Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-549/2020 21.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı borcun ödənilməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh MMC arasında bağlanmış xx xxxx 2016-ci il tarixli 22/16 saylı Kredit müqaviləsi üzrə ödənilməmiş 6785551,22 avro əsas borcu, müqavilə müddəti üçün hesablanmış 1091451,77 avro faiz borcu, 430505,71 avro müqavilə üzrə borcun gecikdirilməyinə görə hesablanan və tələb olunan cərimə, gecikdirilmiş vaxt üçün hesablanan illik 5% olmaqla 373206,24 avro borc olmaqla, cəmi 8680714,94 avro məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2-1(81)-3619/2016 saylı qərarı ilə İddiaçı ASC ləğv edilmiş və Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-yə ləğvedici təyin edilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh “CavabdehM” MC arasında bağlanmış xx xxxx 2016-ci il tarixli 22/16 nömrəli Kredit müqaviləsinə əsasən borcalana 27 ay müddətinə illik 8 % dərəcəsi ilə ******* avro məbləğində kredit vəsaiti ayrılmışdır. Kredit müqaviləsinin 12.1 və 12.2-ci bəndlərinə əsasən borc alan CavabdehMMC kreditdən istifadəyə görə alınmış ssuda üzrə faizləri, eyni zamanda əsas borcun ödənişini tam şəkildə borcverənə ödəməli olmasına baxmayaraq, o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Kredit müqaviləsinin şərtlərinin pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə dəfələrlə şifahi müraciət edilməsinə və xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq kredit borcunun banka qaytarılması təmin edilməmişdir. Bu səbəbdən də cavadeh Cavabdeh MMC-nin xx.xx.2016-ci il tarixli 22/16 nömrəli Kredit müqaviləsi üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməmiş 6785551,22 avro əsas borcu, müqavilə müddəti üçün hesablanmış 1091451,77 avro faiz borcu, 430505,71 avro müqavilə üzrə borcun gecikdirilməyinə görə hesablanan və tələb olunan cərimə, gecikdirilmiş vaxt üçün hesablanan illik 5% olmaqla 373206,24 avro borc olmaqla, cəmi 8680714,94 avro məbləğində borcu vardır. Məhkəmə iclasında iştirak edən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iddianı müdafiə etdiyini bildirərək, iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, məhkəmə, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx xxxx 2016-ci il tarixli 22/16 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh MMC-yə 27 ay müddətinə illik 8 % dərəcəsi ilə ******* avro məbləğində kredit verilməsi barədə aralarında razılığa gəlmişlər. xx xxxx 2016-cı il tarixli, 22/16 nömrəli kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh MMC İddiaçı ASC-yə olan ******* manat əsas borcu 27 ay ərzində illik 8 faiz dərəcəsi ilə 717093,95 avro faiz borcu ilə birlikdə (ümumilikdə 7517093,95 avro olmaqla) ödəməli idi. Kredit müqaviləsinin 10.2-ci bəndinə əsasən borc alan üzərinə düşən öhdəlikləri icra etmədikdə gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün ümumi məbləğin 0,02% miqdarında borc verənə dəbbə pulu ödəməlidir. Kredit müqaviləsinin 10.3-cü bəndinə əsasən borc alan üzərinə düşən öhdəlikləri lazımınca icra etmədikdə və yaxud müəyyənləşdirilmiş müddətə icra etmədikdə kreditin ödənilməmiş məbləğinin hər gecikdirilən günü üçün ümumi məbləğin 0,02% miqdarında borc verənə dəbbə pulu ödəməlidir. Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli, **********114 nömrəli maliyyə arayışından görünür ki, ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx xxxx 2016-ci il tarixli 22/16 nömrəli kredit müqaviləsinə əsasən (müqavilə müddəti xx.xx.2016-xx.xx.2018) xx.xx.2019-cu il tarixinə Cavabdeh MMC-nin ləğv prosesində olan İddiaçı ASC-yə olan borcu 6785551,22 avro əsas, müqavilə müddəti üçün hesablanmış və tələb olunan 1091451,77 avro faiz borcu, müqavilə üzrə borcun gecikdirilməsinə görə hesablanmış 430505,71 avro cərimə borcu, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan (illik faiz dərəcəsi 5% olmaqla) günlük faiz məbləği 942,44 avro (gecikmə 396 gün) olmaqla, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 373206,24 avro, ümumilikdə isə yaranmış borc məbləği 8680714,94 avro təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 445.7, 462.1, 465.2 və 467-ci maddələrinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur, Həmçinin borclu öhdəliyin lazımınca müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə (dəbbə pulu, penya) ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İş materiallarından və qanunvericilik normalarından da göründüyü kimi kreditor və borclu arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, iddiaçı tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Məhkəmə iddianın müqavilə üzrə borcun gecikdirilməyinə görə hesablanan və tələb olunan 430505,71 avro cərimə tələbi hissəsi ilə əlaqədar qeyd edir ki, cərimə tənasübsüz sürətdə yüksək qiymətləndirildiyinə görə həmin məbləğ azaldılaraq 49790,77 avro məbləğində müəyyən edilməlidir. Yuxarıda qeyd olunan işin faktiki hallarını, qanunvericiliyin normalarını və iş materiallarına əlavə edilmiş sənədləri məcmu halda qiymətləndirən məhkəmə hesab edir ki,, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən xx xxxx 2016-ci il tarixli 22/16 nömrəli kredit müqaviləsi üzrə 6785551,22 avro məbləğində əsas borc, müqavilə müddəti üçün hesablanmış 1091451,77 avro faiz borcu, 49790,77 avro məbləğində cərimə, gecikdirilmiş vaxt üçün hesablanan illik 5% olmaqla 373206,24 avro faiz borcu olmaqla, cəmi ******* avro məbləğində pul tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin 95,61%-nin təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun 95,61%-i, yəni 28,68 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən xx xxxx 2016-ci il tarixli 22/16 nömrəli kredit müqaviləsi üzrə 6785551,22 avro məbləğində əsas borc, müqavilə müddəti üçün hesablanmış 1091451,77 avro faiz borcu, 49790,77 avro məbləğində cərimə, gecikdirilmiş vaxt üçün hesablanan illik 5% olmaqla 373206,24 avro faiz borcu, cəmi ******* (səkkiz milyon üç yüz min) avro ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla və dövlət rüsumu kimi ödənilmiş 28,68 manat məbləğində pul tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-549/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-549/2020
21.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver