Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-5566/2023 23.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyev Emin Zöhrab oğlunun sədrliyi və Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 və Cavabdeh11 qarşı pul və digər tələblərinə dair iddia ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh8 arasında xx.xx.2019-cu il tarixli AKİAD-00155-17/19A saylı Əsas kredit müqaviləsinin, xx.xx.2019-cu il tarixli AKİAD-A0155-17/19A saylı Əlavə kredit müqaviləsinin ləğv edilməsi, AKİAD-A0155- 17/19A saylı əlavə kredit müqaviləsindən irəli gələn xx.xx.2023-cü il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 234273.26 manat, faiz borcu 12622.58 manat, dəbbə pulu 31587.84 manat, cəmi borc 278483.68 manat borcun, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 400 manat məbləğin, iddia qaldırılması üçün ödənilmiş 168.48 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının Cavabdeh8 Bank "xxxx" ASC-nin xeyrinə tutulması, iddiaçı Bank "xxxx" ASC ilə cavabdehlər Cavabdeh8 və Cavabdeh4 arasında bağlanmış xx.xx.2019- cu tarixli, AKİADG-A0155-17/19A saylı ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, ev 114, mənzil 17-ə, iddiaçı Bank "xxxx" ASC ilə cavabdehlər Cavabdeh8 və Cavabdeh10 arasında bağlanmış xx.xx.2019-cu tarixli, AKİADG-B0155-17/19A saylı ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ ilə Cavabdeh10 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Mehdi Mehdizadə küçəsi ev 5, mənzil 3-ə, iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh8 arasında bağlanmış xx.xx.2019-cu tarixli, AKİADG-D0155-17/19A saylı ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ ilə Cavabdeh8 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti,ev 151, mənzil 43-ə tutmanın yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması və həmin ipotekalar ilə təmin edilmiş kredit borcunun ipoteka predmetlərinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmetləri olan əmlaklar satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə, xx.xx.2019-cu il tarixli AKİAD-A0155-17/19A saylı Əlavə kredit müqaviləsi üzrə qalan məbləğin Cavabdeh8 tutulması və ipoteka predmetləri, Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, ev 114, mənzil 17-nin, Bakı şəhəri, Xətai rayonu, Mehdi Mehdizadə küçəsi ev 5, mənzil 3-ün, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, ev 151, mənzil 43- ün boşaldılmasına və tutma yönəldildikdən və satıldıqdan sonra Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, ev 114, mənzil 17- də qeydiyyatda olan Cavabdeh7, Cavabdeh4, Cavabdeh2 qızının həmin mənzildən istifadə hüququna xitam verilməsinə, Bakı şəhəri, Xətai rayonu, Mehdi Mehdizadə küçəsi ev 5, mənzil 3-də qeydiyyatda olan Cavabdeh10, Cavabdeh3, Cavabdeh1 övladları X1, X4 ilə birlikdə, Cavabdeh5 övladı X6 ilə birlikdə həmin mənzildən istifadə hüququna xitam verilməsinə və Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti , ev 151 A, mənzil 9-da qeydiyyatda olan Cavabdeh8, X2, Cavabdeh9 və Cavabdeh11 övladı X5 ilə birlikdə həmin mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. İpoteka haqqında qanunun 59.3, 59.3.1 və 59.4-cü maddələrinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki:yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Göründüyü kimi Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi məhkəmədən kənar qaydada həyata keçirilir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirən məhkəmə hesab edir ki, bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildiyinə görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsində xx.xx.2019-cu il tarixli AKİAD-00155-17/19A saylı əsas kredit müqaviləsinin, xx.xx.2019-cu il tarixli AKİAD- A0155-17/19A saylı əlavə kredit müqaviləsinin ləğv edilməsi tələbinə Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi məhkəmədən kənar qaydada həyata keçirildiyindən həmin tələblərə məhkəmədə baxılmır, Bununla birlikdə iddiaçının Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, ev 114, mənzil 17- də qeydiyyatda olan Cavabdeh7, Cavabdeh4, Cavabdeh2 qızının həmin mənzildən istifadə hüququna xitam verilməsinə, Bakı şəhəri, Xətai rayonu, Mehdi Mehdizadə küçəsi ev 5, mənzil 3-də qeydiyyatda olan Cavabdeh10, Cavabdeh3, Cavabdeh1 övladları X1, X4 ilə birlikdə, Cavabdeh5 övladı X6 ilə birlikdə həmin mənzildən istifadə hüququna xitam verilməsinə və Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti , ev 151 A, mənzil 9-da qeydiyyatda olan Cavabdeh8, X2, Cavabdeh9 və Cavabdeh11 övladı X5 ilə birlikdə həmin mənzildən istifadə hüququna xitam verilməsi hissəsində tələbinə məhkəmədə baxılmalı deyil, belə ki, “İpoteka haqqında” qanuna əsasən tutma məhkəmə qərarına əsasən mənzilə yönəldiyi təqdirdə artıq yeni məhkəmə qərarı olmadan icra sənədi əsasında mənzildə yaşayan şəxslər məcburi qaydada 10 təqvim günü müddətində yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdırlar. Göründüyü kimi iddia ərizəsində məhkəmə baxılmalı olan və olmayan tələblər, yəni bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirilmışdir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə QƏRARAALDİ: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 və Cavabdeh11 qarşı pul və digər tələblərinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı "xxxx" ASC-yə izah edilsin ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 və Cavabdeh11 qarşı kommersiya mübahisəsi ilə bağlı mülki icraat qaydasında baxılması mümkün olan tələblə yenidən məhkəməyə müraciət edə bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-5566/2023
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-5566/2023
23.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver