Məhkəmə qərarları › İş №e-2-2(113)-549/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-549/2025

07.05.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-549/2025 07.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həşimova Günay qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli, 105/0922 saylı müqaviləyə əsasən yaranmış 9.120 manat əsas borcun, 1.641,60 manat ƏDV borcunun, 1.076,16 manat faiz borcunun, hüquqi xidmət göstərilməsinə görə ödənilmiş 1.000 manatın, məhkəmədə təmsil olunmaq üçün vəkilə ödənilmiş 300 manatın, iddianın verilməsi üçün ödənilmiş 129,41 manatın, cəmisi 13.267,17 manat məbləğində pulun Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə iddiaçı və cavabdeh məhkəməyə barışıq sazişi təqdim etməklə, aralarında bağlanmış sazişinin təsdiq edilməsini, işin icraatına xitam verilməsini xahiş etmişlər və barışıq sazişinin təsdiq edilməsinin nəticələrinin onlara aydın olduğunu bildirmişlər. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq,məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış 29 aprel 2025-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər (iddiaçı və cavabdeh) aşağıdakı şərtlərlə barışığa gəlmişlər:

1. 1. Ümumi müddəalar 1.1. Tərəflər Bakı Kommersiya Məhkəməsinin icraatında olan İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı 13.267,17 pul tələbi, qarşılıqlı iddia üzrə iddiaçı XALİQ FAİQOĞLU" MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı 47 431,60 manat pul tələbinə dair e-2-2(113)-549/2025 saylı kommersiya işi üzrə aşağıdaki şərtlərlə razılığa gəldilər: 1.2. Barışıq sazişinin bağlanmasının hüquqi nəticələri tərəflərə tam izah edilmişdir.

2. Tərəflərin hüquq və vəzifələri 2.1. İddiaçı MMC hüquq və vəzifələri: 2.1.1. İddiaçı MMC Cavabdeh MMC-və qarsı 13.267,17 manat pul tələbinin 2505,57 manat məbləğini "XALİQ FAİQOĞLU” MMC-və güzəşt edir; 2.1.2. "xxxx" MMC -nin İddiaçı MMC-və qalıq borcunun 10761,60 manat olduğunu qəbul edir; 2.1.3. Cavabdeh MMC 10761,60 manatı bəbiəğində pulu İddiaçı MMC-yə ödədikdən sonra 1 (bir) ay müddətində İddiaçı MMC özünün idxal etidiyi 10 000 manat məbləğində (bazar qiymətlərinə uyğun olmaq şərti ilə) “DAEWWO BS090’ markalı avtobuslar üçün təzə ehtiyat hissələrini (filter) Cavabdeh MMC-və ödəməyi öhdəsinə götürür: 2.1.4. Barışıq sazişinin təsdiqi üçün məhkəməyə yazılı müraciət edəcək və saziş ilə həll edilməli olan məsələlərin həllinə süni maneə yaratmayacaqdır; 2.2. Cavabdeh MMC hüaua və vəzifələri: 2.1.1 Cavabdeh MMC "xxxx" MMC-və qarsı 47 431,60 manat pul tələbi barədə iddiasından imtina edir. 2.1.2 Cavabdeh MMC öhdəsinə götürür ki, saziş imzalandıqdan sonra xx.xx.2025-ci il tarixinədək 10761,60 manat məbləğində borc pulu İddiaçı MMC-və ödəyəcəkdir; 2.1.3 XALİQ FAİQOĞLU” MMC İddiaçı MMC-dən 10 000 manat məbləğində “DAEWWO BS090” markalı avtobus ehtiyat hissəsini qəbul edəcəkdir; 2.1.4 Barışıq sazişinin təsdiqi üçün məhkəməyə yazılı müraciət edəcək və saziş ilə həll edilməli olan məsələlərin həllinə süni maneə yaratmayacaqdır;

3. Barışıq sazişinin təsdiqi və hüquqi nəticələri 3.1. Tərəflər bəyan edirlər ki, bu barışıq sazişi ilə həll edilməli olan məsələlərin həllinə süni maneə yaratmayacaq və bu barışıq sazişi üzrə tənzimlənməli olan məsələlər başa çatdıqdan sonra biri- birilərinə qarşı heç bir tələb irəli sürməyəcəklər. 3.2. Barışıq sazişi məhkəmədə təsdiq edilir. Barışıq sazişinin pozulması və ya layiqincə icra edilməməsi məhkəmə icraatının başlanılması üçün əsasdır. 3.3. Barışıq sazişi imzalandığı gündən qüvvəyə minir və bu saziş üzrə tərəflər öhdəliklərini vaxtında və layiqincə icra edənədək öz qüvvəsini saxlayır. 3.4. Bu sazişin bir nüsxəsi İddiaçıda, bir nüsxəsi Cavabdehdə saxlanılmaqla, digər nüsxəsi Bakı Kommersiya məhkəməsinə göndərilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, kommersiya mübahisəsinə dair işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263- 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış 29 aprel 2025-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərdə təsdiq edilsin və iş üzrə icraata xitam verilsin.

1. Ümumi müddəalar 3.5. Tərəflər Bakı Kommersiya Məhkəməsinin icraatında olan İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı 13.267,17 pul tələbi, qarşılıqlı iddia üzrə iddiaçı XALİQ FAİQOĞLU" MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı 47 431,60 manat pul tələbinə dair e-2-2(113)-549/2025 saylı kommersiya işi üzrə aşağıdaki şərtlərlə razılığa gəldilər: 3.6. Barışıq sazişinin bağlanmasının hüquqi nəticələri tərəflərə tam izah edilmişdir.

4. Tərəflərin hüquq və vəzifələri 4.1. İddiaçı MMC hüquq və vəzifələri: 4.1.1. İddiaçı MMC Cavabdeh MMC-və qarsı 13.267,17 manat pul tələbinin 2505,57 manat məbləğini "XALİQ FAİQOĞLU” MMC-və güzəşt edir; 4.1.2. "xxxx" MMC -nin İddiaçı MMC-və qalıq borcunun 10761,60 manat olduğunu qəbul edir; 4.1.3. Cavabdeh MMC 10761,60 manatı bəbiəğində pulu İddiaçı MMC-yə ödədikdən sonra 1 (bir) ay müddətində İddiaçı MMC özünün idxal etidiyi 10 000 manat məbləğində (bazar qiymətlərinə uyğun olmaq şərti ilə) “DAEWWO BS090’ markalı avtobuslar üçün təzə ehtiyat hissələrini (filter) Cavabdeh MMC-və ödəməyi öhdəsinə götürür: 4.1.4. Barışıq sazişinin təsdiqi üçün məhkəməyə yazılı müraciət edəcək və saziş ilə həll edilməli olan məsələlərin həllinə süni maneə yaratmayacaqdır; 4.2. Cavabdeh MMC hüaua və vəzifələri: 2.1.5 Cavabdeh MMC "xxxx" MMC-və qarsı 47 431,60 manat pul tələbi barədə iddiasından imtina edir. 2.1.6 Cavabdeh MMC öhdəsinə götürür ki, saziş imzalandıqdan sonra xx.xx.2025-ci il tarixinədək 10761,60 manat məbləğində borc pulu İddiaçı MMC-və ödəyəcəkdir; 2.1.7 XALİQ FAİQOĞLU” MMC İddiaçı MMC-dən 10 000 manat məbləğində “DAEWWO BS090” markalı avtobus ehtiyat hissəsini qəbul edəcəkdir; 2.1.8 Barışıq sazişinin təsdiqi üçün məhkəməyə yazılı müraciət edəcək və saziş ilə həll edilməli olan məsələlərin həllinə süni maneə yaratmayacaqdır;

5. Barışıq sazişinin təsdiqi və hüquqi nəticələri 5.1. Tərəflər bəyan edirlər ki, bu barışıq sazişi ilə həll edilməli olan məsələlərin həllinə süni maneə yaratmayacaq və bu barışıq sazişi üzrə tənzimlənməli olan məsələlər başa çatdıqdan sonra biri- birilərinə qarşı heç bir tələb irəli sürməyəcəklər. 5.2. Barışıq sazişi məhkəmədə təsdiq edilir. Barışıq sazişinin pozulması və ya layiqincə icra edilməməsi məhkəmə icraatının başlanılması üçün əsasdır. 5.3. Barışıq sazişi imzalandığı gündən qüvvəyə minir və bu saziş üzrə tərəflər öhdəliklərini vaxtında və layiqincə icra edənədək öz qüvvəsini saxlayır. 5.4. Bu sazişin bir nüsxəsi İddiaçıda, bir nüsxəsi Cavabdehdə saxlanılmaqla, digər nüsxəsi Bakı Kommersiya məhkəməsinə göndərilir. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar