Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5615/2025 25.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin (Ləğv prosesindədir) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMCyə qarşı borc tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, borc tələbi, zaminlik,) Bakı Kommersiya Məhkəməsinin hakimi X1, İddiaçı ASC-nin (Ləğv prosesindədir) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı borc tələbinə dair ərizəsinə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: İşin halları İddiaçı ASC (Ləğv prosesindədir) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən 3447,76 manat əsas, 1,44 manat faiz borcu və ödənilmiş 54,49 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 100.LN.1676.191619.00001 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə illik 1 faiz dərəcəsi ilə 10637 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 MMCilə Bank arasında xx.xx.2019-cu il tarixli, 100.CL.190619.00001/b nömrəli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilələrə əsasən zamin durmuş şəxslər kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyırlar. Kredit müqaviləsinin 4.2-ci bəndinə əsasən Cavabdeh1 müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. xx.xx.2024-cü il tarixinə Cavabdeh1 kredit üzrə cəmi borcu 3449,20 manat təşkil edir. Bundan 3447,76 manat əsas, 1,44 manat faiz borcu təşkil edir. Kredit müqaviləsinin 8.1.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********117 saylı xx.xx.2023-cü il tarixli bildiriş məktubu və xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi Cavabdeh1 tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.7, 295, 297, 298.1.3, 427.3, 442, 445, 445.2.1, 445.2.2, 445.3, 445.7, 448.1, 449.1, 449.4, 465, 470.1,472.2, 474.2, 739.1-ci maddələrinə istinad olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: LPO İddiaçı ASC (Kreditor) və Cavabdeh1 (Borc alan) arasında imzalanmış 19 iyun 2019-cu il tarixli, 100.LN.1676.190619.00001 saylı kredit müqaviləsinə əsasən Kreditor Borcalana 60 ay müddətinə illik 1 faiz dərəcəsi ilə 10637 manat məbləğində kredit ayırır. Borcalan kreditdən yalnız Kredit və k/x ödənilməsi məqsədləri üçün istifadə edəcəkdir. Müqavilənin 1.3-cü bəndinə əsasən Kredit Müqaviləsi üzrə verilmiş kredit və hesablanmış faizlər bu Müqavilənin 1.1.-ci bəndində göstərilmiş valyutada Kreditora qaytarılmalıdır. Əgər bu müqavilə üzrə hər hansı ödəniş müddəti çatanadək kreditinin valyutası və istənilən valyuta üzrə məzənnəsi artmış və azalmışsa, Borcalan götürdüyü krediti və hesablanmış faizləri ödəniş gününə olan məzənnədən asılı olmayaraq Kredit Müqaviləsinin 1.1-ci bəndində qeyd olunan valyutada ödəməlidir. Müqavilənin 5.1-ci bəndinə əsasən Borcalan aldığı krediti bu Müqavilənin 1 saylı Əlavəsində göstərilmiş cədvələ uyğun ödəməyə borcludur. Qeyd etmək lazımdır ki, birinci ödəniş 19 iyul 2019-cu il, sonuncu ödəniş isə 19 iyun 2024-cü il tarixdən gec olmayaraq həyata keçirilməlidir. 19 iyun 2019-cu il tarixli kredit müqaviləsi üzrə tərtib edilmiş 1 saylı Əlavə ödəniş planından görünür ki, aylıq faiz dərəcəsi 0,08 % olmaqla verilmiş kreditə görə Cavabdeh1 xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixinə qədər ilk 1 il ərzində 8,86 (8,57, 9,16 və s.) manat, sonrakı aylarda 221,6 manat, sonuncu ay isə 221,80 manat ödəməlidir. LPO İddiaçı ASC (Bank) ilə Cavabdeh2 MMC (Zamin) arasında bağlanmış xx.xx.2019-cu il tarixli 100.CL.190619.00001/b nömrəli zaminlik müqaviləsinə əsasən zamin bu müqaviləyə əsasən bank qarşısında 19 iyun 2019-cu il tarixli 100.LN.1676.190619.00001 saylı Kredit Müqaviləsi və ona ediləcək bütün əlavələrdən irəli gələn öhdəliklərin,o cümlədən Borcalanın 10637 manat məbləğində alınmış kreditin və ona hesablanmış faizlərin ödənilməsi öhdəliyinin tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.Müqavilənin 2.1.3-cü bəndinə əsasən Faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və bu Müqavilə ilə təmin edilmiş öhdəliyin Borcalan tərəfindən icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində banka dəyən digər zərərin əvəzinin ödənilməsinə görə bank qarşısında tam həcmdə məsuliyyəti daşımağı öhdəsinə götürür. LPO AGBank ASC tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə göndərilmiş xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, 5364,80 manat məbləğində borcun 3 gün müddətində "xxxx" ASC-yə tam ödəmələri tələb olunur, əks təqdirdə Restrukturizasiya müqaviləsi üzrə götürdükləri öhdəlikləri vaxtında və lazımınca icra etməməyinizi nəzərə alaraq bu müqaviləyə vaxtından əvvəl xitam verilməsi, ümumi kredit borcun və hesablanmış faizlərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilir. xx.xx.2024-cü il tarixli məlumatdan görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 19 iyun 2019-cu il tarixli 100.LN.1676.190619.00001 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 12 fevral 2024-cü il tarixə 3447,76 manat əsas, 1,44 manat faiz borcu vardır. xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, LPO AGBank ASC 54,49 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739-cu maddəsinin xx.xx.2023-cü il tarixinə kimi qüvvədə olmuş əvvəlki tələbinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 19 iyun 2019-cu il tarixli, 100.LN.1676.190619.00001 saylı kredit müqaviləsinə əsasən iddiaçı sonuncuya 60 ay müddətinə illik 1 faiz dərəcəsi ilə 10637 manat məbləğində kredit ayırmışdır. Daha sonra öhdəliyin icrasının təmin edilməsi üçün iddiaçı ilə Cavabdeh2 MMC arasında zaminlik müqaviləsi bağlanmışdır. Kreditor, iddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan və zamin, cavabdehlər kredit və zaminlik müqavilələri üzrə öhdəlikləri tam icra etməmişlər, bununla da müqavilələrin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar. Nəticədə iddiaçının cavabdehlərə qarşı kredit və zaminlik müqavilələri əsasında borcu tələb etmək hüququ yaranmışdır. Bununla belə, məhkəmə iddiaçının Cavabdeh2 MMC-yə qarşı iddia tələbini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtarması, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Bu baxımdan, Cavabdeh2 MMC-yə qarşı irəli sürülmüş iddia tələbi ilə bağlı məhkəmə qeyd edir ki, xx.xx.2019-cu il tarixdə 60 ay müddətinə bağlanmış kredit müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixdə bitsə də, öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditor Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti zamin Cavabdeh2 MMC-yə qarşı iddia tələbi irəli sürməmişdir. Bu isə yuxarıda qeyd olunan Zaminlik müqaviləsi və Qanunun normasına əsasən zaminlik öhdəliyinə xitam verildiyinə dəlalət etdiyindən, Cavabdeh2 MMC-yə qarşı iddia tələbi əsassız olduğuna görə rədd edilməlidir. Beləliklə işin hallarına məcmu şəkildə qiymət verərək hesab edirəm ki, iddiaçının tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh1 9 iyun 2019-cu il tarixli, 100.LN.1676.190619.00001 saylı kredit müqaviləsinə 3447,76 manat məbləğində əsas, 1,44 manat məbləğində faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddianın qismən təmin olunduğunu nəzərə alaraq hesab edirəm ki, ödənilmiş 54,49 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia qismən təmin edilsin. Cavabdeh1 3447,76 manat əsas, 1,44 manat faiz borcu olmaqla, ümumilikdə 3449,20 (üç min dörd yüz qırx doqquz manat iyirmi qəpik) qəpik pul vəsaiti və ödənilmiş 54 (əlli dörd) manat 49 (qırx doqquz) qəpik dövlət rüsumunun əvəzi İddiaçı ASC-nin (Ləğv prosesindədir) xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-5615/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5615/2025
25.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver