Məhkəmə qərarları › İş №e-2-2(113)-5456/2025

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-5456/2025

07.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki dövriyyənin iştirakçıları arasında hesablaşmalar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5456/2025 07.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh BOKT ASC-yə qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Mərkəzi Bankı olmaqla) “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: əməkdaşlıq haqqında müqavilə) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh BOKT ASC-yə qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Mərkəzi Bankı olmaqla) “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra-iddiaçı) Cavabdeh BOKT ASC-yə (bundan sonracavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 156054,11 manat borcun, 1603,29 manat hesablanmış faizlərin və ödənilmiş 447,66 manat dövlət rüsumunun, ümumilikdə 158105 manat 06 qəpiyin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2024cü il tarixli, 0103-2024№li saylı “Əməkdaşlıq haqqında Müqavilə” üzrə ödənilməmiş borc məbləği 156054 (yüz əlli altı min əlli dörd) manat 11qəpik təşkil edir. Müqavilənin 1.4-cü bəndinə əsasən cavabdeh komissiya tutulduqdan sonra kreditin qalan məbləğini iddiaçının bank hesabına birdəfəlik ödəməli idi. Müqavilənin 2.2.3-cü bəndinə əsasən isə cavabdeh həftədə 2 (iki) dəfə olmaqla, iddiaçının hesablaşma hesabına ödəniş etməli idi. Cavabdeh uzun müddətdir ki, Müqavilənin 1.4 və 2.2.3-cü bəndləri üzrə öhdəliyini icra etmədiyi üçün xx.xx.2024- cü il tarixə onun iddiaçıya 166054,11qəpik borcu yaranmışdır. Lakin həmin borcdan 10000 manatını cavabdeh 16 aprel 2025-ci il tarixdə ödədiyi üçün hazırda onun iddiaçıya borcu 156054 (yüzəllialtımin əlli dörd) manat 11 qəpik təşkiledir. İddia ərizəsinə əlavə olunan xx.xx.2025-ci il tarixli yazışmadan da göründüyü kimi, cavabdehin nümayəmndəsi - Cavabdeh BOKT ASC-nin direktor müavini Aqşin Babayev maliyyə çatışmazlığı ucbatından, həmçinin investisiya yatırımları üçün maliyyə qurumlarından gözlədikləri maliyyələşdirmənin yubandığı üçün cavabdehin borclarını ödəyə bilmədiyinietiraf etmiş, 2025-ci ilin mart ayının sonuna qədər möhlət istəmişdir. Dəfələrlə şifahi və yazılı müraciətimizə (pretenziya məktubumuz da daxil olmaqla) baxmayaraq, cavabdeh müqavilə üzrə öhdəliklərini icra etmir və borcunu iddiaçıya ödəmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən: -maddə 385.1: Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. maddə 386.1: Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçılarıarasında müqavilə olmalıdır. - maddə 442: Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - maddə 448.1: Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - maddə 427.3: Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 445.7: bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarında Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqimövqeyə görə, icranın gecikdirilməsizamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Mülki Məcəllənin 445.7-ci maddəsindən və Konstitusiya Məhkəməsi Plenumunun istinad edilən mövqeyindən aydın olur ki, borc öhdəliyi gecikdirildikdə, Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş gecikdirilmiş vaxt üçün illik beş faiz iddiaçının əlavə sübutlar, dəlillər gətirmədən borcludan tələb edə biləcəyi minimal vəsaitdir. Başqa sözlə, borcun gecikdirilməsi faktının müəyyən olunması iddiaçının gecikdirilmiş vaxt üçün borcludan illik beş faizin tutulmasına dair tələbinin təmin olunması üçün əsasdır. Belə ki, xx.xx.2024-cü il tarixli, 0103- 2024№li saylı“Əməkdaşlıq haqqında Müqavilə”nin 1.4-cü bəndinə əsasən cavabdeh komissiya tutulduqdan sonra kreditin qalan məbləğini iddiaçının bank hesabına birdəfəlik ödəməli idi. Müqavilənin 2.2.3-cü bəndinə əsasən isə cavabdeh həftədə 2 (iki) dəfə olmaqla, iddiaçının hesablaşma hesabına ödəniş etməli idi. Cavabdeh 156054,11 manat məbləğində borcun ödənilməsini gecikdirdiyindən, gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik 5 (beş) faizin ödənilməsini tələb etmək hüququmuz da yaranmışdır. Belə ki, tərəflər arasında bağlanmış həmin müqaviləyə əsasən cavabdeh iddiaçının təqdim etdiyi hesab-fakturanı aldıqdan sonra 100% həcmində ödəniş etməlidir. Cavabdehlə sonuncu üzləşmə 27 fevral 2024-cü il tarixdə aparılmış (Aqşin Babayevin elektron məktubu əlavə olunur), cavabdehin iddiaçıya ödəməli olduğu borcun məbləği 166054,11 manat olmuşdur (ondan 10000 manatını cavabdeh 16 aprel 2025-ci il tarixdə ödəmişdir) və 156054,11 manat məbləğində borcunu 16 aprel 2025-ci il tarixdən etibarən 75 gündür ki, iddiaçıya ödəmir. Borcun ödənilməsinin gecikdirilməsinə görə 75 gün üçün illik 5 faiz hesablanmaqla 1603,29 manat məbləğində faiz borcunu iddiaçı cavabdehə ödəməlidir (156054,11 manat * 5 faiz/ 365 gün * 75 gün) təşkil edir.

3. Bakı Kommersiya Məhkəməsinin 18 sentyabr 2025-ci il tarixli, e-2-2(113)- 5456/2025 saylı qərardadı ilə Azərbaycan Respublikasının Mərkəzi Bankı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur.

İİ. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Ə.Məmmədov iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qiyabi qətnamə qəbul olunmasını xahiş etdi.

5. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.

7. Məhkəmə iddiaçının yazılı razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin nümayəndəsinin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

II. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. İddiaçı (satıcı) ilə cavabdeh (kreditor) arasında imzalanmış 01 mart 2024-cü il tarixli, 0103-2024 nömrəli Əməkdaşlıq haqqında müqaviləyə əsasən satıcı bir və ya bir neçə Malı kreditlə əldə etmək istəyən Müştəriyə Kreditordan müvafiq məbləğə qədər kredit almağı təklif edir. Kreditor həmin Müştərinin kredit ödəmə qabiliyyətini yoxlayıb təsdiq etdikdən sonra, ona bu Müqavilədə və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan müvafiq kredit qaydalarına uyğun olaraq müvafiq kredit məbləğini verməyi öz öhdəsinə götürür.

10. Müqavilənin 1.3-cü bəndinə əsasən “Kreditor” bu Müqavilənin və “Müştəri” (Borcalan) ilə Kreditor arasında bağlanılan Kredit Müqaviləsinin şərtlərinə uyğun olaraq Müştərilərə (Borcalanlara) verilən hər bir kredit məbləğindən bu Müqaviləyə edilmiş 1 saylı Əlavədə müəyyən edilmiş həcmdə komissiya haqqı tutur.

11. Müq avilənin 2.2.3-cü bəndinə əsasən “Kreditor” bu Müqavilənin 1.3-cü bəndi ilə müəyyən edilən komissiya haqqını bu Müqavilənin və “Borcalan” ilə “Kreditor” arasında bağlanılan Kredit Müqaviləsinin şərtlərinə uyğun olaraq Müştərilərə (Borcalanlara) verilən kredit məbləğindən tutmaqla qalan məbləği həftədə 2 (iki) dəfə olmaqla “Satıcının təqdim etdiyi hesablaşma hesabına köçürür.

12. Müqavilənin 2.2.4-cü bəndinə əsasən bu Müqavilədən və qanunvericilikdən irəli gələn digər vəzifə və öhdəliklərini vaxtında və lazımınca yerinə yetirmək kreditorun vəzifəsidir.

13. Müqavilənin 2.6-cı bəndinə əsasən “Satıcı” bu müqavilənin 2.5-ci bəndinə əsasən ödəməli olduğu pul vəsaitinin ödənişini gecikdirdikdə, hər gecikdirilən gün üçün qalıq məbləğin illik 5% həcmində, lakin onun 10%-dən artıq olmamaq şərti ilə dəbbə pulu ödəməlidir.

14. Tərəflər arasında imzalanmış 01 mart 2024-cü il tarixli, 0103-2024 saylı Əməkdaşlıq haqqında müqaviləyə 01 nömrəli əlavəyə əsasən kreditlər üzrə kreditora ödəniləcək komissiya haqqı məbləği tərəflər arasında razılaşdırılmışdır.

15. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 27 may 2025-ci il tarixli, 091 nömrəli maliyyə arayışına əsasən İddiaçı MMC ilə "xxxx" BOKT ASC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 0103-2024 nömrəli Əməkdaşlıq haqqında müqavilə üzrə ödənilməmiş borc məbləği 26 may 2025-ci il tarixə 156054,11 manat təşkil edir.

16. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 339İNTL251060004 nömrəli ödəniş tapşırığına əsasən cavabdeh tərəfindən iddiaçıya 10000 manat məbləğində vəsait ödənilmişdir.

17. İş materiallarında olan cavabdeh tərəfindən mailto:aqshin.sadiqov@finoko.comElektron ünvan 1 e-mail adresi üzərindən iddiaçıya (mailto:rahib.namendzade@elitoptimal.azElektron ünvan 2 e-mail adresinə) xx.xx.2025-ci il tarixdə göndərilmiş elektron məktubda “Salam Rahib bəy, xx.xx.2024 tarixinə və cari tarixə üzləşmə aktlarını sizə təqdim edirəm. Üzləşmə aktında göstərilən 166054,11 AZN borc məbləğinin fevral ayının sonuna tam şəkildə ödənilməsi hal-hazırda maliyyə çatışmamazlıqları ilə bağlı mümkün olmadığını nəzərə almağınızı sizdən xahiş edirəm. Belə ki, investisiya yatırımları üçün maliyyə qurumları ilə bağlanan müqavilələr üzrə ödənişlər gecikdiyi üçün Sizin qarşınızda olan öhdəlikləri mart ayının sonuna kimi ödəməyi öz öhdəmizə götürürük. Anlayışın üçün öncədən təşəkkür edirəm.” deyə qeyd olunmuşdur.

18. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı və cavabdeh arasında 01 mart 2024-cü il tarixli, 0103-2024 nömrəli Əməkdaşlıq haqqında müqavilə bağlanmış, həmin müqavilə üzrə iddiaçı öz üzərinə düşən öhdəliklərini icra etmiş, cavabdeh həmin müqavilə üzrə öhdəliklərini tam şəkildə icra etməmişdir.

19. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

20. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

21. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;

22. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

23. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

24. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

25. Həmin Məcəllənin 783.1-ci maddəsinə əsasən vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir.

26. Həmin Məcəllənin 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.

27. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində təmin edilməli, cavabdehdən 156054,11 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

28. Bundan əlavə iddiaçı cavabdehdən 75 gün üçün 1603,29 manat məbləğində illik beş faizlə hesablanmış faiz borcunun tutulub iddiaçıya ödənilməsini xahiş etmişdir.

29. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

30. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

31. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır:

32. 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;

33. 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.

34. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. ...”

35. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

36. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

37. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarında aşağıdakılar qeyd edilmişdir: “Kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir. ... ...icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. ... Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.”

38. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir.

39. Mülki Məcəllənin 445.7-ci maddəsindən və Konstitusiya Məhkəməsi Plenumunun istinad edilən mövqeyindən aydın olur ki, borc öhdəliyi gecikdirildikdə, Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş gecikdirilmiş vaxt üçün illik beş faiz iddiaçının əlavə sübutlar, dəlillər gətirmədən borcludan tələb edə biləcəyi minimal vəsaitdir. Başqa sözlə, borcun gecikdirilməsi faktının müəyyən olunması iddiaçının gecikdirilmiş vaxt üçün borcludan illik beş faizin tutulmasına dair tələbinin təmin olunması üçün əsasdır.

40. Borcun gecikdirilməsi faktı işin materialları ilə təsdiq olunduğundan və cavabdeh tərəfindən də təsdiq edilmədiyindən məhkəmə belə qənaətə gəlir ki, iddiaçının həmin tələbi də əsaslıdır, iddia həmin hissədə də təmin edilməlidir.

41. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 156054,11 manat əsas borc, 1603,29 manat illik beş faizlə hesablanmış faiz borcu tutularaq iddiaçıya ödənilməlidir.

42. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

43. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 447,66 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.

IV. Nəticə:

26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, Məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh BOKT ASC-dən 156054,11 manat əsas borc, 1603,29 manat faiz borcu, 447,66 manat dövlət rüsumu, ümumilikdə 158105,06 (bir yüz əlli səkkiz min bir yüz beş manat sıfır altı qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən apellyasiya şikayəti verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar