Məhkəmə qərarları › İş №e-2-2(113)-561/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-561/2025

30.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-561/2025 30.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi, borcun ödənilməsi, icranın gecikdirilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 iştirakları ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (İddiaçı ASC) ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22 noyabr 2019-cu il tarixli, ***-*******MK221119-01 nömrəli kredit müqaviləsi üzrə banka ödənilməmiş cəmi 3901,89 manat (üç min doqquz yüz bir manat səksən doqquz qəpik) məbləğində borcunbundan 2541,20 manat (iki min beş yüz qırx bir manat iyirmi qəpik) əsas borc, 1055,14 manat (bir min əlli beş manat on dörd qəpik) müqavilə müddəti üçün hesablanmış faiz borcu və 305,55 manat (üç yüz beş manat əlli beş qəpik) kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca hesablanmış faiz borcu və iş üzrə ödənilmiş 59,02 manat (əlli doqquz manat iki qəpik) dövlət rüsumunun cavabdehlər Cavabdeh3, Cavabdeh2 Südayıf oğlu və Cavabdeh1 birgə qaydada tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 22 noyabr 2019-cu il tarixli, ***-*******MK221119-01 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh3 24 ay müddətinə, illik 27 (iyirmi yeddi) faiz dərəcəsi ilə 3500 (üç min beş yüz) manat məbləğində kredit verilmişdir. Cavabdeh3 kredit verilərkən bank ilə Cavabdeh2 Südayıf oğlu və Cavabdeh1 arasında 22 noyabr 2019-cu il tarixli zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqavilələrinin 1.1 və 2.2-ci bəndlərinə əsasən zamin durmuş şəxs borc alanın kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi və ya lazımınca yerinə yetirmədiyi nəticəsində əmələ gələn faizlərin, borc tutulması üzrə məhkəmə xərcləri və bununla əlaqədar digər zərərin əvəzinin ödənilməsinə görə bank qarşısında borcalanla eyni həcmdə məsuliyyət daşıyır. Kredit müqaviləsinin 1.1.1 və 3.3.4-cü bəndlərinə əsasən Cavabdeh3 kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə və qaydada kredit məbləği və ona hesablanacaq faizləri ödəmək barədə bank qarşısında öhdəlik götürsə də, o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Bu səbəbdən də Cavabdeh3 22 noyabr 2019-cu il tarixli, ***-*******MK221119-01 nömrəli kredit müqaviləsi üzrə 25 aprel 2024-cü il tarixə banka ödənilməmiş cəmi borcu 3901,89 manat (üç min doqquz yüz bir manat səksən doqquz qəpik) təşkil edir. Bank tərəfindən kredit borcunun qaytarılması tələbi ilə cavabdehlərə bir neçə dəfə şifahi müraciət edilməsinə və 03 may 2024-cü il tarixli, **********432 nömrəli bildirişlə isə yazılı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər kredit borcunun banka qaytarılmasını təmin etməmişlər. Göründüyü kimi, bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək, mənfəət götürə bilərdi.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 445, 445.2.1, 445.2.2, 445.7, 445.3, 448.1, 449.4, 470.1, 472.2, 472.3, 474.2, 474.3-cü maddələrinə istinad olunmuşdur.

4. Cavabdehlər tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır.

5. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş, gəlməməsinin səbələri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən digər cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

6. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi.

7. Cavabdeh3 məhkəmə iclasında izahat verərək, əsas borcu qəbul etdiyini, iddia tələbinin digər hissələri ilə bağlı qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirdi.

7. Cavabdeh2 məhkəmə iclasında izahat verərək, əsas borcu qəbul etdiyini, iddia tələbinin digər hissələri ilə bağlı qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirdi.

8. İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, ***- *******MK221119-01 nömrəli kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən bank borcalana 24 ay müddətinə, illik 27% ödənilməsi şərtilə 3500 manat məbləğində məqsədli istifadə, qaytarılmaq, faizlər ödənilmək və təminatlılıq əsasında kredit verir, borcalan isə üzərinə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etmək, habelə krediti və kreditə hesablanmış faizləri banka ödəməyə dair pul öhdəliyi götürür. Hər gecikdirilmiş gün üçün gecikdirilmiş əsas məbləğı kreditin cari faizi və əlavə olaraq illik 46 faiz cərimə hesablanacaq. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən müqavilədə göstərilmiş qaydada borcalan kredit üzrə əsas borc və hesablanmış faizlərin ödənilməsini tərəflər arasında yazılı şəkildə tərtib edilmiş və müqavilənin ayrılmaz tərkib hissəsi olan annuitet ödəniş qrafiki əsasında ödənişləri nağd və ya köçürmə yolu ilə həyata keçirir. Həmin müqavilənin 4.1-ci maddəsinə əsasən borcalan ardıcıl olaraq 30 gündən artıq müddətdə ona verilmiş krediti və onun faizini ödəniş qrafiki üzrə ödəmədikdə, ödəniş qrafiki üzrə ödənişlər 12 ay ərzində 3 dəfədən və ya ardıcıl olaraq 2 dəfədən çox gecikdirdikdə bank verdiyi krediti hesablanmış faizlərlə birlikdə qaytarılmasını borcalandan tələb edə bilər. Həmin müqavilənin 5.1-ci maddəsinə əsasən müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməyən və ya lazımi qaydada icra etməyən tərəf digər tərəfə vurulan zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıyır. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən borcalan kreditin aylıq ödənişini gecikdirdikdə bank bocalana qarşı kredit üzrə aylıq ödənişin əsas məbləğinə gecikdirildiyi hər təqvim günü üçün müqavilənin 1.1.1-ci bəndində göstərilmiş cərimə tətbiq edilir. Müqavilə tərəflərin imzası ilə təsdiq edilmişdir.

9. İddiaçı ASC, Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, ***-*******MK221119-01/ZM/2 nömrəli zaminlik müqaviləsinin məzmunundan müəyyən olunur ki, Cavabdeh1 Cavabdeh3 İddiaçı ASC qarşısında ***-*******MK221119- 01 saylı, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə öz öhdəliklərini icra etməməsi və ya lazımınca icra etməməsinə görə öz üzərinə məsuliyyət götürmüşdür. Zaminlik müqaviləsinin 2.2-ci maddəsinə əsasən zamin borcalanın kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi və ya lazımınca yerinə yetirmədiyinin nəticəsində əmələ gələn faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və bununla bağlı digər zərərin əvəzinin ödənilməsinə görə bank qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır.

10. İddiaçı ASC, Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, ***-*******MK221119-01/ZM/1 nömrəli zaminlik müqaviləsinin məzmunundan müəyyən olunur ki, Cavabdeh2 Cavabdeh3 İddiaçı ASC qarşısında ***-*******MK221119- 01 saylı, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə öz öhdəliklərini icra etməməsi və ya lazımınca icra etməməsinə görə öz üzərinə məsuliyyət götürmüşdür. Zaminlik müqaviləsinin 2.2-ci maddəsinə əsasən zamin borcalanın kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi və ya lazımınca yerinə yetirmədiyinin nəticəsində əmələ gələn faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və bununla bağlı digər zərərin əvəzinin ödənilməsinə görə bank qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır.

11. Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, **********507 nömrəli maliyyə arayışından müəyyən olunur ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, ***-*******MK221119-01 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə yaranmış əsas borc 3901,89 manat, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz məbləği 1055 manat, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış faiz məbləği 305 manat, müqavilənin tələbləri əsasında yaranmış ümumi borcun məbləği 3901,89 manat təşkil edir.

12. İddiaçı tərəfindən iş materiallarına ödəniş cədvəli və hesabdan çıxarış əlavə edilmişdir.

13. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubunun məzmunundan müəyyən olunur ki, Paşayev X1 Eynulla Hüseyn oğlu və Cavabdeh2 müqavilə üzrə yaranmış 3901,89 manat borcun 3 gün müddətində ödənilməsi təələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/10665 saylı ekspert rəyindən müəyyən olunur ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh3 oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli, ***-*******MK221119-01 saylı kredit müqaviləsinin şərtləri üzrə Cavabdeh3 ləğv prosesində olan İddiaçı ASC-yə olan borcu xx.xx.2021-ci il tarixə (müqavilə müddətinin sonuna) əsas borc üzrə 3041,2 manat, faiz borcu üzrə 611,23 manat, xx.xx.2024-cü il tarixinə (maliyyə arayışının tərtib olunduğu tarixə) əsas borc üzrə 2541,2 manat, faiz borcu üzrə 611,23 manat, illik 5%-lə hesablanan faiz borcu üzrə 338,27 manat, xx.xx.2024-cü il tarixə (məhkəməyə müraciət olunan tarix) əsas borc üzrə 2541,2 manat, faiz borcu üzrə 611,23 manat, illik 5%-lə hesablanan faiz borcu üzrə 390,5 manat təşkil edir. Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi

17. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, İddiaçı ASC ilə Cavabdeh3 arasında xx.xx.2019-cu il tarixli, ***-*******MK221119-01 nömrəli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh3 oğluna bank tərəfindən 24 ay müddətinə, illik 27% ödənilməsi şərtilə, 3500 manat məbləğində məqsədli istifadə, qaytarılmaq, faizlər ödənilmək və təminatlılıq əsasında kredit verir, borcalan isə üzərinə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etmək, habelə krediti və kreditə hesablanmış faizləri banka ödəməyə dair pul öhdəliyi götürür. Cavabdeh3 oğlunun bank qarşınıdakı öhdəliyinin təminatı kimi ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh1 və Cavabdeh2 arasında zaminlik müqavilələri bağlanmış, həmin müqaviləyə əsasən zaminlər borclu Cavabdeh3 İddiaçı ASC qarşısında öhədliklərini yerinə yetirməsinə görə öz üzərinə məsuliyyət götürmüşdür. İddiaçı ASC müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirsə də, cavabdehlər (borcalan və zaminlər) öz öhdəliklərini lazımınca yerinə yetirməmiş və nəticədə banka borcları yaranmışdır.

18. İddia tələbinin bir hissəsini cavabdеhlər Paşayev X1 Eynulla Hüseyn oğlu və Cavabdeh2 müştərək qaydada 22 noyabr 2019-cu il tarixli, ***-*******MK221119-01 nömrəli kredit müqaviləsi üzrə banka ödənilməmiş 2541,20 manat əsas borcun və 1055,14 manat faiz borcunun tutulması təşkil edir.

19. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehin müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını, MPM-in 218.3-cü maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas kredit borcunun tutulması hissəsində tam və faiz borcunun tutulması hissəsində qismən təmin edilməli, Cavabdeh3 xx.xx.2019-cu il tarixli, ***-*******MK221119-01 saylı kredit müqaviləsi üzrə 2541,2 manat (iki min beş yüz qırx bir manat iyirmi qəpik) əsas borc, 611,23 manat (altı yüz on bir manat iyirmi üç qəpik) faiz borcu iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/10665 saylı ekspert rəyində müqavilə müddətinin sonuna faiz borcunun 611,23 manat təşkil edildiyi qeyd edilmişdir.

20. İddiaçı eyni zamanda ödənişinin gecikdirilməsinə görə xx.xx.2019-cu il tarixli, ***- *******MK221119-01 nömrəli kredit müqaviləsi üzrə müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 305,55 manat məbləğin cavabdehlərdən müştərək qaydada tutulmasını tələb etmişdir.

21. Məhkəmə qanunvericilik normalarını əsas götürərək hesab edir ki, iddiaçı gecikdirilmiş əsas məbləğə illik beş faizin ödənilməsini cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır və xx.xx.2019-cu il tarixli, ***-*******MK221119-01 nömrəli kredit müqaviləsi üzrə 305,55 manat (üç yüz beş manat əlli beş qəpik) məbləğində pul vəsaiti Cavabdeh3 iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/10665 saylı ekspert rəyində həmin məbləğ daha artıq qeyd olunsa da, məhkəmə MPM-in 218.3-cü maddəsinin tələblərini nəzərə alaraq hazırkı qənaətə gəlmişdir.

22. Borc məbləğinin zamin olan Cavabdeh1 və Cavabdeh2 tutulmasına münasibətdə məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinin tələbləri əsas götürülməlidir. Belə ki, həmin maddənin tələbinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir, əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kredit müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixdə bitmişdir. İddiaçı məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Göründüyü kimi, qanunla müəyyən edilmiş müddətlər keçdiyi, zaminliyə xitam verildiyi üçün cavabdehlər – zaminlərə münasibətdə iddia təmin olunmamalıdır.

23. Eləcə də, iddiaçı məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 59,02 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş etmişdir.

24. Məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilmiş hissəsinə uyğun olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 52,3 manat (əlli iki manat otuz qəpik) məbləğində pul vəsaiti Cavabdeh3 oğlundan iddiaçının xeyrinə tutulmalıdır.

25. Həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pulun 44,3 manat (qırx dörd manat otuz qəpik) hissəsi Cavabdeh3, 5,7 manat (beş manat yetmiş qəpik) hissəsi isə ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.

26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh3 xx.xx.2019-cu il tarixli, ***-*******MK221119-01 saylı kredit müqaviləsi üzrə 2541,2 manat (iki min beş yüz qırx bir manat iyirmi qəpik) əsas borc, 611,23 manat (altı yüz on bir manat iyirmi üç qəpik) faiz borcu, 305,55 manat (üç yüz beş manat əlli beş qəpik) illik 5%-lə hesablanmış faiz borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 52,3 manat (əlli iki manat otuz qəpik) olmaqla, ümumilikdə 3510,28 manat (üç min beş yüz on manat iyirmi səkkiz qəpik) məbləğində pul vəsaiti tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 münasibətdə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pulun 44,3 manat (qırx dörd manat otuz qəpik) hissəsi Cavabdeh3, 5,7 manat (beş manat yetmiş qəpik) hissəsi isə ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar