Məhkəmə qərarları › İş №e-2-2(113)-5478/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-5478/2025

26.09.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-5478/2025 26.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Bakı Kommersiya Məhkəməsi Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi ilə, İddiaçı2 Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı Filialına qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı2 Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı Filialına qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə yazılı vəsatət verib ərizənin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat təqdim etməmişlər. Məhkəmə iclasının tərəflərin nümayəndələrinin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə iddia ərizəsinin qaytarılması barədə vəsatəti nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, vəsatət təmin edilməli və iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən həmin Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən həmin Məcəllənin 170.1-ci və 170.2ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən verilmiş vəsatət təmin edilməli və iddia ərizəsi iddiaçıya qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 170, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçı2 tərəfindən verilmiş vəsatət təmin edilsin. İddiaçı2 Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı Filialına qarşı “pul” tələbinə dair iddia ərizəsi İddiaçı2 geri qaytarılsın. İddia ərizəsi verilərkən ödənilmiş 130 (bir yüz otuz) manat dövlət rüsumu İddiaçı2 qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar