Məhkəmə qərarları › İş №e-2-2(113)-56/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-56/2022

08.06.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-56/2022 08.06.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, İlkin iddiaçı, qarşılıqlı cavabdehin nümayəndəsi Nümayəndə, İlkin cavabdeh, qarşılıqlı iddiaçının nümayəndəsi və vəkili Vəkil, İlkin cavabdeh, qarşılıqlı iddiaçının nümayəndəsi X1 iştirakları ilə, İlkin iddiaçı "xxxx" ASC-nin ilkin Cavabdeh MTK-ya qarşı borcun tutulması tələbinə dair ilkin, qarşılıqlı iddiaçı Cavabdeh MTK-nın qarşılıqlı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair qarşılıqlı iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" ASC Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-nın istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 149.892,37 manat məbləğində borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh MTK-dan tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli sərəncamı ilə təsis edilmiş "xxxx" ASC istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsilə ölçülür və Tarif Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. İddia ərizəsinə əlavə edilmiş arayışdan və abunə haqqında bildirişlərdən göründüyü kimi, abonent kodu 06/37-077 olan Cavabdeh MTK-nın elektrik enerjisindən istifadə etməsi ilə bağlı iddiaçı "xxxx" ASC-yə cəmi 149.892,37 manat borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı Cavabdeh MTK-ya dəfələrlə müraciət olunmuş, lakin cavabdeh müxtəlif bəhanələrlə istifadə etdiyi elekrik enerjisinin haqqı olan 149.892,37 manat borcu bu günə qədər ödəməyərək "xxxx" ASC-yə zərər vurmuşdur. "xxxx" ASC-nin əməkdaşları hər ay Cavabdeh MTK-nın ünvanına gələrək, sayğacın göstəricisini götürməklə ona borcu haqqında bildiriş xəbərdarlıq (hesab-faktura) təqdim etməsini tələbin irəli sürülməsi və cavabdeh tərəfindən isə vaxtaşırı müəyyən miqdarda ödənişlərin edilməsi onun öz öhdəliklərini etiraf etməsi kimi qiymətləndirilməlidir. xx.xx.2020-ci il tarixdə Cavabdeh MTK qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin Cavabdeh MTK-ya hesabladığı 149.892,37 manat məbləğində elektrik enerjisinə görə borcun şəxsi vərəqədən silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MTK-nın özünün 06/37- 077 saylı koda malik olan iki ədəd TR Ns1-1600 kva, TR N°2-1600 kva olmaqla, TM-182 mərkəzi vardır. Həmin transformator məntəqəsində Cavabdeh MTK-nın sakinləri ilə yanaşı, ətraf ərazidə yerləşən bəzi təşkilatlar (o cümlədən ASAN xidmət, Tibb Universitetinin Onkoloji Klinikası və digər təşkilatlar və fiziki şəxslər) elektrik enerjisi ilə qidalanır. Həmin təşkilatların Azərişıq ASC-nin tələbi ilə TM 182-yə qoşulması ilə bağlı "xxxx" MTK-ya bir çox problemlər yaratmışdır. Bunlardan biri də "xxxx" ASC ilə olan mübahisədir. Belə ki, Tikinti Kooperativinin özünün istifadə etdiyi hər bir obyekt üzrə elektrik sayğacları olduğu halda, onun istifadə etdiyi elektrik enerjisi həmin sayğaclar üzrə deyil, baş hesabat sayğacı ilə hesablanır. Bu da öz növbəsində MTK-ya sərf etmədiyi digər təşkilatların sərf etdiyi və artıq elekrik enerjisinin hesablanmasına səbəb olur. Nəticədə MTK-ya istifadə etmədiyi elektrik enerjisinə görə süni borc yaranır. Bu səbəbdən hətta tərəflərindən əsassız olaraq sərf etmədikləri elektrik enerjisinə görə 70.000 manatdan artıq pul vəsaiti Nərimanov rayon RETSİ-nin hesabına köçürülmüşdür. Həmçinin qeyd edir ki, Cavabdeh MTK-nın bütün sakinlərinin mənzilləri tam şəkildə elektrik sayğacı ilə təmin olunmuş və abonent kodları ilə kodlaşdırılmış RETSİ-nin xidmət sahəsinə də daxil edilmişdir. Onlara aidiyyəti olmayan artıq hesablanmış elektrik enerjisi borcunun silinməsi ilə bağlı tərəflərindən həm "xxxx" ASC-yə həm də bir çox yuxarı təşkilatlara dəfələrlə müraciət ünvanlanmışdır. Lakin "xxxx" ASC onların müraciətlərinə nəinki cavab vermiş, əksinə yuxarı təşkilatlara etdikləri müraciətlərə görə Nərimanov RETSİ-nin rəhbərliyi MTK-nın sakinlərinə elektrik enerjisinin verilməsini tez-tez dayandıraraq onları qıcıqlandırır və bu da MTK ilə sakinlərin arasında narazılığın yaranmasına səbəb olur. Bununla bağlı hətta xx.xx.2017-ci il tarixində tərəflərindən "xxxx" ASC-nin sədri Balababa Babayevə ərizə ilə müraciət edilmişdir. Müraciətlərində də qeyd etmişlər ki, ünvan 1 ünvanında Cavabdeh MTK tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasının elektrik enerjisi təchizatı üçün TX-11-0307 saylı, 25 iyul 2007-ci il tarixli texniki şərt verilmişdir. Texniki şərtdə "xxxx" ASC-yə (Bakıelektrikşəbəkə ASC ) qeyd etdikləri kimi özünün TM-182 olduğu halda başqa hüquqi və fiziki şəxslərin istifadə etdiyi elektrik enerjisini Azərişıq ASC əsassız olaraq MTK-nın adına yazırlar. Bu səbəbdən yaradılan süni borcları MTK-ya ödətdirirlər. İddiaçının iddia ərizəsində elektrik enerjisinə görə hesabladığı 149.892,37 manat məbləğ MTK-nın sakinləri ilə yanaşı ətraf ərazidə fəaliyyət göstərən təşkilat və fiziki şəxslərin sərf etdiyi elektrik enerjisinə görə yaranan borcdur. Halbuki, «Elektrik enerjisindən istifadə Qaydaları»nın təsdiq edilməsi haqqında 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarın 7.13-cü bəndində qeyd edilmişdir ki, “Subabonentlərə elektrik enerjisinin verilişi ilə əlaqədar əsas istehlakçının elektrik şəbəkəsindəki elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat), subabonentlərin hesabına, onların istehlak paylarına mütənasib olaraq aid edilir”. Odur ki, baş sayğacdan, sonrakı elektrik enerjisi xətlərində yaranan itkiləri subabonentlər üzrə istifadə etdikləri enerji sərfiyyatına mütənasib qaydada hesablanmalıdır. Göründüyü kimi "xxxx" ASC tərəfindən Cavabdeh MTK-ya istifadə etdiyi elektrik enerjisinə görə hesablanmış 149.892,37 manat reallığı əks etdirmir və həmin məbləğ Cavabdeh MTK tərəfindən sərf edilməmişdir. Odur ki, iddiaçının iddia ərizəsi əsasızdır və rədd edilməlidir. Onların qarşılıqlı iddiaları əsaslıdır, onlara elektrik enerjisindən istifadəyə görə hesablanmış 149.892,37 manat məbləğində borc silinməlidir. Azərişıq ASC həmin borcun hansı ayları, illəri əhatə etməsi, nəyə əsasən hesablanması barədə mötəbər sübutları da məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.2-ci bəndinə 5 uyğun olaraq elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Həmin Qaydaların 8.4-cü bəndinə görə enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Qeyd olunan qaydaların 8,17-ci maddəsinin tələblərinə əsasən istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrik qəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşulmaq hüququ vermir. xx.xx.2021-ci il tarixdə qarşılıqlı iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianın təmini tədbirnin görülməsi barədə məhkəməyə ərizə təqdim edərək, hazırki iş üzrə "xxxx" ASC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, 955-ci məhəllə, X.Şuşinski 21 ünvanında yerləşən "xxxx" MTK-ya və “MTKReal" MTK-nın xidmət göstərdiyi Bakı şəhəri, Nərimanov rayonu, 955-ci məhəllə, X.Şuşinski 21 ünvanında yerləşən, 4 bloklu, 1-ci korpus və 3 bloklu 2-ci korpus binalara elektrik enerjisinin verilməsinin dayandırılmasının "xxxx" ASCyə qadağan edilməsi, habelə dayandırılmış elektrik enerjisinin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, abunəçi Cavabdeh MTK-ya elektrik enerjisinin verilməsi bərpa edilməsi və həmin abunəçiyə elektrik enerjisinin verilməsinin dayandırılması cavabdeh "xxxx" ASC-yə qadağan olunmuşdur. Daha sonra ilkin iddiaçı, qarşılıqlı cavabdeh ilkin iddia ərizəsinə dəyişiklik barədə ərizə təqdim edərək, Cavabdeh MTK-nin istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 176.968,45 manat məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh MTK-dan tutularaq "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, qarşılıqlı iddia tələbini qəbul etməyib ilkin iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, iddia tələbinin təmin olunmasını, qarşılıqlı iddia tələbinin rədd olunmasını xahiş etdi. Nümayəndə məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, 45.173 manat məbləğ abonent saldosunda ödəniş məbləği kimi görsənir. xx.xx.2021-ci il tarixli hesab-fakturadan görünür ki, 45.173,15 manat məbləğində borc səhv hesablandığından silinmişdir. Hazırda borc 147.000 manat təşkil edir. Məhkəmə iclasında ilkin cavabdehin, qarşılıqlı iddiaçının nümayəndəsi A.Hüseynov ilkin iddia tələbini qəbul etməyib, qarşılıqlı iddia tələbini müdafiə edib, qarşılıqlı iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, ilkin iddia tələbinin rədd olunmasını, qarşılıqlı iddia tələbinin təmin olunmasını xahiş etdi. Nümayəndə A.Hüseynov həmçinin izahatında Azərişıq ASC tərəfindən hətta bir dəfə yoxlama aparıldığını və onlara 45.173 manat məbləği geri qaytarıldığını baş sayğacdan sonrakı elektrik enerjisi xətlərində yaranan itkiləri subabonentlərə istifadə etdikləri enerji sərfiyyatına mütənasib qaydada aid edilməli olduğunu, cavabdeh "xxxx" ASC-nin isə itkilərin hamısını Cavabdeh MTK-ya hesabladığını bildirərək elektrik enerjisinə görə əsassız hesablanmış borcun şəxsi vərəqədən silinməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir. Məhkəmə iclasında ilkin cavabdeh, qarşılıqlı iddiaçının nümayəndəsi və vəkili Vəkil ilkin iddia tələbini qəbul etməyib, qarşılıqlı iddia tələbini müdafiə edib, qarşılıqlı iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, ilkin iddia tələbinin rədd olunmasını, qarşılıqlı iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında "xxxx" ASC-nin nümayəndəsi X3 izahatında bildirdi ki, ilkin cavabdehin rəsmi qaydada qeydiyyata alınmayan 8 sayğacı var. 8 sayğac isə qeydiyyata alınmışdır. 8 ədəd lift var və hamısında sayğac quraşdırılıb. 2018-ci ildən əvvəl tikinti aparılması ilə bağlı sərfiyyat daha çox idi. Sayğaclar 2019-cu ilin fevral ayında quraşdırılmışdır. Balans sərhədi aktına əsasən transformator "xxxx" ASC-nin balansındadır. Odur ki, MTK sayğacın transformatordan sonra 0,4 kv-lıq xətdə quraşdırılmasını tələb etməli idi. Onun fikrinə görə MTK-nın aylıq sərfiyyatı 1200 manat civarındadır. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: "xxxx" ASC ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2020-ci il tarixli elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsindən görünür ki, həmin müqavilənin: 7-ci bəndinə görə enerjitəchizatı müəssisəsi bu müqavilə ilə müəyyənləşdirilmiş elektrik enerjisinin göstəricilərinə uyğun olaraq abonenti elektrik enerjisi ilə təchiz edir. 9-cu bəndinə görə hesablaşmalar yalnız tərəflərin elektirk şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişlərinə əsasən aparılır. Hesablaşma elektrik sayğacları tərəflərin elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmadıqda, hesablaşma elektrik sayğacı quraşdırıldığı yerdən şəbəkənin balans mənsubiyyət sərhədinə qədər elektrik enerjisi itkisi (texnoloji sərfiyyat) hesabat yolu ilə müəyyən edilir, həmin elektrik enerjisi itkisinə görə abonentdən əlavə ödəniş tutulmur və o abonentə buraxılmış elektrik enerjisi ilə cəmlənir. 10-cu bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar istehlakçı qrupu üçün müəyyən edilmiş 1 kVts aktiv elektrik enerjisi 0,09 manat tarif üzrə aparılır. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. 12 iyun 2008-ci il tarixli enerji təchizatı müəssisəsi ilə abonent arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti haqqında (elektrik enerjisinin təchizatı üzrə birtipli alqı-satqı müqaviləsinə əlavə) aktdan görünür ki, enerji təchizatı müəssisəsi ilə Cavabdeh MTK arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədini “Elektrik enerjisindən istifadə qaydaları”nın 5-ci fəslinə uyğun olaraq aşağıdakı kimi müəyyən etmişlər: - Yeni tikilmiş 182 saylı TM-nin 0,4 kv PQ-da quraşdırılmış ayrıcının alt dodaqcığından təyin olunsun. Kabel xətti Cavabdeh MTK-nın balansında və xidmətindədir. Cavabdeh MTK tərəfindən "xxxx" ASC-nin Enerji Satış Departamentinə ünvanlanmış 20 avqust 2015-ci il tarixli, 18 saylı məktubunda görünür ki, MTK-ya məxsus iki ədəd TR № 1- 1600 kva, TR № 2-1600 kva olmaqla TM-182 mərkəzi vardır, həmin transfarmator məntəqəsindən Cavabdeh MTK-nın sakinləri ilə yanaşı, ətraf ərazidə yerləşən bütün təşkilatlar (o cümlədən: “ASAN” xidmət, Tibb Universitetinin Onkoloji Klinikası və digər təşkilat və fiziki şəxslər) elektrik enerjisi ilə qidalanırlar. Göstərilən təşkilatların TM-182-yə qoşulması ilə Cavabdeh MTK-nın özünün istifadə etdiyi hər bir obyekt üzrə elektrik sayğacları olduğu halda, onun istifadə etdiyi elektrik enerjisi həmin sayğaclar üzrə deyil, baş hesabat sayğacı ilə hesablanır. Bu da öz növbəsində MTK-ya yerdə qalan elektrik enerjisinin yazılmasına səbəb olur. Nəticədə MTK-ya isitifadə etmədiyi elektrik enerjisinə görə süni borc yaradılır. İki ildən artıqdır ki, MTK-ya yaradılan süni borc hesabına 70.000 manatdan artıq pul vəsaiti Nərimanov rayon RETSİ-nin hesabına köçürülüb. Baş sayğacdan sonrakı elektrik enerjisi xətlərində yaranan itkiləri subabonentlərinin istifadə etdikləri enerji sərfiyyatına mütənasib qaydada hesablanması və ödəniş fakturalarında göstərilməsi üçün aidiyyatı qurumlara göstəriş verilməsi xahiş edilmişdir. "xxxx" ASC-nin xx.xx.2015-ci il tarixli, HX-15/2178 nömrəli məktubundan görünür ki, Cavabdeh MTK-nın 20 avqust 2015-ci il tarixli, 18 saylı məktubu ASC tərəfindən araşdırılmış və araşdırma zamanı məlum olmuşdur ki, Cavabdeh MTK ilə elektrik enerjisindən istifadəyə görə hesablaşma 182 saylı TM-də elektrik qurğularının şəbəkəyə qoşulması üçün verilmiş texniki şərtə uyğun balans mənsubiyyətli sərhəddə quraşdırılmış ******* və ******* saylı hesabat sayğacları ilə aparılır. Hesabat sayğaclarından qidalanan subabonentlər üçün sayğaclar verilmiş texniki şərtlərə uyğun olaraq quraşdırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Elektrik enerjisindən istifadə Qaydaları” haqqında 18 saylı, 2 fevral 2005-ci il tarixli Qərarın 7.13-cü bəndinin 2-ci abzasına uyğun olaraq MTK subabonentlərlə müqavilə bağlayaraq Nərimanov RETSİ-nə təqdim edərsə, transformatorlarda və elektrik enerjisi xətlərində yaranan itkilər subabonentlərə istifadə etdikləri aylıq enerji sərfiyyatına mütənasib olaraq əlavə hesabat yolu ilə verilə bilər. "xxxx" ASC-nin müraciətin araşdırılmasına dair məktubundan görünür ki, Nərimanov rayonu ərazisində yerləşən yeni tikinti Cavabdeh MTK-ya məxsus transformator məntəqəsindən qidalanan əhali və qeyri-əhali subabonentlərinin, kooperativin özünün istifadə etdiyi hər bir obyektləri üzrə elektrik sayğaclarının enerji sərfiyyatı MTK-nın baş sayğacından çıxılır. Təzə tikilən binanın (MTK-ya məxsus) enerji sərfiyyatı da baş sayğacla ölçülür və əhalisi fərdi qaydada qeydiyyata alınmadığından baş sayğacdan çıxılmır. MTK-nın üç il müddətində yığılan 37.097 manat məbləğində olan debitor borcu realdır. Cavabdeh MTK tərəfindən "xxxx" ASC-yə ünvanlanmış 23 avqust 2017-ci il tarixli, 073 saylı məktubdan görünür ki, MTK-ya məxsus iki ədəd TR № 1-1600 kva, TR № 2-1600 kva olmaqla TM-182 mərkəzi vardır, həmin transformator məntəqəsindən Cavabdeh MTKnın sakinləri ilə yanaşı, ətraf ərazidə yerləşən bütün təşkilatlar (o cümlədən: “ASAN” xidmət, Tibb Universitetinin Onkoloji Klinikası və digər təşkilat və fiziki şəxslər) elektrik enerjisi ilə qidalanırlar. Göstərilən təşkilatların TM-182-yə qoşulması ilə Cavabdeh MTKnın özünün istifadə etdiyi hər bir obyekt üzrə elektrik sayğacları olduğu halda, onun istifadə etdiyi elektrik enerjisi həmin sayğaclar üzrə deyil, baş hesabat sayğacı ilə hesablanır. Bu da öz növbəsində MTK-ya yerdə qalan elektrik enerjisinin yazılmasına səbəb olur. Nəticədə MTK-ya isitifadə etmədiyi elektrik enerjisinə görə süni borc yaradılır. İki ildən artıqdır ki, MTK-ya yaradılan süni borc hesabına 115.000 manatdan artıq pul vəsaiti Nərimanov rayon RETSİ-nin hesabına köçürülüb. Cavabdeh MTK-nın balansında olan TR № 1-1600 kva, TR № 2-1600 kva olmaqla TM-182 mərkəzinə qoşulan və MTK-ya aidiyyati olmayan bütün abonentlərin şəbəkədən ayrılması üçün məsul qurumlara göstəriş verilməsi xahiş edilmişdir. "xxxx" ASC Nərimanov Rayonu Enerji Təchizatı və Satış İdarəsinin (RETSİ) arayışlarından görünür ki, abonent kodu 06/37-077 olan Cavabdeh MTK-nın elektrik enerjisindən istifadəyə görə xx.xx.2014-cü il tarixə qalıq borcu 94,05 manat, xx.xx.2015-ci il tarixə qalıq borcu 4516,77 manat, xx.xx.2016-cı il tarixə qalıq borcu 22184,02 manat, xx.xx.2017-ci il tarixə qalıq borcu 45457,36 manat, xx.xx.2018-ci il tarixə qalıq borcu 84846,94 manat, xx.xx.2019-cu il tarixə qalıq borcu 94928,84 manat, xx.xx.2020-ci il tarixə qalıq borcu 107140,14 manat, xx.xx.2021-ci il tarixə qalıq borcu 144949,71 manat və xx.xx.2021-ci il tarixə qalıq borcu 146167,32 manat təşkil edir. 09 fevral 2021-ci il tarixli maliyyə arayışından görünür ki, abonent kodu 06/37-077 olan Cavabdeh MTK-nın elektrik enerjisindən istifadəyə görə 2014-cü il tarixdən hazırki günədək 146.167,32 manat məbləğində "xxxx" ASC qarşısında borcu yaranmışdır. Cavabdeh MTK-nın sonuncu abunə haqqında məlumatından görünür ki, tarixə abonentin elektrik enerjisindən istifadəyə görə borcu 147.084,22 manat təşkil edir. Cavabdeh MTK-ya təqdim edilmiş xx.xx.2021-ci il tarixli hesab-fakturadan görünür ki, MTK-ya hesablanmış 45.173,15 manat məbləğində borc "xxxx" ASC tərəfindən silinmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 sentyabr 2021-ci il tarixli, 9/2370 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, rəyin tədqiqiat hissəsində göstərilənləri nəzərə alaraq, Bakı şəhəri, Binəqədi rayonu, Heydər Hüseynov küçəsi, ev 11A, mənzil 60 Cavabdeh MTK-ya (abonent kodu – **********73792, **********5006, **********5003, **********5004, **********5009, **********5008, **********5007, **********50010 və **********073800) Cavabdeh MTK-da mövcud olan avadanlıqlar nəzərə alınmaqla sualda qeyd olunan aktlar əsasında 141.243,59 manat təşkil edir. Sayğac göstəricilərinə əsasən istifadə olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”nın müəyyən edilməklə Tarif Şurası tərəfindən təsdiq olunmuş qiymət normaları tətbiq olunmaqla borc qalığı hesablanır. Real MTK-nın xx.xx.2017-ci il tarixinə qalıq 86.635,08 manat, xx.xx.2017-xx.xx.2020-ci il tarixlərində istifadə etdiyi elektrik enerjisi 184.085,51 manat, ödəniş 129.447 manat olmuşdur. Həmin tarixə qalıq isə, yəni xx.xx.2020-ci il tarixinə 141.243,59 manat olmuşdur. Ekspertiza tədqiqatının dəyəri 200 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 aprel 2022-ci il tarixli, 9/9030 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, ekspert tərəfindən abonentin borc qalığı abonentin saldosu cədvəlində və hesab fakturalarda və təqdim edilmiş aktlardan göstərilən borc qalığının yalnız sayğac göstəricilərinə uyğunluğu müəyyən edilir. Abunə kodu 06/37-077 olan ”MTK-REAL ” MTK-nın sərfiyyatının və ödənişinin təhlili. İşlədicilərin gücü və iş saatı nəzərə alınmaqla sayğacsız aylıq sərfiyyat: Liftlərin sərfiyyatı: Liftlərin gücü 11 kVt və 8,5 kVt; aylıq sərfiyyatı 11 kVt x 3,5 saat x30,5 gün x 0,7 cos f = 822 kVt/s; aylıq sərfiyyatı 8,5 kVt x 3,5 saat x30,5 gün x 0,7 cos f = 635 kVt/s; 6 lift x 822 kVt/s = 4932 kVt/s; 7 lift x 560 kVt/s = 4445 kVt/s, liftlərin ayliq sərfiyyatının cəmi 4932 kVt/s +4445 kVt/s = 9377 kVt/s-dir. Blok işıqlanmasının sərfiyyatı -18 Vt x 126 ədəd x 24 saat x 30,5 gün =166 kVt/sdir. Nasosun sərfiyyatı - Nasosun gücü 11 kVt və 7,5 kVt; aylıq sərfiyyatı 11 kVt x 16 saat x 30,5 gün x 0,85 cos f = 4663 kVt/s; aylıq sərfiyyatı 7,5 kVt x 8 saat x 30,5 gün x 0,85 cos f = 1555 kVt/s; nasosların ayliq sərfiyyatının cəmi 4663 kVt/s +1555 kVt/s = 6218 kVt/s –dir. Komendat otağının sərfiyyatı -1,5 kVt x 10 saat x 30,5 gün = 459 kVt/s-dir. "MTK-REAL” MTK-nın işlədicilərin gücü və iş rejimi nəzərə almaqla sayğacsız cəm sərfiyyatı 9377 kVt/s +166 kVt/s+6218 kVt/s + 459 kVt/s = 16220 kVt/s-dir. İkinci sual üzrə: xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixə kimi "MTK-Real” MTK-ya verilmiş hesab fakturalarda olan sərfiyyatların miqdarı və dəyəri - Xİ-Xİİ - 2015-ci il üzrə 110187 kvt/s-dəyəri 6611,22 manat, l-Xİİ -2016-ciil üzrə 799014 kvt/s-dəyəri 12271,15 manat, l-Xİİ -2017-ci il üzrə 966584 kvt/s-dəyəri 86983,56 manat təşkil edir. Üçüncü sual üzrə: xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixə kimi "MTK-REAL ” MTK tərəfindən elektrik enerji sərfinə görə cəm ödəniş 55731 manat təşkil edir. Dördüncü sual üzrə: xx.xx.2017-ci il tarixdən xx.xx.2020- ci il tarixə kimi "MTK-REAL ” MTK-ya verilmiş hesab-fakturalarda olan sərfiyyatların miqdarı və dəyəri - Xİ-Xİİ - 2017-ci il üzrə 215076 kvt/s -dəyəri 19356,84 manat, İ-Xİİ - 2018-ci il üzrə 942388 kvt/s-dəyəri 84814,92 manat, l-Xİİ - 2019-ci il üzrə 463037 kvt/s -dəyəri 41673,30 manat, l-X - 2020-ci il üzrə 424894 kvt/s -dəyəri 38240,46 manat təşkil edir. Beşinci sual üzrə: xx.xx.2017 -ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi "MTK-REAL” MTK tərəfindən elektrik enerji sərfinə görə cəm ödəniş 124244 manat təşkil edir. Altıncı sual üzrə: xx.xx.2020-ci il tarixdən xx.xx.2021 -ci il tarixə kimi "MTK-REAL ” MTKya verilmiş hesab fakturalarda olan sərfiyyatların miqdarı və dəyəri Xİ-Xİİ - 2020-ci il üzrə 67268 kvt/s-dəyəri 6054,12 AZN l-Xİ — 2021-ci il üzrə 493572 kvt/s-dəyəri 35478,65 manat təşkil edir. Yeddinci sual üzrə: xx.xx.2020-ci il tarixdən xx.xx.2021 -ci il tarixə kimi "MTK-REAL ” MTK tərəfindən elrktrik enerji sərfinə gürə cəm ödəniş 13645 manat təşkil edir. Ekspertiza tədqiqatının dəyəri 200 manat təşkil edir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, ilkin iddia rədd edilməli və qarşılıqlı iddia isə qismən təmin edilməlidir. Belə ki, işin halları ondan ibarətdir ki, ilkin iddiaçı "xxxx" ASC ilkin Cavabdeh MTK ilə aralarında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən sonuncunu elektrik enerjisi ilə təmin etdiyini, Cavabdeh MTK-nın isə elektrik enerjisindən istifadəyə görə yaranmış borcu ödəməkdən imtina etdiyini əsas göstərərək həmin borcun (ilkin olaraq məhkəməyə təqdim edilmiş iddia ərizəsində 149.892,37 manat məbləğində, iddia tələbinin həcminin artırırlması barədə ərizəsində isə 176.968,45 manat məbləğində) ilkin cavabdehdən tutulmasını, qarşılıqlı iddiaçı Cavabdeh MTK isə "xxxx" ASC-nin ilkin olaraq qaldırdığı iddia ərizəsində ödənilməsini tələb etdiyi 149.892,37 manat məbləğində borcun əsassız olaraq hesablanmasına istinad edərək həmin borcun silinməsini tələb edir. Göründüyü kimi "xxxx" ASC tərəfindən Cavabdeh MTK-ya elektrik enerjisindən istifadəyə görə hesablanmış borcun əsaslı olub-olmaması işin mübahisəli halını təşkil edir. Sözügedən halın məhkəmə tərəfindən araşdırılması zamanı müəyyən edildi ki, Cavabdeh MTK-ya elekrik enerjisindən istifadəyə görə borc "xxxx" ASC ilə MTK-nın balans sərhədində yerləşən 182 saylı transformator məntəqəsində quraşdırılmış MTK-ya məxsus ******* və ******* nömrəli baş sayğacların göstəricilərindən həmin xətdən qidalanan "xxxx" ASC-nin abonentlərinin sərfiyyatı çıxılmaqla hesablanır. Eyni zamanda Cavabdeh MTK-nın yaşayış kompleksində ümumi istifadə yerlərində şəbəkəyə qoşulmuş elektrik qəbuledicilərini sərfiyyatını ölçmək üçün **********73792, **********5006, **********5003, **********5004, **********5009, **********5008, **********5007, **********50010 və **********073800 kodlu sayğaclar quraşdırılmış, lakin həmin sayğacların bəzilərinin göstəriciləri qeydiyyata alınmır. Bununla bağlı əvvəla məhkəmə qeyd edir ki, AR Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın: 7.9-ci maddəsinə görə məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə - pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Göründüyü kimi hazırkı halda Cavabdeh MTK-nın xidmət göstərdiyi yaşayış kompleksində ümumi istifadədə olan yerlərdə elektrik enerjisinin sərfiyyatını ölçmək üçün sayğaclar quraşdırılsa da, MTK-nın elektrik enerjisinin sərfiyyatı həmin sayğacların göstəricilərinin əsasında deyil, balans sərhəd aktına əsasən bir hissəsi (transformatorun yüksək gərginlik tərəfi) "xxxx" ASC-nin balansında olan transformator məntəqəsində quraşdırılmış baş sayğacların göstəriciləri əsasında hesablanır. Digər tərəfdən yuxarıda qeyd edildiyi kimi, ilkin Cavabdeh MTK ilə elektrik enerjisindən istifadəyə görə hesablaşma baş sayğacların göstəricilərindən həmin sayğaclardan çıxan xətlərdən qidalanan "xxxx" ASC-nin abonentlərinin sərfiyyatları çıxılmaqla aparılır. Bu zaman "xxxx" ASC-nin abonentlərini elektrik enerjisi ilə təmin edən xətlərdə yaranan bütün texnoloji itkilər MTK-ya aid edilir. Halbuki yuxarıda göstərilən qaydaların: 1.4-cü maddəsinə görə abonentin (əsas istehlakçının) şəbəkəsinə qoşulmuş istehlakçılar (subabonentlər), elektrik enerjisinin alqı-satqı müqaviləsini onunla bağlayırlar. Abonent ilə enerjitəchizatı müəssisəsi arasında bağlanılmış elektrik enerjisinin alqı-satqı müqaviləsində və bu müqaviləyə əlavədə onun şəbəkəsinə qoşulmuş subabonentlər haqqında məlumatlar, o cümlədən idarənin adı, elektrik enerjisi istehlakı, hesablaşma elektrik sayğacları, tarif və digər məlumatlar göstərilir (9 nömrəli əlavə). Enerjitəchizatı müəssisəsi bilavasitə subabonentlə elektrik enerjisinin alqı-satqı müqaviləsini bağlaya bilər. Enerjitəchizatı müəssisəsi bilavasitə subabonentlə elektrik enerjisinin alqı-satqı müqaviləsini bağladıqda, subabonentin elektrik enerjisi sərfi və ona aid tranzit elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) əsas istehlakçının sərfindən çıxılmalıdır. 7.14-ci maddəsinə enerjitəchizatı müəssisəsinin elektrik şəbəkəsinə istehlakçının şəbəkəsi vasitəsilə tranzitlə elektrik enerjisi verildikdə, istehlakçının enerji-təchizatı müəssisəsinə verdiyi elektrik enerjisinin, istehlakçının şəbəkəsinə daxil olan bütün elektrik enerjisi miqdarına olan nisbətinə mütənasib olaraq, istehlakçının şəbəkəsindəki elektrik enerjisi itkisinin (texnoloji sərfiyyatın) bir hissəsi enerjitəchizatı müəssisəsinə aid edilir. Göstərilən normaların məzmunundan da göründüyü kimi enerjitəchizatı müəssisəsi ilə bilavasitə müqavilə bağlamış subabonentlərə (qaydaların 1,4-cü bəndi), eləcə də istehlakçının şəbəkəsi vasitəsilə tranzitlə elektrik enerjisini alan abonentlərə (7,14-cü bəndi) aid tranzit elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) əsas istehlakçıya aid edilməməlidir. Odur ki, MTK-nın elektrik şəbəkəsinə qoşulmuş "xxxx" ASC-nin abonentlərinin enerjitəchizatı müəssisəsi ilə bilavasitə müqavilə bağlamış subabonentlər kimi(qaydaların 1,4-cü bəndi) və yaxud da istehlakçının şəbəkəsi vasitəsilə tranzitlə elektrik enerjisini alan abonentlər kimi qəbul edilməsindən asılı olmayaraq "xxxx" ASC tərəfindən elektrik şəbəkədə yaranan itkilərin həmin abonentlərə (subabonentlərə) aid hissəsinin MTK-ya aid edilməsi üçün qanuni əsasın əsasın mövcudluğu müəyyən edilmir. Beləliklə, işin yuxarıda göstərilən hallarına əsasən MTK ilə elektrik enerjisindən istifadəyə görə hesablaşma aparılarkən "xxxx" ASC tərəfindən MTK-nın baş sayğaclarının sərfiyyatından elektrik şəbəkədə yaranan itkilərin xəttə qoşulmuş ASC-nin abonentlərinə aid hissəsinin çıxılmaması, yəni bütün itkilərin MTK-ya aid edilməsi müəyyən edildiyindən "xxxx" ASC tərəfindən MTK-ya elektrik enerjisinə görə borcun düzgün hesablanmadığı açıq-aşkardır. Digər tərəfdən məhkəmə araşdırması zamanı görünür ki, MTK-nın ümumi istifadəsində olan yerlərdə elektrik enerjisi sərfiyyatını ölçmək üçün sayğaclar quraşdırılsa da, həmin sayğacların bəzilərinin sərfiyyatı qeydiyyata alınmır, eyni zamanda həmin sayğaclar MTK-nın bütün elektrik enerjisinin qəbulediciləri əhatə etmir. Göstərilən hal tərəflərin izahatları ilə yanaşı həmçinin onunla da təsdiq edilir ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyinin təsviri hissəsində əks olunmuş cədvəldən də göründüyü kimi, quraşdırıldığı tarixdən (2019-cu ilin fevralından) 2020-ci ilin noyabrınadək olan müddət üçün ümumi istifadəsində olan yerlərdə quraşdırılmış sayğaclar tərəfindən qeydə alınmış elektrik enerjisi sərfiyyatlarının dəyəri cəmi 12.632,08 manat (bir ay üçün orta hesabla 600 manat) təşkil etmişdir (iki sayğac üzrə sərfiyyat göstəricisi ümumiyyətlə 0-dır). Göstərilən sərfiyyat isə MTK-nın elektrik enerjisi qəbuledicilərinin sayı və gücünü nəzərə aldıqda ağlabatan görünmür. Odur ki, həmin sayğacların göstəricilərinə əsasən Cavabdeh MTK-nın elektrik enerjisi sərfiyyatını və belə olan halda elektrik şəbəkədə yaranmış texnoloji itkilərinin miqdarını müəyyən etmək qeyri-mümkündür. MTK-nın işlədicilərin gücü və iş rejimini nəzərə almaqla MTK-nın orta aylıq sərfiyyatını müəyyən etmək məqsədilə iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert rəyi ilə MTK-nın orta aylıq sərfiyyatının 16.220 kVt olması müəyyən edilmişdir. Ekspertizanın rəyi ilə müəyyən edilmiş orta aylıq sərfiyyatı nəzərə alsaq borcun ödənilməsi barədə ilkin iddia ərizəsinin irəli sürüldüyü tarixdən- xx.xx.2020-ci il tarixdən əvvəlki 5 il ərzində - Cavabdeh MTK-ya elektrik enerjisi sərfiyyatına görə hesablanmalı olan məbləğ aşağıdakı kimi müəyyən edilə bilər 2015-ci ilin noyabr ayından 2016-ci ilin iyulun 15-dən olan müddət üçün bir kvt elektrik enerjisinə görə 0,06 manat qiymətlə 16.200x8,5 ayx0,06 manat=8.262 manat; 2016-ci ilin iyul ayının 15-dən 2017-ci ilin yanvarın ayınadək olan müddət üçün bir kvt elektrik enerjisinə görə 0,07 qəpik qiymətlə 16200x5,5 ayx0,07manat=6.237 manat; 2017-ci ilin yanvarından 2020-ci ilin noyabrınadək olan müddət üçün bir kt elektrik enerjisinə görə 0,09 manatla qiymətlə 16.200x46x0,09 manat=67.068 manat; İlkin iddianın verildiyi tarixdən ilkin iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizənin verildiyi tarixədək- 2020-ci ilin noyabrından 2021-ci ilin dekabrınadək olan müddət üçün isə 12 ay üçün bir kvt elektrik enerjisinə görə 0,09 manat və 1 ay üçün bir kvt elektrik enerjisinə görə 0,11 manat qiymətlə (16.200x0,09 manatx12 ay)+(16200x0,11x1ay)=17496+1782=19278 manat. Beləliklə, ilkin iddiaçı "xxxx" ASC-nin ödənilməsini tələb etdiyi borcun hesablandığı müddət ərzində 2015-ci ilin noyabrından – 2021-ci ilin dekabrınadək olan müddət ərzində ilkin cavabdeh MTK-Real” MTK-ya 100.845 manat məbləğində borc hesablanmalı idi. Digər tərəfdən iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizanın rəyi ilə həmçinin müəyyən edilmişdir ki, eyni müddət aralığında "xxxx" ASC tərəfindən MTK- Real” MTK-ya 2021-ci ilin dekabrında 45.173,15 manat məbləğində borcun silinməsi nəzərə alınmaqla 289.311,02 (331.484,17 manat – 42173,15) manat məbləğində borc hesablanmış və eyni müddət aralığında Cavabdeh MTK tərəfindən "xxxx" ASC-yə 193.620 manat məbləğində ödəniş edilmişdir. Odur ki, ilkin iddiaçı "xxxx" ASC-nin tutulmasını tələb etdiyi elektrik enerjisindən istifadəyə görə borcun hesablandığı müddət ərzində Cavabdeh MTK-nin faktiki sərf etdiyi elektrik enerjisinin dəyəri təxminən 100.845 manat olduğu halda Cavabdeh MTK tərəfindən "xxxx" ASC-yə 193.620 manat məbləğində ödəniş edildiyini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, ilkin iddiaçının ödənilməsini tələb etdiyi xx.xx.2021-ci il tarixə olan 176.968,45 manat borc məbləği əsassız olaraq hesablanmışdır. Bundan əlavə ilkin iddiaçının həmin borcun ödənilməsini tələb etməsi Mülki Məcəllənin 425.1-ci maddəsində nəzərdə tutulmuş vicdanlılıq prinsipi ilə ziddiyyət təşkil etdiyindən də əsassızdır. Belə ki, həmin maddəyə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, borcun tutulması tələbinə dair ilkin iddia rədd edilməlidir. Borcun silinməsi tələbinə dair qarşılıqlı iddiaya gəldikdə məhkəmə qeyd edir ki, qarşılıqlı iddiaçının silinməsini tələb etdiyi borc məbləği 21 oktyabr 2020-ci ilədək olan müddətdə hesablanmış borc məbləğidir. Məhkəmə qeyd edir ki, xx.xx.2015-xx.xx.2020-ci il tarixləri arası müddətdə yuxarıda istinad edilən ekspert rəyində müəyyən edilmiş orta aylıq sərfiyyat nəzərə alınmaqla qarşılıqlı iddiaçıya cəmi 81.567 manat borc hesablanmalı olduğu halda həmin müddət ərzində "xxxx" ASC tərəfindən (silinmiş 42173,15 manat borc məbləği nəzərə alınmaqla) 247.778,3 (289.951,45-42.173,15) manat məbləğində borc hesablanmış və MTK tərəfindən isə 179.975 manat məbləğində borc ödənilmişdir. Odur ki, qarşılıqlı iddia ərizəsində silinməsi tələb edilən xx.xx.2020-ci il tarixə olan 149.892,37 məbləğində borcun əsassız hesablanması açıq-aşkardır. Bununla yanaşı iş materiallarından görünür ki, qətnamənin çıxarıldığı tarixə Cavabdeh MTK-nın "xxxx" ASC-yə olan borcu 147.084,22 manat təşkil etmişdir, yəni qətnamənin çıxarıldığı tarixə qarşılıqlı iddiaçının silinməsini tələb etdiyi borcun 2808,15 manat məbləğində hissəsi artıq mövcud olmamışdır. Odur ki, qarşılıqlı iddia qismən təmin edilməli, qarşılıqlı cavabdeh "xxxx" ASC tərəfindən qarşılıqlı iddiaçı Cavabdeh MTK-ya hesablanmış 147.084,22 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 və 119.2-ci maddələrinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun iddia verilərkən qüvvədə olmuş: 8.1.2-ci maddəsinin tələbinə görə iddia qiyməti 500 manatdan çox olduqda iddia ərizələrindən 30 manat dövlət rüsumu ödənilir. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi qismən təmin edildiyindən dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti qarşılıqlı cavabdehdən alınaraq qarşılıqlı iddiaçıya ödənilməli, eləcə də iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 400 (dörd yüz) manat pul məbləğinin 350 (üç yüz əlli) manat hissəsi ilkin iddiaçı, qarşılıqlı cavabdeh "xxxx" ASC-dən, qalan 50 (əlli) manat hissəsi isə ilkin cavabdeh, qarşılıqlı iddiaçı Cavabdeh MTK-dan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İlkin iddiaçı "xxxx" ASC-nin ilkin Cavabdeh MTK-ya qarşı borcun tutulması tələbinə dair ilkin iddiası rədd edilsin. Qarşılıqlı cavabdeh "xxxx" ASC tərəfindən qarşılıqlı iddiaçı Cavabdeh MTK-ya hesablanmış 147.084,22 manat məbləğində borc silinsin. Qarşılıqlı iddia verilərkən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu qarşılıqlı cavabdehdən tutularaq qarşılıqlı iddiaçıya ödənilsin. Qalan hissədə qarşılıqlı iddia rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 400 (dörd yüz) manat pul məbləğinin 350 (üç yüz əlli) manat hissəsi ilkin iddiaçı, qarşılıqlı cavabdeh "xxxx" ASCdən, qalan 50 (əlli) manat hissəsi isə ilkin cavabdeh, qarşılıqlı iddiaçı Cavabdeh MTK-dan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar