Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5492/2025 19.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 qarşı pul tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, borc tələbi, cərimə) Bakı Kommersiya Məhkəməsinin hakimi X1, iddiaçı “Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 qarşı pul tələbinə barədə ərizəsinə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: İşin halları İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 363739-CNS-42376 saylı kredit müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixə Banka borclu olduğu 3308,91 manat məbləğində əsas borc, 168,19 manat məbləğində faiz borcu, 106,02 manat cərimə, ümumilikdə isə 3583,12 manat pul məbləğinin və 55,83 manat ödənilmiş dövlət rüsumuna dair xərcin Cavabdeh2 onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırmışdır ki, Bank VTB (Azərbaycan) ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 363739-CNS-42376 saylı, “Kredit müqaviləsi”nə əsasən Cavabdeh2 illik 24 (iyirmi dörd) faiz hesablanması şərti ilə 36 ay müddətinə 8000 manat məbləğində dövriyyə vəsaitlərinin artırılması (mal-material qiymətlilərinin alınması, təchizatçılar və podratçılarla hesablaşmaların aparılması) üçün kredit verilərək cari hesabına köçürülmüşdür. Lakin borclu şəxs Cavabdeh2 üzərinə götürdüyü kredit öhdəlikləri xx.xx.2025-ci il tarixdən icra etməmiş və xx.xx.2025-ci il tarixinə Banka 3308,91 manat məbləğində əsas borc, 168,19 manat məbləğində faiz borcu, 106,02 manat cərimə, ümumilikdə isə 3583,12 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “Kredit alan”ın vəzifəsidir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq edilmiş, lakin bundan sonra da kredit müqaviləsinin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. İddiaçı tərəfindən cavabdehə pretenziya qaydasında müraciət olunmuşdur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə qiymətləndirilən (xx.xx.2023-cü il tarixli, 363739-CNS-42376 saylı kredit müqaviləsi üzrə cəmi 55,83 manat) iddia ərizəsinin verilməsinə görə ödənilməli dövlət rüsumunun məbləği 55,83 manat təşkil edir. Həmçinin, hesab edirlər ki, Bank tərəfindən məhkəməyə müraciət etməsi ilə bağlı ödənilmiş 55,83 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 462.1, 739.1-ci maddələrinə istinad olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: xx.xx.2023-cü il tarixli, 363739-CNS-42376 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC Cavabdeh2 illik 24 faizlə 36 ay müddətinə, xx.xx.2025-ci il tarixinə kimi 8000 manat məbləğində dövriyyə vəsaitlərinin artırılması (mal-material qiymətlilərinin alınması, təchizatçılar və podratçılarla hesablaşmaların aparılması) üçün kredit verməyi öhəsinə götürmüşdür. Müqaviləyə əsasən Bank Kredit alana bu Müqavilə ilə müəyyən edilmiş məbləğdə və şərtlərlə Kredit verməyi, Kredit alan isə Krediti qəbul etməyi, Kreditdən təyinatı üzrə istifadə etməyi və geri qaytarmağı, faizləri/Komissiyalar, o cümlədən əlavə faizləri bu Müqavilə ilə nəzərdə tutulan müddətdə və şərtlər əsasında ödəməyi öhdəsinə götürmüşdür. Kredit alan Kreditdən yalnız dövriyyə vəsaitlərinin artırılması (mal-material qiymətlilərin alınması, təchizatçılar və podratçılarla hesablaşmaların aparılması) təyinatı üzrə istifadə elməlidir. Müqavilənin 3.5.1-ci bəndinə əsasən, Kredit alan Kreditlərin ödənilməsini (qaytarılmasını) Müqavilənin ayrılmaz tərkib hissəsi olan Kreditlərin və hesablanmış faizlərin ödəniş Cədvəlinə uyğun olaraq (bundan sonra - Cədvəl/Cədvəllər) həyata keçirməyə borcludur. Müqavilənin 3.3-cü bəndinə əsasən, Kredit alan Krediti tam məbləğdə 31 yanvar 2026-cı il tarixində və ya Müqavilədə nəzərdə tutulmuş hallarda vaxtından əvvəl ödəməlidir. Müqavilənin 9.2-ci bəndinə əsasən, Müqavilə ilə müəyyənləşdirilən Kreditin geri qaytarılması və/ və ya faizlərin və ya digər ödənişlərin ödənilməsi üzrə öhdəliklər Kredit alan tərəfindən vaxtında icra edilmədikdə, hər gecikdirilən təqvim gün üçün gecikdirilmiş məbləğə 0.5% həcmində cərimə hesablanır və Kredit alan tərəfindən Bankın xeyrinə ödənilir. xx.xx.2023-cü il tarixli, 363739-CNS-42376 №-li Kredit Müqaviləsinə 1 nömrəli Əlavədən müəyyən olunur ki, cavabdeh ümumi məbləği 8000 manat, illik faiz dərəcəsi 24% olan kredit üzrə Cavabdeh2 01 mart 2023-cü il tarixdən 02 fevral 2026-cı il tarixinə qədər hər ay 313,79 manat (sonuncu ay 320,97 manat) ödəməlidir. Cavabdeh2 İddiaçı ASC-dəki hesabından çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdə onun hesabına 8000 manat köçürülərək kredit verilmişdir. İddiaçı ASC tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, xx.xx.2025-ci il tarixə Cavabdeh2 3308,91 manat əsas borcu, 168,19 manat faiz borcu, 106,02 manat cərimə borcu olmaqla, ümumilikdə 3583,12 manat borcu vardır. xx.xx.2025-ci il tarixində İddiaçı ASC tərəfindən Cavabdeh2 pretenziya məktubu ünvanlayaraq, tərəflər arasında olan münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə, 3583,12 manat məbləğində borcun 3 (üç) iş günü ərzində ödənilməsi tələb edilmişdir. xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı ASC 55,83 manat məbləğində dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463-cü maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 739-cu maddəsinin xx.xx.2023-cü il tarixinə kimi qüvvədə olmuş əvvəlki tələbinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdehə xx.xx.2023-cü il tarixli, 363739-CNS-42376 saylı kredit müqaviləsinə əsasən 31 yanvar 2026-cı il tarixinədək qaytarmaq şərtilə illik 24 faizlə 36 ay müddətinə 8000 manat məbləğində kredit vermişdir. İddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək 8000 manat kredit versə də, cavabdeh öhdəliyini tam icra etməmiş, aylıq ödənişləri ödəməyərək krediti tam qaytarmamış, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Nəticədə iddiaçının cavabdehdən kredit müqaviləsinə və mülki qanunvericiliyə əsasən borcu tələb etmək hüququ yaranmışdır və onun tələbi haqlıdır. İşin hallarına məcmu şəkildə qiymət verərək, cavabdehin öhdəliyini icra etmədiyini, iddiaçının borcu tələb etməkdə haqlı olduğunu nəzərə alaraq hesab edirəm ki, xx.xx.2023cü il tarixli, 363739-CNS-42376 saylı kredit müqaviləsinə cavabdehdən 3308,91 manat məbləğində əsas bоrc, 168,19 manat məbləğində faiz bоrcu tələbi əsaslı olduğundan təmin edilməlidir. Bununla yanaşı iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında xx.xx.2023-cü il tarixli, 363739-CNS-42376 saylı kredit müqaviləsinə əsasən hesablanmış 106,02 manat məbləğində cərimənin cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür. Hesab edirəm ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Tələb olunan cərimə məbləğinin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edirəm ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından cavabdehlərdən 106,02 manat məbləğində cərimə məbləği tutulmalıdır. Bundan başqa hesab edirəm ki, iddia təmin olunduğundan ödənilmiş 55,83 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia tələbi təmin edilsin. Cavabdeh2 xx.xx.2023-cü il tarixli, 363739-CNS-42376 saylı kredit müqaviləsinə əsasən 3308,91 manat məbləğində əsas bоrcu, 168,19 manat məbləğində faiz bоrcu, 106,02 manat məbləğində cərimə olmaqla, ümumilikdə 3583 (üç min beş yüz səksən üç) manat 12 (on iki) qəpik borc və 55 (əlli beş) manat 83 (səksən üç) qəpik dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" (Azərbaycan) ASC-nin xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-5492/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5492/2025
19.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver