Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5451/2022 07.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə iddiaçı Azərbaycan Respublı̇ kasının İqtı̇ sadı̇ yyat Nazı̇ rlı̇ yi Yanında Əmlak Məsələləri Dövlət Xı̇ dmətinin Cavabdeh MMC-yə qarşı (X3, X5, X10 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) torpaq sahəsinin boşaldılması tələbinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Aərbaycan Respublı̇ kasının İqtı̇ sadı̇ yyat Nazı̇ rlı̇ yi Yanında Əmlak Məsələləri Dövlət Xı̇ dməti Cavabdeh MMC-yə qarşı (X3, X5, X10 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən, X3, X7, X10 tərəfindən özəlləşdirilmiş 5 saylı təmirtikinti sahəsinin əmlakının yerləşdiyi, dövlət mülkiyyətində olan 2112,9 kv.m torpaq sahəsinin boşaldılaraq Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilməsi, habelə mediasiya sessiyası ilə bağlı mediasiya təşkilatına ödənilmiş 20 manatın Əmlak Məsələləri Dövlət Xidmətinə ödənilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları tərəfindən keçirilmiş monitorinq nəticəsində Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən, X3, X7, X10 tərəfindən özəlləşdirilmiş 5 saylı təmir-tikinti sahəsinin əmlakının yerləşdiyi, dövlət mülkiyyətində olan 2112,9 kv.m torpaq sahəsi də daxil olmaqla Nərimanov rayonu, Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsi ünvanında yerləşən ərazidə tikinti işlərinin aparılması müəyyən edilmişdir. ünvan 1 ünvanında yerləşən 5 saylı təmir-tikinti sahəsinin əmlakı özəlləşdirilsə də, həmin qeyri-yaşayış obyektinin yerləşdiyi 2112,9 kv.m torpaq sahəsi özəlləşdirilmədiyindən dövlət mülkiyyətində qalmışdır. Cavabdeh MMC tərəfindən qanunsuz olaraq həmin tikili sökülməklə tikilinin yerləşdiyi torpaq sahəsi də daxil olmaqla həmin ərazidə tikinti işlərinə başlanılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”nin 2-ci bəndinə əsasən özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri dedikdə dövlət müəssisə və obyektlərinin özəlləşdirilməsi zamanı onların texniki pasportlarında göstərilmiş hüdudlar daxilində istifadəsində olan torpaqlar nəzərdə tutulur. Həmin Əsasnamənin 11-ci bəndinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Xidməti özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsini satın alınması üçün həmin sahənin üstündə yerləşən müəssisə və obyektin mülkiyyətçisinə təklif etməlidir. Əgər həmin mülkiyyətçi torpaq sahəsini satın almaqdan imtina edirsə, onda bu sahə qanunvericilikdə müəyyən olunmuş qaydada onun satınalma hüququ ilə icarəsinə verilir. Cavabdeh tərəfindən qeyd edilən qanunsuz tikinti işləri qeyri-yaşayış binasının texniki pasportunda göstərilmiş hüdudlar daxilində aparılmışdır. Beləliklə, qanunvericiliyə əsasən özəlləşdirilən dövlət müəssisə və ya obyektlərinin yerləşdiyi torpaq sahələri barəsində sərəncamvermə səlahiyyəti yalnız Əmlak Məsələləri Dövlət Xidmətinə məxsusdur. Xidmət tərəfindən ünvan 1 ünvanında yerləşən, X3, X7, X10 tərəfindən özəlləşdirilmiş 5 saylı təmir-tikinti sahəsinin əmlakının yerləşdiyi, dövlət mülkiyyətində olan 2112,9 kv.m torpaq sahəsi Cavabdeh MMC-yə nə satılmamış, nə də icarəyə verilməmişdir. Bu səbəbdən Cavabdeh MMC tərəfindən qeyd edilən torpaq sahəsində tikinti işlərinin aparılması məqsədilə istifadə edilməsi qanunsuzdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq məhkəməyə izahatında qeyd etmişdir ki, Cavabdeh MMC-yə torpaq sahəsi üzərində yerləşən daşınmaz əmlakın sökülməsi və orada tikinti işlərinin aparılması ilə bağlı icazə verilsə də daşınmaz əmlakların yerləşdiyi torpaq sahəsi Əmlak Məsələləri Dövlət Xı̇ dmətinə məxsusdur. Həmin torpaq sahələrinin özəlləşdirilməsi ilə bağlı tərəflər arasında heç bir razılıq olmamışdır. Torpaq sahəsində tikinti işlərinin aparılması ilə bağlı sərəncamvermə səlahiyyətləri icra başçılarına aid deyil. Bununla bağlı verilmiş sərəncam olsa belə həmin sərəncam qanunsuzdur. İddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Daha əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X4 məhkəməyə izahatında qeyd etmişdir ki, Cavabdeh MMC tərəfindən torpaq sahəsi üzərində tikinti işlərinin aparılması Bakı şəhəri Nərimanov Rayon İcra Başçısının sərəncamı əsasında aparılmışdır. Qeyd olunan sərəncam da AR NK-nin qərarına uyğun olaraq verilmişdir. Tikinti işləri aparılan ərazidə olan daşınmaz əmlak sahiblərinə kompensasiya məbləği tam olaraq ödənilmişdir. Qarşı tərəf isə həmin ərazidə vətəndaşlar yaşayan zaman bununla bağlı iddia qaldırmamış, lakin Cavabdeh MMC tərəfindən tikinti işləri başlayan zaman maneçilik törətmişdir. Əlavə olaraq Cavabdeh MMC-yə həmin sahədə tikinti işləri aparılması üçün ayrıc aktı da verilmişdir. Cavabdehin nümayəndəsi və vəkili iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. İş materiallarında olan: Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi şöbəsinin əməkdaşları baş məsləhətçi X9, baş məsləhətçi X11 və məsləhətçi X1 iştirakı ilə tərtib edilmiş 22 aprel 2022 tarixli aktda qeyd olunmuşdur ki, aparılmış monitorinq zamanı, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov, Qarabağ, və Nemət Quliyev küçələrinin kəsişməsində Pilot layihə çərçivəsində Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli, 430 saylı Sərəncamı və 10.01 2017-ci il tarixli 001 saylı ayrıc aktı əsasında hündürmərtəbəli yaşayış binalarının inşa olunması məqsədi ilə ayrılmış 3,82 ha torpaq sahəsində Cavabdeh MMC tərəfindən tikinti işlərinin aparılması faktı aşkar olunmuşdur. Aparılmış araşdırma nəticəsində tikinti işlərinin həmin ərazidə əmlakı X3, X7 və X6 mülkiyyətində olan 5 saylı təmir-tikinti sahəsinin (xx.xx.2001 -ci il tarixli, 000437 nömrəli Şəhadətnamə, xx.xx.1998- ci il tarixli Texniki pasport) yerləşdiyi 2112,9 kv.m dövlət mülkiyyətində olan, sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaq sahəsinin Cavabdeh MMC tərəfindən özəlləşdirilmədən, eləcə də kateqoriyasının dəyişdirilmədən aparıldığı müəyyən edilmişdir. X3, X7, X8 verilmiş mülkiyyət hüququ haqqında xx.xx.2001 tarixli 000437 nömrəli şəhadətnaməyə əsasən ünvan 1 ünvanında yerləşən 5 saylı təmir tikinti sahəsinin əmlakı qeyd olunan şəxslərə aiddir. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 01/17 nömrəli istifadəyə verilmiş torpaq sahəsinə dair ayrıc aktında torpaq sahəsinin qonşu torpaqları şimaldan Təbriz küçəsi, şərqdən F.Məmmədov küçəsi, cənubdan Qarabağ küçəsi, qərbdən N.Quliyev küçəsi qeyd olunmuşdur. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısı xx.xx.2016 tarixli 430 nömrəli sərəncamı ilə qərara almışdır:
1. Rayonun Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə, rayonun Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində 3,82 ha torpaq sahəsi Cavabdeh MMC-nin daimi istifadəsinə verilsin.
2. Rayonun Təbriz, F.Məmmədov, Qarabağ və yeni çoxmənzilli yaşayış və qeyriyaşayış bina Cavabdeh MMC-yə aşağıdakılar həvalə edilsin: 2.1 Cavabdeh MMC-yə ayrılmış torpaq sahəsini yerində qəbul etsin və onun sanitar vəziyyətinə nəzarət etsin; 2.2 Ayrılmış torpaq sahəsinə Cavabdeh MMC tərəfindən qanunda nəzərdə tutulmuş qaydada istifadə hüququ əldə edilsin; 2.3 Ərazinin və obyektin memarlıq-planlaşdırma həllini layihələndirmə ərəfəsində RİH ilə razılaşdırılsın; 2.4 Tikinti işlərinə başlamazdan öncə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırmaqla, Fövqəladə Hallar Nazirliyinin Təsisatdankənar Dövlət Baş Ekspertiza İdarəsindən xüsusi rəy alınması Cavabdeh MMC-yə tapşırılsın; 2.5 Ərazidə layihə-axtarış işləri aparılarkən mühəndis kommunikasiya xətləri aşkar edildikdə, Baş Plan işlənilməzdən əvvəl həmin kommunikasiya xətlərinin köçürülməsi RİH və əlaqədar təşkilatlarla razılaşdırmaqla Cavabdeh MMC-nin vəsaiti hesabına həyata keçirilsin; 2.6 Rayonun Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində yerləşən yaşayış binalarının sakinləri qarşılıqlı razılaşma əsasında, yeni mənzillərlə təmin edilənədək hər ay kirayə haqqı ödənilməklə müvəqqəti olaraq başqa mənzillərə köçürülsünlər.
3. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq rayonun Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində yerləşən yaşayış binaları sökülsün.
4. Sərəncamın İ və İİ bəndlərinin tələbləri Cavabdeh MMC tərəfindən tam yerinə yetirildikdən sonra Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq tikinti layihəsinin razılaşdırılması, tikintiyə icazə barədə sərəncamın verilməsi və tikinti işlərinə başlanılması üçün əsas olan xüsusi nişanın alınması məqsədilə RlH-ə müraciət edilsin.
5. Bu sərəncam ilkin olaraq yalnız layihələndirmə üçün əsasdır.
6. Ayrılmış torpaq sahəsinin zəbt olunmasının, həmin ərazidə yaşıllıqlann qanunsuz məhv edilməsinin qarşısının alınması və sanitar vəziyyətin nəzarətdə saxlanılması RİH başçısı Aparatının Rayon təsərrüfatı şöbəsinə tapşırılsın. Sərəncamın aidiyyəti ünvanlara göndərilməsi sənədlərlə və vətəndaşlann müraciətləri ilə iş şöbəsinə tapşırılsın. “Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli 659 nömrəli fərmanı ilə təsdiq edilmiş Əsasnamənin 2-ci bəndinə əsasən özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri dedikdə dövlət müəssisə və obyektlərinin özəlləşdirilməsi zamanı onların texniki pasportlarında göstərilmiş hüdudlar daxilində istifadəsində olan torpaqlar nəzərdə tutulur. Həmin əsasənamənin 10-cu bəndinə uyğun olaraq özəlləşdirilən dövlət müəssisəsinin (obyektin) qiyməti və onun altında yerləşən torpaq sahəsinin qiyməti ayrılıqda müəyyənləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əsasnaməsinin 2.0.5-ci bəndinə əsasən dövlət əmlakının, o cümlədən dövlət mənzil fondunun və dövlət mülkiyyətində olan torpaqların özəlləşdirilməsini həyata keçirmək xidmətin fəaliyyət istiqamətidir. Əsasnamənin 3.0.46-cı bəndinə əsasən dövlətə məxsus olan hüquqi şəxslərin, özəlləşdirilən hüquqi şəxslərin və obyektlərin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələrində tikinti, yenidənqurma və quraşdırma işlərinin aparılmasına, onların təyinatının dəyişdirilməsinə razılıq vermək, dövlətə məxsus olan hüquqi şəxslərin və özəlləşdirilən hüquqi şəxslərin və obyektlərin yerləşdiyi torpaq sahələrinin təyinatı üzrə istifadəsi vəziyyətinin araşdırılması məqsədilə monitorinq aparmaq və aşkar edilmiş pozuntu hallarının aradan qaldırılması üçün tədbirlər görmək xidmətin vəzifələrinə aid edilmişdir. Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə AR NK-nin qüvvədən düşmüş Bakı şəhəri, 25 fevral 2016-cı il tarixli 86 nömrəli qərarına əsasən Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti, Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti, Bakı şəhəri Nərimanov Rayon icra Hakimiyyəti, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti, Bakı şəhər Pirallahı Rayon İcra Hakimiyyətinə və Hakimiyyəti aidiyyəti üzrə 5 il müddətinə mülkü, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Suraxanı rayonu üzrə 3828 nəfərin yaşadığı, 1127 mənzildən ibarət olan uzunmüddətli istismar nəticəsində yararsız vəziyyətə düşmüş 63 yaşayış binasının, Nəsimi rayonu üzrə XİX əsrin sonları və ötən əsrin əvvəllərində tikilmiş, 16206 nəfərin yaşadığı 5771 mənzildən ibarət 226 yaşayış binasının, Xətai rayonu üzrə 6956 nəfərin yaşadığı 2016 mənzildən ibarət 99 yaşayış binasının, Nərimanov rayonu üzrə 11031 nəfərin yaşadığı 3028 mənzildən ibarət 219 yaşayış binasının. Nizami rayonu üzrə keçən əsrin 50-60-cı illərində inşa edilmiş, 5395 nəfərin yaşadığı 1779 mənzildən ibarət 131 yaşayış binasının, Yasamal rayonu üzrə 1257 nəfərin yaşadığı 427 mənzildən ibarət 18 yaşayış binasının, Səbail rayonu üzrə 1819 nəfərin yaşadığı 535 mənzildən ibarət 41 yaşayış binasının, Pirallahı rayonu üzrə 3131 nəfərin yaşadığı 1174 mənzildən ibarət 297 yaşayış binasının, habelə bu rayonların ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri - yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanmasını (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi tapşırılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2016 tarixli 430 nömrəli sərəncamı ilə Nərimanov rayonu Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə, rayonun Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində 3,82 ha torpaq sahəsi Cavabdeh MMC-nin daimi istifadəsinə verilmişdir. Eyni zamanda bununla bağlı Cavabdeh MMC-yə ayrıc aktı da verilmişdir. Hazırda iddiaçı Azərbaycan Respublı̇ kasının İqtı̇ sadı̇ yyat Nazı̇ rlı̇ yi Yanında Əmlak Məsələləri Dövlət Xı̇ dməti özəlləşdirilən dövlət müəssisə və ya obyektlərinin yerləşdiyi torpaq sahələri barəsində sərəncamvermə səlahiyyətinin yalnız ona məxsus olduğunu bununla da Cavabdeh MMC tərəfindən aparılan təmir-tikinti işlərinin aparıldığı torpaq sahəsinin boşaldılaraq təhvil verilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. İşin halları ondan ibarətdir ki, iddiaçı mülkiyyət hüququ ilə ona məxsus ərazidən cavabdehin çıxarılmasını istəmiş, cavabdeh mübahisəli torpaq sahəsindən qanuni əsaslarla istifadə etdiyini bildirmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi dövlət mülkiyyətindədir, iddiaçının bundan irəli gələn mülkiyyətçiyə məxsus hüquqları vardır, cavabdehin mövcud vəziyyətdə sahiblik və istifadə hüququ isə icra hakimiyyətinin sərəncamı əsasında yaranmış, qeyd edilən sərəncam iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki Məcəllənin qeyd edilən normaları öz əşyasından məhrum olan və ya məhrumetmə olmadan qəsdə məruz qalan mülkiyyətçinin hüquqlarının qorunması ilə bağlı vindikasiya və neqator iddianı nəzərdə tutur. Vindikasiya iddiası əmlaka sahibliyini itirmiş mülkiyyətçinin əmlakın faktiki sahiblik edəndən, naturada qaytarılması haqqında müqavilədən kənar tələbidir. Vindikasiya və neqator iddiaların təmin olunması üçün iddiaçı əşyanın mülkiyyətçisi , cavabdeh isə əşyanın sahibi olmalı və ya onun tərəfindən əşyaya qəsd və maneə törədilməli, cavabdehin sahibliyi və ya müdaxiləsi qanunsuz olmalıdır. İşin hallarından göründüyü kimi Cavabdeh MMC mübahisələndirilən torpaq sahəsində Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin Sərəncamı əsasında fəaliyyət göstərir və qeyd olunan sərəncam iddiaçı tərəfindən mübahisələndirməmişdir. Göründüyü kimi cavabdehin mübahisəli torpaq sahəsinə qanuni əsas olmadan sahiblik etməsi müəyyən edilməmişdir. İddiaçı cavabdehin sahiblik və istifadə hüququnun qanunsuz olmasını iddia edərək mülkiyyət hüququnun qorunmasını tələb etsə də, cavabdehin bu hüquqlarının sərəncam əsasında yarandığı və iddiaçı tərəfindən bu aktın mübahisələndirilməməsi və bilavasitə cavabdehin sahibliyinin qanunsuz olması müəyyən edilmədiyindən məhkəmə bu nəticəyə gəlir ki, cavabdehin mübahisəli torpaq sahəsindən çıxarılması tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Məhkəmə mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclərə aid edilməsinə baxmayaraq, iddia tələbi rədd edildiyindən hesab edir ki, 20 manat mediasiya xərci iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia rədd edilsin. Azərbaycan Respublı̇ kasının İqtı̇ sadı̇ yyat Nazı̇ rlı̇ yi Yanında Əmlak Məsələləri Dövlət Xı̇ dməti tərəfindən ödənilmiş 20 manat mediasiya xərci onun özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Aytən Əliyeva