Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-5620/2025 18.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi X1, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh3 MMC, Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, müəyyən etdim: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 MMC-dən xx.xx.2008-ci il tarixli notariat qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi və xx.xx.2008-ci il tarixdə Bakı şəhəri 38 saylı Notariat Kontorunda təsdiq edilmiş bölgü eskiz planı əsasında ona 2008-ci ildən alq-satqı ilə keçmiş,1.1906 ha torpaq sahəsindən təhvil verilməmiş 4299 kv.m torpaq sahəsinə görə 644850 manat kompensasiyanın ödənilməsi; cavabdehlər Cavabdeh2 və Cavabdeh1 4299 kv.m torpaq sahəsi üzərində inşa edilmiş 7 ədəd torpaqdan ayrıla bilməyən qeyri- yaşayış tikililərə (ofislər 519.71kv.m, 267.15 kv.m. anbar, 899.15kv.m anbar) çəkilən ******* manat məsrəfin əvəzinin ödənilməsini və ödənilmiş 2100 manat dövlət rüsumun cavabdehlərdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Çünki hazırkı iddia ərizəsindən görünür ki, iddiaçı iddia ərizəsində üç cavabdehə qarşı bir-biri ilə əlaqədar olmayan iki tələbi birləşdirmişdir. Belə ki, iddiaçının iddia tələbi Cavabdeh3 MMC” MMC-dən 4299 kv.m torpaq sahəsinə görə 644850 manat kompensasiyanın ödənilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 isə 4299 kv.m torpaq sahəsi üzərində inşa edilmiş 7 ədəd torpaqdan ayrıla bilməyən qeyri-yaşayış tikililərə çəkilmiş xərcin əvəzinin ödənilməsi ilə bağlıdır. Həmin iddia tələbləri eyni torpaq sahəsi ilə bağlı olsa da, cavabdehlər fərqlidir, həmçinin iddia tələblərinin qanuni əsasları da fərqlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Belə nəticəyə gəlirəm ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269–cu maddələrini rəhbər tutaraq, qərar verdim: İddiaçı MMC-nin cavabdehlər Cavabdeh3 MMC, Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən (“elektron kabinet”lərinə yerləşdirildikdən) sonra 10 gün müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-5620/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-5620/2025
18.07.2025 · Torpaq mübahisələri - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver