Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5515/2024 29.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı qarşı pulun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızı tərəfindən İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair iddiasına kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ
1. Cavabdeh2 MMC (müştəri) və İddiaçı ASC (bank) arasında Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2021-ci il tarixli 1.0.3 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC-04252LE/2019 saylı Razılaşma imzalanmışdır. Razılaşma müştərinin qanuni təmsiçisi elektron imzası ilə təsdiq edilmişdir
2. Cavabdeh2 MMC (müştəri) və İddiaçı ASC (bank) arasında xx.xx.2021-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu imzalanmışdır. Həmin şərtlər toplusunun: 1-ci bəndinin 1-ci yarımbəndinə əsasən həmin müqavilədə müştərinin müraciəti əsasında ona bank hesabının açılması, depozitin yerləşdirilməsi, maliyyələşdirilməsi (kredit, kredit xətti və ya limitin ayrılması), ticarətin maliyyələşdirilməsi (akkreditiv, qarantiya, stand-by akkreditiv, inkasso), ödəniş kartların verilməsi, inkassasiya xidməti, depozit qutularının icarəsi və bu xidmətlərin göstərilməsindən irəli gələn şərtlər öz əksini tapmışdır. 1-ci bəndinin 2-ci yarımbəndinə əsasən müqavilədə qeyd olunan xidmətlərdən hər birinin bank tərəfindən müştəriyə təqdim olunması üçün bu müqavilədən başqa müvafiq ərizə formalarının da müştərinin özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən doldurularaq banka təqdim olunması tələb olunur. İV-cü bəndinin 1.1-ci yarımbəndinə əsasən bank “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə və ya birdəfəlik verilən kredit (birdəfəlik, bərpa olunan, bərpa olunmayan, overdraft, tranş kredit, invoys əsasında maliyyələşdirmə və ya qarantiya /akkreditivin maliyyələşdirilməsi, kredit xətti və s.kimi öhdəliklər) üçün Müştəriyə “Maliyyələşdirmə üçün ərizə” forması göstərilən şərtlərlə kredit verir. Kredit üzrə faizlərin hesablanması və ödənilməsi qaydası , qevvədə olma müddət , cərimə, məqsəd, Müştəriyə verilməsi qaydası və bu kimi “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunacaq. Həmin müqavilənin Kredit (Maliyyələşdirmə) adlanan İV-cü bəndinin 1.5-ci yarımbəndinə əsasən bu müqavilə bankın müştəriyə kredit vermək vədini ifadə etmir. “Maliyyələşmə üçün ərizə” formasında göstərilən məbləğ çərçivəsində müştərinin hər bir kredit sifarişinə ayrıca baxılır və qərar verilir. Müsbət qərar olduğu təqdirdə tərəflər arasında müvafiq kredit şərtləri göstərilərək “Maliyyələşmə üçün ərizə” imzalanır. İV-cü bəndinin 3.1-ci yarımbəndinə əsasən kredit, bank tərəfindən kredit məbləğinin müştəriyə bankda onun üçün açılan kredit hesabından cari hesabına köçürülməsi yolu ilə verilir. İV-cü bəndinin 3.2-ci yarımbəndinə əsasən müştəri kreditdən istifadəyə görə banka “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada faizləri ödəyir. Ümumi şərtlər toplusu cavabdehin qanuni təmsiçisinin elektron imzası ilə təsdiq edilmişdir.
3. Cavabdeh2 MMC (müştəri) tərəfindən İddiaçı ASC-yə (banka) xx.xx.2022-ci il tarixli DC00327535-10 saylı maliyyələşdirmə üçün ərizə təqdim edilmişdir. Həmin ərizənin şərtlərinə əsasən (kredit əməliyyatı üzrə) müştəri Cavabdeh2 MMC-yə illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%-lə, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, xx.xx.2024-cü il tarixədək müddətə 9016 manat məbləğində malın alınması məqsədilə birdəfəlik kredit verilmişdir. Ərizə müştərinin qanuni təmsiçisinin elektron imzası ilə təsdiq edilmişdir
4. İddiaçı ASC (bank) ilə Hasan Kılıç (zamin) arasında müvafiq olaraq 26 may 2022-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən bank ilə borc alan arasında müqavilənin 2.1-ci bəndində göstərilən kredit müqaviləsi əsasında borc alana veriləcək müqavilənin 2.2-ci bəndində göstərilən kreditlə əlaqədar olaraq borc alan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin borc alan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. 2.1-ci bəndinə əsasən zaminliklə təmin olunan öhdəlik: DC00327535-10 saylı maliyyələşdirmə üçün ərizə. 2.2-ci bəndinə əsasən zaminliklə təmin olunan müqavilənin predmetini borc alana illik 17% olmaqla 9016 manat məbləğində və 24 ay müddətə birdəfəlik kredit təşkil edir. 3-cü bəndinə əsasən zamin bank qarşısında borcalanın müqavilənin 2.1-ci bəndində göstərilən öhdəliyi üzrə banka olan borcları, həmçinin bu öhdəliklə əlaqədar yaranan və yarana biləcək hər cür zərər, komisyon, dəbbə pulu, məhkəmə xərcləri və s.məbləği həcmində məsuliyyət daşıyır. 5.1-ci bəndinə əsasən borc alan zaminliklə birlikdə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamindən borc alanın öhdəliyi üzrə yaranan bütün xərcləri ödəməyi tələb etmək hüququna malikdir. Müqavilə bank tərəfindən imza və möhür ilə, zamin tərəfindən imza ilə təsdiq edilmişdir.
5. PB/PBL-OUT-00317-2024 nömrəli, sonuncu xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh2 MMC-nin xx.xx.2024-cü il tarixə DC00327535-10 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas borc 2244,22 manat, faiz borcu 148,37 manat, 32,88 manat cərimə olmaqla, cəmi 2425,47 manat təşkil edir. Gecikmə günü: 139
6. İddiaçı ASC tərəfindən cavabdehlər Cavabdeh2 MMC-yə və Hasan Kılıça xəbərdarlıq məktubu ilə müraciət edilərək, müvafiq müqaviləyə əsasən Bank qarşısında yaranmış gecikmiş öhdəliklərinin icrası xahiş etmişdir.
İİ. MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
7. İddiaçı ASC cavabdehlər Cavabdeh2 MMC-yə və Hasan Kılıça qarşı borcun tutulması tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 MMC, Hasan Kılıçdan DC00327535-10 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 2,244.22 manat əsas borc, 148.37 manat faiz borcu, 32.88 manat cərimə borcu olmaqla, cəmi 2,425.47 manat məbləğində borcun müştərək qaydada tutulması, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 44.26 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh2 MMC arasında xx.xx.2021-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2021-ci il tarixli 1.0.3 nömrəli versiyasının şərtlərinin qəbul edilməsi barədə OnGTC-04252LE\2019 saylı razılaşma imzalanmışdır. Həmin razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş X2 qeyd edilmiş şərtləri qəbul edir. Sonradan tərəflər arasında ümumi şərtlər toplusu çərçivəsində xx.xx.2022-ci il tarixli DC00327535-10 saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış və bank tərəfindən borc alana xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 9,016 manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir. Borc alan Cavabdeh2 MMC-nin bank qarşısında öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə: bank ilə Hasan Kılıç arasında DC00327535-10saylı maliyyələşdirmə üzrə ərizənin təminatı olaraq xx.xx.2022-ci il tarixli DG**********747 saylı zaminlik müqaviləsi bağlanmışdır. Hazırda borc alanın xx.xx.2024-ci il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri: -DC00327535-10 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 2,244.22 manat əsas borc, 148.37 manat faiz borcu, 32.88 manat cərimə borcu olmaqla, cəmi 2,425.47 manat təşkil edir. Lakin borc alan qeyd edilən müqavilə üzrə öhdəliklərini 139 gün icra etməyərək gecikmələrə yol vermişdir. Buna görə də bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək cavabdehlərə xəbərdarlıq məktubu göndərilmiş və bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. X3 4-cü bölümünün 3.11-ci bəndinə əsasən kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun 4-cü bölümünün 5.2.1-ci bəndinə əsasən kreditin və faizlərin ödənilməsi müştəri tərəfindən 3 aydan artıq müddətə gecikdirildikdə bank müştəriyə verilən krediti vaxtından əvvəl ləğv edə və ya kredit məbləğini vaxtından əvvəl müştəridən tələb edə bilər. Eyni zamanda X3 əsasən müştəri tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmədikdə, Azərbaycan Respublikası Qanunlarına əsasən məhkəmələrə və digər səlahiyyətli orqanlara müraciət etmək bankın hüququdur. İddiaçı ASC tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 44,26 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
9. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385, 421.2, 442, 443.1, 445.1, 445.2.1, 448.1, 465.2, 470, 472-ci maddələrinə istinad etmişdir.
b) İddiaya qarşı etirazın dəlilləri
10.İddiaya qarşı etiraz təqdim olunmamışdır.
b) İşdə iştirak edən şəxslər və onların izahatları
11. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də tərəflərin təqdim etdiyi sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir.
İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
12. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
13. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
İV. TƏTBİQ EDİLƏN HÜQUQ
14. AR Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər.
15. AR MPM-in: 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 114.1-ci maddəsinə görə qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 16.“ V. MƏHKƏMƏNİN MÖVQEYİ
17. Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
18. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2021-ci il tarixdə Cavabdeh2 MMC (müştəri) və İddiaçı ASC (bank) arasında Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun şərtlərinin qəbul etməsi barədə arasında OnGTC-04252LE/2019 saylı razılaşma imzalanmışdır. Həmin şərtlər toplusunda müəyyən edilmiş şərtlərə uyğun olaraq Cavabdeh2 MMC tərəfindən banka təqdim edilmiş və bank tərəfindən təsdiqlənmiş xx.xx.2022-ci il tarixli DC00327535-10 saylı Maliyyələşdirmə üçün ərizəyə (kredit müqaviləsinə) əsasən illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%-lə, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, xx.xx.2024-cü il tarixədək müddətə 9016 manat məbləğində malın alınması məqsədilə birdəfəlik kredit verilmişdir. İddiaçı ASC cavabdeh kredit müqaviləsinə əsasən üzərinə Cavabdeh2 MMC qarşısında götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin Cavabdeh2 MMC maliyyələşdirmə üçün ərizə üzrə əsas və faiz kredit borcunu ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə cavabdehin iddiaçıya 2,244.22 manat əsas borc, 148.37 manat faiz borcu yaranmışdır.
19. Odur ki, kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması hissəsində iddia əsaslı olduğundan təmin edilməlidir.
20. Bundan əlavə iddiaçı tərəfindən kredit müqaviləsi üzrə əsas borcu ödəniş planına uyğun qaytarmadığına görə Cavabdeh2 MMC-yə 32,88 manat məbləğində dəbbə pulu hesablanmışdır.
21. Məhkəmə qeyd edir ki, kredit əməliyyatları üzrə maliyyələşdirilmiş pul məbləğlərinin borclu tərəfindən ödənilməsi gecikdirildiyi halda cərimə faizlərinin ödənilməli olması Şərtlər Toplusunda və maliyyələşdirmə üçün ərizədə nəzərdə tutulmuşdur. Odur ki, hazırkı halda mübahisəli maliyyələşdirmə üçün ərizə üzrə verilmiş kredit məbləğinin ödənilməsi gecikdirildiyindən iddiaçı həmin ərizə üzrə əsas borc məbləğinə hesablanmış dəbbə pulunun ödənilməsini də tələb etmək hüququna malikdir.
22. Dəbbə pulunun məbləğinə gəldikdə məhkəmə hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək deyildir, belə olan halda isə Mülki Məcəllənin 467-ci maddəsinin tələblərini əsas görürməklə həmin məbləğin azaıldılması üçün əsas yoxdur.
23. Bununla yanaşı iş materiallarına əsasən müəyyən edilir ki, xx.xx.2022-ci il tarixli DC00327535-10 saylı Maliyyələşdirmə üçün ərizə üzrə borc alan Cavabdeh2 MMC-nin öhdəliklərinin təminatı üsülu kimi İddiaçı ASC (bank) ilə Hasan Kılıç (zamin) arasında 26 may 2022-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən zamin Hasan Kılıç Cavabdeh2 MMC -nın sözügedən maliyyələşdirmə üçün ərizədən irəli gələn öhdəliklərinə zamin durmuşdur.
24. Məhkəmə zamin Hasan Kılıç mübahisəli maliyyələşdirmə üçün ərizə (kredit müqaviləsi) üzrə Cavabdeh2 MMC -nin bütün öhdəliklərinə zamin durduğundan həmin öhdəliklərə görə borc alanla birgə məsuliyyət daşıdıqlarını nəzərə alaraq hesab edir ki, İddiaçı ASC həmin müqavilə üzrə borcların müştərək qaydada borc alan və zamindən tutulmasını tələb etməkdə haqlıdır.
25. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 44,26 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.
26. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 44,26 manat təşkil edir.
27. Digər tərəfdən MPM-in 114.1-ci maddəsinə görə qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır.
28. Hazırkı qətnamə ilə iddia təmin edildiyindən MPM-in 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 44,26 manat məbləğində pul vəsaiti cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.
29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 müştərək qaydada xx.xx.2022-ci il tarixli DC00327535-10 saylı Maliyyələşdirmə üçün ərizə üzrə 2,244.22 manat məbləğində əsas borc, 148.37 manat məbləğində faiz borcu və 32,88 manat məbləğində dəbbə pulu olmaqla, ümumilikdə cəmi 2425,47 manat məbləğində bоrc, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 44,26 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASCyə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Əliyeva