Məhkəmə qərarları › İş №e-2-2(113)-5497/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5497/2024

30.10.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5497/2024 30.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi üzrə borc) Məhkəmənin hakimi Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, Cavabdehin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 06/6405/DLİZ nömrəli X4 Müqaviləsinə əsasən xx.xx.2024-cü il cü il tarixədək yaranmış 3996.31 manat əsas borc, 252.54 manat mükafat borcu 19.04 peniya cəmi: 4267,89 manat lizinqi borcu məbləğinin, iddiaçı tərərəfindən ödənilmiş 63 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq "xxxx" MMC -yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh və arasında bağlanmış xx.xx.2023 -cü il tarixli 06/6405/DLİZ nömrəli X4 Müqaviləsinə əsasən bu müqavilədə göstərilən 1(bir) ədəd, 2012-ci il buraxlışı olan, “SEAT LEON” minik markalı (ban VSSZZZ1PZCR00959) nəqliyyat vasitəsini xx.xx.2023 -cü il tarixdən etibarən Cavabdeh istifadəsinə vermişdir. Müqavilənin 9.4 bəndinə əsasən Lizinq alanın “Lizinq verən”ə ödəməli olduğu lizinq ödənişlərinin ümumi dəyəri 7157 manat təşkil edir. Bu ümumi məbləğdən 2157 manat “lizinq verən”nin mükafatını təşkil edir. Tərəflərin razılığı əsasında bu müqaviləyə uyğun olaraq tərtib edilmiş ödəniş qrafikində nəzərdə tutulan qaydada həyata keçirilməlidir. Hər-ay 198.80 manat ödəniş etməlidir. Lizinq müqaviləsi üzrə illik faiz dərəcəsi 25 (iyirmi beş) % olmaqla 36 (otuz altı) ay müddətinə verilmişdir. Cavabdeh müqaviləsinə əlavə edilmiş Lizinq ödənişləri cədvəlində göstərilmiş aylar üzrə ödənişlərini aparmalı olduğu halda, müqavilənin şərtlərini pozaraq öhdəliklərini icra etməmişdir. Belə ki, cavabdeh xx.xx.2023-cü il tarixdən etibarən 36 ay müddətində hər ay 198.80 manat ödəniş etməli olduğu təqdirdə xx.xx.2023-cu il tarixində 250 manat və xx.xx.2023-cü il tarixində 300 manat olmaqla cəmi 550 manat ödəniş etmişdir. Cavabdeh lizinqə məxsus avtomobili etibarnamə olmadan idarə edərək özündə saxlamaqdadır. Yaranmış borcla bağlı İddiaçı MMC tərəfindən cavabdehlərə müxtəlif tarixlərdə yazılı və şifahi xəbərdarlıqlar edilmiş, əks halda tərəflər arasında bağlanmış üqavilənin bir tərəfli qaydada xitam edilməsi və yaranmış borcun məhkəmə qaydasında tələb edilməsi məqsədi ilə aidyyatı üzrə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Bu Müqavilənin 4.1.3 bəndinə əsasən Tərəflər arasındakı müqavilə münasibətlərinə «Lizinq alan» tərəfindən vaxtında və lazımi qaydada icra edilməməsi ilə bağlı xitam verildiyi zaman lizinq obyekti «Lizinq alan» tərəfindən geri qaytarılmazsa və ya vaxtında geri qaytarılmazsa ödənilməmiş ümumi məbləğin hər günü üçün 3% məbləğində ödəniş tələb etmək hüququ vardır. Bu Müqavilənin 13.1 bəndinə əsasən hər hаnsı bir mübаhisə və yахud аnlаşılmаzlıq ilkin olaraq danışıqlar yolu ilə, bu mümkün olmadıqda isə Аzərbаycаn Respublikаsının qüvvədə оlаn qаnunvericiliyinə uyğun оlаrаq Аzərbаycаn Respublikаsınınaidiyyəti məhkəməsində həll оlunur. Eyni zamanda Cavabdeh “İnternet Vergi” Şəxsi kabinetinə "xxxx" MMC tərəfindən (İnternet Vergi ödəyicisinin” Şəxsi kabineti taxes.gov.az) bu iddia ərizəsi və pretenziya məktubu göndərilmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin azaldılması barədə ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir.

5. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı MMC ilə Cavabdeh və arasında bağlanmış xx.xx.2023 -cü il tarixli 06/6405/DLİZ nömrəli X4 Müqaviləsinə əsasən:

8. Müqavilənin 2.1-ci bəndinə əsasən Tərəflər arasında imzalaıunış Maliyyə Lizinqi müqaviləsinə əsasən «Lizinq verən» əvvəlcədən lizinq vermək məqsədilə öz vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan və ya «Lizinq alan» tərəfindən seçilmiş, «Lizinq verən»la"Satıcı" arasında bağlanılan alqı-satqı müqaviləsinə əsasən əldə edilmiş 1 (bir) ədəd: Markası: SEAT LEON, Buraxılış ili: 2012, Mühərrik: CDA260661 və Ban Ks; VSSZZZ1PZCR0309S9-nəqliyyat vasitəsini «Lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə verməyi öz öhdəsinə götürür. «Lizinq alan» isə bu müqavilənin şərtlərinə uyğun olaraq lizinq obyektindən istifadəyə görə «Lizinq verən»ə şərtləşdirilmiş muzd ödəməyi öz öhdəsinə götürür.

9. Müqavilənin 3.1-ci bəndinə əsasən X3 müqaviləsi 36 ay müddətinə bağlanılmaq şərti ilə lizinq obyektinin «Lizinq alan»a təhvil-təslim aktının imzalanmaqla təhvil verildiyi andan hüquqi qüvvəyə minir və xx.xx.2026 tarixinədək qüvvədədir.

10. Müqavilənin 4.1-ci bəndinə əsasən «Lizinq verən»in hüquqları:

11. Müqavilənin 4.1.1-ci bəndinə əsasən tərəflər arasında imzalanmış maliyyə lizinqi müqaviləsi qüvvəyə mindikdən sonra «Lizinq alan»dan müqavilə üzrə ödənilməli olan ödənişlərin vaxtında və lazımi qaydadaicra edilməsini, habelə müqavilə üzrə digər öhdəliklərin icra edilməsini tələb etmək;

12. Müqavilənin 4.1.2-ci bəndinə əsasən müqavilə üzrə nəzərdə tutulmuş öhdəlikər «Lizinq alan» tərəfindən vaxtında icra edilmədiyi təqdirdə hər gecikdirilən gün üçün ödənilməmiş məbləğin 0,3% həcmində cərimə tələb etmək;

13. Müqavilənin 4.1.3-cü bəndinə əsasən tərəflər arasındakı müqavilə münasibətlərinə «Lizinq alan» tərəfindən vaxtında və lazımi qaydada icra edilməməsi ilə bağlıxitam verildiyi zaman lizinq obyekti «Lizinq alan» tərəfindən geri qaytarılmazsa və ya vaxtında geri qaytarılmazsa ödənilməmiş ümumi məbləğin hər günü üçün 3% məbləğində ödəniş tələb etmək;

14. Müqavilənin 4.1.6-cı bəndinə əsasən Lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə «lizinq alan»ın lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq alan tərəfindən ödənilməsini tələb etmək;

15. Müqavilənin 4.4-cü bəndinə əsasən lizinq alanın vəzifələri:

16. Müqavilənin 4.4.1-ci bəndinə əsasən Maliyyə lizinqi müqaviləsinə 01 saylı Əlavə olan Ödəniş qrafikina əsasən dövri olaraq müəyyənləşdirilmiş lizinq ödənişlərini vaxtında və tum şəkildə icra etmək;

17. Müqavilənin 4.4.2-ci bəndinə əsasən Maliyyə lizinqi müqaviləsinə əsasən müqavilənin qüvvədə olma müddəti bildikdən sonra, habelə Lizinq verən qarşısında mövcud olan bütün öhdəliklər icra edildikdən sonra lizinq predmetini öz hesabına əldə edib mülkiyyətə qəbul etmək;

18. Müqavilənin 6.1-ci bəndinə əsasən Lizinq obyektinin, habelə onun ayrılmaz hissəsini təşkil edən bütün ləvazimat və sənədlərin təhvil-təslimi maliyyə lizinqi müqaviləsi ilə müəyyən edilmiş yerdə, müddətdə və şərtlərlə həyata keçirilir. Lizinq obyektinin təhviltəslimi “Təhvil-təslim aktı” ilə rəsmiləşdirilir.

19. Müqavilənin 6.2-ci bəndinə əsasən tərəflər arasında Təhvil-təslim aktı imzalandıqda«İ,izinq verən»in lizinq obyektini «Lizinq alanam sahiblik və istifadəsinə verilməsi öhdəliyi icra edilmiş sayılır.

20. Müqavilənin 6.3-cü bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan bu müqavilənin bütün müddəti ərzində Lizinq obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əwəl sıradan çıxması, istifadəsi zamanı buraxılan bütün səhvlərdən və istismarı zamanı yol verilən bütün risklərdən qorunması ilə bağlı məsuliyyəti Lizinq alan daşıyır.

21. Müqavilənin 9.4-cü bəndinə əsasən Lizinq alanın “Lizinq verən”ə ödəməli olduğu lizinq ödənişlərinin ümumi dəyəri 7157 manat təşkil edir. Bu ümumi məbləğdən 2157 manat “lizinq verən”nin mükafatını təşkil edir. Tərəflərin razılığı əsasında bu müqaviləyə uyğun olaraq tərtib edilmiş ödəniş qrafikində nəzərdə tutulan qaydada həyata keçirilməlidir. Hər-ay 198.80 manat ödəniş etməlidir.

22. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən İddiaçı MMC-yə məxsus “Seat Leon” markalı, VSSZZZ1PZCR030959 şassi, CDA260661 mühərrik, **-PF-*** qeydiyyat nişanlı avtomobil Cavabdeh təhvil verilmişdir.

23. xx.xx.2023-cü il tarixli iltizama əsasən Cavabdeh bildirmişdir ki, xx.xx.2023-ci il tarixli, 06/6405/DLİZ saylı maliyyə lizinqi müqaviləsi üzrə müvəqqəti sahiblik və isifadəsinə verilmiş, SEAT LEON minik markalı nəqliyyat vasitəsinin istifadəsi ilə əlaqədar ödənişlərin edilməsində gecikmələrə yol verilərsə qeyd edilən lizinq predmetini qeyd-şərtsiz və öz iradə ifadəsinə əsasən "xxxx" MMC-yə təhvil verməyi və ya həmin lizinq predmetinin birtərəfli qaydada "xxxx" MMC tərəfindən ondan geri tələb edilməsi və təhvil götürüməsini öhdəlik olaraq qəbul edir və bu hal tərəflər arasında imzalanmış xx.xx.2023-ci il tarixli, 06/6405/DLİZ saylı maliyyə lizinqi müqaviləsinin Lizinq verən "xxxx" MMC tərəfindən hər hansı bir sazişə və ya müqaviləyə əlavəyə ehtiyac olmadan birtərəfli qaydada xitamı verilməsi üçün əsasdır. Bununla əlaqədar eyni zamanda öhdəsinə götürür ki, lizinq predmetinin tərəfindən könüllü təhvil verilməsi və ya "xxxx" MMC tərəfindən lizinq predmetinin birtərəfli qaydada götürülməsi halında tərəfindən "xxxx" MMC-yə qarşı istər həmin anda, istərsə də sonradan heç bir iddia və tələbi mövcud olmayacaqdır. Həmçinin lizinq predmetinin istifadasində olduğu, lakin müvafiq ödənişlərin həyata keçirilmədiyi təqdirdə həmin ödənişlərin ödənilməsini heç bir qeyd-şərt və pretenziya irəli sürmədən ödəməyi öhdəsinə götürmüşdür.

24. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən müqavilə üzrə cavabdehin xx.xx.2024-cü il tarixədək yaranmış 3996,31 əsas borcu, 252,54 manat mükafat borcu 19.04 manat penya olmaqla cəmi 4267,89 manat lizinq borcu mövcud olduğu qeyd olunmuşdur.

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

26. 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1. maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanılmalı olduğunu müəyyən edir.

27. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

28. 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

29. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

30. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

31. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

32. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

33. Beləliklə, müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında lizinq müqaviləsi bağlanmış, İddiaçı MMC-yə məxsus “Seat Leon” markalı, VSSZZZ1PZCR030959 şassi, CDA260661 mühərrik, **-PF-*** qeydiyyat nişanlı avtomobil Cavabdeh lizinqə verilmişdir. Müqavilə bağlanandan (xx.xx.2023-cü il) sonra cavabdeh tərəfindən müəyyən gədər ödənişlər (sentyabr 2023, dekabr 2023, aprel 2024-cü il tarixlərində) edilsə də, göründüyü kimi ödənişlər müntəzəm olmamış və iddiaçı şirkətə borcu yaranmışdır.

34. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdeh mübahisəli lizinq müqaviləsinə əsasən üzərinə götürdükləri öhdəlikləri lazımi qaydada icra etmədiyini, nəticədə lizinq ödənişləri onun lizinq müqaviləsi üzrə cəmi 3996,31 manat məbləğində borcunun yarandığını, lizinq müqaviləsində öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə ödənilməsi nəzərdə tutulduğunu nəzərə alaraq hesab edir ki, iddiaçı həmin müqavilə üzrə əsas borcun, 252,54 manat faizin və 19,04 manat dəbbə pulunun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.

35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli 06/6405/DLİZ nömrəli X4 Müqaviləsi üzrə 3996,31 manat əsas borc, 252,54 manat mükafat borcu, 19,04 manat dəbbə pulu tutularaq iddiaçıya ödənilməlidir.

36. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 63 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

37. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

38. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 63 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. V. Nəticə:

39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli 06/6405/DLİZ nömrəli X4 Müqaviləsi üzrə 3996,31 manat əsas borc, 252,54 manat mükafat borcu, 19,04 manat dəbbə pulu və dövlət rüsumunun əvəzi olaraq 63 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar