Məhkəmə qərarları › İş №e-2-2(113)-5498/2024

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-5498/2024

27.11.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5498/2024 27.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı X1 Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: müqavilə üzrə pulun tutulması) X6 Rövşən qızının sədrliyi, Rüstəmova Mülayim Akif qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı X1 Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı X3 (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, CavabdehMMCdən 58.250.50 manat və 265.00 manat dövlət rüsumu tutularaq - Fərdi sahibkar X2(VÖEN **********) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Fərdi sahibkar (VÖEN **********) X3 CavabdehMMC-ilə ( icraçı drektor X4) 29yanvar 2022-ci il tarixdə 3 ay əvvəlcədən yazılı surətdə xəbərdarlıq ilə tam qaytarmaq şərtilə 01/22№ li borc sazişi əsasında 17000.00 manat,23 avqust 2022-ci ildə 3 ay əvvəlcədən yazılı surətdə xəbərdarlıq ilə tam qaytarmaq şərtilə 02/22№ li borc sazişi əsasında 12.500 şərtilə 03/22№ li borc sazişi əsasında 11.765 manat,cəmi 3 saziş üzrə 58.250.50 qəp borc vermişdir.Həmin sazişlər üzrə 3 ay müddəttə qabaqcadan dəfələrlə yazılı sürətdə borcun geri qaytarılması tələb olunmasına baxmayaraq CavabdehMMC saziş şərtini yerinə yetirilməmiş-pulu qaytarılmamışdır.

3. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, iddia ərizəsində xx.xx.2022-ci il tarixli;02/22 saylı borc saziş üzrə səhvən 12.500 AZN kımı qeyd edilmiş məbləği,12.500 ABŞ dolları və 01.09. 2022-ci il tarixli,03/20 saylı borc sazişi üzrə səhvən 11.765 AZN kimi qeyd edilmiş məbləği isə,11.765 ABŞ dolları kimi nəzərə alınmasını xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.

5. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.

7. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

8. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

9. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

IV. Sübutların tədqiqi:

10. İddiaçı X3 (borc verən) ilə Cavabdeh MMC (borc alan) arasında 29 yanvar 2022-ci il tarixli 01/22 saylı borc sazişinə əsasən borc verən borc alana 17000 manat (saziş xx.xx.2022 -ci il tarixində Milli bankın valyuta kursuna əsasən 1 ABŞ dolları = 1.70 AZN kimi götürülür) verir və borc alan tərəf götürdüyü borc pulu borc verən tərəfin ehtiyyacı yaranarsa 3 ay əvvəlcədən yazılı sürətdə xəbərdarlığı ilə tam qaytarmağı öz öhdəsinə götürür. Müqavilə tərəflərin imzası və borc alanın möhürü ilə təsdiq edilmişdir.

11. İddiaçı X3 (borc verən) ilə Cavabdeh MMC (borc alan) arasında 23 avqust 2022-ci il tarixli 2/22 saylı borc sazişinə əsasən borc verən borc alana 12500 ABŞ dolları (saziş xx.xx.2022 -ci il tarixində Milli bankın valyuta kursuna əsasən İ ABŞ dolları = 1.70 AZN kimi götürülür) verir və borc alan tərəf götürdüyü borc pulu borc verən tərəfin ehtiyyacı yaranarsa 3 ay əvvəlcədən yazılı sürətdə xəbərdarlığı ilə tam qaytannağı öz öhdəsinə götürür.Müqavilə tərəflərin imzası və borc alanın möhürü ilə təsdiq edilmişdir. Müqavilə tərəflərin imzası və borc alanın möhürü ilə təsdiq edilmişdir.

12. İddiaçı X3 (borc verən) ilə Cavabdeh MMC (borc alan) arasında 01 sentyabr 2022-ci il tarixli 01/22 saylı borc sazişinə əsasən borc verən borc alana 11765 ABŞ dolları (saziş xx.xx.2022 -ci il tarixində Milli bankın valyuta kursuna əsasən 1 ABŞ dolları = 1.70 AZN kimi götürülür) verir və borc alan tərəf götürdüyü borc pulu borc verən tərəfin ehtiyyacı yaranarsa 3 ay əvvəlcədən yazılı sürətdə xəbərdarlığı ilə tam qaytarmağı öz öhdəsinə götürür. Müqavilə tərəflərin imzası və borc alanın möhürü ilə təsdiq edilmişdir. V. Tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

VI. Məhkəmənin mövqeyi:

15. Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

16. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı X3 ilə Cavabdeh MMC arasında 01 sentyabr 2024-cü il tarixli 03/22 saylı,23 avqust 2022-ci il tarixli 02/22 saylı,29 yanvar 2022-ci il tarixli 01/22 saylı borc müqavilələrinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqavilələrdə qeyd olunan məbləğdə pul vəsaitini cavabdehə təhvil verərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən müqavilə üzrə yaranmış borcu göstərilən müddət ərzində ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda Cavabdeh MMC-nin göstərilən müqavilələr üzrə iddiaçı X2 olan borcu manatın dollara nisbətdə həm müqavilələr bağladığı tarixə və bugunkü tarixə olan məzənnəsinə uyğun olaraq 58250,50 manat təşkil edir.

17. Belə olan halda məhkəmə mübahisəli borc müqavilələrinə əsaslanan öhdəlik münasibətində kreditor olan iddiaçının borclu olan cavabdehdən öhdəliyinin icra edilməsini tələb etmək hüququnun olmasını nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh MMC-dən 58250,50 manat tutularaq X2 ödənilməlidir.

18. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 265 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.

19. Məhkəmə hesab edirki, iddia qismən təmin edildiyindən dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə idda tələbinin təmin edilən hissəsinə mütənasib olaraq 265 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır.

20. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ:

İddia təmin edilsin. Cavabdeh MMC-dən 58250,50 (əlli səkkiz min iki yüz əlli manat əlli qəpijk) manat əsas borc və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 265 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı X2 ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. . Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar