Məhkəmə qərarları › İş №e-2-2(113)-556/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-556/2025

11.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-556/2025 11.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ləğv prosesindədir) Cavabdehnə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, ipoteka müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ləğv prosesindədir) nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ləğv prosesindədir) Cavabdehnə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. Bank İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ləğv prosesindədir) Cavabdehnə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 27 oktyabr 2017-ci il tarixli 278/M nömrəli kredit müqaviləsi üzrə cəmi 286.430,33 (iki yüz səksən altı min dörd yüz otuz manat, 33 qəpik) AZN borcun, bundan 260.872,84 (iki yüz altmış min səkkiz yüz yetmiş iki manat, 84 qəpik) AZN əsas, 25.557,49 (iyirmi beş min beş yüz əlli yeddi manat, 49 qəpik) AZN faiz borcunun tutulması; - tutmanın ipoteka ilə yüklü edilmiş, Cavabdeh MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən 327.6 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinə (1/3 hissə) yönəlməsi, 28 dekabr 2017-ci il tarixli 295/M nömrəli kredit müqaviləsi üzrə cəmi 2.354.205,31 (iki milyon üç yüz əlli dörd min iki yüz beş manat, 31 qəpik) AZN borcun, bundan 2.317.004,96 (iki milyon üç yüz on yeddi min dörd manat, 96 qəpik) AZN əsas, 37.200,35 (otuz yeddi min iki yüz manat, 35 qəpik) AZN faiz borcunun tutulması; - tutmanın ipoteka ilə yüklü edilmiş, Cavabdeh MMC-yə məxsus ünvan 2 ünvanında yerləşən 50.9 kv.m ümumi sahəsi olan mənzilə yönəlməsi, 16 yanvar 2018-ci il tarixli 301/Mnömrəli kredit müqaviləsi üzrə cəmi 3.412.571,28 (üç milyon dörd yüz on iki min beş yüz yetmiş bir manat, 28 qəpik) AZN borcun, bundan 3.342.200,00 (üç milyon üç yüz qırx iki min iki yüz) AZN əsas, 70.371,28 (yetmiş min üç yüz yetmiş bir manat, 28 qəpik) AZN faiz borcunun tutulması; - tutmanın ipoteka ilə yüklü edilmiş, Cavabdeh MMC-yə məxsus ünvan 3 ünvanında yerləşən 50.9 kv.m ümumi sahəsi olan mənzilə, ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 64.3 kv.m olan mənzil və ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 195.7 kv.m olan mənzilə yönəlməsi, 15 fevral 2018-ci il tarixli 306/M nömrəli kredit müqaviləsi üzrə cəmi 4.698.216,78 (dörd milyon altı yüz doxsan səkkiz min iki yüz on altı manat, 78 qəpik) AZN borcun, bundan 4.624.226 (dörd milyon altı yüz iyirmi dörd min iki yüz iyirmi altı) AZN əsas, 73.990,78 (yetmiş üç min doqquz yüz doxsan manat, 78 qəpik) AZN faiz borcunun tutulması; - tutmanın ipoteka ilə yüklü edilmiş, Cavabdeh MMC-yə məxsus ünvan 6 ünvanında yerləşən 11.7 kv.m yaşayış sahəsi olan mənzilə yönəlməsi, "xxxx" ASC ilə Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixli K3793 saylı kreditor müqaviləsi üzrə öhdəliklərin təminatı qismində silinmiş 2.022.500 (iki milyon iyirmi iki min beş yüz) ABŞ dolları məbləğində borcun tutulması, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 8.675 (səkkiz min altı yüz yetmiş beş manat) AZN dövlət rüsumunun və ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 527 (beş yüz iyirmi yeddi) manat rüsumun Cavabdeh MMC-dən tutulması, yuxarıdakı əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakların açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borclarına yönəlməsi, ipoteka predmetlərinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh MMC-dən tutulması, ipoteka predmetləri olan mənzillərə tutma yönəldikdə və mənzillər satıldıqdan sonra həmin mənzillər boşaldılaraq, alıcıya təhvil verilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" MMC arasında bağlanmış 16 yanvar 2018-ci il tarixli, 301/M nömrəli kredit müqaviləsinə əsasən cavabdehə “daşınmaz əmlakların alınması (mənzillərin alınması)” məqsədləri üçün, illik 5% (beş) olmaqla 24 (iyirmi dörd) ay müddətinə 1.882.300 (bir milyon səkkiz yüz səksən iki min üç yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Sözügedən kredit müqaviləsinə 31 iyul 2019-cu il tarixli əlavəyə əsasən, 1 882 300 (bir milyon səkkiz yüz səksən iki min üç yüz) ABŞ dolları (Bağlanmış əlavəyə əsasən kreditin məbləği mübadilə edilərək AZN valyutasına çevrilmişdir) əsas məbləğdən 3.199.910 AZN məbləğində olan qalıq borcu və hesablanmış faiz borcu Mərkəzi Bankın rəsmi məzənnəsinə uyğun (1 EURO = 1.8964 AZN) mübadilə edilərək 3.119.910 AZN = 1.687.320,26 AVRO əsas borc, 44.443,23 AZN = 23.435,58 AVRO faiz borcu təyin edilmiş, xx.xx.2020-ci il tarixli əlavəyə əsasən əsas məbləğdən 1.687.360,26 AVRO məbləğində olan qalıq borcunun (faiz borcu 32.460,38 AVRO) istifadə müddəti xx.xx.2021-ci il tarixinə qədər artırılmış, xx.xx.2020-ci il tarixli əlavəyə əsasən, əsas məbləğdən 1.687.320,26 AVRO məbləğində olan qalıq borcu və hesablanmış faiz borcu Mərkəzi Bankın rəsmi məzənnəsinə uyğun AZN valyutasına (1 EURO = 1.9810 AZN) mübadilə edilir (əsas məbləğdən 1.687.320,26 AVRO = 3.342.660,68 AZN, 32.803,56 AVRO = 64.983,85 AZN faiz borcu təyin edilir) və kreditin istfadə müddəti bitmə tarixindən 12 ay müddətinə, xx.xx.2022 qədər artırılmış, xx.xx.2022-ci il tarixli əlavəyə əsasən, 3.342.200 AZN məbləğində olan kreditin qalıq məbləğinin istifadə müddəti, bitmə tarixindən 12 ay müddətinə, xx.xx.2022-ci ildən xx.xx.2023-cü il tarixinə kimi artırılmış, xx.xx.2023- cü il tarixli əlavəyə əsasən, 3.342.200 AZN məbləğində olan kreditin qalıq məbləğinin istifadə müddəti, bitmə tarixindən 24 ay müddətinə, xx.xx.2023-ci ildən xx.xx.2025-cü il tarixinə kimi artırılmışdır. Kreditin təminatı kimi, Cavabdeh MMC-yə məxsus (Seriya RX, № 1242015, reyestr nömrəsi **********16-05101-093001, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2018) ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 50.9 kv.m olan mənzil, Cavabdeh MMC-yə məxsus (Seriya RX, № 1241528, reyestr nömrəsi **********16-05101- 093002, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2018) ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 64.3 kv.m olan mənzil və Cavabdeh MMC-yə məxsus (Seriya RX, № 1241935, reyestr nömrəsi **********28-05101-093002, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2018) ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 195.7 kv.m olan mənzil ipotekaya qoyulmuşdur. Sözügedən mənzillərin ipotekaya qoyulması barədə Cavabdeh MMC-yə ilə Bank arasında alqı-satqı və ipoteka müqaviləsi bağlanmışdır. CavabdehMMC müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. xx.xx.2018-ci il tarixli 301/M nömrəli kredit müqaviləsinə əsasən, 09 yanvar 2024-cü il tarixə Cavabdeh MMC-nin kredit üzrə cəmi borcu 3.412.571,28 (üç milyon dörd yüz on iki min beş yüz yetmiş bir manat 28 qəpik) AZN təşkil edir. Bundan 3.342.200 (üç milyon üç yüz qırx iki min iki yüz ) AZN əsas, 70.371,28 (yetmiş min üç yüz yetmiş bir manat 28 qəpik ) AZN faiz borcu təşkil edir. Bundan başqa İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" MMC arasında bağlanmış 27 oktyabr 2017-ci il tarixli, 278/M nömrəli kredit müqaviləsinə əsasən cavabdehə “daşınmaz əmlakın alınması (ofisin alınması)” məqsədləri üçün, illik 5% (beş) olmaqla 24 (iyirmi dörd) ay müddətinə 986.000 (doqquz yüz səksən altı min) ABŞ dolları məbləğində kredit verilmişdir. Sözügedən kredit müqaviləsinə xx.xx.2018-ci il tarixli əlavəyə əsasən, verilmiş kreditin 986.000 (doqquz yüz səksən altı min) ABŞ dolları məbləğində qalıq hissəsi və ona hesablanmış 25.197 (iyirmi beş min yüz doxsan yeddi) ABŞ dolları məbləğində faiz borcu, kredit müqaviləsinin 9.1-ci bəndinə əsasən tərəflərin qarşılıqlı razılaşması əsasında Mərkəzi Bankın məzənnəsinə uyğun olaraq ABŞ dollarına (1 ABŞ dolları – 1.70 manat) mübadilə edilərək xx.xx.2018-ci il tarixinə kredit məbləğinin istifadə olunmuş əsas məbləğdən qalıq hissəsi 1.676.200 (bir milyon altı yüz yetmiş altı min iki yüz) AZN məbləğində, faiz borcu isə 42.836 (qırx iki min səkkiz yüz otuz altı) AZN məbləğində təsdiqlənmiş, xx.xx.2019-cu il tarixli əlavəyə əsasən, əsas məbləğdən 1.676.200 AZN məbləğində olan qalıq borcu və hesablanmış faiz borcu Mərkəzi Bankın rəsmi məzənnəsinə uyğun (1 AVRO = 1.8964 AZN) mübadilə edilir (1.676.200 AZN = 883.885,25 AVRO əsas borc, 22.128,95 AZN = 11.668,93 AVRO faiz borcu təyin edilmiş, xx.xx.2019-cu il tarixli əlavəyə əsasən, 883.885,25 AVRO məbləğində olan kreditin istifadə müddəti xx.xx.2020-ci il tarixinə kimi artırılmış, xx.xx.2022-ci il tarixli əlavəyə əsasən, verilmiş 986.000 (doqquz yüz səksən altı min) ABŞ dolları məbləğində olan kreditin (xx.xx.2020-cu il tarixli Əlavəyə əsasən AZN valyutasına mübadilə edilib) 1.792.872,84 AZN qalıq məbləğinin istifadə müddətinin (xx.xx.2021-ci il tarixli Əlavəyə əsasən xx.xx.2022-ci il tarixinə qədər artırılıb), xidmət haqqı tutulmamaq şərti ilə bitmə tarixində 24 (iyirmi dörd) ay müddətinə, xx.xx.2022-ci ildən xx.xx.2024-cü il tarixinə kimi artırılmışdır. Kreditin təminatı kimi Cavabdeh MMC-yə məxsus (Seriya RX, № 1188802, reyestr nömrəsi **********00-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2017) ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 327.6 kv.m olan fərdi yaşayış evi (1/3 hissə) ipotekaya qoyulmuşdur. Sözügedən mənzilin ipotekaya qoyulması barədə Cavabdeh MMC ilə Bank arasında alqı-satqı və ipoteka müqaviləsi bağlanmışdır. CavabdehMMC müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. xx.xx.2017-ci il tarixli 278/M nömrəli kredit müqaviləsinə əsasən, xx.xx.2024-cü il tarixə Cavabdeh MMC-nin kredit üzrə cəmi borcu 286.430,33 (iki yüz səksən altı min dörd yüz otuz manat 33 qəpik) AZN təşkil edir. Bundan 260.872,84 (iki yüz altmış min səkkiz yüz yetmiş iki manat 84 qəpik) AZN əsas, 25.557,49 (iyirmi beş min beş yüz əlli yeddi manat 49 qəpik ) AZN faiz borcu təşkil edir. Bundan başqa İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" MMC arasında bağlanmış 28 dekabr 2017-ci il tarixli, 295/M nömrəli kredit müqaviləsinə əsasən cavabdehə “daşınmaz əmlakın alınması” məqsədləri üçün, illik 6% (altı) olmaqla 24 (iyirmi dörd) ay müddətinə 1.294.042 (bir milyon iki yüz doxsan dörd min qırx iki) ABŞ dolları məbləğində kredit verilmişdir. Sözügedən kredit müqaviləsinə xx.xx.2018-ci il tarixli əlavəyə əsasən, verilən 1.294.042 (bir milyon iki yüz doxsan dörd min qırx iki) ABŞ dolları məbləğində olan kreditin qalıq məbləği Mərkəzi Bankın rəsmi məzənnəsinə uyğun mübadilə edilərək (1 ABŞ dolları = 1.70 AZN), əsas məbləğdən 1.276.941,59 ABŞ dolları məbləğində olan qalıq borcu 2.170.800,70 AZN, faiz məbləğində 5.214,29 ABŞ dolları qalıq borcu 8.864,29 AZN, cəmi 2.179.664,99 AZN təyin edilmiş, xx.xx.2019-cu il tarixli əlavəyə əsasən, əsas məbləğdən 2.170.800,70 AZN məbləğində olan qalıq borcu və hesablanmış faiz borcu Mərkəzi Bankın rəsmi məzənnəsinə uyğun (1 AVRO = 1.8916 AZN) mübadilə edilir (2.170.800,70 AZN = 1.147.600,28 AVRO əsas borc, 42.692,89 AZN = 22.569,72 AVRO faiz borcu təyin edilir) və kreditin illik faiz dərəcəsi endirilərək 3% təyin edilmiş, xx.xx.2019-cu il tarixli əlavəyə əsasən, kreditin istifadə müddəti, bitmə tarixindən 12 (on iki) ay müddətinə xx.xx.2019-cu ildən xx.xx.2020-ci il tarixinə qədər artırılmış, xx.xx.2020-ci il tarixli əlavəyə əsasən, əsas məbləğdən 1.147.600,28 AVRO məbləğində olan qalıq borcu və hesablanmış faiz borcu Mərkəzi Bankın rəsmi məzənnəsinə uyğun (1 AVRO = 2.0190 AZN) mübadilə edilir (əsas məbləğ 1.147.600,28 AVRO = 2.317.004,96 AZN, 13.157.86 AVRO = 26.565,72 AZN faiz borcu təyin edilir) və kreditin istifadə müddəti bitmə tarixindən 12 (on iki) ay müddətinə xx.xx.2021-ci il tarixinə qədər artırılmış, xx.xx.2021-ci il tarixli əlavəyə əsasən, 2.317.004,96 AZN qalıq məbləğinin istifadə müddəti, bitmə tarixindən 12 (on iki) ay müddətinə xx.xx.2021ci ildən xx.xx.2022-ci il tarixinə qədər artırılmış, xx.xx.2022-ci il tarixli əlavəyə əsasən, 2.317.004,96 AZN qalıq məbləğinin istifadə müddəti, bitmə tarixindən 24 (iyirmi dörd) ay müddətinə xx.xx.2022-ci ildən xx.xx.2024-ci il tarixinə qədər artırılmışdır. Kreditin təminatı kimi Cavabdeh MMC-yə məxsus (Seriya RX, № 1216783, reyestr nömrəsi **********77- 05101-093003, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2018) ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 50.9 kv.m olan mənzil ipotekaya qoyulmuşdur. Sözügedən mənzilin ipotekaya qoyulması barədə Cavabdeh MMC ilə Bank arasında alqı-satqı və ipoteka müqaviləsi bağlanmışdır. CavabdehMMC müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. xx.xx.2017-ci il tarixli 295/M nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə Cavabdeh MMC-nin kredit üzrə cəmi borcu 2.354.205,31 (iki milyon üç yüz əlli dörd min iki yüz beş manat, 31 qəpik) AZN təşkil edir. Bundan 2.317.004,96 (iki milyon üç yüz on yeddi min dörd manat, 96 qəpik) AZN əsas, 37.200,35 (otuz yeddi min iki yüz manat, 35 qəpik ) AZN faiz borcu təşkil edir. Bundan başqa İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" MMC arasında bağlanmış 15 fevral 2018-ci il tarixli, 306/M nömrəli Kredit xətti müqaviləsinə əsasən cavabdehə “dövriyyə vəsaitinin artırılması” məqsədi ilə 1.957.000 (bir milyon doqquz yüz əlli yeddi min) ABŞ dolları məbləğində xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək faizlər rüblük, əsas məbləğ müddətin sonunda ödəməklə bərpa olunan kredit xətti açılmışdır. Kredit üzrə faiz dərəcəsi illik 5 (beş) % təşkil edir. Sözügedən kredit xətti müqaviləsinə xx.xx.2018-ci il tarixli əlavəyə əsasən, 36 ay müddətinə, illik 5% hesablamaq şərti ilə açılan 1.850.000 (bir milyon səkkiz yüz əlli min) ABŞ dolları məbləğində olan kreditin limiti artırılaraq 2.200.000 (iki milyon iki yüz min) ABŞ dolları məbləğində təyin edilmiş, xx.xx.2019-cu il tarixli əlavəyə əsasən, kreditin qalıq məbləği Mərkəzi Bankın rəsmi məzənnəsinə uyğun mübadilə edilərək (1 ABŞ dolları = 1.70 AZN), əsas məbləğdən 2.200.000 ABŞ dolları məbləğində olan qalıq borcu 3.740.000 AZN, faiz məbləğindən 12.874,89 ABŞ dolları qalıq borcu 21.887,31 AZN, cəmi 3.761.887,31 AZN təyin edilmiş, xx.xx.2019-cu il tarixli əlavəyə əsasən, əsas məbləğdən 3.740.000 AZN məbləğində olan qalıq borcu və hesablanmış faiz borcu Mərkəzi Bankın rəsmi məzənnəsinə uyğun (1 AVRO = 1.8916 AZN) mübadilə edilir (3.740.000 AZN = 1.977.162,19 AVRO əsas borc, 61.294,95 AZN = 32.403,75 AVRO faiz borc təyin edilir) və kreditin illik faiz dərəcəsi endirilərək 3% təyin edilmiş, xx.xx.2020-ci il tarixli əlavəyə əsasən, 1.977.162,19 AVRO məbləğində olan qalıq məbləğ və hesablanmış faiz borcu Mərkəzi Bankın rəsmi məzənnəsinə uyğun (1 ABŞ dolları = 1.70 AZN, 1 AVRO = 1.8395 AZN) 1.977.162,19 AVRO = 2.139.405,80 ABŞ dolları əsas məbləğ, 22.355,76 AVRO = 24.190,25 ABŞ dolları faiz məbləği təyin edilmiş, xx.xx.2020-ci il tarixli əlavəyə əsasən, kredit xəttinin limiti artırılaraq 2.700.000 (iki milyon yeddi yüz min) ABŞ dolları məbləğində təyin edilmiş, xx.xx.2020- ci il tarixli əlavəyə əsasən, kredit xəttinin limiti artırılaraq 3.700.000 (üç milyon yeddi yüz min) ABŞ dolları məbləğində təyin edilmiş, xx.xx.2020-ci il tarixli əlavəyə əsasən, 3.700.000 (iki milyon yeddi yüz min) ABŞ dolları məbləğində olan kreditin əsas məbləğdən 2.899.405,80 ABŞ dolları məbləğində olan qalıq borcu və hesablanmış faiz borcu Mərkəzi Bankın rəsmi məzənnəsinə uyğun AZN valyutasına (1 ABŞ dolları = 1.70 AZN) mübadilə edilir (əsas məbləğdən 2.899.405,80 ABŞ dolları = 4.928.989,86 AZN, 28.288,48 ABŞ dolları = 48.090,42 AZN faiz borcu təyin edilir) və kreditin istifadə müddəti bitmə tarixindən 12 ay müddətinə, xx.xx.2021-ci ildən xx.xx.2022-ci il tarixinə qədər artırılmış, xx.xx.2022-ci il tarixli əlavəyə əsasən, 4.928.989,86 AZN məbləğində olan kreditin qalıq məbləğinin (əsas məbləğ 4.777.326, faiz 49.132,64) istifadə müddətinin, bitmə tarixindən 24 ay, xx.xx.2022-ci ildən xx.xx.2024- cü il tarixinə kimi artırılmışdır. Kreditin təminatı kimi, satıcı X1 (Azərbaycan Respublikası Bakı şəhəri icra hakimiyyəti, Texniki İnventarlaşdırma və hüquqların Qeydiyyat İdarəsi tərəfindən verilmiş xx.xx.1999-cu il tarixli, Seriya ÖM, № 021304 saylı Qeydiyyat Vəsiqəsinə əsasan satıcıya məxsusdur) Azərbaycan Respublikası Daşınmaz Əmlakın təsvirinə, Dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestri tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 08AS/70 nömrəli arayışa əsasən, ona məxsus ünvan 6 ünvanında yerləşən, yaşayış sahəsi 11.7 kv.m olan, 1 otaqlı mənzili Alıcı-İpoteka qoyanın (CavabdehMMC) mülkiyyətinə vermiş, Alıcı-İpoteka qoyan (CavabdehMMC) isə öz növbəsində aldığı mənzili, öhdəliyin təminatı kimi Kreditor-İpoteka saxlayana ipotekaya qoymuşdur. Sözügedən mənzilin ipotekaya qoyulması barədə X1 (satıcı), Cavabdeh MMC (borc alan və ipoteka qoyan), və Bank (ipoteka saxlayan) arasında alqı-satqı və ipoteka müqaviləsi bağlanmışdır. CavabdehMMC müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ləğv prosesindədir) nümayəndəsi X3 məhkəməyə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi.

4. Cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən nümayəndəsi məhkəməyə gəlməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, digər cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

9. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (borc verən) Cavabdeh (borc alan) arasında xx.xx.2017-ci il tarixli, 278/M saylı “Kredit Müqaviləsi” imzalanmışdır. Həmin müqaviləyə əsasən borc verən borc alana 24 ay müddətinə, illik 5% olmaqla 986.000 ABŞ dolları məbləğində kredit verməyi öhdəsinə götürür.

10. Borc alanın bu müqavilədə nəzərdə tutulan öhdəliklərinin yerinə yetirilməsi xx.xx.2017-ci il tarixli 278/M saylı alqı-satqı və ipoteka müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 332.4m² olan fərdi yaşayış evinin 1/3 hissəsi ilə təmin edilir.

11. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 278/M saylı “Kredit Müqaviləsi”nə xx.xx.2022-ci il tarixli Əlavəyə əsasən tərəflər sözügedən kredit müqaviləsinə əsasən verilmiş 986.000 USD məbləğində kreditin (xx.xx.2020-ci il tarixli Əlavəyə əsasən AZN valyutasına mübadilə edilib) 1.792.872,84 AZN qalıq məbləğinin istifadə müddətinin (xx.xx.2021-ci il tarixli Əlavəyə əsasən xx.xx.2022-ci il tarixinə qədər artırılıb) 24 ay müddətinə, xx.xx.2022-ci ildən xx.xx.2024-cü il tarixinə kimi artırılması barədə razılığa gəlmişlər.

12. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (borc verən) Cavabdeh (borc alan) arasında xx.xx.2017-ci il tarixli, 295/M saylı “Kredit Müqaviləsi” imzalanmışdır. Həmin müqaviləyə əsasən borc verən borc alana 24 ay müddətinə, illik 6% olmaqla 1.294.042 ABŞ dolları məbləğində kredit verməyi öhdəsinə götürür.

13. Borc alanın bu müqavilədə nəzərdə tutulan öhdəliklərinin yerinə yetirilməsi xx.xx.2017-ci il tarixli 295/M saylı alqı-satqı və ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Kiçik Dəniz küçəsi, dalan 1, ev 3 ünvanında yerləşən ümumi sahəsi 50.9 m² olan, 7 nömrəli mənzilin 27.5 kv.m. hissəsi ilə təmin edilir.

14. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 295/M saylı “Kredit Müqaviləsi”nə xx.xx.2022-ci il tarixli Əlavəyə əsasən tərəflər sözügedən kredit müqaviləsinə əsasən verilmiş 1.294.042 USD məbləğində kreditin (xx.xx.2021-ci il tarixli Əlavəyə əsasən kreditin məbləği illik 3% hesablanmaqla, AZN valyutasına mübadilə edilərək 2.317.004,96 AZN təyin edilmiş və istifadə müddəti xx.xx.2022-ci ilə qədər artırılmışdır) 2.317.004,96 AZN qalıq məbləğinin istifdə müddəti, bitmə tarixindən 24 ay müddətinə xx.xx.2022-ci ildən xx.xx.2024-cü il tarixinə qədər artırılması barədə razılığa gəlmişlər.

15. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (borc verən) Cavabdeh (borc alan) arasında xx.xx.2018-ci il tarixli, 301/M saylı “Kredit Müqaviləsi” imzalanmışdır. Həmin müqaviləyə əsasən borc verən borc alana 24 ay müddətinə, illik 5% olmaqla 1.882.300 ABŞ dolları məbləğində kredit verməyi öhdəsinə götürür.

16. Borc alanın bu müqavilədə nəzərdə tutulan öhdəliklərinin yerinə yetirilməsi xx.xx.2018-ci il tarixli, 301-1/M saylı alqı-satqı və ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, ev 177 ünvanında yerləşən, ümumi sahəsi 64.3 kv.m. olan 2 otaqlı, 5 nömrəli, xx.xx.2018-ci il tarixli, 301-2/M saylı alqı-satqı və ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, ev 179 ünvanında yerləşən, ümumi sahəsi 195 kv.m. olan 3 otaqlı, 8 nömrəli, xx.xx.2018-ci il tarixli 301-3/M saylı alqı-satqı və ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, ev 177 ünvanında yerləşən, 2 mərtəbəli binada, ümumi sahəsi 50.9 kv.m., yaşayış sahəsi 28.5 kv.m. olan 3 otaqlı mənzillər ilə təmin edilir.

17. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 301/M saylı “Kredit Müqaviləsi”nə xx.xx.2023-cü il tarixli Əlavəyə əsasən tərəflər sözügedən kredit müqaviləsinə əsasən verilmiş 3.342.200 AZN məbləğində kreditin qalıq məbləğinin istifadə müddəti, bitmə tarixindən 24 ay müddətinə xx.xx.2023-cü ildən xx.xx.2025-ci il tarixinə kimi artırılması barədə razılığa gəlmişlər

18. Muğanbank” Açıq Səhmdar Cəmiyyəti (borc verən) Cavabdeh (borc alan) arasında xx.xx.2018-ci il tarixli, 306/M saylı “Kredit Müqaviləsi” imzalanmışdır. Həmin müqaviləyə əsasən borc verən borc alana 1.957.000 ABŞ dolları məbləğində xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək əsas məbləğ müddətin sonunda ödəməklə bərpa olunan kredit xətti açır. Kredit üzrə faiz dərəcəsi illik 5 % təşkil edir.

19. Borc alanın bu müqavilədə nəzərdə tutulan öhdəliklərinin yerinə yetirilməsi xx.xx.2018-ci il tarixli, 306/M saylı alqı-satqı və ipoteka müqaviləsinə əsasən ünvan 6 ünvanında yerləşən, yaşayış sahəsi 11.7 kv.m. olan 1 otaqlı mənzil ilə təmin edilir.

20. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 306/M saylı “Kredit Müqaviləsi”nə xx.xx.2022-ci il tarixli Əlavəyə əsasən tərəflər sözügedən kredit müqaviləsinə əsasən verilmiş 4.928.989,89 manat məbləğində olan kreditin (xx.xx.2020-ci il tarixli kredit müqaviləsinin əlavəsinə əsasən mübadilə edilib və kredtinin qalıq məbləğinin istifadə müddəti 1.02.2022-ci il tarixinədək artırılıb) qalıq məbləğinin istifadə müddətinin, bitmə tarixindən 24 ay müddətinə xx.xx.2022-ci ildən xx.xx.2025-ci il tarixinə kimi artırılması barədə razılığa gəlmişlər.

21. "xxxx" ASC (girov saxlayan), İddiaçı Açıq Səhmdar Cəmiyyəti (girov qoyan) Cavabdeh (kredit alan) arasında xx.xx.2020-ci il tarixli, G2853 saylı “Girov Müqaviləsi” imzalanmışdır. Həmin müqaviləyə əsasən xx.xx.2020-ci il tarixli K3793 saylı maliyyələşdirmə üçün ərizə üzrə öhdəliklərin təminatı qismində "xxxx" ASC tərəfindən 2.022.500 ABŞ dolları məbləğində olan vəsait "xxxx" ASC-nin xeyrinə girovla yüklü edilmişdir.

22. xx.xx.2020-ci il tarixli K3793 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən "xxxx" ASC tərəfindən Cavabdehnə 12 ay müddətinə illik 4.5% dərəcəsi ilə 2.000.000 ABŞ dolları məbləğində kredit verilmişdir.

23. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli məktubuna əsasən, CavabdehMMC tərəfindən kredit üzrə öhdəliklər lazımınca icra edilmədiyi, əsas və faiz borcu ödənilmədiyi üçün xx.xx.2024-cü il tarixində kredit üzrə əsas və faiz borcu Ləğv prosesində olan "xxxx" ASC-nin girovla yüklü etdiyi vəsaitdən silinmişdir.

24. Müqavilələr, onlara Əlavələr tərəflərin imzası və möhürü ilə təsdiq olunmuşdur.

25. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

26. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.

28. X4 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur.

29. Beləliklə, Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir.

30. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gəlir.

31. Məhkəməyə göndərilən xx.xx.2024-cü il tarixli etirazda cavabdeh iddia ərizəsinin borcun alqı-satqı və ipoteka müqavilələrində göstərilən mənzillərə yönəldilməsi və mənzillər satıldıqdan sonra mənzillər boşaldılaraq, alıcıya təhvil verilməsinə dair hissəsinin təmin edilməməsini xahiş etmişdir.

32. Bundan aydın olur ki, cavabdeh kredit müqavilələrini bağladığını və müqavilələr üzrə kredit götürdüyünü qəbul etmişdir və tələb edilən məbləğlərə dair etiraz etməmişdir.

33. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən xx.xx.2017-ci il tarixli 278/M saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə əsas borc 260.872,84 manat, faiz borcu 25.557,49 manat olmaqla, cəmi 286.430,33 manat, xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən xx.xx.2017-ci il tarixli 295/M saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə əsas borc 2.317.004,96 manat, faiz borcu 37.200,35 manat olmaqla, cəmi 2.354.205,31 manat, xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən xx.xx.2018-ci il tarixli 301/M kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə əsas borc 3.342.200 manat, faiz borcu 70.371,28 manat olmaqla, cəmi 3.412.571,28 manat, xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən xx.xx.2018-ci il tarixli 306/M saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə əsas borc 4.624.226 manat, faiz borcu 73.990,78 manat olmaqla, cəmi 4.698.216,78 manat təşkil edir.

34. Belə olan halda, Məhkəmə hesab edir ki, xx.xx.2017-ci il tarixli 278/M saylı kredit müqaviləsi üzrə əsas borc 260.872,84 manat, faiz borcu 25.557,49 manat, xx.xx.2017-ci il tarixli 295/M saylı kredit müqaviləsi üzrə əsas borc 2.317.004,96 manat, faiz borcu 37.200,35 manat, xx.xx.2018-ci il tarixli 301/M kredit müqaviləsi üzrə əsas borc 3.342.200 manat, faiz borcu 70.371,28 manat, xx.xx.2018-ci il tarixli 306/M saylı kredit müqaviləsi üzrə əsas borc 4.624.226 manat, faiz borcu 73.990,78 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

35. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı aşağıdakıları qeyd edir.

36. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən təyin edilmiş tikinti-texniki ekspertizaya "xxxx" MMC tərəfindən verilən xx.xx.2025-ci il tarixli rəylərə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, ev 179 ünvanında 8 nömrəli mənzilin bazar qiyməti 500.000 manat, likvid qiyməti 450.000 manat, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, ev 177 ünvanında yerləşən 5 nömrəli mənzilin bazar qimyəti 150.000 manat, likvid qiyməti 135.000 manat, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/3 hissəsi bazar qimyəti 200.000 manat, likvid qiyməti 180.000 manat, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, ev 177 ünvanında yerləşən, 3 otaqlı mənzilin bazar qiyməti 120.000 manat, likvid qiyməti 107.000 manat məbləğində müəyyən olunmuşdur.

37. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli G-02/25-019 saylı məktubuna əsasən müəyyən olunur ki, Bakı şəhəri, Nəsimi rayonu, Kiçik Dəniz küçəsi, dalan 1, ev 3, 7 nömrəli mənzil və Bakı şəhəri, Nəsimi rayonu, Todorski küçəsi, dalan 1 ünvanındakı mənzil söküldüyündən qiymətləndirmə işi aparılmamışdır.

38. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.2017-ci il tarixli 278/M saylı kredit müqaviləsi üzrə tutma ünvan 1 ünvanında yeləşən sahəsi 327.6 kv.m olan fərdi yaşayış evinin Cavabdeh MMC-yə məxsus 1/3 hissəsinə ilkin satış qiyməti 180.000 (bir yüz səksən min) manat müəyyən edilməklə, xx.xx.2018-ci il tarixli 301/M saylı kredit müqaviləsi üzrə tutma Cavabdeh MMC-yə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, ev 177 ünvanında yerləşən, ikimərtəbəli binada ümumi sahəsi 50.9 kv.m, yaşayış sahəsi 28.5 kv.m olan 3 otaqlı mənzilə ilkin satış qiyməti 107.000 (bir yüz yeddi min) manat, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, ev 177 ünvanında yerləşən, ümumi sahəsi 64.3 kv.m olan 2 otaqlı, 5 nömrəli mənzilə ilkin satış qiyməti 135.000 (bir yüz otuz beş min) manat, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, ev 179 ünvanında yerləşən, yaşayış sahəsi 57 kv.m olan 3 otaqlı 8 nömrəli mənzilə ilkin satış qiyməti 450.000 (dörd yüz əlli min) manat müəyyən edilməklə yönəldilməli və açıq hərracda satılmalı, satışdan əldə olunacaq vəsait kredit borcunun ödənilməsinə yönəldilməli, ipoteka predmetləri olan mənzillərə tutma yönəldikdə və mənzillər satıldıqdan sonra boşaldılaraq hərracın nəticələri üzrə alıcıya təhvil verilməlidir.

39. Bakı şəhəri, Nəsimi rayonu, Kiçik Dəniz küçəsi, dalan 1, ev 3, 7 nömrəli mənzil və Bakı şəhəri, Nəsimi rayonu, Todorski küçəsi, dalan 1 ünvanındakı mənzillər söküldüyündən isə onlara tutulmanın yönəldilməsi mümkün deyildir. Ona görə də, bu hissədə iddia təmin edilə bilməz.

40. Məhkəmə iddianın “ipoteka predmetlərinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh MMC-dən tutulması” hissəsi ilə bağlı bildirir ki, qətnamə ilə pulun tutulması qət edildiyindən, ipoteka predmeti satıldıqdan sonra vəsait kifayət etməszə pulun tutulması ümumi qaydada həyata keçiriləcəyindən iddianın qeyd edilən hissəsi təmin edilə bilməz.

41. Bundan başqa məhkəmə həmçinin hesab edir ki, Paşa Bank” ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli K3793 saylı kredit müqaviləsi üzrə silinmiş pulun əvəzi olaraq 2.022.500 ( iki milyon iyirmi iki min beş yüz) ABŞ dolları məbləğində pul ödəniş günü Azərbaycan manatına uyğun məzənnə ilə, manatla Cavabdeh MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

42. Məhkəmə həmçinin hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq əvəzi olaraq 7.884,84 manat məbləğində pul da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

43. Bundan başqa ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması üçün ödənilmiş pulun əvəzi olaraq 527 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

44. Beləliklə, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

45. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx.xx.2017-ci il tarixli 278/M saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 260.872 (iki yüz altmış min səkkiz yüz yetmiş iki) manat, 84 (səksən dörd) qəpik, faiz borcu üzrə 25.557 (iyirmi beş beş yüz əlli yeddi) manat, 49 (qırx doqquz) qəpik olmaqla, cəmi 263.430 (iki yüz altmış üç min dörd yüz otuz) manat, 33 (otuz üç) qəpik məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. xx.xx.2017-ci il tarixli 278/M saylı kredit müqaviləsi üzrə tutma ünvan 1 ünvanında yeləşən sahəsi 327.6 kv.m olan fərdi yaşayış evinin Cavabdeh MMC-yə məxsus 1/3 hissəsinə ilkin satış qiyməti 180.000 (bir yüz səksən min) manat müəyyən edilməklə yönəldilsin və açıq hərracda satılsın, satışdan əldə olunacaq vəsait kredit borcunun ödənilməsinə yönəldilsin. xx.xx.2017-ci il tarixli 295/M saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 2.317.004 (iki milyon üç yüz on yeddi min dörd) manat, 96 (doxsan altı) qəpik, faiz borcu üzrə 37.200 (otuz yeddi min iki yüz) manat, 35 (otuz beş) qəpik olmaqla, cəmi 2.354.205 (iki milyon üç yüz əlli dörd min iki yüz beş) manat, 31 (otuz bir) qəpik məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. xx.xx.2018-ci il tarixli 301/M saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 3.342.200 (üç milyon üç yüz qırx iki min iki yüz) manat, faiz borcu üzrə 70.371 (yetmiş min üç yüz yetmiş bir) manat, 28 (iyirmi səkkiz) qəpik olmaqla, cəmi 3.412.571 (üç milyon dörd yüz on iki min beş yüz yetmiş bir) manat, 28 (iyirmi səkkiz) qəpik məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. xx.xx.2018-ci il tarixli 301/M saylı kredit müqaviləsi üzrə tutma Cavabdeh MMC-yə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, ev 177 ünvanında yerləşən, ikimərtəbəli binada ümumi sahəsi 50.9 kv.m, yaşayış sahəsi 28.5 kv.m olan 3 otaqlı mənzilə ilkin satış qiyməti 107.000 (bir yüz yeddi min) manat, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, ev 177 ünvanında yerləşən, ümumi sahəsi 64.3 kv.m olan 2 otaqlı, 5 nömrəli mənzilə ilkin satış qiyməti 135.000 (bir yüz otuz beş min) manat, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, ev 179 ünvanında yerləşən, yaşayış sahəsi 57 kv.m olan 3 otaqlı 8 nömrəli mənzilə ilkin satış qiyməti 450.000 (dörd yüz əlli min) manat müəyyən edilməklə yönəldilsin və açıq hərracda satılsın, satışdan əldə olunacaq vəsait kredit borcunun ödənilməsinə yönəldilsin. xx.xx.2018-ci il tarixli 306/M saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 4.624.226 (dörd milyon altı yüz iyirmi min iki yüz iyirmi altı) manat, faiz borcu üzrə 73.990 (yetmiş üç min doqquz yüz doxsan) manat, 78 (yetmiş səkkiz) qəpik olmaqla, cəmi 4.698.216 (dörd milyon altı yüz doxsan səkkiz min iki yüz on altı) manat, 78 (yetmiş səkkiz) qəpik məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İpoteka predmetləri olan mənzillərə tutma yönəldikdə və mənzillər satıldıqdan sonra boşaldılaraq hərracın nəticələri üzrə alıcıya təhvil verilsin. "xxxx" ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli K3793 saylı kredit müqaviləsi üzrə silinmiş pulun əvəzi olaraq 2.022.500 ( iki milyon iyirmi iki min beş yüz) ABŞ dolları məbləğində pul ödəniş günü Azərbaycan manatına uyğun məzənnə ilə, manatla Cavabdeh MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 7.884 (yeddi min səkkiz yüz səksən dörd) manat 84 (səksən dörd) qəpik məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İpoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş pulun əvəzi olaraq 527 (beş yüz iyirmi yeddi) manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar