Məhkəmə qərarları › İş №e-2-2(113)-5577/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-5577/2024

31.07.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-5577/2024 31.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi X1, İddiaçı Cavabdeh-nə qarşı “borcun silinməsinə”dair tələbi barədə ərizəsi və ona əlavə olunmuş sənədləri Bakı Kommersiya Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh ˝usrəzA˝ ASC-nin əməkdaşları tərəfindən xx.xx.2021-ci ildən icarəmdə olan obyektlə bağlı tərtib edilmiş 602218 nömrəli xx.xx.2024-cü il tarixli akt əsasında hesablanmış 4104 manat borcun silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə məhkəməyə ərizə ilə müraciət edərək, ödənilmiş dövlət rüsumunun geri qaytarılmasını məhkəmədən xahiş etmişdir Məhkəmə iş materiallarını nəzərdə keçirərək hesab edir ki, ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilir. Lakin ərizəçi tərəfindən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd ərizəyə əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; - 152.1 və 152.1.5-ci maddələrinə əsasən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, İddiaçı tərəfindən 602218 nömrəli xx.xx.2024-cü il tarixli akt əsasında hesablanmış 4104 manat borcun silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə məhkəməyə ərizə ilə müraciətinin təsdiq edilməsi barədə ərizə verilərkən istinad edilən müvafiq qanunun normasına əsasən işə baxılması ilə bağlı dövlət rüsumunu ödəmədiyi üçün iddia ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269–cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh-nə qarşı “borcun silinməsinə”dair tələbi barədə ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması buna səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardad rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində ondan elektron kabinet vasitəsi ilə Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar