Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5511/2024 10.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3 və qeyrilərinə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi) Bakı Kommersiya Məhkəməsinin hakimi X2, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “pulun tutulması” tələbinə dair iddiasına kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı ASC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh4,Cavabdeh1 və Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə müştərək qaydada 1971.32 AZN məbləğində əsas kredit borcu, 17.70 AZN məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 135.73 AZN məbləğində penya olmaqla,cəmi 2124.75 AZN, həmçinin iddia qaldırılması üçün ödənilmiş 41.25 manat dövlət rüsumunun tutulması tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağlanmış 12 aprel 2023ci il tarixli Razılaşmaya əsasən cavabdeh TelmanlıAysel Eyvaz qızına 12 ay müddətinə illik 23% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 2124.75 AZN məbləğində kredit verilmişdir. Kredit üzrə öhdəliklərin icrasının təmini kimicavabdehlər Cavabdeh4,Cavabdeh1 və Cavabdeh2 ilə 11FİZAM121758601, 11FİZAM124998701 və 11FİZAM15639710s1aylı 13 aprel 2023-ci il tarixlizaminlik müqavilələri üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. Lakin, kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh3 24 iyun 2024-cü il tarixə İddiaçı ASC-yə 1971.32 AZN məbləğində əsas kredit borcu, 17.70 AZN məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 135.73 AZN məbləğində penya olmaqla,cəmi 2124.75 AZN məbləğində vəsait borcu qalmaqdadır.
II. Məhkəmə baxışının hədləri:
3. Mülki Prosessual Məcəllənin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
4. İddiaçı ASC (kredit verən) ilə Cavabdeh3 (borc alan) arasında 12 aprel 2023-cü il tarixli razılaşma imzalanmışdır.
Həmin razılaşmanın: - 1-ci bəndinə əsasən bu razılaşmanın imzalanması ilə Kreditverən (Bank) 10000 manat məbləğdə və illik faiz dərəcəsi 23 olmaqla, xx.xx.2024 tarixədədək, 0 ay güzəşt müddəti olmaqla Avadanlıq alınması və digər investisiya xərcləri məqsədli kredit verir, Müştəri (Borcalun) isə hamin kreditdən məqsədli təyinatına uyğun istifadə elməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə Kreditverənə qaytarmağı öhdəsinə götürür. Kredit üzrə faktiki illik faiz dərəcəsi (FiFD) 25 faizdir. - 3-cü bəndinə əsasən ödəmə vaxtı çatmış lakin Borculan tərəfindən ödənilməmiş kreditin aylıq ödənişinin əsas məbləğinin gecikdirilmiş hissəsi illik 23 % üstəgəl 5 % gecikdirmə faizi ilə hesablanır. - 6-cı bəndinə əsasən Borcalan bu Razılaşmaya əsasən verilmiş kreditin faizləri ilə birlikdə qaytarılmalı olduğu son tarixədək öhdəliklərini icra etmədiyi, yaxud lazımi qaydada icra elmədiyi təqdirdə Kreditverənə gecikdirilmiş borc məbləğinin 40 faizi məbləğində cəriməni ödəyir. Qeyd olunanlarla yanaşı kreditverən dəbbə pulunu yaxud öhdəliyin icra olunmaması nəticəsində dəymiş zərərin ödənilməsinin tələb edilməsini seçmək hüququnu özündə saxlayır. - 11-ci bəndinə əsasən Borcalanın bu razılaşmadan irəli gələn öhdəliyinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 Şöhləddin oğlu ilə 12-AFR-23 tarixli 11FİZAM124998701 saylı zaminlik müqaviləsi, Cavabdeh4 Məhəmməd oğlu ilə 12- APR-23 tarixli 11FİZAM121758601 saylı zaminlik müqaviləsi bağlanılır. Bu məqsədlə bağlanmış zaminlik müqaviləsi bu razılaşmaya əsasən verilən kreditin faizi ilə birlikdə qaytarılmasına dair öhdəliyin vaxtında və lazımi qaydada icrasının təmin edilməsi üsuludur.
5. İddiaçı (bank) ilə Cavabdeh4 (zamin) arasında imzalanmış xx.xx.2023-cü il tarixli 11FİZAM121758601 saylı zaminlik müqaviləsinə əsasən bu müqavilə Borclunun Kreditor qarşısında müqavilənin 1.2-ci bəndində göstərilən öhdəliyin tamamı ilə icra edilməsi üçün zaminin kreditor qarşısında birgə məsuliyyətinin əsaslarını müəyyən edir. Müqavilə hər iki tərəfin imzası və kredit verənin möhürü ilə təsdiq edilmişdir.
6. İddiaçı (bank) ilə Cavabdeh1 (zamin) arasında imzalanmış xx.xx.2023-cü il tarixli 11FİZAM124998701 saylı zaminlik müqaviləsinə əsasən bu müqavilə Borclunun Kreditor qarşısında müqavilənin 1.2-ci bəndində göstərilən öhdəliyin tamamı ilə icra edilməsi üçün zaminin kreditor qarşısında birgə məsuliyyətinin əsaslarını müəyyən edir. Müqavilə hər iki tərəfin imzası və kredit verənin möhürü ilə təsdiq edilmişdir.
7. İddiaçı (bank) ilə Cavabdeh2 (zamin) arasında imzalanmış xx.xx.2023-cü il tarixli 11FİZAM********** saylı zaminlik müqaviləsinə əsasən bu müqavilə Borclunun Kreditor qarşısında müqavilənin 1.2-ci bəndində göstərilən öhdəliyin tamamı ilə icra edilməsi üçün zaminin kreditor qarşısında birgə məsuliyyətinin əsaslarını müəyyən edir. Müqavilə hər iki tərəfin imzası və kredit verənin möhürü ilə təsdiq edilmişdir.
8. İddiaçı tərəfindən verilmiş Cavabdeh3 ilə bağlanmış xx.xx.2023-cü il tarixli razılaşmaya əlavə olan ödəniş cədvəlinə əsasən Cavabdeh3 tərəfindən kredit müqaviləsi üzrə ödəyəcək əsas məbləğ 10 000 manat, faizin məbləği 1290,97 manat, cəmi ödəniləcək məbləğ 11290,97 manat məbləğində müəyyən edilmişdir. Ödəniş cədvəli borc alan və bank tərəfindən imzalanmışdır.
9. xx.xx.2023-cü il tarixli kassa məxaric orderinə əsasən müəyyən edilir ki, kredit olaraq hesaba ayrılmış vəsaitin 9.801 manat hissəsi Cavabdeh3 tərəfindən nağdlaşdırmışdır.
10. Cavabdeh3 xx.xx.2024-cü il tarxili bank hesabından çıxarışdan müəyyən edilir ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış razılaşmaya əsasən sonuncu tarix xx.xx.2024-cü il olmaqla müxtəlif vaxtlarda həmin hesaba müxtəlif məbləğlərdə pul vəsaiti köçürülmüşdür.
11. 27.06.2024-cü il tarixdə İddiaçı ASC tərəfindən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 pretenziya məktubları ünvanlanaraq kredit müqaviləsi üzrə öhdəliklərin borcalan tərəfindən lazımi qaydada icra edilməməsi əsası ilə kredit müqaviləsinin birtərəfli qaydada ləğv edildiyi bildirilmiş, kredit müqaviləsi üzrə yaranmış borcun 3 gün ərzində ödənilməsi təklif edilmiş, borcun ödənilməsi təmin edilməyəcəyi təqdirdə aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət ediləcəyi bildirilmişdir.
12. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.
14. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər. - 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
15. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrindən irəli gəlir. Cavabdehlərin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya kredit və zaminlik müqavilələri və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
16. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin kredit və zaminlik müqavilərinə əsasən üzərlərinə götürdükləri öhdəlikləri tam icra etmədiklərini, nəticədə onların həmin müqavilə üzrə iddiaçıya 12 aprel 2023-cü il tarixli razılaşmay sasən 1971,32 manat əsas borc məbləği, 17,70 manat faiz borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, borc məbləği cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.
17. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 12 aprel 2023-cü il tarixli razılaşmadan irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı ASC Cavabdeh3 müqavilədə və əlavədə müəyyən edilmiş şərtlərlə cəmi 10 000 manat məbləğində kredit verməklə, razılaşma ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin Cavabdeh3 kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcu yaranmışdır.
18. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hesablanmış 90,83 manat cərimənin cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür.
19. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
20. Məhkəmə hesab edir ki, cavabdeh X1 ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə və razılaşmada öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.
21. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından 70,85 manat məbləğində müəyyən edilməlidir.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
23. Materiallardan da göründüyü kimi iddiaçı tərəfindən 41,25 manat dövlət rüsumu ödənilmişdir.
24. Məhkəmə hesab edir ki, təmin olunan iddia məbləğinə mütənasib olaraq iş üzrə ödənilmiş 40,59 manat dövlət rüsumu xərci cavabdehlərə aid edilməlidir. IV. Nəticə:
25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada 1971,32 manat məbləğində əsas borc, 17,70 manat məbləğində faiz borcu və 70,85 məbləğində dəbbə pulu, cəmi 2059,87 manat (iki min əlli doqquz manat səksən yeddi qəpik) məbləğində pul vəsaiti və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 40,59 manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
X5