Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-554/2022 05.04.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Mustafayev Ramil Elbrus oğlunun katibliyi, iddiaçının nümayəndələri Nümayəndə2 və X1, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə3, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təhcizat İdarəsinin nümayəndəsi Nümayəndə5, cavabdeh Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin nümayəndəsi Nümayəndə6, cavabdeh Azərbaycan Respublikasının Hesablama Palatasının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Azərbaycan Respublikası Təhsil Nazirliyinə, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfat hesablı Əsaslı Tikinti və Təhcizat İdarəsinə, Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə, Azərbaycan Respublikası Maliyyə Nazirliyinə, Azərbaycan Respublikasının Hesablama Palatasına və Cavabdeh6nə qarşı dövlət satınalmasının nəticələrinin və satınalma müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Prezidentinin 26 may 2021-ci il tarixli Sərəncamına Əlavədə nəzərdə tutulan Azərbaycan Respublikasının müxtəlif rayonlarında 31 modul tipli məktəbin quraşdırılması işlərinə dair Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin tərəfindən elan edilən dövlət satınalmasında cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin, Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin, Cavabdeh1 və Azərbaycan Respublikasının Hesablama Palatasının əməllərinin qanunsuz və əsassız hesab edilməsi, təkliflər sorğusu proseduru üzrə dövlət satınalmasının nəticələrinin və satınalma müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikasında modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərinin davam etdirilməsi haqqında 26 may 2021-ci il tarixli Sərəncam imzalanmışdır. Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazisində modul tipli təhsil müəssisələrinin quraşdırılması məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.13.3-cü yarımbəndində göstərilmiş 10 milyon manat Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılmış, Cavabdeh1 bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etməli, Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməli idi. Həmin Sərəncam əsasında, Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsərrülathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən “respublika ərazisində modul tipli məktəblərin quraşdırılması işlərinə dair” təkliflər sorğusu proseduru üzrə Sənədlərə dair ilk elan vermiş, elanda “Modul tipli məktəblərin quraşdırılması” üzrə Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən keçiriləcək satınalma prosedurunda iştirak etmək üçün bir çox sənədlər tələb edilmişdir. Sonradan AR Təhsil Nazirliyinin Təsərrülathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən “respublika ərazisində modul tipli məktəblərin quraşdırılması işlərinə dair” təkliflər sorğusu proseduruna dəvət edilməsi barədə yenidən elan verilmişdir və şərtlər ağırlaşdırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 26 may tarixli Sərəncamına Əlavədə nəzərdə tutulan Azərbaycan Respublikasının müxtəlif rayonlarında 31 modul tipli məktəbin quraşdırılması işlərinə dair Müqavilənin tələb olunan yerinə yetirilmə müddəti dekabr 2021 müəyyən edilmişdir. Məlum olduğu kimi, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişik edilməsi barədə 27 may 2021-ci il tarixdə Sərəncam imzalanmışdır. Həmin Qanuna edilən bu dəyişikliklər məhz dövlət satınalmalarında şəffafığın və səmərəliliyin, o cümlədən satınalma metodunun aydınlıq və aşkarlıq şəraitində aparılmasını təmin etmək məqsədi ilə edilmişdir. Bu dəyişiklik həm də dövlət satınalma proseslərində iştirak haqlarının və digər xərclərin əhəmiyyətli şəkildə azaldılmasına, sahibkarlara iştirak üçün geniş imkanların yaradılmasına xidmət etmək üçün aparılmışdır. Təhsil sahəsində satınalmalar yolu ilə bir çox xidmətlərini təklif edən ən böyük dövlət qurumlarından biri, Təhsil Nazirliyinin təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsidir. Məlum olduğu kimi, bu qurum ölkə ərazisində fəaliyyətdə olan təhsil müəssisələrinin təmir tikintisindən tutmuş, digər bir çox təchizat işlərini də həyata keçirir. Azərbaycan Respublikasının ərazisində modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərində Təhsil Nazirliyinin Təsərrüfıthesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin səlahiyyətli vəzifəli şəxsləri tərəfndən saysız-hesabsız özbaşınalıq, saxtakarlıq, vəzifədən sui-istifidə və sair qanunsuzluq hallarına yol verilmişdir. Təhsil Nazirliyinin təsərrüfıthesablı Əsaslı Tikinti və Təchizat İdarəsində keçirilən satınalmalarda yeni, korrupsiyaya yol açan amillər baş alıb gedir. Yəni dövlətsatınalma proseduru başlamamış artıq bütün işlər idarənin rəisi Anar Axundovun və rəis mavini Fərhan Əliyevin qohumlarının adlarına təsis edilmiş müəssisələr tərəfndən icra edilir. Belə ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrülat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi Respublika Ərazisində modul tipli məktəblərin quraşdırılması işlərini “Təkliflər Sorğusu proseduru” ilə satın alınmasını elektron portal (elan 08.07.2021) üzərindən həyata keçirir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxs olaraq iddiaçını da bu iş çox maraqlandırmışdır. Saytlardan (https://azertaa.az/xeber/1790247) əldə etdiyimiz məlumatlara görə ehtimal dəyəri 10 milyon manat olan 31 ədəd modul tipli məktəblərin quraşdırılması nəzərdə tutulmuşdur. Satınalmada iştirak etmək məqsədi ilə tender komissiyasına dəfələrlə müraciət olunmasına baxmayaraq heç nə əldə olunmamışdır. Belə ki, 07 iyul 2021-ci il tarixində Təhsil Nazirliyinin təsərrüfıthesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin Tender Komissiyasına elektron qaydada yazılı müraciət olunmuş və “Bu sənədlər kağız daşıyıcısı formasında Tender Komissiyasına təqdim olunmalı, sənədlərin təhlilindən sonra Sizin satınalma prosedurunda iştirakınız məsələsinə baxılacaqdır” bildirilmişdir. Sonradan “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunlarına zidd olaraq, "xxxx" MMC-nin həmin satınalmada iştirak etməməsi üçün hər cür maneələr yaratdılar. Hətta şərtləri çətinləşdirmək məqsədi ilə elanı da dəyişdirib ikinci elan verdilər və ikinci elanda olan şərtlər birinci elandakı şərtlərdən çox ağır olmuşdur. Modul tipli məktəblərin quraşdırılmasını qiymətləndirmək məqsədi ilə saytda göstərilən ərazilərdəki Ağsu, Şabran, Quba, Gədəbəy, Xaçmaz və digər rayonlarda məktəblərə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, satınalma proseduru başlamamışdan əvvəl məktəblərin bəziləri 50%, bəziləri isə 70%-i quraşdırılmışdır. Bunları hansı şirkət və ya kim tərəfindən quraşdırılmasını öyrənmək mümkün olmamışdır. Qeyd edirəm ki, heç bir sahibkar satınalmada qalib olmamışdır. Bildiyimizə görə bu işləri Təhsil Nazirliyinin təsərrüfıthesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin rəhbəri Anar Axundovun qohumlarının adlarına təsis edilmiş müəssisələr tərəfindən qeyri-qanuni yollarla nəğd hesablaşmalar üsulu ilə aparılmışdır. Hətta orada çalışan işçilərin əmək haqlarının da nəğd qaydada ödənilməsi tərəfimizdən dəqiqləşdirilmişdir. Bu qanunsuzluqlarla bağlı aidiyyatı qurumlara şikayət olunduqdan sonra 22 iyul 2021-ci il tarixdə Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təçhizat İdarəsində satınalma komissiyanın sədri olan Sirac Əliyev modul tipli məktəblərin quraşdırılması ilə bağlı idarənin rəis müavini Fərhan Əliyevin iddiaçının rəhbəri ilə görüşmək istədiyini bildirdi. Görüş zamanı satınalma müqaviləsi və digər sənədləşmələr olmadan qanunsuz olaraq işlərin 70%-nin görüldüyünü və bu hallann Azərbaycan Respublikasının Qanunvericiliyinə, AR Prezidentinin göstəriş və tapşırıqlarına zidd olduğunu bildirildi. Buna cavab olaraq, qanunları kənara qoymaq, qanunsuz işlərinə qarışmamaq və şikayət etməmək məsləhət görüldü, modul tipli məktəblərin quraşdırılmasını iddiaçıya verə bilmədikləri bildirildi. Bu da rüşvətin başqa yeni bir formasıdır. İddiaçının rəhbəri qalib olacaq təşkilatın Anar Axundovun qohumlarına aid olduğunu bilirdi. Modul tipli məktəblərin quraşdırılmasında iştirak etməkdə israrlı olduğunu bildirdi və aidiyyəti orqanlara şikayət göndərdi. Növbəti gün Modul tipli məktəblərin quraşdırılmasında iştirak etmək üçün Təhsil Naziri Emin Əmurullayevdən razılıq alındığını və yeni təsis edilmiş təşkilatın yaradılmasının vacib olduğunu bildirildi. 26 iyul 2021-ci il tarixdə modul tipli 30 məktəbin quraşdırılması işlərinin satınalınması üçün keçirilən qaununsuz satınalmada 9,8 milyon manatla qalib elan olundu. Qeyd olunduğu kimi, satınalma oyunu başlamamış məktəblərin 70%-i quraşdırılmışdır. Saytda elan edilmiş ehtimal qiymətlərlə görülən işləri müqayisə etdikdə qiymətlər 5 dəfədən çox şişirdilmişdir. Məsələn, Ağsu rayonun Təklə kəndində quraşdırılmış məktəbi 350000 manata deyil, 75000 manata quraşdırmaq olardı. İddiaçı həmin vəsaitlə 30 deyil, 45 modul tipli məktəb və 40 idman meydancası inşa edə bilərdi. Məktəblərin quraşdırılmasında istifadə edilən materiallar çox ucuz və keyfiyyətsiz olmuşdur. Belə ki, sendviç panel (1 kv.m-35 manat) deyil, profoastil dəmir lövhələr (1 kv.m-5 manat) və daş yundan (1 kv.m-2 manat) istifadə edilmişdir. Görülən işləri hansı materiallarla, hansı formada və hansı vəsait hesabına olacağını bilən və bunlara nəzarət edən sifarişçi təşkilat Təhsil Nazirliyinin təsərrüfıthesablı Əsaslı Tikinti və Təchizat İdarəsidir. Yəni, 23 iyul 2021-ci il tarixdə satınalma portalında elanı verilmiş Oğuz rayon məktəblərində Balakən rayonu məktəblərində cari təmir işləri, Ağsu rayonu 5 saylı məktəbində (elan 02 iyul 2021-ci il, zərflərin açılışı 07 avqust 2021-ci il) və bunun kimi digər rayonlarda da əsaslı təmir işlərinin satınalma prosesi başa çatmamış icra olunacaq işlər artıq yekunlaşmaqda olmuşdur. Digər cari təmir işləri də eyni formada aparılmışdır. Ümumiyyətlə bu idarənin gördüyü işlər demək olar ki, hamısı eyni vəziyyətdə olmuşdur. Çox təəssüf ki, Təhsil Nazirliyinin təsərrüfıthesablı Əsaslı Tikinti və Təchizat İdarəsində bunun kimi qanunsuzluqlar və dəhşətli dərəcədə qiymət şişirdilmələri saysız-hesabsızdır. Lakin bu günə kimi operativ araşdırılması tələb olunan işlərə yanaşma qeyri-ciddi olmuşdur. Belə ki, bir neçə belə satınalmalar başa çatmışdır. Belə aydın olur ki, Təhsil Nazirliyinin Təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi məqsədi həqiqi real dövlətsatınalması keçirmək deyildir. Formal, yəni “gözdən pərdə asmaq” üçün keçirilən və nəticələri uzun müddət əvvəl məlum olan və saxta xarakter daşıyan satınalmalarda iştirak etmək və qalib olmaq mümkün deyildir, çünki əvvəlki illərdə olduğu kimi, satınalmalarda həyata keçirilməsi nəzərdə işlər qanunsuz yollarla Təhsil Nazirliyinin təsərrüfıthesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin rahbərliyinin qohumlarının adlarına təsisi edilmiş müəssisələr tərəfindən icra edilmişdir. Vergi ödəyicisi olaraq "xxxx" MMC-nin sahibkarlıq subyekti kimi bərabər əsaslarla, bərabər hüquqlarla və bərabər imkanlarla qeyd edilən dövlət satınalmalarında iştirak etmək hüquqları qanunsuz və əsassız olaraq məhdudlaşdırılmış, ona bu satınalmalarda iştirak etməyə imkan verilməmiş və sahibkarlıq subyekti olaraq xidmət göstərmək və qazanc əldə etmək hüququndan məhrum edilmişdir. Bundan sonra "xxxx" MMC məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Prezidentinin 26 may 2021-ci il tarixli Sərəncamına Əlavədə nəzərdə tutulan “Azərbaycan Respublikasının müxtəlif rayonlarında 31 modul tipli məktəbin quraşdırılması işlərinə dair” Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin tərəfindən elan edilən və formal olaraq keçirilən təkliflər sorğusu proseduru üzrə dövlət satınalmasında cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin, Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin, Cavabdeh1, Azərbaycan Respublikasının Hesablama Palatasının və "xxxx" MMC-nin əməllərinin qanunsuz və əsassız hesab edilməsi, həmin təkliflər sorğusu proseduru üzrə dövlət satınalmasının nəticələrinin və satınalma müqaviləsinin etibarsız hesab edilməsinə, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 410 manat məbləğində xərcin və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyindən və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsindən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işdə olan sənədləri tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməlidir. İddiaçının nümayəndəsi Nümayəndə2 izahatında qeyd etdi ki, mübahisə zahiri cəhətdən inzibati xarakterli görünsə də, hazırkı məsələnin əsasını kommersiya mübahisəsi təşkil edir. Belə ki, mübahisə hər hansı inzibati aktın ləğvi və ya dəyişdirilməsi ilə bağlı deyil, "xxxx" MMC-nin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinin məhdudlaşdırılması və iqtisadi faydadan məhrum olmağı ilə bağlıdır. Buna görə də hazırkı tələbə inzibati məhkəmə icraatı qaydasında deyil, mülki mühakimə icraatı qaydasında kommersiya məhkəməsi tərəfindən baxılmalıdır. Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfat hesablı Əsaslı Tikinti və Təhcizat İdarəsinin nümayəndəsi Nümayəndə5 izahatında qeyd etdi ki, tərəflər arasında hər hansı kommersiya münasibətləri mövcud olmamışdır. İddiaçı ilə əlaqəli hər hansı tenderdə, satınalma prosesində iştirakları olmamış, iddiaçı tərəfindən hər hansı hüququnun pozulması halı əsaslandırılmamışdır. Bununla da, hazırkı mübahisəyə kommersiya məhkəməsində baxıla bilməz. Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə3 izahatında qeyd etdi ki, iddianın subyektiv tərkibi əsas götürüldüyü halda mübahisəyə kommersiya mübahisəsi kimi, predmeti əsas götürüldükdə isə inzibati məhkəmə icraatında baxılmalıdır. Belə ki, iddianın predmetini dövlət orqanlarının hərəkətlərinin qanunsuz hesab edilməsi və müqavilənin etibarsız hesab edilməsi təşkil edir. Tərəflər arasında müqavilə olduğu təqdirdə işə kommersiya mübahisəsi kimi baxıla bilərdi. Cavabdeh Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin nümayəndəsi Nümayəndə6 izahatında qeyd etdi ki, Azərbaycan Respublikası MPM-in 26-cı maddəsində hansı işlərə kommersiya məhkəməsində baxılması halları qeyd olunmuşdur. Mövcud müqavilə üzrə hər hansı hüquqlar pozulmuş olsa idi, işə kommersiya mübahisəsi kimi baxıla bilərdi. Bundan əlavə, cavabdeh qismində Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin iştirakı da qanuna uyğun hesab edilə bilməz. Çünki satınalma prosesinin ləğv edilməsi onun səlahiyyətləri xaricindədir. Cavabdeh Azərbaycan Respublikasının Hesablama Palatasının nümayəndəsi Nümayəndə1 izahatında qeyd etdi ki, Azərbaycan Respublikasının Hesablama Palatası satınalma müqaviləsinin bağlanmasına hər hansı müdaxilə edə bilməz. Təmsil etdiyi qurum pozuntu olduğu təqdirdə tədbir görür. Hazırki tələb mülki məhkəmə icraatı qaydasında deyil, inzibati icraat qaydasında baxılmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: - 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs. - 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İİ bölməsinə əsasən iddia ərizəsində cavabdeh kimi qeyd olunan təşkilatlar inzibati orqan hesab olunur. İddia ərizəsinin məzmunundan görünür ki, tələbin 1-ci hissəsi dövlət satınalmasında cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin, Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin, Cavabdeh1, Azərbaycan Respublikasının Hesablama Palatasının əməllərinin qanunsuz və əsassız hesab edilməsi ilə bağlıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir; - 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Tələbin 2-ci hissəsini “təkliflər sorğusu proseduru üzrə dövlət satınalmasının nəticələrinin və satınalma müqaviləsinin etibarsız hesab edilməsi” təşkil etsə də, həmin tələb üzrə mübahisənin əsasını tələbin 1-ci hissəsi (inzibati orqanların əməllərinin qanunsuz və əsassız hesab edilməsi) təşkil edir. Müqavilənin tərəfləri Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfat hesablı Əsaslı Tikinti və Təhcizat İdarəsi və Cavabdeh6 MMC-dir. Yəni, dövlət satınalmasının nəticələri və satınalma müqaviləsi “..ünvanladığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan...” elementi mövcud olmadığı üçün “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsi anlamında inzibati akt sayılmasa da onun eyni Qanunun 1.2-ci maddəsində nəzərdə tutulan faktiki xarakterli digər fəaliyyətindən irəli gəlmişdir. Məhkəmə kolegiyası hesab edir ki, iddianın ilk (əsas) tələbinə mahiyyəti üzrə mülki mühakimə icraatı qaydasında baxıla bilmədiyindən, hüquqi müqəddəratı həmin tələblə bağlı mübahisənin həllindən birbaşa asılı olan ikinci tələbə də (baxmayaraq ki, ikinci tələbə mülki mühakimə icraatı qaydasında baxıla bildiyi, lakin kommersiya mübahisəsi olmadığı əsası ilə iş həmin hissədə ümumi məhkəməyə göndərilə bilərdi) eyni hüquqi müstəvidə qiymət verilməlidir. Belə ki, əgər ilk iddia tələbi uğurlu olarsa, iddiaçı daha sonra həmin tələbdən asılı olan ikinci tələbini irəli sürə bilərdi. Əks halda, həm ikinci tələb, həm də onun ilk tələb həll olunmadan baxılması üçün ümumi məhkəməyə göndərilməsi yalnız formallıq ifadə edəcək və prosessual qənaət prinsipi ilə ziddiyyət təşkil edəcəkdir. Çünki ilk tələb həll olunmadan ikinci tələbin təqdim olunduğu anda əsassızlığı və qanunsuzluğu açıq və aşkardır ki, iddianın bu qaydada formal rəddi ədalət mühakiməsinin statusuna, ümumi prinsiplərinə və məqsədlərinə ziddir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki işə kommersiya mübahisəsi kimi mülki məhkəmə icraatı qaydasında baxılması mümkün dејилдиr. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 261.0 və 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. - 262.3-cü maddəsinə əsasən həmin Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Azərbaycan Respublikası Təhsil Nazirliyinə, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təhcizat İdarəsinə, Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə, Azərbaycan Respublikası Maliyyə Nazirliyinə, Azərbaycan Respublikasının Hesablama Palatasına və Cavabdeh6nə qarşı dövlət satınalmasının nəticələrinin və müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iş üzrə icraata xitam verilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə iddia ərizəsi ilə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardad rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində ondan elektron kabinet vasitəsi ilə Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-554/2022
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-554/2022
05.04.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver