Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-5493/2024 25.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi X1, İddiaçı MMC-nin Cavabdeh1MMC-yə qarşı “pul ” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 16 iyun 2023-ci il tarixli, № 16/0623P2 saylı icarə müqaviləsinin ləğv olunması və İddiaçı ilə Cavabdeh1arasında bağlanmış 16 iyun 2023-ci il tarixli, № 16/0623P2 saylı icarə müqaviləsi və İddiaçı MMC ilə digər Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli “Zaminlik Müqaviləsi” əsasında icarə (həmçinin daşınma) haqqından yaranmış 47619,81 manat məbləğində pulun cavabdehlərdən tutularaq İddiaçı MMC-nə verilməsi; - Cavabdehə təqdim olunmuş 1 ədədinin qiyməti 25 manat olmaqla 4000 ədəd 3.85 metr ölçülü Dəmir dirəklərin və yaxud onların dəyəri100000 manat pulun, 1 ədədinin qiyməti 20 manat olmaqla 300 ədəd 1.5 metr ölçülü Dəmir dirəklərin və yaxud onların dəyəri- 6000 manat pulun cavabdehlərdən alınaraq İddiaçı MMC-nə verilməsi, hüquqi yardım üçün vəkilə ödənilən 300 (üç yüz) manat pulun və ödənilmiş 444 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçınə verilməsinə dair qətnamə qəbuledəsini verilməsinə barədə qətnamə çıxarılmasını məhkəmədə xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinə cavabdeh tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınmasını təsdiq edən sənədlər əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.4-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh1MMC-yə qarşı “pul ” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər İddiaçı MMC -yə geri qaytarılsın. İddiaçı MMC-yə izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. X3
Məhkəmə qərarları › İş №e-2-2(113)-5493/2024
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-5493/2024
25.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver