Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-56/2024 18.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik, ipoteka predmetinə tutmanın yönəldilməsi, məhkəmə xərclərinin işin nəticəsindən asılı olmayaraq bölüşdürülməsi) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s.” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (İddiaçı ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə X8 oğlu arasında xx.xx.2019-cu il tarixli 19003-029/730016 nömrəli kredit limiti müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2019-cu il tarixli razılaşma üzrə 10972,48 manat əsas borc və 4065,10 manat faiz borcu olmaqla, cəmi 15037,58 manat, xx.xx.2019-cu il tarixli 2 nömrəli razılaşma üzrə 41966,94 manat əsas borc və 5592,89 manat faiz borcu olmaqla, cəmi 47559,83 manat borcun və 400 manat mediasiya xərcinin, 1,60 manat dövlət rüsumunun cavabdehlərdən iddiaçının xeyrinə müştərək qaydada tutulması, tutmanın X8 oğluna məxsus ipoteka predmeti olan Göygöl rayonunun Şəhriyar kəndində yerləşən 0,1 ha torpaq sahəsinə, Göygöl şəhəri, A.Hacıyev küçəsində yerləşən, ümumi sahəsi 100.6 kv.m olan 110A nömrəli fərdi yaşayış evi və ona aid 0,042 ha torpaq sahəsinə və Göygöl rayonunun Qızılca kəndində yerləşən 0,10 torpaq sahəsinə və həmin torpaq sahəsindəki ümumi sahəsi 84,9 kv.m olan əmlak kompleksinə (A literli 36.5 kv.m qeyri-yaşayış binası (inzibati bina) və B literli 48.4 kv.m qeyri-yaşayış binası (anbar)) yönəldilməsi, həmin əmlakların hərracda satılması və satışdan əldə olunan pul hesabına 52939,42 manat əsas borcun, 9657,99 manat faiz borcunun, 400 manat mediasiya xərcinin və 1,60 manat ödənilmiş dövlət rüsumunun iddiaçıya ödənilməsi, ipoteka predmeti olan əmlaklara tutma yönəldildikdən və onlar hərracda satıldıqdan sonra ən geci 1 ay müddətində həmin əmlakların boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə X8 oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit limiti müqaviləsinə əsasən sonuncuya 500 000 manat məbləğində 120 ay müddətinə xx.xx.2029-cu ilədək və illik faiz dərəcəsi 26%-dən artıq olmamaq şərtilə kredit limiti ayrılmışdır. 2.2. Kredit limiti müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2019-cu il tarixli razılaşmaya əsasən X8 oğluna dövriyyə vəsaitlərinin artırılması üçün xx.xx.2021-ci ilədək qaytarmaq və illik 17% ödəmək şərti ilə aldığı 60000 manat kredit verilib. Həmin kredit üzrə xx.xx.2020-ci ilə olan 39837,19 manat əsas borc (faiz borcu 0 manat) restrukturizasiya olunaraq, onun illik 17%-lə qaytarılması, ödəniş cədvəlinə uyğun olaraq hər təqvim ayının müvafiq günündə hissə-hissə (ilk 4 ayda yalnız faiz, növbəti 15 ayda faiz və əsas borc) xx.xx.2021-ci ilədək tam ödənilməsi müəyyən olunub. Həmin kredit üzrə 39837,19 manat əsas borc (faiz borcu 0 manat) növbəti dəfə xx.xx.2020-ci ildə restrukturizasiya olunaraq, onun illik 17 %-lə qaytarılması, ödəniş cədvəlinə uyğun olaraq hər təqvim ayının müvafiq günündə hissə-hissə (ilk 4 ayda yalnız faiz, növbəti 15 ayda faiz və əsas borc) xx.xx.2022-ci ilədək tam ödənilməsi müəyyən olunub. 2.3. Kredit limiti müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2019-cu il tarixli 2 nömrəli razılaşmaya əsasən X8 oğluna dövriyyə vəsaitlərinin artırılması üçün xx.xx.2021ci ilədək qaytarmaq və illik 17% ödəmək şərti ilə aldığı 110 000 manat kredit verilmişdir. Həmin kredit üzrə xx.xx.2020-ci ilə olan 73030,53 manat əsas borc (faiz borcu 0 manat) restrukturizasiya olunaraq, onun illik 17%-lə qaytarılması, ödəniş cədvəlinə uyğun olaraq hər təqvim ayının müvafiq günündə hissə-hissə (ilk 4 ayda yalnız faiz, növbəti 15 ayda faiz və əsas borc) xx.xx.2021-ci ilədək tam ödənilməsi müəyyən olunub. Həmin kredit üzrə 73030,53 manat əsas borc (faiz borcu 0 manat) növbəti dəfə xx.xx.2020-ci ildə restrukturizasiya olunaraq, onun illik 17 %-lə qaytarılması, ödəniş cədvəlinə uyğun olaraq hər təqvim ayının müvafiq günündə hissə-hissə (ilk 4 ayda yalnız faiz, növbəti 15 ayda faiz və əsas borc) xx.xx.2022-ci ilədək tam ödənilməsi müəyyən olunub. 2.4. Həmin kredit limiti müqaviləsindən və onun ayrılmaz tərkib hissəsi olan razılaşmalardan irəli gələn öhdəliyin təminatı kimi iddiaçı və cavabdehlər arasında xx.xx.2019-cu ildə zaminlik müqavilələri bağlanıb. Həmin müqaviləyə əsasən cavabdehlər öhdəliyin tam icrası üçün iddiaçı qarşısında X8 oğlu ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Zaminlər xx.xx.2020 və xx.xx.2020-ci ildə yeni zaminlik müqavilələri bağlamaqla hər iki kreditin restrukturizasiyasını razılıq vermişlər. 2.5. Eyni zamanda Məmmədov X5 şəhəri 5 saylı notariat ofisində xx.xx.2019-cu ildə bağlanmış 3M-230 reyestr nömrəli ipoteka müqaviləsinə əsasən Göygöl rayonunun Şəhriyar kəndində yerləşən 0,1 ha torpaq sahəsini, xx.xx.2019-cu ildə bağlanmış 3M-258 reyestr nömrəli ipoteka müqaviləsinə əsasən Göygöl şəhəri, A.Hacıyev küçəsi, sahəsi 100,6 kv.m olan 110A nömrəli fərdi yaşayış evini 0,042 ha torpaq sahəsi ilə birlikdə, xx.xx.2019-cu ildə bağlanmış 3M-259 reyestr nömrəli ipoteka müqaviləsinə əsasən Göygöl rayonunun Qızılca kəndində 0,10 torpaq sahəsini və həmin sahədə yerləşən 84,9 kv.m əmlak kompleksini öhdəliyin təminatı kimi iddiaçı qarşısında ipoteka ilə yüklü etmişdir. İddiaçının ipoteka müqavilələrinə əsaslanan ipoteka hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. 2.6. Kreditin iki dəfə restrukturizasiya olunaraq son qaytarılma müddətinin xx.xx.2022-ci ilədək uzadılmasına baxmayaraq, X8 oğlu krediti və ondan istifadəyə görə faizləri razılaşmanın tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq hər təqvim ayının müvafiq günündə hissə-hissə iddiaçıya ödəməli olduğu halda öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. 2.7. X3 Pənah oğlu xx.xx.2021-ci ildə vəfat etmişdir. Cavabdeh2 borcalandan miras qalmış **-BB-*** qeydiyyat nişanlı “QAZ 3302-14” markalı yük avtomaşınını miras kimi qəbul edib və bu barədə Gəncə regional “ASAN xidmət” mərkəzinin notariat ofisi tərəfindən ona xx.xx.2022-ci il tarixli 2V-999 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilib. Həmçinin ipoteka predmeti olan əmlakların mülkiyyətçisi borcalan öldüyü üçün həmin əmlaklara notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi mümkün olmamışdır. Odur ki ipoteka predmetlərinə tutma məhkəmə qaydasında aparılmalıdır. 2.8. Mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) həlli üçün cavabdehlərə pretenziya göndərilib, lakin borc ödənilməyib. İddiaçı və Cavabdeh2 ilkin mediasiya sessiyasında iştirak etmiş, digər Cavabdeh1 xəbərdar olunsa da, mediasiya sessiyasında iştirak etməmişdir. İştirak edən tərəflər arasında razılıq əldə olunmadığı üçün mediator ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış vermişdir. 2.9. İddia ərizəsi məhkəmənin icraatında olduğu dövrdə Cavabdeh2 tərəfindən xx.xx.2019-cu il tarixli razılaşma üzrə əsas borc hesabına 26 500 manat, xx.xx.2019-cu il tarixli razılaşma üzrə əsas borc hesabına 22 500 manat ödəniş edilmişdir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 319, 427, 442, 445, 1243.3-cü və s. maddələri və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra “İpoteka haqqında” Qanun) 34, 38-ci maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə cavabdehlər tərəfindən iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-56/2024 nömrəli qərardadı ilə iddia tələbinin “ipoteka predmeti olan X8 oğluna məxsus Göygöl şəhəri, A.Hacıyev küçəsində yerləşən, ümumi sahəsi 100.6 kv.m olan 110A nömrəli fərdi yaşayış evi və ona aid 0,042 ha torpaq sahəsinə tutma yönəldildikdən və həmin əmlak hərracda satıldıqdan sonra ən geci 1 ay müddətində boşaldılması” hissəsində iş üzrə icraata xitam verilmişdir.
II. Tərəflərin mövqeləri:
6. Məhkəmənin ikinci hazırlıq iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi.
7. Məhkəmənin birinci və ikinci hazırlıq iclasında iştirak edən cavabdehlər X3 Pənah oğlunun ölümündən sonra maddi çətinliklərlə bağlı borcun ödənilmədiyini, iddiaçıya faiz borcun silinməsi və öhdəliyin restrukturizasiya olunmasını təklif etdiklərini, lakin sonuncunun bu məsələyə razılıq vermədiyini bildirdilər.
8. Məhkəmənin suallarına cavab olaraq Cavabdeh2 qeyd etdi ki, X3 Pənah oğlundan yeganə olaraq miras kimi “QAZ 3302-14” markalı yük avtomobilini qəbul etmişdir, digər vərəsələr mirasdan onun xeyrinə imtina etmişdir. Borcalana məxsus ipoteka predmetlərinin öz adına keçirilməsi üçün ipoteka qoyan kimi iddiaçının da razılığı tələb olunduğundan yeni çıxarışın alınması mümkün olmamışdır.
9. Məhkəmənin sonuncu baxış iclasının yeri və vaxtı barədə tərəflər lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iştirak etməmiş, iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlərdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Kredit müqaviləsi üzrə əsas borcun və faiz borcunun tutulması tələbi ilə bağlı
11. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
12. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
13. İddia ərizəsinə əlavə olunmuş İddiaçı ASC (Kreditverən qismində) ilə X8 oğlu (Borcalan qismində) arasında bağlanmış 10 iyun 2019-cu il tarixli 19003-029/730016 nömrəli kredit limiti müqaviləsinin şərtlərindən görünür ki, “Kreditverən” “Borcalan”a 500 000 manat məbləğində 120 ay müddətinə 11 iyun 2029-cu il tarixinədək kredit limiti ayırır və kredit limiti çərçivəsində bu müqavilənin ayrılmaz tərkib hissəsi olar razılaşmanı imzalamaqla kredit verməyi öhdəsinə götürür. Kredit limitinin müddəti ərzində “Borcalan” ona kredit verilməsi barədə “Kreditverən”ə müraciət etmək hüququna malikdir (1.1). Kredit limiti müqaviləsi çərçivəsində “Borcalan”a verilən kreditlər razılaşmanın bağlanması ilə rəsmiləşdirilir və bu müqavilə çərçivəsində veriləcək hər bir kredit üzrə kreditin illik faiz dərəcəsi, FİFD, cərimə və kreditin ödənilməsinə dair digər spesifik şərtlər bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən razılaşmalarla müəyyən ediləcəkdir (1.2). Bu müqavilə üzrə müəyyən edilmiş limit çərçivəsində veriləcək kreditlər digər valyutada verilə bilər, bir şərtlə ki, kreditin verildiyi ana olan məzənnə fərqi kredit limitinin məbləğindən artıq olmasın (1.3). “Kreditverən” krediti və ya qarantiyanı “Borcalan”ın müvafiq ərizəsinə və razılaşmaya uyğun olaraq dövriyyə və əsas vəsaitinin artırılması, investisiya layihələrinin maliyyələşdirilməsi, fərdi istehlak məqsədi ilə verir (1.4).
14. Həmin müqaviləyə 11 iyun 2019-cu il tarixli razılaşmanın şərtlərindən görünür ki, “Kreditverən” 19003-029/730016 saylı, 10 iyun 2019-cu il tarixli kredit limiti müqaviləsi çərçivəsində illik 17 faiz dərəcəsi ilə xx.xx.2021-ci il tarixinədək 0 ay güzəşt olmaqla 60 000 manat məbləğdə borc pul vəsaitini “Borcalan”ın mülkiyyətinə verir. “Borcalan” isə 600 manat məbləğdə xidmət haqqı ödəyir (1). Bu razılaşmanın 1-ci bəndinə uyğun olaraq kredit dövriyyə vəsaitlərinin artırılması məqsədlə verilir (2). 10 iyun 2019-cu il tarixli 19003-029/730016 saylı kredit limiti müqaviləsinə əsasən “Borcalan”a verilən kreditin kreditləşmə mənbəyi Bank vəsaitidir (3). Bu razılaşmanın 1-ci bəndinə uyğun olaraq kredit üzrə faktiki illik faiz dərəcəsi (FİFD) 18%-dir (4).
15. İş materiallarında olan 11 iyun 2019-cu il tarixli razılaşmaya əlavə olan ödəniş cədvəlindən görünür ki, ilk ödəniş tarixi xx.xx.2019-cu il, sonuncu ödəniş tarixi xx.xx.2021ci il olmaqla ümumilikdə 60000 manat əsas məbləğ, 11213,96 manat faiz məbləğinin ödənilməsi razılaşdırılmışdır.
16. Adıçəkilən müqaviləyə 24 iyun 2019-cu il tarixli 2 nömrəli razılaşmanın şərtlərindən görünür ki, “Kreditverən” 19003-029/730016 saylı, 10 iyun 2019-cu il tarixli kredit limiti müqaviləsi çərçivəsində illik 17 faiz dərəcəsi ilə xx.xx.2021-ci il tarixinədək 0 ay güzəşt olmaqla 110 000 manat məbləğdə borc pul vəsaitini “Borcalan”ın mülkiyyətinə verir. “Borcalan” isə 1100 manat məbləğdə xidmət haqqı ödəyir (1). Bu razılaşmanın 1-ci bəndinə uyğun olaraq kredit dövriyyə vəsaitlərinin artırılması məqsədilə verilir (2). 10 iyun 2019-cu il tarixli 19003-029/730016 saylı kredit limiti müqaviləsinə əsasən “Borcalan”a verilən kreditin kreditləşmə mənbəyi Bank vəsaitidir (3). Bu razılaşmanın 1-ci bəndinə uyğun olaraq kredit üzrə faktiki illik faiz dərəcəsi (FİFD) 18%-dir (4).
17. İş materiallarında olan 24 iyun 2019-cu il tarixli 2 nömrəli razılaşmaya əlavə olan ödəniş cədvəlindən görünür ki, ilk ödəniş tarixi xx.xx.2019-cu il, sonuncu ödəniş tarixi xx.xx.2021-ci il olmaqla ümumilikdə 110 000 manat əsas məbləğ, 20550,07 manat faiz məbləğinin ödənilməsi razılaşdırılmışdır.
18. Məhkəməyə təqdim edilən iddiaçı (Kreditor qismində) ilə Cavabdeh2 (Zamin qismində) arasında bağlanmış xx.xx.2019-cu il tarixli 003FİZAM50561201 nömrəli zaminlik müqaviləsinin şərtlərindən görünür ki, Borclunun Kreditor qarşısında müqavilənin 1.2-ci bəndində göstərilən kredit limiti müqaviləsi və həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşmalardan irəli gələn öhdəliklərin tamamının icra edilməsi üçün Zaminin Kreditor qarşısında birgə məsuliyyətinin əsaslarını müəyyən edir (1.1). İcrası zaminliklə təmin olunmuş öhdəlik və onun məzmunu Kreditor və X7 Pənah oğlu arasında bağlanmış 10 iyun 2019-cu il tarixli 19003-029/730016 saylı kredit limiti müqaviləsi və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşmalar ilə müəyyən olunur. Kredit limiti müqaviləsinə əsasən kreditor Borcluya 120 ay müddətinə 500 000 manat məbləğinədək illik 30%-dən çox olmamaq şərtilə kredit limiti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan razılaşmalar bağlamaqla kredit verir (1.2). Əsas müqavilə üzrə tələb edilə biləcək borc 500000 manat kredit limiti çərçivəsində ayrılmış kredit limiti məbləğində veriləcək kreditlər hesablanacaq faiz borcları və cərimələrdir (1.3).
19. İş materiallarına əlavə edilən iddiaçı (Kreditor qismində) ilə Cavabdeh1 (Zamin qismində) arasında bağlanmış xx.xx.2019-cu il tarixli 003FİZAM63465701 nömrəli zaminlik müqaviləsinin şərtlərindən görünür ki, Borclunun Kreditor qarşısında müqavilənin 1.2-ci bəndində göstərilən kredit limiti müqaviləsi və həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşmalardan irəli gələn öhdəliklərin tamamının icra edilməsi üçün Zaminin Kreditor qarşısında birgə məsuliyyətinin əsaslarını müəyyən edir (1.1). İcrası zaminliklə təmin olunmuş öhdəlik və onun məzmunu Kreditor və X7 Pənah oğlu arasında bağlanmış 10 iyun 2019-cu il tarixli 19003-029/730016 saylı kredit limiti müqaviləsi və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşmalar ilə müəyyən olunur. Kredit limiti müqaviləsinə əsasən kreditor Borcluya 120 ay müddətinə 500 000 manat məbləğinədək illik 30%-dən çox olmamaq şərtilə kredit limiti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan razılaşmalar bağlamaqla kredit verir (1.2). Əsas müqavilə üzrə tələb edilə biləcək borc 500000 manat kredit limiti çərçivəsində ayrılmış kredit limiti məbləğində veriləcək kreditlər hesablanacaq faiz borcları və cərimələrdir (1.3).
20. Kredit limiti müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2019-cu il tarixli əlavə razılaşmaya xx.xx.2020-ci il tarixli 003İAMR201330008 nömrəli restrukturizasiya razılaşmasının şərtlərindən görünür ki, tərəflər arasında bağlanmış 19003-029/730016 saylı, xx.xx.2019-cu il tarixli kredit limiti müqaviləsinə əsasən “Kreditverən” “Borcalana” 120 ay müddətinə illik 26 faizdən çox olmamaq şərtilə 500 000 manat məbləğində kredit limiti ayrılmasına dair şərtlər barədə razılığa gəlmişdirlər. Bu şərtlərə əsasən “Kreditverən” “Borcalan”nın ərizəsinə əsasən ona ABŞ dolları, Rubl, Avro valyutalarında kreditlər verə bilər. “Borcalan” və 19003-029/730016 saylı, xx.xx.2019-cu il tarixli kredit limiti müqaviləsi və həmin müqavilə üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə təminat müqavilələri bağlayan şəxslər qeyd edilən limit çərçivəsində xarici valyutada götürülmüş kreditlər üzrə manatın məzənnəsinin dəyişməsinin mümkünlüyünü bilir və bu halda xarici valyutada götürülmüş kreditin məzənnəsinin dəyişməsi riskini öz üzərilərinə götürür və məsuliyyət daşıyırlar (1). Bu razılaşmanın 1-ci bəndində qeyd edilmiş kredit limiti üzrə faiz dərəcəsi 17 faiz və kreditin son icra müddəti xx.xx.2021-ci il müəyyən edilir (3). Borcalan bu restrukturizasiya razılaşmasının imzalandığı tarixdən etibarən kredit limiti çərçivəsində veriləcək kreditlərin müddətinin və illik faiz dərəcəsinin bu razılaşmanın 3-cü bəndində qeyd edilmiş tarixdən və illik faiz dərəcəsindən artıq olmayacağını qəbul edir (4).
21. Həmin restrukturizasiya razılaşmasına dair ödəniş cədvəlindən görünür ki, ilk ödəniş tarixi xx.xx.2020-ci il, sonuncu ödəniş tarixi xx.xx.2021-ci il olmaqla ümumilikdə 39837,19 manat əsas məbləğ, 6978,07 manat faiz məbləğinin ödənilməsi razılaşdırılmışdır.
22. Kredit limiti müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2019-cu il tarixli əlavə razılaşmaya xx.xx.2020-ci il tarixli 003İAMR201330007 nömrəli restrukturizasiya razılaşmasının şərtlərindən görünür ki, tərəflər arasında bağlanmış 19003-029/730016 saylı, xx.xx.2019-cu il tarixli kredit limiti müqaviləsinə əsasən “Kreditverən” “Borcalana” 120 ay müddətinə illik 26 faizdən çox olmamaq şərtilə 500 000 manat məbləğində kredit limiti ayrılmasına dair şərtlər barədə razılığa gəlmişdirlər. Bu şərtlərə əsasən “Kreditverən” “Borcalan”nın ərizəsinə əsasən ona ABŞ dolları, Rubl, Avro valyutalarında kreditlər verə bilər. “Borcalan” və 19003-029/730016 saylı, xx.xx.2019-cu il tarixli kredit limiti müqaviləsi və həmin müqavilə üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə təminat müqavilələri bağlayan şəxslər qeyd edilən limit çərçivəsində xarici valyutada götürülmüş kreditlər üzrə manatın məzənnəsinin dəyişməsinin mümkünlüyünü bilir və bu halda xarici valyutada götürülmüş kreditin məzənnəsinin dəyişməsi riskini öz üzərilərinə götürür və məsuliyyət daşıyırlar (1). Bu razılaşmanın 1-ci bəndində qeyd edilmiş kredit limiti üzrə faiz dərəcəsi 17 faiz və kreditin son icra müddəti xx.xx.2021-ci il müəyyən edilir (3). Borcalan bu restrukturizasiya razılaşmasının imzalandığı tarixdən etibarən kredit limiti çərçivəsində veriləcək kreditlərin müddətinin və illik faiz dərəcəsinin bu razılaşmanın 3-cü bəndində qeyd edilmiş tarixdən və illik faiz dərəcəsindən artıq olmayacağını qəbul edir (4).
23. Həmin restrukturizasiya razılaşmasına dair ödəniş cədvəlindən görünür ki, ilk ödəniş tarixi xx.xx.2020-ci il, sonuncu ödəniş tarixi xx.xx.2021-ci il olmaqla ümumilikdə 73030,53 manat əsas məbləğ, 12462,38 manat faiz məbləğinin ödənilməsi razılaşdırılmışdır.
24. İş materiallarına əlavə edilən iddiaçı (Kreditor qismində) ilə Cavabdeh2 (Zamin qismində) arasında bağlanmış xx.xx.2020-ci il tarixli 003FİZAM50561202 nömrəli zaminlik müqaviləsinin şərtlərindən görünür ki, Borclunun Kreditor qarşısında müqavilənin 1.2-ci bəndində göstərilən kredit limiti müqaviləsi və həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşmalardan irəli gələn öhdəliklərin tamamının icra edilməsi üçün Zaminin Kreditor qarşısında birgə məsuliyyətinin əsaslarını müəyyən edir (1.1). İcrası zaminliklə təmin olunmuş öhdəlik və onun məzmunu Kreditor və X7 Pənah oğlu arasında bağlanmış 10 iyun 2019-cu il tarixli 19003-029/730016 saylı kredit limiti müqaviləsi və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşmalar ilə müəyyən olunur. Kredit limiti müqaviləsinə əsasən kreditor Borcluya 120 ay müddətinə 500 000 manat məbləğinədək illik 26%-dən çox olmamaq şərtilə kredit limiti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan razılaşmalar bağlamaqla kredit verir (1.2). Əsas müqavilə üzrə tələb edilə biləcək borc 500000 manat kredit limiti çərçivəsində ayrılmış kredit limiti məbləğində veriləcək kreditlər hesablanacaq faiz borcları və kreditin qeyd edilmiş müddətdə geri qaytarılmamasına görə qalıq borcun 40%-i məbləğində cərimədir (1.3).
25. İddia ərizəsinə əlavə edilmiş iddiaçı (Kreditor qismində) ilə Cavabdeh1 (Zamin qismində) arasında bağlanmış xx.xx.2020-ci il tarixli 003FİZAM63465702 nömrəli zaminlik müqaviləsinin şərtlərindən görünür ki, Borclunun Kreditor qarşısında müqavilənin 1.2-ci bəndində göstərilən kredit limiti müqaviləsi və həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşmalardan irəli gələn öhdəliklərin tamamının icra edilməsi üçün Zaminin Kreditor qarşısında birgə məsuliyyətinin əsaslarını müəyyən edir (1.1). İcrası zaminliklə təmin olunmuş öhdəlik və onun məzmunu Kreditor və X7 Pənah oğlu arasında bağlanmış 10 iyun 2019-cu il tarixli 19003-029/730016 saylı kredit limiti müqaviləsi və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşmalar ilə müəyyən olunur. Kredit limiti müqaviləsinə əsasən kreditor Borcluya 120 ay müddətinə 500 000 manat məbləğinədək illik 26%-dən çox olmamaq şərtilə kredit limiti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan razılaşmalar bağlamaqla kredit verir (1.2). Əsas müqavilə üzrə tələb edilə biləcək borc 500000 manat kredit limiti çərçivəsində ayrılmış kredit limiti məbləğində veriləcək kreditlər hesablanacaq faiz borcları və kreditin qeyd edilmiş müddətdə geri qaytarılmamasına görə qalıq borcun 40%-i məbləğində cərimədir (1.3).
26. Məhkəməyə təqdim edilən kredit limiti müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2020-ci il tarixli əlavə razılaşmaya xx.xx.2020-ci il tarixli 3281***-*******02R nömrəli restrukturizasiya razılaşmasının şərtlərindən görünür ki, tərəflər arasında bağlanmış 19003-029/730016 saylı, xx.xx.2019-cu il tarixli kredit limiti müqaviləsinə əsasən “Kreditverən” “Borcalana” 120 ay müddətinə illik 26 faizdən çox olmamaq şərtilə 500 000 manat məbləğində kredit limiti ayrılmasına dair şərtlər barədə razılığa gəlmişdirlər. Bu şərtlərə əsasən “Kreditverən” “Borcalan”nın ərizəsinə əsasən ona ABŞ dolları, Rubl, Avro valyutalarında kreditlər verə bilər. “Borcalan” və 19003-029/730016 saylı, xx.xx.2019-cu il tarixli kredit limiti müqaviləsi və həmin müqavilə üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə təminat müqavilələri bağlayan şəxslər qeyd edilən limit çərçivəsində xarici valyutada götürülmüş kreditlər üzrə manatın məzənnəsinin dəyişməsinin mümkünlüyünü bilir və bu halda xarici valyutada götürülmüş kreditin məzənnəsinin dəyişməsi riskini öz üzərilərinə götürür və məsuliyyət daşıyırlar (1). “Kreditverən”i bu Razılaşmanın 1-cı bəndində qeyd edilmiş kredit limiti müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2020-ci il tarixli Əlavə Razılaşmaya əsasən “Borcalan”a illik 17 faiz dərəcəsi ilə 19 ay müddətinə xx.xx.2021-ci il tarixinədək 39837,19 manat məbləğdə kredit (borc) vermişdir və bu restrukturizasiya razılaşmasının imzalanması tarixinə “Borcalan”ın həmin kredit (borc) üzrə 39837,18 manat məbləğdə əsas borc və 0 manat məbləğdə faiz borcu mövcuddur (2). Bu razılaşmanın 2-ci bəndində qeyd edilmiş kredit (borc) üzrə faiz dərəcəsi 17 faiz və kreditin son icra müddəti xx.xx.2022-ci il müəyyən edilir (3). Borcalan bu restrukturizasiya razılaşmasının ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən bu restrukturizasiya razılaşması üzrə ödənişləri vaxtında və lazımi qaydada “Kreditverən”in xeyrinə icra etməyi öz öhdəsinə götürür (4).
27. Həmin restrukturizasiya razılaşmasına dair ödəniş cədvəlindən görünür ki, ilk ödəniş tarixi xx.xx.2021-ci il, sonuncu ödəniş tarixi xx.xx.2022-ci il olmaqla ümumilikdə 39837,18 manat əsas məbləğ, 7056,2 manat faiz məbləğinin ödənilməsi razılaşdırılmışdır.
28. Məhkəməyə təqdim edilən kredit limiti müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2020-ci il tarixli əlavə razılaşmaya xx.xx.2020-ci il tarixli 3281***-*******01R nömrəli restrukturizasiya razılaşmasının şərtlərindən görünür ki, tərəflər arasında bağlanmış 19003-029/730016 saylı, xx.xx.2019-cu il tarixli kredit limiti müqaviləsinə əsasən “Kreditverən” “Borcalana” 120 ay müddətinə illik 26 faizdən çox olmamaq şərtilə 500 000 manat məbləğində kredit limiti ayrılmasına dair şərtlər barədə razılığa gəlmişdirlər. Bu şərtlərə əsasən “Kreditverən” “Borcalan”nın ərizəsinə əsasən ona ABŞ dolları, Rubl, Avro valyutalarında kreditlər verə bilər. “Borcalan” və 19003-029/730016 saylı, xx.xx.2019-cu il tarixli kredit limiti müqaviləsi və həmin müqavilə üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə təminat müqavilələri bağlayan şəxslər qeyd edilən limit çərçivəsində xarici valyutada götürülmüş kreditlər üzrə manatın məzənnəsinin dəyişməsinin mümkünlüyünü bilir və bu halda xarici valyutada götürülmüş kreditin məzənnəsinin dəyişməsi riskini öz üzərilərinə götürür və məsuliyyət daşıyırlar (1). “Kreditverən”i bu Razılaşmanın 1-cı bəndində qeyd edilmiş kredit limiti müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2020-ci il tarixli Əlavə Razılaşmaya əsasən “Borcalan”a illik 17 faiz dərəcəsi ilə 19 ay müddətinə xx.xx.2021-ci il tarixinədək 73030,53 manat məbləğdə kredit (borc) vermişdir və bu restrukturizasiya razılaşmasının imzalanması tarixinə “Borcalan”ın həmin kredit (borc) üzrə 73030,53 manat məbləğdə əsas borc və 0 manat məbləğdə faiz borcu mövcuddur (2). Bu razılaşmanın 2-ci bəndində qeyd edilmiş kredit (borc) üzrə faiz dərəcəsi 17 faiz və kreditin son icra müddəti xx.xx.2022-ci il müəyyən edilir (3). Borcalan bu restrukturizasiya razılaşmasının ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən bu restrukturizasiya razılaşması üzrə ödənişləri vaxtında və lazımi qaydada “Kreditverən”in xeyrinə icra etməyi öz öhdəsinə götürür (4).
29. Həmin restrukturizasiya razılaşmasına dair ödəniş cədvəlindən görünür ki, ilk ödəniş tarixi xx.xx.2021-ci il, sonuncu ödəniş tarixi xx.xx.2022-ci il olmaqla ümumilikdə 73030,53 manat əsas məbləğ, 12778,79 manat faiz məbləğinin ödənilməsi razılaşdırılmışdır.
30. İş materiallarına əlavə edilən iddiaçı (Kreditor qismində) ilə Cavabdeh2 (Zamin qismində) xx.xx.2020-ci il tarixli 003FİZAM50561202 nömrəli zaminlik müqaviləsinin şərtlərindən görünür ki, Borclunun Kreditor qarşısında müqavilənin 1.2-ci bəndində göstərilən kredit limiti müqaviləsi və həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşmalardan irəli gələn öhdəliklərin tamamının icra edilməsi üçün Zaminin Kreditor qarşısında birgə məsuliyyətinin əsaslarını müəyyən edir (1.1). İcrası zaminliklə təmin olunmuş öhdəlik və onun məzmunu Kreditor və X7 Pənah oğlu arasında bağlanmış 10 iyun 2019-cu il tarixli 19003-029/730016 saylı kredit limiti müqaviləsi və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşmalar ilə müəyyən olunur. Kredit limiti müqaviləsinə əsasən kreditor Borcluya 120 ay müddətinə 500 000 manat məbləğinədək illik 26%-dən çox olmamaq şərtilə kredit limiti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan razılaşmalar bağlamaqla kredit verir (1.2). Əsas müqavilə üzrə tələb edilə biləcək borc 500000 manat kredit limiti çərçivəsində ayrılmış kredit limiti məbləğində veriləcək kreditlər hesablanacaq faiz borcları və kreditin qeyd edilmiş müddətdə geri qaytarılmamasına görə qalıq borcun 40%-i məbləğində cərimədir (1.3).
31. İddia ərizəsinə əlavə edilmiş iddiaçı (Kreditor qismində) ilə Cavabdeh1 (Zamin qismində) xx.xx.2020-ci il tarixli 003FİZAM63465702 nömrəli zaminlik müqaviləsinin şərtlərindən görünür ki, Borclunun Kreditor qarşısında müqavilənin 1.2-ci bəndində göstərilən kredit limiti müqaviləsi və həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşmalardan irəli gələn öhdəliklərin tamamının icra edilməsi üçün Zaminin Kreditor qarşısında birgə məsuliyyətinin əsaslarını müəyyən edir (1.1). İcrası zaminliklə təmin olunmuş öhdəlik və onun məzmunu Kreditor və X7 Pənah oğlu arasında bağlanmış 10 iyun 2019-cu il tarixli 19003-029/730016 saylı kredit limiti müqaviləsi və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşmalar ilə müəyyən olunur. Kredit limiti müqaviləsinə əsasən kreditor Borcluya 120 ay müddətinə 500 000 manat məbləğinədək illik 26%-dən çox olmamaq şərtilə kredit limiti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan razılaşmalar bağlamaqla kredit verir (1.2). Əsas müqavilə üzrə tələb edilə biləcək borc 500000 manat kredit limiti çərçivəsində ayrılmış kredit limiti məbləğində veriləcək kreditlər hesablanacaq faiz borcları və kreditin qeyd edilmiş müddətdə geri qaytarılmamasına görə qalıq borcun 40%-i məbləğində cərimədir (1.3).
32. İddiaçı tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışlarına əsasən, xx.xx.2019-cu il tarixli razılaşmaya əsasən xx.xx.2023-cü il tarixə əsas borc 10972,48 manat, xx.xx.2022-ci il tarixə faiz borcu 4065,10 manat, xx.xx.2019-cu il tarixli razılaşmaya əsasən xx.xx.2023-cü il tarixə əsas borc 41966,94 manat, xx.xx.2022-ci il tarixə faiz borcu 5592,89 manat təşkil edir.
33. İş materiallarına əlavə edilən 28 oktyabr 2021-ci il tarixli AZ-İİ 211929 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X8 oğlu 17 oktyabr 2021-ci il tarixdə ölmüşdür.
34. “Elektron notariat” Avtomatlaşdırılmış İnformasiya sistemindən xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, şəhadətnamə verilən miras əmlak GƏNCƏ RQİ və TBŞ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli AD689150 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən miras qoyan X8 oğluna məxsus ban nömrəsi **********7110, mühərrikin nömrəsi 40630A43007774 və buraxılış ili 2004-cü il olan “QAZ 3302-14” yük markalı 25BB400 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən ibarətdir, qanun üzrə vərəsə qismində Cavabdeh2 çıxış edir.
35. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-919/2023 nömrəli qərardadı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış 06 noyabr 2023-cü il tarixli 9/7665 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, xx.xx.2022-ci il tarixə xx.xx.2019-cu il tarixli razılaşma üzrə əsas borc 37472,49 manat, faiz borcu 7272,79 manat, xx.xx.2019-cu il tarixli razılaşma üzrə əsas borc 65066,53 manat, faiz borcu isə 10477,52 manat təşkil edir.
36. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə X8 oğlu arasında 10 iyun 2019-cu il tarixli 19003-029/730016 nömrəli kredit limiti müqaviləsi çərçivəsində 11 iyun 2019-cu il tarixli və 24 iyun 2019-cu il tarixli 2 nömrəli razılaşmalardan irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı birinci razılaşma üzrə 60 000 manat məbləğdə pul vəsaitinə mülkiyyət hüququnu illik 17 faiz dərəcəsi ilə xx.xx.2021-ci il tarixədək qaytarılmaq şərti ilə, ikinci razılaşma üzrə 110 000 manat məbləğdə pul vəsaitinə mülkiyyət hüququnu illik 17 faiz dərəcəsi ilə xx.xx.2021-ci il tarixədək qaytarılmaq şərti ilə borcalana verməyi, sonuncu isə aldığı pul vəsaitlərini hissəhissə olmaqla iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli 003FİZAM63465701 nömrəli və xx.xx.2019-cu il tarixli 003FİZAM50561201 nömrəli zaminlik müqavilələri əsasında cavabdehlər borcalanın kredit limiti üzrə öz öhdəliyini tamamilə icra etməsi üçün birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdürlər. 11 iyun 2019-cu il tarixli razılaşmaya xx.xx.2020-ci il tarixli 003İAMR201330008 nömrəli və xx.xx.2020-ci il tarixli 3281***-*******02R nömrəli restrukturizasiya razılaşmaları ilə kreditin müddəti xx.xx.2022-ci il tarixinədək, 24 iyun 2019-cu il tarixli 2 nömrəli razılaşmaya xx.xx.2020-ci il tarixli 003İAMR201330007 nömrəli və xx.xx.2020-ci il tarixli 3281***- *******01R nömrəli restrukturizasiya razılaşmaları ilə kreditin müddəti xx.xx.2022-ci il tarixinədək uzadılmışdır. xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli 003FİZAM63465702 nömrəli və xx.xx.2020-ci il tarixli 003FİZAM50561202 nömrəli zaminlik müqavilələri əsasında cavabdehlər borcalanın kredit limiti üzrə öz öhdəliyini tamamilə icra etməsi üçün birgə məsuliyyət daşımağı yenidən öz üzərinə götürmüşlər. X3 Pənah oğlu 60000 manat və 110 000 manat məbləğində pul vəsaitlərinə mülkiyyət hüququnu əldə etsə də, pul məbləğini iddiaçıya tam qaytarmamış, xx.xx.2021-ci il tarixdə ölmüşdür. Cavabdeh2 eyni zamanda borcalanın qanun üzrə vərəsəsi qismində çıxış edir.
37. İddiaçı adıçəkilən kredit limiti müqaviləsi çərçivəsində bağlanmış 1-ci razılaşma üzrə 10972,48 manat əsas borc və 4065,10 manat faiz borcu olmaqla, cəmi 15037,58 manat və 2-ci razılaşma üzrə 41966,94 manat əsas borc və 5592,89 manat faiz borcu olmaqla, cəmi 47559,83 manat borcun cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş edir.
38. Cavabdehlər maddi çətinliklərlə bağlı ödənişi həyata keçirə bilmədiklərini, iddiaçının öhdəliyin restrukturizasiyasına razı olmadığını bildirirlər.
39. Məhkəmə mübahisənin həllində tətbiq ediləcək hüquq normaları ilə bağlı aşağıdakıları qeyd edilməsini zəruri hesab edir. Məhkəmə həmçinin göstərir ki, borc müqaviləsi və kredit müqaviləsi üzrə münasibətləri tənzimləyən Mülki Məcəllənin müvafiq normaları yeni redaksiyada verildiyindən aşağıda həmin Məcəllənin kredit müqaviləsi bağlanan və müqavilə üzrə öhdəliklər icra edilən zaman qüvvədə olan redaksiyasına istinad edilir.
40. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
41. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
42. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
43. Göründüyü kimi, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir. Hazırkı mübahisə üzrə borc verən pula mülkiyyət hüququnu borc alana keçirmək öhdəliyini icra etsə də, borc alan müqavilə üzrə öhdəliyini icra etməyərək aldıqlarını borc verənə qaytarmaq öhdəliyini icra etməmişdir.
44. Məhkəmə iddiaçının tələbini təşkil edən borcun (əsas və müqavilə müddətinə faiz) məbləği ilə bağlı qeyd edir ki, borc məbləğinin həcmi müəyyənləşdirilərkən iddia tələbindən kənara çıxmamaq şərtilə məhkəmə mühasibatlıq ekspertizasının rəyi əsas götürülməlidir. Belə ki, maliyyə arayışında qeyd edilən məbləğlər hər bir halda iddiaçının mövqeyini əks etdirməklə birtərəflidir, lakin məhkəmə ekspertizası təhqiqat, ibtidai istintaq orqanının və ya məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır və həmin tədqiqatın nəticəsində əldə olunan məlumatlar (nə qədər ki mötəbərdir) kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləğlərinin müəyyənləşdirilməsində həlledicidir. Məhkəmə bu nəticəyə gələrkən həmçinin nəzərə alır ki, ekspert rəyi məhkəməyə daxil olduqdan sonra iddiaçı və cavabdehlər ekspert rəyinə etiraz etməmiş, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı vəsatət də verməmişlər.
45. 06 noyabr 2023-cü il tarixli 9/7665 nömrəli ekspert rəyinə əsasən, xx.xx.2019-cu il tarixli razılaşma üzrə kreditin müddətinin bitdiyi xx.xx.2022-ci il tarixə (sonuncu ödəniş xx.xx.2021-ci il) əsas borc 37472,49 manat, faiz borcu 7272,79 manat, xx.xx.2019-cu il tarixli razılaşma üzrə kreditin müddətinin bitdiyi xx.xx.2022-ci il tarixə (sonuncu ödəniş xx.xx.2021-ci il) əsas borc 65066,53 manat, faiz borcu 10477,52 manat təşkil etmişdir.
46. Cavabdeh2 məxsus 5-1505612-1 nömrəli hesabdan xx.xx.2020 – xx.xx.2024-cü il tarixlərini əhatə edən çıxarışdan görünür ki, ekspert rəyində nəzərə alınan sonuncu ödənişdən (xx.xx.2021-ci il tarixdən) sonra xx.xx.2023-cü il tarixdə ödənilmiş 25000 manat məbləğində puldan 12500 manat 3281***-*******02R saylı razılaşma üzrə əsas borca, 12500 manat 3281***-*******01R saylı razılaşma üzrə əsas borca, xx.xx.2023-cü il tarixdə ödənilmiş 4000 manat məbləğində puldan 2000,04 manat 3281***-*******02R saylı razılaşma üzrə əsas borca, 2000 manat 3281***-*******01R saylı razılaşma üzrə əsas borca, xx.xx.2023-cü il tarixdə ödənilmiş 4000 manat məbləğində puldan 4000 manat 3281***-*******02R saylı razılaşma üzrə əsas borca, xx.xx.2023-cü il tarixdə ödənilmiş 4000 manat məbləğində puldan 2000 manat 3281***-*******02R saylı razılaşma üzrə əsas borca, 2000 manat 3281***-*******01R saylı razılaşma üzrə əsas borca, xx.xx.2023-cü il tarixdə ödənilmiş 4000 manat məbləğində puldan 2000 manat 3281***-*******02R saylı razılaşma üzrə əsas borca, 2000 manat 3281***-*******01R saylı razılaşma üzrə əsas borca, xx.xx.2023-cü il tarixdə ödənilmiş 4000 manat məbləğində puldan 2000 manat 3281***-*******02R saylı razılaşma üzrə əsas borca, 2000 manat 3281***-*******01R saylı razılaşma üzrə əsas borca, xx.xx.2023-cü il tarixdə ödənilmiş 4000 manat məbləğində puldan 2000 manat 3281***-*******02R saylı razılaşma üzrə əsas borca, 2000 manat 3281***-*******01R saylı razılaşma üzrə əsas borca silinməklə ümumilikdə xx.xx.2019-cu il tarixli razılaşma (3281***-*******02R) üzrə 26500,04 manat, xx.xx.2019-cü il tarixli razılaşma (3281***-*******01R) üzrə 22500 manat məbləğində pul ödənilmişdir.
47. Belə olan halda aydın olur ki, xx.xx.2019-cu il tarixli razılaşma üzrə əsas borc 10972,45 manat (37472,49-26500,04), faiz borcu isə 7272,79 manat, xx.xx.2019-cu il tarixli razılaşma üzrə əsas borc 42566,53 manat (65066,53-22500), faiz borcu isə 10477,52 manat, təşkil edir.
48. Lakin mülki məhkəmə icraatında “ne ultra petita” prinsipindən irəli gələrək məhkəmənin müstəsna hallar istisna olmaqla iddia tələbindən kənara çıxması mümkün deyildir.
49. Beləliklə, yuxarıda göstərilənlərə əsasən və iddia tələbindən çıxmamaq şərtilə məhkəmə bu qənaətə gəlir ki, xx.xx.2019-cu il tarixli razılaşma üzrə əsas borc 10972,45 manat, faiz borcu 4065,1 manat, xx.xx.2019-cu il tarixli 2 nömrəli razılaşma üzrə əsas borc 41966,94 manat, faiz borcu 5592,89 manat müəyyənləşdirilməlidir.
50. Bundan başqa, Mülki Məcəllənin 470.1-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
51. Həmin Məcəllənin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.
52. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
53. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
54. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 04 iyun 2018-ci il tarixli Qərarında ifadə olunan mövqeyə əsasən ... borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar.
55. Məhkəmə qeyd edir ki, Cavabdeh2 hazırkı iş üzrə zamin olmaqla həmçinin borclunun qanun üzrə vərəsəsidir. Belə ki, borclu xx.xx.2021-ci il tarixdə vəfat etmiş, Cavabdeh2 xx.xx.2022-ci il tarixdə qeydiyyata alınan vərəsəlik haqqında şəhadətnaməyə əsasən borclunun qanun üzrə vərəsəsi kimi tanınmışdır. Mülki Məcəllənin 1257.1-ci maddəsinə əsasən hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Göründüyü kimi Cavabdeh2 miras əmlakı qəbul etməklə borclunun tək vərəsəsi kimi müəyyən olunmuşdur. Lakin kreditor hazırkı tələblə məhkəməyə müraciət edənədək kredit müqavilələri üzrə hər hansı ödəniş etməmiş, iş məhkəmənin icraatında olduğu müddətdə isə borcun ancaq bir hissəsini ödəmişdir.
56. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında ifadə olunan hüquqi mövqedən aydın olur ki, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Lakin vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır və zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır.
57. Belə olan halda məhkəmə hesab edir ki, kreditor qarşısında borclu ilə birgə məsuliyyət daşıyan və məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmayan zaminlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada pulun tutulmasını tələb etməkdə iddiaçı haqlıdır.
58. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə bu qənaətə gəlir ki, xx.xx.2019-cü il tarixli 19003-029/730016 saylı kredit limiti müqaviləsi üzrə bağlanmış xx.xx.2019-cu il tarixli razılaşmaya əsasən 10972,45 manat əsas borc, 4065,1 manat faiz borcu və xx.xx.2019-cu il tarixli 2 nömrəli razılaşmaya əsasən 41966,94 manat əsas borc, 5592,89 manat faiz borcu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
b) Tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı
59. İddiaçı eyni zamanda tutmanın X8 oğluna məxsus ipoteka predmeti olan Göygöl rayonunun Şəhriyar kəndində yerləşən 0,1 ha torpaq sahəsinə, Göygöl şəhəri, A.Hacıyev küçəsində yerləşən, ümumi sahəsi 100.6 kv.m olan 110A nömrəli fərdi yaşayış evi və ona aid 0,042 ha torpaq sahəsinə və Göygöl rayonunun Qızılca kəndində yerləşən 0,10 torpaq sahəsinə və həmin torpaq sahəsindəki ümumi sahəsi 84,9 kv.m olan əmlak kompleksinə (A literli 36.5 kv.m qeyri-yaşayış binası (inzibati bina) və B literli 48.4 kv.m qeyri-yaşayış binası (anbar)) yönəldilməsi, həmin əmlakların hərracda satılması və satışdan əldə olunan pul hesabına 52939,42 manat əsas borcun, 9657,99 manat faiz borcunun, 400 manat mediasiya xərcinin və 1,60 manat ödənilmiş dövlət rüsumunun iddiaçıya ödənilməsi, ipoteka predmeti olan Göygöl rayonunun Şəhriyar kəndində yerləşən 0,1 ha torpaq sahəsi və Göygöl rayonunun Qızılca kəndində yerləşən 0,10 torpaq sahəsinə və həmin torpaq sahəsindəki ümumi sahəsi 84,9 kv.m olan əmlak kompleksinə (A literli 36.5 kv.m qeyri-yaşayış binası (inzibati bina) və B literli 48.4 kv.m qeyri-yaşayış binası (anbar)) tutma yönəldildikdən və onlar hərracda satıldıqdan sonra ən geci 1 ay müddətində həmin əmlakların boşaldılması tələbini də irəli sürmüşdür.
60. Məhkəmə ilk növbədə ipoteka qoyan öldüyü halda tutmanın ipoteka predmetinə yönəldilməsinin mümkünlüyü məsələsinə qiymət verilməsini zəruri hesab edir.
61. Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.
62. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır.
63. “İpoteka haqqında” Qanunun 1.0.6-cı maddəsinə əsasən girov və ipoteka hüququ girov (ipoteka) saxlayanın girov (ipoteka) predmetinə tutmanın yönəldilməsi hüququdur.
64. Məhkəmə qeyd edir ki, ipoteka müqaviləsi əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanmaqla bərabər ipoteka hüququ həm də məhdud əşya hüququ olmaqla ipoteka saxlayana (əsas öhdəlik üzrə kreditora) əsas müqavilə üzrə öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi riski reallaşdığı (borclunun ölümü də daxil olmaqla hər hansı səbəbdən) təqdirdə ipoteka predmetinin dəyərindən mənafeyinin üstün qaydada təmin edilməsi imkanını tanıyır. İpotekanın xitamı əsasları isə “İpoteka haqqında” Qanunun 48-ci maddəsində təsbit olunmaqla ipoteka qoyanın və ya borclunun ölümü ipotekanın xitamı əsası kimi qeyd olunmamışdır. Belə olan halda hazırkı iş üzrə iddiaçının ipoteka hüququ mövcudluğunu qorumaqla iddiaçı həmin hüquqdan irəli gələrək ipoteka predmetinə tutmanın yönəldilməsi tələbini irəli sürməkdə haqlıdır.
65. Mülki Məcəllənin 270.1-ci maddəsinə əsasən girov və ipoteka müqavilə üzrə əmələ gəlir.
66. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır.
67. Həmin Məcəllənin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
68. “İpoteka haqqında” Qanunun 34-cü maddəsinə əsasən, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; bu Qanunda nəzərdə tutulmuş digər hallarda.
69. Həmin Qanunun 41-ci maddəsinə əsasən, ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər.
70. Həmin Qanunun 47.5-ci maddəsinə əsasən, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır.
71. İddiaçı (ipoteka saxlayan qismində) ilə X8 oğlu (ipoteka qoyan qismində) arasında notarial qaydada bağlanmış xx.xx.2019-cu il tarixli 19003-029/730016/1İ nömrəli ipoteka müqaviləsinin şərtlərindən görünür ki, İpoteka qoyan xüsusi mülkiyyət hüququ ilə özünə məxsus olan və müqavilənin 2.1-ci bəndində göstərilən əmlakı 19003-029/730016 saylı xx.xx.2019-cu il tarixli kredit limiti müqaviləsi və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşmalardan irəli gələn öhdəliklərin təmin edilməsi məqsədilə İpoteka saxlayan qarşısında ipoteka ilə yüklü edir (1.1). İpotekanın predmeti haqqında məlumat (2): Göygöl rayonunun Şəhriyar kəndində yerləşən 0,1 ha torpaq sahəsi; ipoteka predmetinin mülkiyyət hüququnu təsdiq edən rəsmi sənəd - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış. İpoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: əsas borc; faizlər; dəbbə pulu; vurulmuş zərərin əvəzinin ödənilməsi; ipoteka predmetinin saxlanılması və salamatlığının təmin edilməsi xərclərinin ödənilməsi; ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə və digər xərclərin ödənilməsi (4.1).
72. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, 19003-029/730016 saylı xx.xx.2019-cu il tarixli kredit limiti müqaviləsi üzrə 120 ay müddətinə Göygöl rayonunun Şəhriyar kəndində yerləşən 0,1 ha torpaq sahəsinin iddiaçının xeyrinə ipoteka ilə yüklü edilməsi dövlət qeydiyyatına alınmışdır.
73. İş materiallarından görünür ki, ipoteka qoyanın arvadı X1 rayonunun Şəhriyar kəndində yerləşən 0,1 ha torpaq sahəsinin ipoteka qoyulmasına etiraz etməmiş, ipoteka saxlayan bildirişin qeydə alınması barədə xx.xx.2022-ci il tarixdə ərizə ilə ipotekanın dövlət qeydiyyatı orqanına müraciət etmişdir.
74. İddiaçı (ipoteka saxlayan qismində) ilə X8 oğlu (ipoteka qoyan qismində) arasında notarial qaydada bağlanmış xx.xx.2019-cu il tarixli 19003-029/730016/3İ nömrəli ipoteka müqaviləsinin şərtlərindən görünür ki, İpoteka qoyan xüsusi mülkiyyət hüququ ilə özünə məxsus olan və müqavilənin 2.1-ci bəndində göstərilən əmlakı 19003-029/730016 saylı xx.xx.2019-cu il tarixli kredit limiti müqaviləsi və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşmalardan irəli gələn öhdəliklərin təmin edilməsi məqsədilə İpoteka saxlayan qarşısında ipoteka ilə yüklü edir (1.1). İpotekanın predmeti haqqında məlumat (2): Göygöl şəhəri, A.Hacıyev küçəsində yerləşən, ümumi sahəsi 100.6 kv.m olan 110A nömrəli fərdi yaşayış evi, 0,042 ha torpaq sahəsi ilə birlikdə; ipoteka predmetinin mülkiyyət hüququnu təsdiq edən rəsmi sənəd - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Gəncə Ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış. İpoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: əsas borc; faizlər; dəbbə pulu; vurulmuş zərərin əvəzinin ödənilməsi; ipoteka predmetinin saxlanılması və salamatlığının təmin edilməsi xərclərinin ödənilməsi; ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə və digər xərclərin ödənilməsi (4.1).
75. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, 19003-029/730016 saylı xx.xx.2019-cu il tarixli kredit limiti müqaviləsi üzrə 120 ay müddətinə Göygöl şəhəri, A.Hacıyev küçəsində yerləşən, ümumi sahəsi 100.6 kv.m olan 110A nömrəli fərdi yaşayış evi və ona aid 0,042 ha torpaq sahəsinin iddiaçının xeyrinə ipoteka ilə yüklü edilməsi dövlət qeydiyyatına alınmışdır.
76. İş materiallarından görünür ki, ipoteka qoyanın arvadı X1 şəhəri, A.Hacıyev küçəsində yerləşən, ümumi sahəsi 100.6 kv.m olan 110A nömrəli fərdi yaşayış evi və ona aid 0,042 ha torpaq sahəsinin ipoteka qoyulmasına etiraz etməmiş, ipoteka saxlayan bildirişin qeydə alınması barədə xx.xx.2022-ci il tarixdə ərizə ilə ipotekanın dövlət qeydiyyatı orqanına müraciət etmişdir.
77. İddiaçı (ipoteka saxlayan qismində) ilə X8 oğlu (ipoteka qoyan qismində) arasında notarial qaydada bağlanmış xx.xx.2019-cu il tarixli 19003-029/730016/4İ nömrəli ipoteka müqaviləsinin şərtlərindən görünür ki, İpoteka qoyan xüsusi mülkiyyət hüququ ilə özünə məxsus olan və müqavilənin 2.1-ci bəndində göstərilən əmlakı 19003-029/730016 saylı xx.xx.2019-cu il tarixli kredit limiti müqaviləsi və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşmalardan irəli gələn öhdəliklərin təmin edilməsi məqsədilə İpoteka saxlayan qarşısında ipoteka ilə yüklü edir (1.1). İpotekanın predmeti haqqında məlumat (2): Göygöl rayonunun Qızılca kəndində yerləşən 0,10 torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 84,9 kv.m olan əmlak kompleksi (A literli 36.5 kv.m qeyri-yaşayış binası (inzibati bina – digər) və B literli 48.4 kv.m qeyri-yaşayış binası (anbar – digər)); ipoteka predmetinin mülkiyyət hüququnu təsdiq edən rəsmi sənəd - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 3 saylı Ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış. İpoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: əsas borc; faizlər; dəbbə pulu; vurulmuş zərərin əvəzinin ödənilməsi; ipoteka predmetinin saxlanılması və salamatlığının təmin edilməsi xərclərinin ödənilməsi; ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə və digər xərclərin ödənilməsi (4.1).
78. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, 19003-029/730016 saylı xx.xx.2019-cu il tarixli kredit limiti müqaviləsi üzrə 120 ay müddətinə Göygöl rayonunun Qızılca kəndində yerləşən əmlak kompleksi kimi müəssisənin iddiaçının xeyrinə ipoteka ilə yüklü edilməsi dövlət qeydiyyatına alınmışdır.
79. İş materiallarından görünür ki, ipoteka qoyanın arvadı X1 rayonunun Qızılca kəndində yerləşən 0,10 torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 84,9 kv.m olan əmlak kompleksinin ipoteka qoyulmasına etiraz etməmiş, ipoteka saxlayan bildirişin qeydə alınması barədə xx.xx.2022-ci il tarixdə ərizə ilə ipotekanın dövlət qeydiyyatı orqanına müraciət etmişdir.
80. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir.
81. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.
82. Qanunun 1.0.9-cu maddəsindən göründüyü kimi, sözügedən normada ipoteka predmetinin ilkin satış qiymətinin anlayışı aydın şəkildə həmin əmlakın məhz likvid qiymətini ehtiva etməsi kimi verilmişdir
83. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 20 iyul 2020-ci il tarixli 01 nömrəli qərardadına əsasən, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.
84. Məhkəmə ipoteka müqaviləsinin bağlanmasının üzərindən xeyli müddət keçdiyini nəzərə alaraq ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün ekspertiza təyin etmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 919/2023 nömrəli qərardadı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış 07 sentyabr 2023-cü il tarixli 10/3351-9/3546 nömrəli məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, Göygöl rayonu, Şəhriyar kəndində yerləşən 0,1 ha ölçüdə torpaq sahəsinin bazar dəyəri təqribən 25000 manat, likvid dəyəri isə təqribən 23500 manat, ünvan 1 ünvanında 0,042 ha torpaq sahəsində yerləşən 100,6 kv.m ölçülü fərdi yaşayış evinin (torpaq sahəsi ilə birlikdə) bazar dəyəri təqribən 44700 manat, likvid dəyəri isə təqribən 42000 manat, Göygöl rayonu, Qızılca kəndində 0,1 ha torpaq sahəsində yerləşən 84,9 kv.m ölçülü əmlak kompleksi kimi müəssisənin (torpaq sahəsi ilə birlikdə) bazar dəyəri təqribən 263 000 manat, likvid dəyəri isə təqribən 250 000 manat təşkil edir.
85. Məhkəmə ekspertiza rəyini və tərəflərin həmin rəyə etiraz etmədiklərini nəzərə alaraq hesab edir ki, Göygöl rayonu, Qızılca kəndində 0,1 ha torpaq sahəsində yerləşən 84,9 kv.m ölçülü əmlak kompleksinin ilkin satış qiyməti 250 000 manat, ünvan 1 ünvanında 0,042 ha torpaq sahəsində yerləşən 100,6 kv.m ölçülü fərdi yaşayış evinin ilkin satış qiyməti 42000 manat, Göygöl rayonu, Şəhriyar kəndində yerləşən 0,1 ha ölçüdə torpaq sahəsinin ilkin satış qiyməti 23500 manat müəyyən edilməlidir.
86. Məhkəmə ipoteka predmeti olan Göygöl rayonunun Şəhriyar kəndində yerləşən 0,1 ha torpaq sahəsi və Göygöl rayonunun Qızılca kəndində yerləşən 0,10 torpaq sahəsinə və həmin torpaq sahəsindəki ümumi sahəsi 84,9 kv.m olan əmlak kompleksinə (A literli 36.5 kv.m qeyri-yaşayış binası (inzibati bina) və B literli 48.4 kv.m qeyri-yaşayış binası (anbar)) tutma yönəldildikdən və onlar hərracda satıldıqdan sonra ən geci 1 ay müddətində həmin əmlakların boşaldılması tələbi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, “İpoteka haqqında” Qanun ipoteka qoyulmuş məhz yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməli olmaları və bunun qaydası ilə bağlı tənzimləməni həyata keçirmişdir. Lakin hazırkı iş üzrə boşaldılması tələbi irəli sürülən əmlaklar torpaq sahəsi və əmlak kompleksi olmaqla yaşayış evi və ya mənzil kateqoriyasına aid əmlaklar deyildir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunun 13.5-ci maddəsinə əsasən ... hüquqların məhdudlaşdırılması və vəzifələrin müəyyən edilməsi hallarında hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilməz. Belə olan halda, “İpoteka haqqında” Qanunun yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka predmetinin ən geci 1 ay müddətində boşaldılması ilə bağlı tənzimləməsi həmin kateqoriyaya aid olmayan əmlaklara münasibətdə analogiya qaydasında tətbiq oluna bilməz. Qeyd olunan hissədə tələbin qanuni əsası müəyyən olunmadığından məhkəmə hesab edir ki, torpaq sahəsi və əmlak kompleksinə tutma yönəldildikdən və onlar hərracda satıldıqdan sonra ən geci 1 ay müddətində boşaldılması hissəsində iddia tələbi rədd edilməlidir.
87. “İpoteka haqqında” Qanunun 4-cü maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi.
88. Məhkəmə ipoteka ilə təmin edilmiş öhdəliyin cavabdeh X4 tərəfindən lazımınca icra edilmədiyini nəzərə alaraq hesab edir ki, tutma X8 oğluna mülkiyyət hüququ ilə məxsus olan ilkin satış qiyməti 250 000 manat müəyyən edilməklə Göygöl rayonu, Qızılca kəndində 0,1 ha torpaq sahəsində yerləşən 84,9 kv.m ölçülü əmlak kompleksinə, ilkin satış qiyməti 42000 manat müəyyən edilməklə ünvan 1 ünvanında yerləşən 100,6 kv.m ölçülü fərdi yaşayış evinə və 0,042 ha torpaq sahəsinə, ilkin satış qiyməti 23500 manat müəyyən edilməklə Göygöl rayonu, Şəhriyar kəndində yerləşən 0,1 ha ölçüdə torpaq sahəsinə yönəldilərək həmin əmlaklar açıq hərracda satılmalı, əmlakların satışından əldə olunan vəsait İddiaçı ASC ilə X8 oğlu arasında xx.xx.2019-cü il tarixli 19003- 029/730016 saylı kredit limiti müqaviləsi üzrə bağlanmış xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli razılaşmaya əsasən 62597,38 manat, dövlət rüsumu kimi ödənilmiş pulun əvəzi olaraq 1,60 manat və 400 mediasiya xərcinin ödənilməsinə yönəldilməlidir.
c) Məhkəmə xərcləri ilə bağlı
89. İddiaçı eləcə də 400 manat mediasiya xərcinin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 1,6 manat pulun cavabdehlərdən tutulmasını xahiş etmişdir.
90. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, MŞB15-0001xx/xx-2022 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, iddiaçının nümayəndəsi və Cavabdeh2 ilkin mediasiya sessiyasında iştirak etmiş, digər cavabdeh xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak etməmiş və iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat məbləğində mediasiya xərcini ödənmişdir.
91. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafası əsasında müəyyən olunur ki, iddiaçı tərəfindən 1,6 manat məbləğində dövlət rüsumu ********** nömrəli qəbzlə iddia ərizəsinin verilməsinə görə dövlət büdcəsinə ödənilmişdir.
92. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, 06 noyabr 2023-cü il tarixli 9/7665 nömrəli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyərini 50 manat, 07 sentyabr 2023-cü il tarixli 10/3351-9/3546 nömrəli tədqiqatın dəyərini isə 100 manat təşkil edir.
93. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
94. Həmin Məcəllənin 115.0, 115.0.4 və 115.0.9-cu maddələrinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər və məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir.
95. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
96. Göründüyü kimi, bütün növdən olan kommersiya mübahisələri üzrə fiziki və hüquqi şəxslər üçün ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbidir. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.
97. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
98. Həmin Məcəllənin 119.3-cü maddəsinə əsasən, iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
99. İş materialları ilə müəyyən olunur ki, kredit müqaviləsi üzrə borcun ödənilməsi ilə əlaqədar cavabdehlərə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlər ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır. Lakin cavabdehlər mövcud mübahisənin məhkəməyəqədər mərhələsində tələbi cavabsız qoymuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, məhkəmə xərcləri tam olaraq cavabdehlərdən tutulmalıdır.
100. Beləliklə, məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 1,6 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməli, ekspertiza xərci olaraq 150 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.
V. Nəticə:
101. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə X8 oğlu arasında xx.xx.2019-cü il tarixli 19003- 029/730016 saylı kredit limiti müqaviləsi üzrə bağlanmış xx.xx.2019-cu il tarixli razılaşmaya əsasən 10972 (on min doqquz yüz yetmiş iki) manat 45 (qırx beş) qəpik əsas borc, 4065 (dörd min altmış beş) manat 10 (on) qəpik faiz borcu, xx.xx.2019-cu il tarixli razılaşmaya əsasən 41966 (qırx bir min doqquz yüz altmış altı) manat 94 (doxsan dörd) qəpik əsas borc, 5592 (beş min beş yüz doxsan iki) manat 89 (səksən doqquz) qəpik faiz borcu olmaqla ümumilikdə 62597 (altmış iki min beş yüz doxsan yeddi) manat 38 (otuz səkkiz) qəpik məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 (dörd yüz) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 1 (bir) manat 60 (altmış) qəpik məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tutma X8 oğluna mülkiyyət hüququ ilə məxsus olan ilkin satış qiyməti 250 000 (iki yüz əlli min) manat müəyyən edilməklə Göygöl rayonu, Qızılca kəndində 0,1 ha torpaq sahəsində yerləşən 84,9 kv.m ölçülü əmlak kompleksinə, ilkin satış qiyməti 42000 (qırx iki min) manat müəyyən edilməklə ünvan 1 ünvanında yerləşən 100,6 kv.m ölçülü fərdi yaşayış evi və ona aid 0,042 ha torpaq sahəsinə, ilkin satış qiyməti 23500 (iyirmi üç min beş yüz) manat müəyyən edilməklə Göygöl rayonu, Şəhriyar kəndində yerləşən 0,1 ha ölçüdə torpaq sahəsinə yönəldilərək həmin əmlaklar açıq hərracda satılsın. Əmlakların satışından əldə olunan vəsait İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə X8 oğlu arasında xx.xx.2019-cü il tarixli 19003- 029/730016 saylı kredit limiti müqaviləsi üzrə bağlanmış xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli razılaşmaya əsasən 62597 (altmış iki min beş yüz doxsan yeddi) manat 38 (otuz səkkiz) qəpik, dövlət rüsumu kimi ödənilmiş pulun əvəzi olaraq 1 (bir) manat 60 (altmış) qəpik və 400 (dörd yüz) mediasiya xərcinin ödənilməsinə yönəldilsin. Ekspertiza xərci olaraq 150 (yüz əlli) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN – **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN – **********, hesab AZ34CTRE********************) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Nərmin Əhmədova