Məhkəmə qərarları › İş №e-2-2(113)-55/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-55/2023

06.04.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-55/2023 06.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, İddiaçı MMC-nin, cavabdehlər Cavabdeh2, Cavabdeh1 qarşı müqavilənin ləğvi və lizinq obyektinin geri qaytarılması, müqavilə üzrə pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər Cavabdeh2, Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 06/2339/DLİZ saylı daxili maliyyə lizinqi müqaviləsinin xitam olunması, İddiaçı MMC təsviri bu müqavilədə göstərilən 1 (bir) ədəd, 2015-ci il buraxlışı olan, “Mercedes Benz AXOR 1840” Yük markalı, **********6171 mühərrik NMB**********4509 və 1(bir) ədəd 2005-ci il buraxlışlı olan “BODEX” yarımqoşqu markalı, ban SU90333GH5SBU1194 nömrəli nəqliyyat vasitələrinin öz mülkiyyətçisinə qaytarılması, İddiaçı MMCilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 06/2339/DLİZ daxili maliyyə lizinqi müqaviləsinə əsasən yaranmış 31002.5 manat əsas borc, 14538.45 manat mükafat borcu 310.78 cərimə faizi, cəmi 45812.12 manat lizinqi borcu məbləğinin, iddiaçı tərərəfindən ödənilmiş 200 manat ilkin mediasiya prosesində iştirak üçün ödənilmiş xərc və əlavə ödənilmiş 28 manat dövlət rüsumunun Cavabdeh2 və Cavabdeh1 tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 06/2339/İLİZ saylı maliyyə lizinqi müqaviləsinə əsasən İddiaçı MMC təsviri bu müqavilədə göstərilən 1 (bir) ədəd, 2015-ci il buraxlışı olan, “Mercedes Benz AXOR 1840” yük markalı, **********6171 mühərrik NMB**********4509 və 1(bir) ədəd 2005-ci il buraxlışlı olan “BODEX” yarımqoşqu markalı, ban SU90333GH5SBU1194 nömrəli nəqliyyat vasitəsini Cavabdeh2 istifadəsinə vermişdir. Müqavilənin təminatı olaraq Cavabdeh1 ilə xx.xx.2019-cu il tarixdə zaminlik müqaviləsi rəsimləşdirilmişdir. Cavabdeh2 sözügedən müqavilənin 9.4 bəndinə əsasən lizinq alanın “lizinq verən”ə ödəməli olduğu lizinq ödənişlərinin ümumi dəyəri 45987 (qırx beş min doqquz yüz yüz səksən yeddi) manat təşkil edir. Bu ümumi məbləğdən 12987 (on iki min doqquz yüz səksən yeddi) manat “lizinq verən”nin mükafatını təşkil edir. Tərəflərin razılığı əsasında bu müqaviləyə uyğun olaraq tərtib edilmiş ödəniş qrafikində nəzərdə tutulan qaydada həyata keçirilməlidir. Hər ay 1277.42 (min iki yüz yetmiş yeddi qırx iki) manat ödəniş etməlidir. Lizinq müqaviləsi üzrə illik faiz dərəcəsi 23 (iyirmi üç) % olmaqla 36 (otuz altı) ay müddətinə verilmişdir. Cavabdeh lizinq ödənişləri cədvəlində göstərilmiş aylar üzrə ödənişlərini aparmalı olduğu halda, müqavilənin şərtlərini pozaraq öhdəliklərini icra etməmişdir. Belə ki, cavabdeh xx.xx.2019-cu il tarixdən etibarən hər ay 1277.42 manat olmaqla ödəniş etməli olduğu təqdirdə xx.xx.2020-ci il tarixdən etibarən heç-bir ödəniş etməmişdir. Cavabdeh etibarnamə əsasında idarə etdiyi **-JZ-*** və **-ZJ-*** dövlət qeydiyyat nişanlı “Mercedes BENZ AXOR 1840” YÜK və “BODEX” yarımqoşqu markalı nəqliyyat vasitəsini etibarnamə olmadan idarə edərək özündə saxlamaqdadır. Yaranmış borcla bağlı İddiaçı MMC tərəfindən Cavabdeh2 və onun zamini ilə əlaqə saxlanılaraq şifahi xəbərdarlıqlar edilmiş, əks halda tərəflər arasında bağlanmış müqavilənin bir tərəfli qaydada xitam olunması və yarnmış borcun məhkəmə qaydasında tələb edilməsi məqsədi ilə aidyyatı üzrə kommersiya məhkəməsinə müraciət ediləcəyi bildirilmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən edilməlidir. İş materiallarında olan: İddiaçı MMC (“lizinq verən”) və Cavabdeh2 (“lizinq alan”) arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 06/2339/DLİZ saylı daxili maliyyə lizinqi müqaviləsinə əsasən, “lizinq verən” əvvəlcədən lizinq vermək məqsədilə öz vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan və ya “lizinq alan” tərəfindən seçilmiş, “lizinq verən”lə “satıcı” arasında bağlanılan alqı-satqı müqaviləsinə əsasən əldə edilmiş, 1 (bir) ədəd, 2005-ci il buraxılışlı olan, “Mercedes Benz AXOR 1840” yük markalı, mühərrik **********6171, ban № NMB**********4509 və 1 ədəd, 2005-ci il buraxılışlı olan, “BODEX” yarımqoşqu markalı, mühərrik, ban № SU90333GH5SBU1194 nəqliyyat vasitəsini “lizinq alan”ın müvəqqəti sahiblik və istifadəsinə verməyi öz öhdəsinə götürür. “Lizinq alan” isə bu müqavilənin şərtlərinə uyğun olaraq lizinq obyektindən istifadəyə görə “lizinq verən”ə şərtləşdirilmiş muzd ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 4.1.2 bəndinə əsasən “lizinq verən”in müqavilə üzrə nəzərdə tutulmuş öhdəliklər “lizinq alan” tərəfindən vaxtında icra edilmədiyi təqdirdə hər gecikdirilən gün üçün ödənilməmiş məbləğin 0.3% həcmində cərimə tələb etmək hüququ vardır. -4.4.1-ci bəndə əsasən “lizinq alan” maliyyə lizinqi müqaviləsinə 01 saylı əlavə olan ödəniş qrafikinə əsasən dövri olaraq müəyyənləşdirilmiş lizinq ödənişlərini vaxtında və tam şəkildə icra etmək vəzifəsi vardır. 4.4.17-ci bəndə əsasən “lizinq alan” razılıq verir və öhdəsinə götürür ki, bu müqavilə və əmlakın təhvil-təslim aktı imzalandıqdan sonra əmlakın hər cür zədələnməsinə və ya dağılmasına görə məsuliyyət onun üzərində olacaq, zədələnmə və dağılma ilə əlaqədar “lizinq verən”in ziyanlarını ödəyəcək və hətta əmlak sıradan çıxsa belə, lizinqə görə ödəniş qrafikinə uyğun olaraq ödənişlər edəcək. 6.1-ci bəndə əsasən lizinq obyektinin, habelə onun ayrılmaz tərkib hissəsini təşkil edən bütün ləvazimat və sənədlərin təhvil-təslimi maliyyə lizinqi müqaviləsi ilə müəyyən edilmiş yerdə, müddətdə və şərtlərlə həyata keçirilir. Lizinq obyektinin təhvil-təslimi “təhviltəslim aktı” ilə rəsmiləşdirilir. 9.2-ci bəndə əsasən lizinq ödənişləri lizinq müddətinin hər ayı üçün hesablanır. Lizinq müddətinin hər ayı üçün lizinq ödənişinin məbləği, habelə lizinq ödənişlərinin ödənilməsi qaydası lizinq ödənişləri qrafiki (Bu müqaviləyə əlavə № 1) ilə müəyyən edilir. 9.4-cü bəndə əsasən lizinq alanın “lizinq verən”ə ödəməli olduğu lizinq ödənişlərinin ümumi məbləği 45987 (qırx beş min doqquz yüz səksən yeddi) manat təşkil edir. Bu ümumi məbləğdən 12987(on iki min doqquz yüz səksən yeddi) manat “lizinq verən”in mükafatını təşkil edir. Tərəflər razılaşır və qəbul edirlər ki, lizinq ödənişləri “lizinq alan” tərəfindən maliyyə lizinqi müqaviləsi və təhvil-təslim aktı imzalandıqdan sonra bu müqaviləyə uyğun olaraq tərtib edilmiş ödəniş qrafikində nəzərdə tutulan qaydada həyata keçiriləcəkdir. Ödəniş cədvəlinə əsasən Cavabdeh2 33.000 manat lizinq məbləğini 36 ay müddətinə aylıq 1.277,42 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC “lizinq verən” Cavabdeh1 “zamin” Cavabdeh2 “lizinq alan” olmaqla imzalanmış xx.xx.2019-cu il tarixli, 06/2339/DLİZ nömrəli zaminlik müqaviləsinə əsasən “zamin” müqavilənin 2.1-ci bəndində əsasən “lizinq verən” və “lizinq alan” arasında bağlanmış 08 noyabr 2019-cu il tarixli 06/2339/DLİZ saylı lizinq müqaviləsinə əsasən lizinq alana müvəqqəti sahibliyinə və ya istifadəyə verilmiş “Mercedes Benz AXOR” 1840 yük markalı avtomobilindən, lizinq alanın müqavilədə müəyyənləşdirilmiş dövriliklə, “lizinq verən”ə 33.000 manat ödəməsi üzrə “lizinq alan”ın öhdəliyini təmin etmək məqsədilə “zamin” “lizinq verən” qarşısında cavabdehlik daşımağı öhdəsinə götürür. 2.2 bəndə əsasən “Lizinq alan” lizinq müqaviləsinə əsasən üzərinə düşən öhdəliyi tamamilə və ya qismən icra etmədikdə, o cümlədən lazımınca icra etmədikdə “zamin” “lizinq alan” ilə birlikdə “lizinq verən” qarşısında avtomobilin qiymətinin ödənilməsi və cərimələrin, habelə vurulmuş zərərin ödənilməsi üçün birgə məsuliyyət daşıyır. 5.3 bəndə əsasən zamin şəxs “lizinq verən qarşısında lizinq alanın öhdəliklərinə görə tam həcmdə avtomobildən istifadəyə görə muzdun tam ödənilməsi və cərimənin ödənilməsi, borcun alınması üzrə məhkəmə xərclərinin əvəzinin ödənilməsi və lizinq alanın lizinq verən qarşısında öz öhdəliklərini yerinə yetirməməsi səbəbindən lizinq verənə dəymiş zərərin ödənilməsi üçün məsuliyyət daşıyır. İddiaçı MMC “lizinq verən” Cavabdeh1 “zamin” Cavabdeh2 “lizinq alan” olmaqla imzalanmış xx.xx.2019-cu il tarixli, 06/2339/DLİZ nömrəli zaminlik müqaviləsinə əsasən “zamin” müqavilənin 2.1-ci bəndində əsasən “lizinq verən” və “lizinq alan” arasında bağlanmış 08 noyabr 2019-cu il tarixli 06/2339/DLİZ saylı lizinq müqaviləsinə əsasən lizinq alana müvəqqəti sahibliyinə və ya istifadəyə verilmiş “BORDEX” yarımqoşqu markalı avtomobilindən, lizinq alanın müqavilədə müəyyənləşdirilmiş dövriliklə, “lizinq verən”ə 33.000 manat ödəməsi üzrə “lizinq alan”ın öhdəliyini təmin etmək məqsədilə “zamin” “lizinq verən” qarşısında cavabdehlik daşımağı öhdəsinə götürür. 2.2 bəndə əsasən “Lizinq alan” lizinq müqaviləsinə əsasən üzərinə düşən öhdəliyi tamamilə və ya qismən icra etmədikdə, o cümlədən lazımınca icra etmədikdə “zamin” “lizinq alan” ilə birlikdə “lizinq verən” qarşısında avtomobilin qiymətinin ödənilməsi və cərimələrin, habelə vurulmuş zərərin ödənilməsi üçün birgə məsuliyyət daşıyırlar. 5.3 bəndə əsasən zamin şəxs “lizinq verən qarşısında lizinq alanın öhdəliklərinə görə tam həcmdə avtomobildən istifadəyə görə muzdun tam ödənilməsi və cərimənin ödənilməsi, borcun alınması üzrə məhkəmə xərclərinin əvəzinin ödənilməsi və lizinq alanın lizinq verən qarşısında öz öhdəliklərini yerinə yetirməməsi səbəbindən lizinq verənə dəymiş zərərin ödənilməsi üçün məsuliyyət daşıyır. xx.xx.2019-cu il tarixli 06/2339/İLİZ saylı maliyyə lizinqi müqaviləsi üzrə xx.xx.2022 tarixinə olan borcla bağlı maliyyə arayışında 31.002,5 manat əsas borc, 14.538,45 manat mükafat borcu, 310,78 manat cərimə faizi göstərilmişdir. xx.xx.2022 tarixli ********** saylı mədaxil qəbzinə əsasən 28 manat dövlət rüsumu ödənilmişdir. Cavabdeh2 İddiaçı MMC-yə ərizə ilə müraciət edərək, 36 ay müddətinə “BODEX yarımqoşqu” markalı SU90333GH5SBU1194 şassi, mühərrik, qırmızı rəngli olan avtomobilin lizinqə verilməsini xahiş etmişdir. Ərizədə xx.xx.2019 tarixi qeyd olunmaqla X3 tərəfindən imzalanmışdır. Cavabdeh2 İddiaçı MMC-yə ərizə ilə müraciət edərək, 36 ay müddətinə “Mercedes Benz AXOR 1840 Yük” markalı NMB**********4509 şassi, **********6171 mühərrik, ağ rəngli olan avtomobilin lizinqə verilməsini xahiş etmişdir. İddiaçı MMC və Cavabdeh2 qeyd olunmaqla tərtib edilmiş xx.xx.2019-cu il tarixli təhvil-təslim aktına əsasən “Mercedes Benz AXOR 1840 Yük” markalı NMB**********4509 şassi, **********6171 mühərrik **-JZ-*** qeydiyyat nişanları olan avtomobil müştəriyə təhvil verilmişdir. İddiaçı MMC və Cavabdeh2 qeyd olunmaqla tərtib edilmiş xx.xx.2019-cu il tarixli təhvil-təslim aktına əsasən “BODEX yarımqoşqu” markalı SU90333GH5SBU1194 şassi, **-ZJ-*** qeydiyyat nişanları olan avtomobil müştəriyə təhvil verilmişdir. Cavabdeh2 və Cavabdeh1 göndərilmiş xəbərdarlıq məktubunda yaranmış 30.332,05 manat borcun tam şəkildə 5 gün ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə "xxxx" MMC-nin lizinq müqaviləsi üzrə əsas borcun, hesablanmış faiz, dəbbə pulunun, ödənilməsi və müqaviləyə xitam verilərək avtomobilin öz mülkiyyətçisinə qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş üzrə məhkəmə mühasibatlıq ekspertizası keçirilmiş 05 avqust 2022 tarixli 9/4758 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, 08 noyabr 2019-cu il tarixli rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, 08 noyabr 2019-cu il tarixli, 06/2339/DLİZ nömrəli daxili maliyyə lizinqi müqaviləsi üzrə hal hazıradək aparılmış ödənişlər nəzərə alınmaqla maliyyə arayışının tərtib olunduğu 21 fevral 2022-ci il tarixə ümumilikdə borcu aşağıdakı kimi müəyyən olunur. 42.153,12 manat. İş üzrə təkrar məhkəmə mühasibatlıq ekspertizası keçirilmiş 23 fevral 2023-cü il tarixli 9/8273 saylı ekspert rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, “borcalan” Cavabdeh2 tərəfindən İddiaçı MMC-dən alınmış lizinq vəsaiti üzrə banka ödənilməli olan borcu aşağıdakı kimi müəyyən edilir: xx.xx.2023-cü il tarixə əsas borc üzrə 31.002,50 manat, faiz borcu (mükafat) üzrə 14.538,45 manat. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, lizinqverən İddiaçı MMC ilə Cavabdeh2 arasında daxili lizinq müqaviləsi bağlanmış və 1 (bir) ədəd, 2015-ci il buraxlışı olan, “Mercedes Benz AXOR 1840 Yük” markalı, **********6171 mühərrik NMB**********4509 və 1 (bir) ədəd 2005-ci il buraxlışlı olan “BODEX” yarımqoşqu markalı, ban SU90333GH5SBU1194 nömrəli nəqliyyat vasitələri lizinqə verilmişdir. Əlavə olaraq zamin X2 ilə zaminlik müqaviləsi imzalanmışdır. İddiaçı müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirsə də, cavabdeh müqavilələr üzrə öhdəliklərini lazımı qaydada və vaxtında icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1. maddəsi bəzi istisnalarla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanlımalı olduğunu müəyyən edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq üzrə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747-1.2-ci maddəsinə əsasən lizinq verən lizinq müqaviləsinə əsasən cəlb edilmiş və ya özünə məxsus maliyyə vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan əşyanı lizinq obyekti kimi lizinq alana müəyyən haqla, müəyyən müddətə və şərtlərlə (mülkiyyət hüququnun lizinq alana keçməsi və ya keçməməsi şərti də daxil olmaqla) müvəqqəti sahibliyə və ya istifadəyə verən hüquqi və ya fiziki şəxsdir; 747- 1.3-cü maddəsinə əsasən lizinq alan lizinq müqaviləsinə uyğun olaraq lizinq obyektini müəyyən haqla, müəyyən müddətə və şərtlərlə müvəqqəti sahibliyə və istifadəyə qəbul edən hüquqi və ya fiziki şəxsdir; 748-1.1-ci maddəsinə əsasən lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir; 748-1.9-cu maddəsinə əsasən lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır; 748-2.1-ci maddəsinə əsasən lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Həmin Məcəllənin 748-1.12.4-ci maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsinin vaxtından əvvəl ləgv etmək hüququ vardır. Həmin Məcəllənin 748-11.1-ci maddəsinə əsasən lizinq ödənişlərinin ümumi məbləğinə aşağıdakılar daxildir: lizinq obyektinin amortizasiya ödənişləri, lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz, lizinq verənin mükafatının məbləği, lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ, lizinq verənin əlavə xidmətlərinin haqqı, lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri. Azərbaycan Respublikası Mülkin Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qanunvericilik lizinq alan tərəfindən lizinq ödənişinin müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəməməsi halında hər hansı qeyd şərt olmadan, istisnasız olaraq lizinq obyektinin tam tərkibdə geri qaytarılmasını nəzərdə tutur. Belə ki, mülki qanunvericilik dörd halda lizinq verənə pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da, lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququnu tanıyır. Bu hallardan biri, lizinq verənə lizinq alanın lizinq obyektindən istifadə üçün lizinq ödənişini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəməməsidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli lizinq hüquq münasibətlərinə tətbiq edib hesab edir ki, cavabdehin müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsi iş materialları ilə öz təsdiqini tapdığından iddiaçı hazırkı iddianı irəli sürməkdə haqlı olmuşdur. Belə olan halda məkhəmə lizinq alan Cavabdeh2 lizinq müqaviləsinə əsasən lizinq obyekti olan 1 ədəd 2015-ci il buraxlışı olan, “Mercedes Benz AXOR 1840” Yük markalı, **********6171 mühərrik NMB**********4509 və 1 (bir) ədəd 2005-ci il buraxlışlı olan “BODEX” yarımqoşqu markalı, ban SU90333GH5SBU1194 nömrəli nəqliyyat vasitələrini həmin nəqliyyat vasitələrinin mülkiyyətçisi olan İddiaçı MMC-yə qaytarmalıdır. Bundan başqa iddiaçı lizinq müqaviləsi üzrə yaranmış 31002.5 manat əsas borc, 14538.45 manat mükafat borcu 310.78 cərimə faizini də tələb etmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən lizinq ödənişlərinin gecikdirilməsi öz təsdiqini tapdığından, eyni zamanda iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizası nəticəsində iddiaçı tərəfindən əsas və faiz borcunun düzgün hesablanması öz təsdiqini tapdığından iddia qeyd edilən hissədə də təmin edilməli və 31002.5 manat əsas borc, 14538.45 manat mükafat borcu cavabdehdən tutulmalıdır. Yuxarıda qeyd olunduğu kimi, iddiaçı cavabdehlərdən eyni zamanda cərimə məbləğinin tutulmasını da qeyd etmişdir. AR Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Tərəflər arasında imzalanmış daxili maliyyə lizinqi müqaviləsinin 4.1.2-bəndində nəzərdə tutulmuşdur ki, “lizinq verən”in müqavilə üzrə nəzərdə tutulmuş öhdəliklər “lizinq alan” tərəfindən vaxtında icra edilmədiyi təqdirdə hər gecikdirilən gün üçün ödənilməmiş məbləğin 0.3% həcmində cərimə tələb etmək hüququ vardır. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən lizinq ödənişlərinin gecikdirilməsi öz təsdiqini tapdığından iddia təmin edilməli və 310.78 cərimə borcu da Cavabdeh2 tutulmalıdır. İş materialları ilə öz təsdiqini tapır ki, Cavabdeh2 öhdəliklərini icra etməsi üçün İddiaçı MMC və Cavabdeh1 arasında zaminlik müqaviləsi imzalanmışdır. Məhkəmə lizinq alan Cavabdeh2 lizinq müqaviləsi üzrə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməyərək, lizinq müqaviləsi üzrə ödənişlərini etmdəyini, İddiaçı MMC-nin əsas borc, faizlər və cərimə məbləğini tələb etmək hüququnun yarandığını, eləcə də zamin Cavabdeh1 həmin müqavilə üzrə lizinq alanın bütün öhdəliklərinə zamin durduğundan həmin öhdəliklərə görə lizinq alanla birgə məsuliyyət daşıdıqlarını nəzərə alaraq hesab edir ki, iddiaçı lizinq müqaviləsi üzrə əsas, faiz və cərimə borcu daxil olmaqla borcun müştərək qaydada lizinq alan və zamindən tutulmasını tələb etməkdə haqlıdır. Bundan başqa İddiaçı MMC-ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 06/2339/DLİZ daxili maliyyə lizinqi müqaviləsinin də xitam olunmasını da tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. (maddə 421.2) 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Tərəflər arasında imzalanmış daxili maliyyə lizinqi müqaviləsinin 3.1-ci bəndində qeyd edilmişdir ki, hazırki maliyyə lizinqi müqaviləsi 36 ay müddətinə bağlanılmaq şərti ilə lizinq obyektinin “lizinq alan”a təhvil-təslim aktının imzalanmaqla təhvil verildiyi andan hüquqi qüvvəyə minir və xx.xx.2022-ci il tarixinədək qüvvədədir. Məhkəmə qeyd edir ki, tərəflər müqavilənin xx.xx.2022-ci il tarixinədək qüvvədə olması barədə razılıq əldə etdiyindən müqavilə hazırda qüvvədə olmadığından iddia tələbi qeyd edilən hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Yuxarıda qeyd edilən qanunvericilik normalarını və mediasiya xərcinin işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu nəzərə alıb məhkəmə hesab edir ki, 200 manat mediasiya xərci və 28 manat dövlət rüsumu cavabdehlərdən tutulmalıdır. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizaları ilə bağlı Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməli olan 50 manat və 145 manat Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulmalıdır. Məhkəmə Ekspertizası Mərkəzi: Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı MMC və Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 06/2339/DLİZ daxili maliyyə lizinqi müqaviləsinə əsasən Cavabdeh2 istifadəsində olan 1 (bir) ədəd, 2015-ci il buraxılışı olan, “Mercedes Benz AXOR 1840” Yük markalı, **********6171 mühərrik NMB**********4509 və 1(bir) ədəd 2005-ci il buraxəlışlı olan “BODEX” yarımqoşqu markalı, ban SU90333GH5SBU1194 nömrəli nəqliyyat vasitəsi İddiaçı MMCyə qaytarılsın. İddiaçı MMC və Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 06/2339/DLİZ daxili maliyyə lizinqi müqaviləsinə əsasən 31.002,5 (otuz bir min iki manat, beş qəpik) manat əsas borc, 14.538,45 (on dörd min beş yüz otuz səkkiz manat qırx beş qəpik) manat mükafat borcu, 310,78 (üç yüz on manat yetmiş səkkiz qəpik) manat cərimə, ödənilmiş 200 (iki yüz) manat ilkin mediasiya prosesində iştirak üçün xərc və 28 (iyirmi səkkiz) manat dövlət rüsumu Cavabdeh2 və Cavabdeh1 tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 50 manat və 145 manat tutularaq (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) Məhkəmə Ekspertiza Mərkəzinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar