Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5450/2022 17.11.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı (İddiaçı MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 809,17 manat (səkkiz yüz doqquz manat on yeddi qəpik) cərimə, vəkilin göstərdiyi yardıma görə ödənilmiş 500 (beş yüz) manat xərc və 33,09 manat (otuz üç manat doqquz qəpik) rüsum olmaqla, cəmi 1342,26 manat (bir min üç yüz qırx iki manat iyirmi altı qəpik) pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 17 noyabr 2021-ci il tarixli, ERS-2021-041 nömrəli “Daşınar əmlakın icarə müqaviləsi”nə əsasən 1 (bir) ədəd Diesel Telehandler JCB 540-170 markalı avadanlıq cavabdehin istifadəsinə verilmişdir. ERS-2021-041 saylı müqaviləyə Əlavə 1-ə və ERS- 2021-041 saylı müqaviləyə Əlavə 3-ə əsasən ayda 26 gün, gündə 10 saat (08:00-18:00) tarifi ilə 1 (bir) aylıq icarə haqqı ƏDV-siz 4000 (dörd min) manat müəyyənləşdirilmişdir. İddiaçı müqavilə ilə üzərinə götürdüyü vəzifələrini vaxtında və lazımi qaydada icra etmişdir. Təqdim edilmiş xx.xx.2022-ci il tarixli, ERS-2855 nömrəli hesab və EBBS seriyalı, 290167 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə ƏDV ilə 5146,62 manat (beş min bir yüz qırx altı manat altmış iki qəpik) icarə haqqı borcunun ƏDV ilə 3022,62 manat (üç min iyirmi iki manat altmış iki qəpik) hissəsi, xx.xx.2022-ci il tarixli, ERS-2898 nömrəli hesab və EBBU seriyalı, 407234 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə ƏDV ilə 4629,23 manat (dörd min altı yüz iyirmi doqquz manat iyirmi üç qəpik) icarə haqqı borcu və xx.xx.2022-ci il tarixli, ERS-2903 nömrəli hesab və EBBW Seriyalı, 134587 nömrəli, xx.xx.2022-ci il tarixli, elektron qaimə üzrə ƏDV ilə 2632,31 manat (iki min altı yüz otuz iki manat otuz bir qəpik) icarə haqqı borcu olmaqla, cəmi ƏDV ilə 10284,16 manat (on min iki yüz səksən dörd manat on altı qəpik) icarə haqqı borcu 31 avqust 2022-ci il tarixdə cavabdeh tərəfindən müvafiq olaraq - 21 (iyirmi bir), 15 (on beş) və 11 (on bir) həftə gecikdirilməklə ödənilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən birinci ay üçün icarə haqqı və mobilizasiya/demobilizasiya xərcləri üçün ödəniş icarəçi tərəfindən öncədən ödənilməlidir və qalan aylar üçün ödənişlər icarəyə verənin müvafiq hesab fakturasının verildiyi tarixdən etibarən 30 (otuz) təqvim günü ərzində icarəyə verənin müvafiq bank hesabına ödənilməlidir. xx.xx.2022-ci il tarixli, ERS-2855 nömrəli hesab və EBBS seriyalı, 290167 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə ƏDV ilə 5146,62 manat (beş min bir yüz qırx altı manat altmış iki qəpik) icarə haqqı borcunun ƏDV ilə 3022,62 manat (üç min iyirmi iki manat altmış iki qəpik) hissəsinin ödənilməsinin gecikdirildiyi 21 (iyirmi bir) həftə üçün 317,31 manat (üç yüz on yeddi manat otuz bir qəpik), xx.xx.2022-ci il tarixli, ERS-2898 nömrəli hesab və EBBU seriyalı, 407234 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə ƏDV ilə 4629,23 manat (dörd min altı yüz iyirmi doqquz manat iyirmi üç qəpik) icarə haqqı borcunun ödənilməsinin gecikdirildiyi 15 (on beş) həftə üçün 347,10 manat (üç yüz qırx yeddi manat on qəpik) və xx.xx.2022-ci il tarixli, ERS-2903 nömrəli hesab və EBBW seriyalı, 134587 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə ƏDV ilə 2632,31 manat (iki min altı yüz otuz iki manat otuz bir qəpik) icarə haqqı borcunun ödənilməsinin gecikdirildiyi 11 (on bir) həftə üçün 144,76 manat (bir yüz qırx dörd manat yetmiş altı qəpik) olmaqla, cəmi 809,17 manat (səkkiz yüz doqquz manat on yeddi qəpik) cərimə cavabdehdən tam həcmdə tutularaq iddiaçıya ödənilməlidir. Müqavilənin 4.2-ci bəndinin “a” abzasına əsasən icarəçi ödəniş şərtlərini pozduğu halda icarəyə verən tərəfindən gecikdirilən hər həftə üçün gecikmə məbləğinin 0,5 faizi həcmində cərimə olunacaqdır. Cavabdehə borcun və cərimənin ödənilməsi haqqında çatdırılmış pretenziya qismən, yəni icarə haqqı borcunun ödənilməsi hissəsində nəticə vermişdir. Halbuki, həmin pretenziyada icarə haqqı borcunun tam həcmdə ödənildiyi tarixədək gecikdirilmiş hər həftə üçün gecikdirilmiş məbləğin 0,5 faizi həcmində hesablanan cərimənin də tam həcmdə ödənilməsi cavabdehdən tələb olunmuşdur. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi əlavə olaraq bildirdi ki, ərizədə rüsum sözü işlənsə də, məhz mediasiya xərcinin 33,09 manat hissəsinin (mediasiya xərcinin ödənilməli dövlət rüsumunu əhatə etdiyi hissəsi nəzərə alınaraq) cavabdehdən tutulmasını xahiş etmişdir. Cavabdehnə məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən cavabdehin qanuni nümayəndəsi Qanuni nümayəndə2 müqavilə üzrə iddiaçıya ödənilməli olan borc məbləğini gecikdirdiyini, ona görə də iddia tələbini qəbul etdiyini, iddianın təmin olunmasına etiraz etmədiyini bildirdi. Əsaslandırıcı hissə: Məhkəmə iş üzrə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki: - İddiaçı MMC (icarəyə verən) ilə Cavabdeh MMC (icarəçi) arasında xx.xx.2021-ci il tarixli, ERS-2021-041 nömrəli daşınar əmlakın icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən icarəyə verən, texniki göstəriciləri bu müqaviləyə edilmiş Əlavədə müfəssəl qeyd olunan və icarəyə verilən zaman özünün qanuni istifadəsində olan (və icarəyə verilməsinə hüququ olan) avadanlığı (və ya avadanlıqları) bu icarə müqaviləsində göstərilən müddət və şərtlərə müvafiq olaraq İcarəçiyə icarəyə verməyi və icarəçi isə öz növbəsində həmin avadanlıqları bu müqavilədə (əlavədə) göstərilən tarixdən etibarən icarəyə verəndən icarəyə götürmək barədə razılığa gəlirlər. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən birinci ay üçün icarə haqqı və mobilizasiya/demobilizasiya xərcləri ödəniş icarəçi tərəfindən öncədən ödənilməlidir və qalan aylar üçün ödənişlər icarəyə verənin müvafiq hesab fakturasımn verildiyi tarixindən etibarən 30 (otuz) təqvim günü ərzində icarəyə verənin müvafiq bank hesabına ödənilməlidir. Həmin müqavilənin 4.2-ci bəndinin “a” abzasına əsasən, icarəçi ödəniş şərtlərini pozduğu halda icarəyə verən tərəfindən gecikdirilən hər həftə üçün gecikmə məbləğinin 0,5 faizi həcmində cərimə olunacaqdır. - İddiaçı MMC (icarəyə verən) ilə Cavabdeh MMC (icarəçi) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ERS-2021-041 nömrəli icarə müqaviləsinə xx.xx.2021-ci il tarixli 3 saylı Əlavədən görünür ki, tərəflər Diesel Telehandler JCB 540-170 markalı avadanlığın bir aylıq icarə haqqının 4000 manat məbləğində, daşınma xərcinin isə 120 manat məbləğində müəyyən etmişlər. - İddiaçı MMC tərəfindən tərtib edilərək Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2022ci il tarixli, ERS-2855 nömrəli hesab-faktura adlı sənəddən görünür ki, ödənilməli olan məbləğ 5146,62 manat (4361,54 manat əsas məbləğ + 785,08 manat ƏDV 18%) təşkil edir. - xx.xx.2022-ci il tarixli, EBBS seriyalı, 290167 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 5146,62 (ƏDV daxil) manat təşkil edir. - İddiaçı MMC tərəfindən tərtib edilərək Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2022ci il tarixli, ERS-2898 nömrəli hesab-faktura adlı sənəddən görünür ki, ödənilməli olan məbləğ 4629,23 manat (3923,08 manat əsas məbləğ + 706,15 manat ƏDV 18%) təşkil edir. - xx.xx.2022-ci il tarixli, EBBU seriyalı, 407234 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 4629,23 (ƏDV daxil) manat təşkil edir. - İddiaçı MMC tərəfindən tərtib edilərək Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2022ci il tarixli, ERS-2903 nömrəli hesab-faktura adlı sənəddən görünür ki, ödənilməli olan məbləğ 2632,31 manat (2230,77 manat əsas məbləğ + 401,54 manat ƏDV 18%) təşkil edir. - xx.xx.2022-ci il tarixli, EBBW seriyalı, 134587 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2632,31 (ƏDV daxil) manat təşkil edir. - xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC (VÖEN: **********) tərəfindən İddiaçı MMC-nin (VÖEN: **********) hesabına 1568,77 manat məbləğində ödəniş edilmişdir. Ödənişin təyinatı hissəsində EBBS 290167, EBBU 407234 və EBBW 134587 saylı elektron qiamələrə əsasən ƏDV ödənişi qeyd olunmuşdur. - "xxxx" ASC tərəfindən verilmiş 010XOH********** nömrəli, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, hazırkı iş üzrə İddiaçı MMC tərəfindən Bakı şəhəri 5 saylı Mediasiya Təşkilatının AZ97UBAZ**********0090AZN001 nömrəli hesabına 200 (iki yüz) manat məbləğində ödəniş edilmişdir. - "xxxx" ASC tərəfindən verilmiş 010XOH********** nömrəli, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, hazırkı iş üzrə İddiaçı MMC tərəfindən 4 saylı Vəkil Bürosunun AZ14AİİB******************** nömrəli hesabına 1000 (min) manat məbləğində ödəniş edilmişdir. - İddiaçı MMC xx.xx.2022-ci il tarixdə 02/2022 nömrəli pretenziya məktubu ilə Cavabdeh MMC-yə müraciət edərək borc məbləğinin 5 (beş) təqvim günü müddətində ödənilməsini xahiş etmiş, əks halda məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, iddiaçı tərəfindən təqdim edilən elektron qaimələr üzrə ödənişləri vaxtında həyata keçirməmiş, icranı gecikdirdirmiş, ona görə də hal-hazırda iddiaçıya cərimə borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ERS-2021-041 nömrəli daşınar əmlakın icarə müqaviləsinin: - 2.1-ci bəndinə əsasən birinci ay üçün icarə haqqı və mobilizasiya/demobilizasiya xərcləri ödəniş icarəçi tərəfindən öncədən ödənilməlidir və qalan aylar üçün ödənişlər icarəyə verənin müvafiq hesab fakturasımn verildiyi tarixindən etibarən 30 (otuz) təqvim günü ərzində icarəyə verənin müvafiq bank hesabına ödənilməlidir. - 4.2-ci bəndinin “a” abzasına əsasən, icarəçi ödəniş şərtlərini pozduğu halda icarəyə verən tərəfindən gecikdirilən hər həftə üçün gecikmə məbləğinin 0,5 faizi həcmində cərimə olunacaqdır. Məhkəmə qanunvericilik normalarına, müqavilə şərtlərinə və işin faktiki hallarına əsasən belə qənaətə gəlir ki, cavabdeh müqavilə üzrə öhdəliyini lazımi qaydada, vaxtında yerinə yetirmədiyinə, icranı gecikdirdiyinə görə iddaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır və 809,17 manat (səkkiz yüz doqquz manat on yeddi qəpik) məbləğində cərimə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı hüquqi yardıma görə ödənilmiş 500 (beş yüz) manat məbləğin və 33,09 manat (otuz üç manat doqquz qəpik) rüsumun (mediasiya xərcinin ödənilməli dövlət rüsumunu əhatə etdiyi hissəsi) cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməli və göstərilmiş hüquqi yardıma görə cavabdehdən 500 (beş yüz) manat və 33,09 (otuz üç manat doqquz qəpik) manat məbləğində rüsum (mediasiya xərcinin ödənilməli dövlət rüsumunu əhatə etdiyi hissəsi) tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 809,17 manat (səkkiz yüz doqquz manat on yeddi qəpik) məbləğində cərimə, 500 (beş yüz) manat hüquqi yardım xərci və 33,09 (otuz üç manat doqquz qəpik) manat rüsum olmaqla, cəmi 1342,26 manat (min üç yüz qırx iki manat iyirmi altı qəpik) məbləğində pul tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-5450/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5450/2022
17.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver