Məhkəmə qərarları › İş №e-2-2(113)-544/2022

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-544/2022

05.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-544/2022 05.04.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyev Emin Zöhrab oğlunun sədrliyi və X1 qızının katibliyi ilə, İddiaçı cavabdeh “X2 Limited” MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X2 Limited” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən icra olunmamış müqavilənin icrası təmin edilərək 202623,52 manatı, hüquqlarını bərpa etmək üçün hüquqi yardıma, məhkəməyə müraciət etmək üçün dövlət rüsumları və mediasiya xərclərinə görə 752 manatı cavabdeh “X2 Limited” MMC-dən tutaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən, müəyyən edilmişdir ki, iddiaçı məhkəməyə müraciət etməzdən ilkin mediasiya prosesində iştirak edən zaman 200 manat məbləğində mediasiya xərci ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.13-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda ərizə baxılmamış saxlanılır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Həmin Qanununun 21.9.1-ci maddəsinə əsasən 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etmədikdə məhkəmə tərəfindən ərizə baxılmamış saxlanılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”nin təsdiq edilməsi barədə 15 iyul 2019-cu il tarixli 308 nömrəli qərarına əsasən kommersiya mübashisələri üzrə iddianın qiyməti 50000 manatdan çox olduqda 400 manat məbləğində mediasiya xərci ödənilməlidir. İddiaçı tərəfindən isə sözügedən Nazirlər Kabinetinin qərarının iddia qiyməti 10001 manatdan 50000 manatadək olduqda hissəsinə uyğun gələn 200 manat məbləğində mediasiya xərci ödənilmişdir. Göründüyü kimi iddiaçının tələbi 202623,52 manat məbləğində olmasına baxmayaraq, ilkin mediasiya sessiyası dövründə İddiaçı mediasiya xidmətinin göstərilməsinə görə 200 manat məbləğində pul ödəmiş, bu isə o, deməkdir ki, cavabdehə göndərilən tələbin həcmi 50000 manatdan artıq olmamış, yəni tələbin 152623,52 manat hissəsində iddiaçı ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən hazırki iş üzrə tələbin 152623,52 manat məbləğində hissəsində “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayış verilmədiyindən iş üzrə icraat baxılmamış saxlanılmalıdır. Azərbaycan Respubikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh “X2 Limited” MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı cavabdeh “X2 Limited” MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər, həmçinin 293 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə ********* nömrəli, 13.12.2021 -ci il tarixli qəbz geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar