığa dair ərizə məhkəməyə təqdim edilməmişdir. Vüsal Nəcəfov mübahisəli icarə obyektinin icarədarı olduğunu bildirsə də, yenidənqurma işlərinin aparıldığı və ondan sonrakı dövrlər üzrə yenidənqurma işlərinin aparıldığı icarə obyektinə dair hər hansı müqavilə məhkəməyə təqdim edilməmişdir. V.Nəcəfovun məhkəməyə bildirdiklərini təsdiq edən hər hansı sübut və dəlil yoxdur. Məhkəmədə cavabdehin vəsatəti əsasında Bünyamin adlı şəxs şahid qismində dəvət olunmuş və Bünyamin izahatında icarə obyektinə 2-3 aydan bir müştəri kimi getdiyini, həmin icarə obyektində nəinki yenidənqurma heç təmir işlərinin də aparılmadığı, bir tək jalyuzin krasqalandığı göstərilmişdir. Qeyd edim ki, Bünyamin adlı şəxs Cavabdeh ortağı Fuad adlı şəxsin qohumudur və işi cavabdehə və şəriyi Fuad adlı şəxsin ortaq olduğu icarə obyektinin icarə haqlarının yığılması ilə məşğuldur. O, etibarnamə ilə icarə obyektinə dair icarə müqavilələrini imzalayan şəxs, hər ay icarə haqqını yığan şəxs olmuşdur. Şahidin məhkəməyə həqiqətə uyğun olmayan yalan ifadələr verməsi həqiqətlərin ört-basdır etmək məqsədilə edilmişdir. Tərəfimdən məhkəməyə mübahisəli icarə obyektinə qoyulmuş sərmayənin dəqiq dəyərinin müəyyən edilməsi üçün məhkəmə tikinti-texniki ekspertizanın keçirilməsi barədə vəsatət verilmiş və vəsatət əsaslandırılarkən iddiaçı və cavabdeh tərəfindən xərclərin qoyulduğu etiraf edildiyini, qoyulduğu iddia edilən xərclər arasında ciddi fərqin olduğu da nəzərə alınmaqla xərclərin dəyərinin müəyyən edilməsi məqsədilə verilmişdir. Cavabdehin vəkili vəsatətə etiraz edərək yenidənqurma işlərindən sonra icarə obyektinin bir neçə şəxsə icarəyə verildiyi, güya həmin şəxslər tərəfindən də orada təmir işləri aparıldığı, bu səbəbdən xərclərin dəyərinin müəyyən edilməsinin mümkün olmaması ilə əsaslandırılmışdır. Halbu ki, tamamilə yenidən qurulmuş və yeni avadanlıqlarla təhciz edilmiş icarə obyektinin 6 aydan sonra təmirə etityacı olmamış və orada təmir işləri aparılmamışdır. Bu vəkilin haqsızcasına məhkəməyə danışdığı ağ yalandır. Vəsatətim üzrə məhkəmə tərəfindən qüsurlu qərardad qəbul edilərək, qərardadda heç bir əsaslandırma edilmədən vəsatət rədd edilmişdir. Sonradan qüsurların aradan qaldırıldığı bildirilsə də, vəsatət yenidən müzakirə edilərək ədalətli hüquqi qiymət verilməmişdir. İddia tələbinin əsaslı olmasını təsdiq edən, aparılmış yenidənqurma işlərinə çəkilmiş xərclərin dəyərini əks etdirən qaimələr, müqavilələr və digər sənədlər məhkəməyə təqdim edilmişdir. İş materiallarında olan Əmlak Qiymətləndirmə MMC tərəfindən verilmiş qiymətləndirmə rəyi ilə qoyulmuş xərclərin 280.377 manat olduğu müəyyən edilmiş, bu zaman işçilik, material və fotoşəkillərə istinadlar edilmişdir. İş materiallarına əlavə edilmiş çoxsaylı elektron qaiməfakturalarla icarə obyektində istifadə edilən malların adları və görülmüş işlərin dairəsi müəyyən edilmişdir. Həmin qaimə-faktiralar ötürülən tələb hüquqlarının sahibi Elman Nadirovun təsisçisi və direktoru olduğu "xxxx" MMC-nin adına kəsildiyi görünür. Eyni zamanda Elman Nadirov öz firması ilə "xxxx" MMC arasında İT sahəsində işlərin görülməsi barədə xx.xx.2023 tairixli müqavilə də bağlamış, həmin müqavilə əsasında icarə obyektində müqavilədə göstərilən işlər görülmüşdür. İddia ərizəsinə əlavə edilmiş ustalardan olan və qalıq borcunun bir hissəsi də Cavabdeh tərəfindən ödənilmiş Bəhram Həsənzadə adlı ustanın verdiyi qaimə-fakturadan görünür ki, onun tərəfindən görülmüş işlərə görə faktura Babək adlı şəxsin adına yazılmışdır. Səbəb həmin ustanın Babək adlı şəxsin vasitəsilə sifarişlə işə başlaması və işlərin onun tərəfindən qəbul edilməsi olmuşdur. Babək adlı şəxs də məhkəmədə onun işlətməçi olduğu, alınmış malların pullarının Elman və Elnur adlı şəxslər tərəfindən ödənildiyi bildirilmişdir. Əgər cavabdehin məhkəməyə ərizəsini təqdim etdiyi Bəhram adlı şəxslə razılıq əsasında sifariş verərək təmir işləri cavabdeh tərəfindən sifariş edilmişdirsə, nə üçün qaimə-faktura Babək adlı şəxsin adına yazılmışdır?. Ustalardan alınmış bu ərizələr cavabdehin ondan edilən tələbindən haqsızcasına yayınmaq məqsədilə edilmişdir. Məhkəməyə təqdim edilmiş Baktel Electronics təklif məktubu ilə icarə obyektinə təmirdən sonra quraşdırılmış 12 ədəd televizora dair qiymətlər əks edilmişdir ki, həmin markalı televizorlar alınmış və hazırda icarə obyektində işlədilir. Həmin mallara dair ödəniş nağd qaydada edildiyi və rəsmi qəbzlər alınmadığı üçün rəsmi qaimələr təqdim edilə bilməsə də, əşyaların hazırda da icarə obyektində olması həmin əşyaların alınmasını təsdiq edir. Çıxışda istinad edilən və əsaslandırmalarla görünür ki, icarə ibyektinə dair bağlanılmış müqavilə ilə təmir-tikinti işlərinin dəyəri icarə müqaviləsinə xitam veriləcəyi və icarə obyektinin satıldığı təqdirdə mülkiyyətçi tərəfindən ödəniləcəyi göstərilmişdir. Əgər icarə obyektində təmir işləri aparılması nəzərdə tutulmamışdırsa onda nə məqsədlə icarə müqaviləsində belə bir bənd əlavə edilmişdir?. Təmir-tikinti işlərinin aparılması barədə razılaşdırılmış icarə müqaviləsindən əvvəl də eyni şəxs Seymur İsmayılovla həmin icarə mobyektinə dair icarə müqaviləsi mövcud olmuş, icarəçinin təqdim edəcəyi şəxslər Elman və Elnur adlı şəxslər tərəfindən aparılacaq təmir-tikinti ilə əlaqədar həmin müqavilə ləğv edilərək yeni müqavilə bağlanılmış və bu zaman həmin bənd əlavə edilmişdir. Bu cavabdehin öncədən aparılacaq təmir-tikinti işləri barədə məlumatlı olması və buna yazılı razılıq verməsi ilə əlaqədar olmuşdur. Hazırda cavabdehin bu müqaviləni danaraq xərclərdən imtina etməsi ədalətsizlik və haqsızlıqdır
16. Cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia ərizələrinə etiraz edib yazılı etirazlarının məzmununa uyğun izahat verib hər iki iddia ərizəsinin təmin olunmaması barədə qətnamə qəbul olunmasını xahiş etdi.
17. Əvvəlki məhkəmə iclasında üçüncü şəxs Seymur İsmayılov iddia ərizəsinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, icarə sahəsində təmir işləri aparılmışdır. Təmiri o, aparmamış, digər şəxslər onun adından aparmışdır. O, sahədən çıxanda cavabdehin ona 37000 manat borcu olmuş, borcun əvəzinə onun vergi borcları ödənilmişdir. Cavabdehin şəxsən ona hər hansı borcu yoxdur. Avadanlıqları o, almamış, təmiri digər şəxslər etmişdir, müqavilə onun adına olduğu üçün indi iddia onun adından qaldırılmışdır. Borcları 37000 manat məbləği əhatə edirdi. Müqavilə üzrə cavabdehə ödəməli olduğu borcu yoxdur. Qarşı tərəfin müqaviləyə xitam verilən zaman şəxsən onun qarşısında hər hansı öhdəliyi olmamışdır. İcarə müqaviləsinə xitam verilən zaman müqaviləyə görə təmir xərcləri ödənilməli idi. O, obyektdə sahibkar olmuş, 4 şəriki olmuşdur. Elman və Elnur adlı üçüncü şəxslər sadəcə obyekt sahəsinə pul sərmayəsi qoymuşdurlar. 4 nəfər arasında olan mübahisəyə görə müqavilə xitam olunmuşdur. İcarə sahəsinə çəkilmiş xərc 300000 manat məbləğini keçmişdir. Xərcin bir qismini o ödəmişdir. Təmirin əvvəlindən sonuna qədər iştirak etmiş, menecer olmuş və obyektin bir hissəsində işləmişdir. İcarə müqaviləsi onunla bağlanılmışdır. Nadirov Elman və İsmayılov Elnur onun icarəyə götürdüyü sahəyə 280000 manat məbləğində xərc çəkmişdirlər. Onun çəkdiyi xərclərin qarşılığı olaraq Cavabdeh 37000 manat onun adından vergi borcu ödəmişdir. Notarial ərizələr vermiş üç ustaya cavabdehin nə qədər ödəniş etdiyini bilmir. Mebelləri və sairə o almamış və pul xərcləməmişdir. O, sadəcə ona verilən pulu lazımı tərəflərə ötürmüşdür. O, əşyaları götürmək istədiyini bildirmiş, lakin cavabdeh əşyaları qaytarmamışdır. Onlara bildirdilər ki, daha sonra əşyaları geri qaytaracağıq. Təmiri Nadirov Elman və İsmayılov Elnur etmişlər. Avadanlıqları da onlar almışlar. Onun icarə sahəsində hər hansı əşyası qalmamışdır.
18. Əvvəlki məhkəmə iclasında üçüncü şəxs Elman Nadirov iddia ərizəsinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, onlar sadəcə sərmayə kimi obyektə investisiya pulu qoymuş, təmir xərcləri ona və Elnura aiddir. Təqribən 150 000 manat məbləği təmir xərci şəxsən ona aiddir. Təmir xərcinə materiallar və işçilik haqqı daxildir. Tikinti materialları dedikdə alçipan, boya, dəmir ləvazimatları, elektrik kabelləri və s. nəzərdə tutulur. Materialların alışına təqribən 100 000 manat məbləğində xərc çəkilmişdir. Ustalara 50 000 manat məbləğində haqq ödənilmişdir. Onun icarə obyektində əşyası qalmamışdır. Mebellərin bir qismi onun və digər qismi Elnur bəyin adından alınmışdır. Onlar pulu Cavabdehdən tələb edirlər. Cavabdeh ilə müqaviləsi olmamışdır. Hazırkı iddianı iddiaçı tapşırıq müqaviləsinə əsasən onun adından qaldırıb. Sərmayə qoyulması İsmayılov Seymur tərəfindən təklif olunmuşdur. 150 000 manat sərmayə məbləğini gələcəkdə obyektin fəaliyyətindən geri götürəcək idilər. Təmir üçün razılığı cavabdehin nümayəndəsi olan Bünyamin bəydən almışlar. 100000 manat məbləğində materialların alışına dair xərci sübut edəcək sənədlər mövcuddur. "xxxx" MMC onun şəxsi şirkətidir. Şəxsi olaraq sərmayə qoymuş, şirkətin adından malları almışdır. Malları rəsmi şəkildə cavabdehə müqavilə əsasında təqdim edəcək idik. Alış xərci Neo Supply şirkəti tərəfindən ödənilmişdir. Birgə fəaliyyətə dair müqavilə üzrə İsmayılov Seymur işlətmə ilə məşğul olmalı və digər üçüncü şəxslər sərmayə qoymalı idi. Onlardan öncə “50 qəpik” adında çayxana həmin yerdə fəaliyyət göstərmiş və obyektin daxili vəziyyəti yaxşı olmadığı üçün obyekti sıfırdan təmir etmişlər. 150 000 məbləğində olan alış sənədlərinin bir hissəsini toplamış, lakin bəzi satıcılar məhkəmə adından qorxduğu üçün sənəd təqdim etməmişdir. Seymur bəy obyekt üçün heç bir xərc çəkməmişdir.
19. Əvvəlki məhkəmə iclasında üçüncü şəxs Elnur İsmayılov iddia ərizəsinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, icarə müqaviləsindən öncə obyekti işlətmək üçün ilk təklif ona Seymur və Elman bəydən gəlmişdir. O, ilkin olaraq sərmayə qoymaq istəməmiş, çünki pulun batmasından qorxmuşdur. Daha əvvəl həmin sahə ilə bağlı icarə müqavilələri olmamışdır. Təqribi 130 000 manat məbləğindən bir az çox xərc çəkmişdir. Texnika materialları və mebellərin alışı, mətbəxin quraşdırılmasına pul xərcləmişdir. Ayrıla bilən yaxşılaşdırılmalar etmiş, lakin ona əşyaları götürməyə icazə verilmir. Əşyalar və avadanlıqlar ona geri verilmədiyi üçün əşyaların dəyərini geri tələb edir. Alış sənədləri Elman bəydədir. Birgə fəaliyyətə dair razılaşmaları olmuşdur. Razılaşmaları belə olmuşdur ki, vəsaiti o və Elman bəy qoymalı və Seymur bəy obyekti işlətməli idi. 130 000 manat xərci gələcəkdə cavabdehdən tələb etməyi düşünürdülər. Mətbəxdə quraşdırılan avadanlıqlar ən bahalı avadanlıqlar idi.
20. Əvvəlki məhkəmə iclasında müstəqil tələb irəli sürən üçüncü şəxs Bəbək Əhmədov verdiyi iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tələb etdiyi 80000 manat vəsait ödədiyi icarə haqqıdır. Öz icarə müqaviləsi üzrə ödəniş etməmiş və həmin müqavilə üzrə hər hansı tələbi yoxdur. Hər ay İsmayılov Seymurun icarə obyekti üzrə 10 000 manat və cavabdehin icarə obyekti üzrə 10 000 manat məbləğində ödəniş etmişdir. Ödənişləri nağd formada Bünyamin bəyə edirdi. Bünyamin bəy cavabdehin nümayəndəsi idi. Səkkiz dəfə ödəniş vəsaitini Vüsal bəy vasitəsilə Bünyamin bəyə göndərmişdir. Vüsal bəy onlardan öncəki icarəçi olmuşdur. Pulların cavabdehə çatıb çatmadığını bilmir. Vüsal bəyi icarə sahəsini işlətmədən öncə tanımırdı. İsmayılov Seymur adına olan müqaviləni görmüşdür. Müqavilə vaxtından öncə ləğv olunduğu üçün pulu tələb edir. İddia tələbi ilə bağlı təqdim edəcək başqa sübutu yoxdur. Ödənişi Vüsal bəyin vasitəsilə Bünyamin bəyə etmiş və yazılı sübut mövcud deyil. Qiymətləndirilmə həyata keçirilmiş icarə sahəsini icarəyə götürmüşdür. Seymur bəy ilə icarə müqaviləsi bitdikdən sonra onunla müqavilə bağlanılmışdır. Seymur bəyin obyekti ona təmirli formada verilmişdir. Onun icarəçi olduğu dövrdə digər sahədə təmir gedirdi. İcarəçi olduğu dövrdə obyekti əşyalı icarəyə götürmüşdür. Obyektdə bir il icarədar olmuş və bir il ərzində ondan heç kim öz əşyasını geri tələb etməmişdir.
21. Əvvəlki məhkəmə iclasında üçüncü şəxs Vüsal Nəcəfov izahatında bildirdi ki, icarə sahəsi 6 ay onun istifadəsində olmuş, daha öncə icarəçi olmamışdır. 24 avqust 2024-cü il tarixdən obyekt istifadəsinə verilmişdir. Obyektin açarları müqavilə bağlanılan tarixdə əşyalar ilə birgə ona təhvil verilmişdir. Obyekt ona verilən zaman təmirli idi. Obyektdə kafe fəaliyyəti olmuşdur. Bir neçə ay obyekt istifadəsində olmuşdur. Üçüncü şəxslər əşyaların qaytarılması barədə ona heç vaxt müraciət etməmişdir. Daha sonradan obyekt Babəkin istifadəsində olan zaman ona bildirdi ki, bütün borcları bağlayacaq. Ustalar borcu Babəkdən istəyirdilər. Ustalara sifarişi Babək vermişdir. 28 oktyabr 2024-cü il tarixdə müqavilə Babək ilə bağlanıldı. Cavabdeh ustalara ödənişi etmişdir. Elnur və Elman bəy ondan heç vaxt əşyalarını istəməyiblər. Babək obyektin hər iki tərəfi təmir edəcəyini bildirirdi. 2023-cü il tarixdə obyekt təmirli idi. Babək vəd etdiyi təmiri həyata keçirmədi.
22. Üçüncü şəxslərə sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat təqdim etməmişlər.
23. Sonuncu məhkəmə iclasının üçüncü şəxslərin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
24. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
25. İş materiallarında olan adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnaməyə əsasən xx.xx.1980-ci ildə Azərbaycan Respublikası Ağdaş şəhərində doğulmuş vətəndaş X11 adını Ramil-dən Şükür-ə dəyişdirmiş və bu barədə soyadın, adın, ata adının, dəyişdirilməsi haqqında akt qeydləri kitabında 2025-ci ilin 05-ci ayının 21-ci günündə 104 nömrə ilə qeyd edilmişdir.
26. Cavabdeh (icarəyəverən) ilə X4 arasında imzalanmış xx.xx.2023-cü il tarixli icarə müqaviləsinə əsasən icarəyəverən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 812.1 kv.m olan qeyri-yaşayış binasının paylı mülkiyyət üzrə on(lar)a məxsus hissəsindən aşağıda göstərilən hissəsini (hissələri) icarəyə verən Cavabdeh (1/2 hissə, 406.05 kv.m hissəni) icarəçi X2 icarəyə verir.
27. Müqavilənin 8-ci bəndinə əsasən icarəçi(lər) icarəyə verən(lər)-in razılığı olmadan icarəyə götürülən sahədə təmir-tikinti işləri apara bilər. İcarəçi tərəfindən təmir və tikinti işlərinə çəkilmiş xərclər icarə obyektinin özgəninkiləşdirildiyi və ya icarə münasibətlərinə xitam verildiyi vaxt icarəyə verən tərəfindən (təqdim edilən rəsmi sənədlərə və qaimələrə əsasən) icarəçiyə ödənilir.
28. Cavabdeh (birinci tərəf) ilə X4 (ikinci tərəf) arasında imzalanmış xx.xx.2024-cü il tarixli müqavilənin ləğvinə dair müqaviləyə əsasən Bakı şəhər 54 saylı notariat ofisində 3M-372 reyestr nömrəsi ilə qeydə alınaraq xx.xx.2023-cü il tarixdə Cavabdeh və X4 arasında rəsmiləşdirilmiş icarə müqaviləsinə xitam verilmişdir.
29. İş materiallarında olan X1 xx.xx.2024-cü il tarixli ərizəsinə əsasən X4, yazıb bildirir ki, Cavabdeh ilə ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 812.1 kv.m olan qeyriyaşayış binasının paylı mülkiyyətində olan hissəsinə dair Bakı şəhəri, 54 saylı notariat ofisində, xx.xx.2023-cü il tarixdə, 3M-372 saylı reyestrlə bağlanmış icarə müqaviləsi bağlanmışdır. Lakin qeyri-yaşayış binasın işlətmək qane etmədiyinə görə Bakı şəhəri, 54 saylı Notariat ofisində, xx.xx.2024-cü il tarixdə, 3M-391 saylı reyestrlə onunla Cavabdeh arasında həmin icarə müqaviləsinin ləğvi barədə müqavilə imzalanmışdır. Bu məsələ ilə bağlı hər hansı bir şikayət, iddia, tələbi yoxdur və gələcəkdə də olmayacaqdır.
30. X4 (birinci tərəf) ilə X11 (ikinci tərəf) arasında imzalanmış xx.xx.2025-ci il tarixli tələb hüququnun ötürülməsi müqaviləsinə əsasən birinci tərəf Bakı şəhəri 54 saylı notariat ofisində xx.xx.2023-cü il tarixdə reyestrdə 3M/372 nömrə ilə qeydiyyatdan keçərək təsdiqlənmiş icarə müqaviləsinin 8-ci bəndində nəzərdə tutulan tələb hüquqlarını ikinci tərəfin mülkiyyətinə verir.
31. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən ikinci tərəf birinci tərəfdən Bakı şəhəri 54 saylı notariat ofisində xx.xx.2023-cü il tarixdə reyestrdə 3M/372 nömrə ilə qeydiyyatdan keçərək təsdiqlənmiş icarə müqaviləsinin 8-ci bəndində nəzərdə tutulan tələb hüquqlarını öz mülkiyyətinə qəbul edir.
32. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən birinci tərəf tələblərə və hüquqlara aid öz sərəncamında olan bütün sənədləri və həmin tələblərdən və hüquqlardan istifadə üçün zəruri olan bütün məlumatı ikinci tərəfə verməlidir.
33. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş rəyə əsasən X11 tərəfindən verilmiş sifariş əsasında ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin yenidənqurmasına çəkilmiş xərclərin bazar dəyəri 280377 manat dəyərində qiymətləndirilmişdir.
34. X26 (vəkalət verən) ilə X11 (vəkalət alan) arasında imzalanmış xx.xx.2025-ci il tarixli tapşırıq müqaviləsinə əsasən vəkalət alan vəkalət verənlərin ona tapşırdığı 3M-372 reyestr nömrəli, xx.xx.2023 tarixli icarə müqaviləsinə əsasən, ünvan 2 ünvanda yerləşən danışmaz əmlakın (Babil restoranı) yenidən qurmasına çəkilmiş xərclərin əvəzinin, mülkiyyətçisindən konkret nəticə əldə olmasına təminat verilmədən tələb edilməsi təşkil edir.
35. İş materiallarında olan X5 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasında mexanik işləri görmüş, təmir işlərini tam təhvil vermişdir. Cavabdeh və X14 tərəfindən ona ödəniləcək məbləğ tam şəkildə ödənilib və gələcəkdə bununla əlaqədar heç bir şikayət və tələbi olmayacaqdır.
36. İş materiallarında olan X15 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasında mətbəx avadanlıqlarına dair işlər görmüşdür. Cavabdeh və X14 tərəfindən ona ödəniləcək məbləğ tam şəkildə ödənilib və gələcəkdə bununla əlaqədar heç bir şikayət və tələbi olmayacaqdır.
37. İş materiallarında olan X18 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasında havalandırma təmir etmiş, təmir işlərini tam təhvil vermişdir. Cavabdeh və X14 tərəfindən ona ödəniləcək məbləğ tam şəkildə ödənilib və gələcəkdə bununla əlaqədar heç bir şikayət və tələbi olmayacaqdır.
38. Cavabdeh (icarəyə verən) ilə X27 (icarəçi) arasında bağlanmış xx.xx.2024-cü il tarixli icarə müqaviləsinə əsasən icarəyə verən ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 812.10 kv.m olan qeyri-yaşayış binasının paylı mülkiyyət üzrə ona məxsus hissəsindən icarəyə verən verən Cavabdeh (paylı mülkiyyət üzrə ona məxsus 1/2 hissədən 250 kv metr hissəsini) – icarəçi X16 icarəyə verir.
39. Cavabdeh (icarəyə verən) ilə X6 (icarəçi) arasında bağlanmış xx.xx.2025-ci il tarixli icarə müqaviləsinə əsasən icarəyə verən ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 812.10 kv.m olan qeyri-yaşayış binasının paylı mülkiyyə üzrə ona məxsus hissəsindən icarəyə verən verən Cavabdeh (tam hissədən 1/2 hissə, 406.05 kv.m) – icarəçi X3 icarəyə verir.
40. Cavabdeh (icarəyə verən) ilə X28 (icarəçi) arasında bağlanmış xx.xx.2025-ci il tarixli icarə müqaviləsinə əsasən icarəyə verən ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 812.10 kv.m olan qeyri-yaşayış binasının paylı mülkiyyət üzrə ona məxsus hissəsindən icarəyə verən verən Cavabdeh (tam hissədən 1/2 hissə, 406.05 kv.m) – icarəçi X17 icarəyə verir.
41. Cavabdeh (icarəyə verən) ilə X19 (icarəçi) arasında bağlanmış xx.xx.2024-cü il tarixli icarə müqaviləsinə əsasən icarəyə verən ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 812.10 kv.m olan qeyri-yaşayış binasının paylı mülkiyyət üzrə ona məxsus hissəsindən icarəyə verən verən Cavabdeh (tam hissədən 1/2 hissə, 406.05 kv.m) – icarəçi X12 icarəyə verir.
42. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, o, İsmayılov Seymuru, Əhmədov Babəki və Cavabdehi tanıyır və onlarla hər hansı qohumluq əlaqəsi yoxdur. Şahid bildirdi ki, Fuad bəy Əlihüseyn bəylə şərik olmuşdur. Onun obyektin işləri ilə bağlı əlaqəsi olmuş, obyektə yaxın ərazidə yaşadığı üçün vaxtaşırı nəzarət etmişdir. Şahid qeyd etdi ki, Seymurdan əvvəl obyektin icarədarı Vüsal olmuş, Vüsal bəyin icarədar olduğu dövrdə obyekt təmirli vəziyyətdə olmuşdur. Bildirdi ki, Seymur obyekti təmirli şəkildə icarəyə götürmüş və ona qədər görülmüş təmir işlərindən əlavə hər hansı təmir işləri aparılmamışdır, icarə haqqını Vüsaldan almış, lakin Babəkdən hər hansı icarə haqqı almamışdır. Onun sözlərinə görə, Babəkin fəaliyyət dövründə icarə haqqı birbaşa obyektin sahibinə ödənilmişdir. Şahid qeyd etdi ki, heç kəs əşyaları geri tələb etməmiş, Seymur isə obyektə heç bir əşya gətirməmiş və kassir qismində fəaliyyət göstərmişdir.
43. Məhkəmə nümayəndələrin izahatlarını dinləyib materialları araşdıraraq hesab edir ki, hər iki iddia təmin edilməməlidir.
44. Məhkəmə iddiaçı tərəfindən verilmiş iddia tələbinin birinci hissəsi ilə bağlı aşağıdakıları qeyd edir.
45. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı və üçüncü şəxs S.İsmayılov arasında xx.xx.2023-cü il tarixdə icarə müqaviləsi bağlanmış, həmin müqavilə üzrə cavabdehə məxsus olan ünvan 5 ünvanında yerləşən 406.05 kv.metr qeyriyaşayış sahəsi sonuncunun sahiblik və istifadəsinə verilmiş, həmin müqavilə xx.xx.2024cü il tarixdə tərəflərin qarşılıqlı razılığı əsasında xitam edilmişdir. xx.xx.2025-ci il tarixdə (icarə müqaviləsi ləğv edildikdən 7 ay 15 gün sonra) üçüncü şəxs (icarəçi) S.İsmayılovla iddiaçı arasında tələb hüququnun ötürülməsi barədə müqavilə bağlanmış, xx.xx.2023-cü il tarixdə icarə müqaviləsi üçün içarəçinin icarədara olan tələb hüquqlarının hazırkı iddiaçıya ötürülməsi razılaşdırılmışdır.
46. İddiaçı xx.xx.2025-ci il tarixdə (tələb hüquqlarının ötürülməsi barədə saziş bağlandıqdan təxminən 5 ay sonra) hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək icarə müqaviləsinin 8-ci bəndinə əsasən qeyri-yaşayış sahəsinin təmir edilməsinə çəkilmiş xərclərin ödənilməsini və icarə sahəsində qalmış, lakin qaytarılmayan avadanlıqların dəyərinin ödənilməsini tələb etmişdir.
47. Məhkəmə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli "xxxx" MMC tərəfindən verilmiş rəyi mötəbər sübut qismində nəzərə almır.
48. Belə ki, həmin rəyin giriş hissəsində tədqiqat və qiymətləndirmə zamanı təqdim edilmiş sübutların əsas götürüldüyü göstərilsə də, ekspertiza tədqiqatına ümumiyyətlə hansı sənədlərin təqdim edildiyi qeyd edilməmiş, ekspertin hansı qaydada xərci müəyyən etdiyi, hər hansı ölçü və hesablama işi, əşyaların sayımı aparılmadan əşyaların sayını və işlərin həcmini müəyyən etdiyi rəydən bəlli olmur.
49. İddiaçı öz izahatında tədqiqat aparılan zaman mütəxəssisin icarə sahəsinə (restoran) müştəri kimi daxil olub şəkillər çəkdiyini, kənardan müşahidə etməklə rəy verdiyini bildirmişdir.
50. Mütəxəssis rəyinə əlavə edilmiş “təmir işlərindən əvvəlki fotoşəkillər” adlandırılan şəkillərin ümumiyyətlə harada və hansı vaxtda, hansı qaydada və kim tərəfindən çəkildiyi isə ümumiyyətlə müəyyən edilmir.
51. İddiaçı məhkəmə iclaslarındakı izahatlarında həmin rəydə göstərilən əşyaların hazırda icarə sahəsində qaldığını, cavabdeh tərəfindən geri qaytarılmadığını və bu səbəbdən dəyərinin cavabdehdən tələb edildiyini bildirmiş, cavabdeh iddiaya qarşı etirazında icarə sahəsində icarəçiyə məxsus hər hansı əşya qalmadığını göstərmişdir.
52. Məhkəmə tərəfindən iddiaçıya dəfələrlə iddia tələbinin əsasına dair zəruri əlavə sübutların təqdim edilməsi təklif edilmiş, bu səbəbdən məhkəmə iclasları cavabdeh tərəfin etirazlarına baxmayaraq bir neçə dəfə təxirə salınmışdır.
53. İddiaçı tərəfindən cavabdehdən tələb etdiyi və ümumi dəyərinin 127300 manat olmasını iddia etdiyi əşyalarla (dəyəri 8000 manat olan 20 ədəd divan, dəyəri 10800 manat olan 60 ədəd kreslo, dəyəri 7000 manat olan 20 ədəd masa, dəyəri 1500 manat olan 6 ədəd kiçik masa, dəyəri 9000 manat olan 2 ədəd giriş qapısı, dəyəri 6000 manat olan 5 ədəd daxili giriş qapısı, dəyəri 1800 manat olan 2 ədəd güzgülü dolab və əlüzyuyan, dəyəri 2400 manat olan unitaz, dəyəri 450 manat olan 30 ədəd salfet qabı, dəyəri 330 manat olan 6 ədəd masa, dəyəri 3300 manat olan kombi, dəyəri 11200 manat olan 11 ədəd televizor, dəyəri 4500 manat kompüter avadanlığı, dəyəri 2400 manat səs sistemi, dəyəri 3600 manat və 1200 manat olan iki növdə kondisioner, dəyəri 13300 manat olan 100 dəst qab-qacaq, dəyəri 3500 manat olan reklam lövhələri, dəyəri 26000 manat olan mətbəx avadanlıqları, dəyəri 8500 manat olan bar üçün dolab və masa, dəyəri 960 manat olan 8 ədəd asılqan, dəyəri 1600 manat olan qəlyan aparatları) bağlı hər hansı sübut (mövcudluğunu təsdiq edən sənədlər, alış sənədləri və sairə) məhkəməyə təqdim edilməmişdir.
54. Məhkəmə araşdırması zamanı ümumiyyətlə həmin əşyaların icarə münasibətlərinə xitam verildikdən sonra icarəyə verəndən (cavabdeh) tələb edildiyi öz təsdiqini tapmamışdır.
55. Beləliklə iddiaçı cavabdehdən tələb etdiyi əşyalara münasibətdə tələblərini sübuta yetirə bilməmişdir.
56. İddianın bu hissədə əsaslı hesab edilməsi üçün iddiaçı tərəfindən sadalanan əşyaların ona tələb hüququnu ötürmüş icarəçinin mülkiyyətində və ya qanuni sahibliyində olması, həmçinin həmin əşyaların cavabdehin qanunsuz sahibliyində olması müəyyən edilməlidir.
57. İddiaçı tərəfindən məhkəməyə icarə sahəsində görülməsini iddia etdiyi ümumi dəyəri 153077 manat olan yaxşılaşdırma işlərinin (dəyəri 9123 manat olan kafel, metlax, dəyəri 830 manat olan kafel yapışdırıcısı, 8500 manat dekorativ yaşıllıq əşyaları, 6000 manat dizayner işçilik, dəyəri 16300 manat olan havalandırma işi, dəyəri 4500 manat olan motor təmir işi, dəyəri 8500 manat olan pəncərə sistemi, dəyəri 8500 manat təşkil edən qaz sobasının tikilməsi, rəssam əl işlərinin görülməsi – dəyəri 6000 manat olmaqla, 8000 manat elektrik usta haqqının ödənilməsi və 2421 manat dəyərində kabel alışı, 7600 manatlıq naqillərin çəkilməsi, kombi sistemi ilə bağlı 4000 manat usta xərci, dəyəri 13300 manat olan işıq aksessuarlarının alınması, dəyəri 3807 manat dam təmir işi, 1500 manat təmizlik işinin görülməsi xərci, 2250 manat işçilik, alçipan alışı – 4540 manat, usta xərci – 2800 manat, rəngsaz xərci – 2400 manat, prorab xərci – 12000 manat, santexnika işi və avadanlıqları – 9310 manat, dəmir profillər, kərpic lövhələr, istilik sistemi, arakəsmə quraşdırılması işi, tullantıların daşınması xərci, qranit alışı – 10056 manat) görülməsini təsdiq edən hər hansı mötəbər və təkzibedilməz sübut (materialların alış sənədləri, ödəniş qəbzləri, işçilik xərcinin ödənilməsini təsdiq edən sənəd və sairə) təqdim edilməmişdir.
58. Məhkəmə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli alış qaiməsini də mötəbər sübut qismində qəbul etmir.
59. Həmin qaimədə göstərilən materialların kimdən və kim tərəfindən alınması ümumiyyətlə müəyyən edilmir.
60. Halbuki, icarəçi S.İsmayılov və cavabdeh arasında xx.xx.2023-cü il tarixdə icarə müqaviləsi bağlanan zaman həmin xərclərin rəsmi sənədlər və qaimələrə əsasən ödəniləcəyi mühüm şərt kimi (müqavilənin 8-ci bəndi) tərəflər arasında razılaşdırılmışdır.
61. Belə bir tələbin olmasını bildiyi halda, icarəçinin sahədə apardığı yaxşılaşdırma işləri ilə bağlı yazılı sübutları əldə edib saxlamaması, iddiaçının bildirdiyi kimi əksər materiallarının bazardan qəbzlər tərtib edilmədən alması, işçilik xərcini ödəyən zaman sənədləşmə aparmaması ağlabatan və inandırıcı deyildir.
62. Beləliklə, məhkəmə araşdırması zamanı icarə sahəsində ümumi dəyəri 153077 manat olan yaxşılaşdırma işlərinin görülməsi heç bir yazılı sənəd və sübutla təsdiq olunmamışdır.
63. Məhkəmə qeyd edir ki, daşınmaz əşyanın yaxşılaşdırılması ilə bağlı kifayət qədər böyük həcmli və yüksək dəyərdə olan yaxşılaşdırma, təmir işlərinin görülməsini təsdiq edən heç bir yazılı sübutun təqdim edilə bilməməsi inandırıcı və ağlabatan deyildir.
64. İddiaçı məhkəməyə şahid ifadələri təqdim etmişdir.
65. Mülki Prosessual Məcəllənin 76.2-ci maddəsinə əsasən şahid ifadələri sübut hesab olunur.
66. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, hazırda “Status Qrup” tikinti şirkətində çalışır. İsmayılov Seymuru tanıyır. Cavabdehi tanımır. Onu sahəyə Babək və Elman çağırmışdır. Tikinti işlərinə nəzarət etmək üçün dəvət olunmuşdur. Sahədə 6 ay olmuş, oktyabr və ya noyabr ayında obyektdən çıxmışdır. Demontaj və montaj işlərini həyata keçirmişdir. Köhnə “50 qəpik” restoranından qalmış əşyalar sökülmüş və təmir işləri aparılmışdır. Ustalara nəzarət etmiş və materialların alınmasını təmin etmişdir. Onun briqadası olmuş və ustaları özü gətirmişdir. Havalandırma, kafel, molyar, dekorativ ustaları və dizayneri özü ilə gətirmişdir. Materialların pulunu 2 dəfə Babək ödəmiş, digər ödənişləri isə Elman etmişdir. Babək 11 000 və 6 000 manat məbləğində ödənişlər etmişdir. Elman ilə onun arasında imzalanmış forma 2 mövcuddur. Onun sahədə olduğu müddətdə mebel istisna olmaqla ümumilikdə 110 000 manat xərc çəkilmişdir. 12 000 manat məbləği şəxsi vəsaitindən ustalara ödəmişdir. Pul vəsaitləri ona hissəli şəkildə ödənilmişdir. Döşəmə işləri mətbəx və hamamda görülmüşdür. Əvvəlcədən elektrik xətləri mövcud olmuş, lakin sonradan yeni avadanlıqlara uyğun olaraq təkmilləşdirilmişdir. Onların ustalarından əlavə, o sahədən çıxdıqdan sonra da başqa ustalar işə cəlb olunmuşdur. Ona ödənilməli olan borcla bağlı məhkəməyə müraciət etməyi nəzərdə tutmamışdır.
67. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, o, İsmayılov Seymuru tanıyır, Cavabdehi isə tanımır. Bildirdi ki, obyektin dizayneri kimi fəaliyyət göstərmiş və işləri hər hansı yazılı müqavilə olmadan icra etmişdir. Şifahi müqaviləni Babək və Seymur bəy ilə bağladıqlarını, obyektin yenidən qurulması və layihələndirilməsi barədə razılığa gəldiklərini qeyd etmişdir. Şahid bildirdi ki, söküntü işləri aparıldığı dövrdə obyekt yararsız vəziyyətdə olmuşdur. Onun sözlərinə görə, xidmət haqqı 6000 manat məbləğində müəyyən edilmiş, lakin həmin məbləğin yalnız 3000 manatı Babək tərəfindən ona nağd şəkildə ödənilmişdir. Şahid obyekt sahibi kimi Seymuru tanıdığını, qalan borcu isə məhkəmədə tələb etmədiyini qeyd etmişdir.
68. İddiaçının təqdim etdiyi həmin şahidlər yaxşılaşdırma işləri ilə bağlı (həmin işlərin hansı vaxt və kim tərəfindən aparılması, yaxşılaşdırma işlərinin nədən ibarət olması və sairə) konkret heç bir məlumat verə bilməmiş, yalnız çox ümumi olan ifadələr işlətmişlər.
69. Beləliklə də, iddiaçının təqdim etdiyi şahidlərin ifadələri kifayət qədər güclü, aydın və konkret olmadığından, eləcə də təkzibolunmazlıqla bağlı tələbə cavab vermədiyindən, bu ifadələr mötəbər sübut kimi qiymətləndirilə bilməz.
70. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarında göstərmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68).
71. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərarında isə qeyd etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, əsaslı şübhədən kənar sübut standartları tətbiq edilir (§93).
72. Bundan əlavə, materiallardan görünür ki, cavabdeh və üçüncü şəxs S.İsmayılov arasında icarə müqaviləsi xx.xx.2023-cü il tarixdə bağlanmış, həmin müqavilə xx.xx.2024cü il tarixdə tərəflərin qarşılıqlı razılığı əsasında xitam edilmişdir.
73. İddiaçı hazırkı iddianı icarəyə verənə qarşı xx.xx.2025-ci il tarixdə, icarə müqaviləsinə xitam verilməsindən bir il sonra qaldırmışdır.
74. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.
75. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
76. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
77. Həmin Məcəllənin 697.4-cü maddəsinə əsasən kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. Kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır. Kirayəçinin iddialarının müddəti kirayə hüquq münasibətlərinə xitam verildiyi andan başlanır. Kirayəyə verən əşyanın qaytarılması hüququnu müddətin keçməsinə görə itirdikdə onun zərərin əvəzinin ödənilməsi barədə iddiaları da qüvvədən düşür.
78. Bundan əlavə, icarəçi olmuş və icarə müqaviləsi üzrə tələb hüquqlarını hazırkı iddiaçıya ötürmüş üçüncü şəxs S.İsmayılov məhkəmə iclasındakı izahatında bildirdi ki, icarə müqaviləsi üzrə icarəçiyə qarşı şəxsən özünün hər hansı tələbi yoxdur, onun tərəfindən icarə sahəsinə çəkilmiş xərc qarşılıqlı razılıq əsasında cavabdeh tərəfindən onun vergi borcunun ödənilməsi ilə əvəzləşdirilmişdir. Hazırda cavabdehdən tələb edilən xərcləri o deyil, digər üçüncü şəxslər olan Elman Nadirov və Elnur İsmayılov çəkmişlər.
79. Məhkəmə icraatına bu səbəbdən üçünçü şəxs qismində cəlb edilmiş Elman Nadirov məhkəməyə izahatında bildirdi ki, iddiaçı tərəfindən tələb edilən təmir və yaxşılaşdırma işlərinə şəxsən özünün vəsaiti olaraq təxminən 150000 manat (100000 manat material və 50000 manat usta xərci olmaqla) xərc çəkmiş, icarə müqaviləsi Seymur İsmayılovun adına olduğu üçün ayrıca cavabdehə qarşı iddia qaldırmamışdır.
80. Məhkəmə icraatına cəlb edilmiş digər üçüncü şəxs Elnur İsmayılov isə məhkəmədə verdiyi izahatında bildirdi ki, şəxsi vəsaiti hesabına icarə sahəsinə dəyəri 130000 manatdan artıq olan mebel və sairə avadanlıq almış, hazırda həmin əşyaların icarə sahəsindən götürülməsinə icazə verilmir, bu səbəbdən həmin əşyaların dəyərini tələb edir, lakin icarə müqaviləsi Seymur İsmayılovun adına olduğu üçün ayrıca cavabdehə qarşı iddia qaldırmamışdır.
81. Üçüncü şəxslərin məhkəməyə verdiyi həmin izahatlardan sonra xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli məhkəmə iclaslarında iddiaçıya onun əsl iddiaçılar Elman Nadirov və Elnur İsmayılovla əvəz edilməsi təklif edilmiş, lakin iddiaçı tərəfindən bu barədə yazılı ərizə verilməmiş, işə mahiyyəti üzrə baxılması davam etdirilmişdir.
82. Məhkəmə qeyd edir ki, iddiaçı ümumiyyətlə hazırda Elman Nadirov və Elnur İsmayılovun adından iddia qaldırmaqla bağlı subyektiv hüquqa malik deyildir.
83. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması”na dair 30 iyul 2008-ci il tarixli qərarında aşağıdakıları qeyd etmişdir:
84. “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.
85. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.
86. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.”
87. Yuxarıda göstərilənlərə əsasən işin faktiki hallarını və qanunvericiliyin müddəalarını nəzərə alan Məhkəmə hesab edir ki, iddia birinci hissədə əsassız olduğundan təmin edilməməlidir.
88. Məhkəmə iddianı ikinci hissədə də əsassız hesab edir, iddia birinci hissədə təmin edilmədiyi üçün bu hissədə əlavə əsaslandırma aparılmasına zərurət görmür.
89. Məhkəmə müstəqil tələb irəli sürən üçüncü şəxs B.Əhmədov tərəfindən verilən iddia ilə bağlı aşağıdakıları qeyd edir.
90. Belə ki, üçüncü şəxs iddia ərizəsində göstərmişdir ki, Seymur İsmayılov və cavabdeh arasında bağlanmış icarə müqaviləsi üzrə razılaşdırılmış 20000 manat aylıq icarə haqqı təmirin getdiyi 10 ay müddətində onun tərəfindən ödənilmişdir. Daha sonra onunla icarə müqaviləsi bağlanmış, icarə sahəsinin onun sahibliyində olan dövr üzrə ödənilməli olan 20000 manat icarə haqqı cavabdeh tərəfindən əvəzləşdirilmiş, lakin 80000 manat vəsait ona geri qaytarılmamışdır. Bu səbəbdən ödədiyi 80000 manat pulun geri qaytarılmasını xahiş edir.
91. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
92. 431.1-ci maddəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir.
93. 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir.
94. Cavabdeh iddiaya dair etirazında ona 80000 manat vəsaitin ödənilmədiyini, iddianın əsassız olduğunu göstərmişdir.
95. Belə ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
96. Belə olan vəziyyətdə 80000 manat vəsaitin ödənilməsini sübut etmək yükü müstəqil tələb irəli sürən üçüncü şəxs B.Əhmədovun üzərinə düşür.
97. Müstəqil tələb irəli sürən üçüncü şəxs B.Əhmədov tərəfindən məhkəməyə sübut qismində yalnız xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizə və xx.xx.2024cü il tarixli icarə müqaviləsi təqdim edilmişdir.
98. Məhkəmə tərəfindən müstəqil tələb irəli sürən üçüncü şəxs B.Əhmədova tələbin əsasına dair zəruri əlavə sübutların təqdim edilməsi təklif edilsə də, məhkəməyə başqa hər hansı sübut təqdim edilməmiş, ödənişlərin nağd qaydada edildiyi, bu barədə hər hansı sübutun olmadığı bildirilmişdir.
99. Üçüncü şəxs B.Əhmədov həmin vəsaitin ödənilməsini təsdiq edən hər hansı sənəd təqdim edə bilməmişdir.
100. Bu səbəbdən məhkəmə hesab edir ki, müstəqil tələb irəli sürən üçüncü şəxs B.Əhmədov tərəfindən verilən iddia əsassız olduğundan təmin edilməməlidir.
101. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pulun tutulması və tələbin əmlaka yönəldilməsi” tələbinə dair iddiası, üçüncü şəxs X10 Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddiası təmin edilməməlidir.
102. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
103. Məhkəmə hesab edir ki, iddia ərizələri təmin edilmədiyindən iş üzrə ödənilmiş 571 manat dövlət rüsumu İddiaçı, 331 manat dövlət rüsumu isə üçüncü şəxs X10 özünə aid edilməlidir.
V. Nəticə:
26. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:
İddiaçı Cavabdeh qarşı “pulun tutulması və tələbin əmlaka yönəldilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 571 (beş yüz yetmiş bir) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Üçüncü şəxs X10 Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 331 (üç yüz otuz bir) manat dövlət rüsumu üçüncü şəxs X10 özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova