Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5628/2024 17.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Qanuni nümayəndə qarşı icarə müqaviləsinin ləğv edilməsi, əmlakın qaytarılması və pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: icarə müqaviləsi, əmlakın qaytarılması, icarə haqqının ödənilməsi) Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, X1 katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Qanuni nümayəndə qarşı icarə müqaviləsinin ləğv edilməsi, əmlakın qaytarılması və pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Qanuni nümayəndə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 16 iyun 2023-ci il tarixli, № 16/0623P2 saylı icarə müqaviləsinin ləğv olunması, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 16 iyun 2023-ci il tarixli, № 16/0623P2 saylı icarə müqaviləsi və İddiaçı MMC ilə digər cavabdeh Qanuni nümayəndə arasında bağlanmış xx.xx.2023-cü il tarixli “zaminlik müqaviləsi” əsasında icarə haqqından yaranmış 47619,81 manat məbləğində pulun cavabdehlərdən tutularaq, İddiaçı MMC-yə verilməsi, cavabdehə təqdim olunmuş 1 ədədinin qiyməti 25 manat olmaqla, 4000 ədəd 3,85 metr ölçülü dəmir dirəklərin və yaxud onların dəyəri olan 100000 manat pulun, 1 ədədinin qiyməti 20 manat olmaqla 300 ədəd 1,5 metr ölçülü dəmir dirəklərin və yaxud onların dəyəri olan 6000 manat pulun cavabdehlərdən alınaraq İddiaçı MMC-yə verilməsi, hüquqi yardım üçün vəkilə ödənilən 300 (üç yüz) manat pul və ödənilmiş 444 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Qanuni nümayəndə alınaraq İddiaçınə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh1 arasında 16 iyun 2023-ci il tarixli, № 16/0623P2 saylı iddiaçının əmlakının icarə verilməsinə dair müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən icarəyəverən ona məxsus olan əmlakı icarəçinin istifadəsinə verməyi, icarəçi isə bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə nəzərdə tutulmuş icarə haqqını, daşınma, quraşdırma/sökmə işlərinin ödənişini müəyyən edilmiş vaxtda və qaydada icarəyə verənə ödəməyi öhdəsinə götürür. Müqavilənin 3.4.2-ci bəndinə əsasən icarəçinin əmlakı bu müqavilənin müddəti başa çatdıqdan sonra vaxtında geri qaytarmaq vəzifəsi müəyyən edilmişdir. İcarə müqaviləsinə əlavə olunmuş müvafiq əlavələrdə icarəyə verilən əmlakların qiymətləri razılaşdırılmışdır. Bundan başqa, müqavilə üzrə öhdəliklər tam şəkildə yerinə yetirilərək, icarəyə verənə məxsus bir sıra əmlaklar müvafiq vaxtlarda aktlarla icarəçiyə təhvil verilmişdir. Belə ki, cavabdehə xx.xx.2023-cü il tarixli, 01 saylı aktla və xx.xx.2023-cü il tarixli, 02 saylı aktla verilən cəmi 4000 (dörd min) ədəd 3,85 metr ölçülü dəmir dirəklərin 1 ədədinin 1 aylıq icarə qiyməti müqaviləyə 01 saylı və 02 saylı əlavələr ilə 1 manat, xx.xx.2023-cü il tarixli 02 saylı aktla verilən cəmi 300 (üç yüz) ədəd 1,5 metr ölçülü dəmir dirəklərin 1 ədədinin 1 aylıq icarə qiyməti müqaviləyə 02 saylı Əlavə ilə 1 manat müəyyən edilmişdir. Müqavilə üzrə cavabdehə təhvil verilən əmlakların dəyəri aşağıdakı kimidir: 3.85 metr ölçülü dəmir dirəklərin 1 ədədinin qiyməti 25 manat olmaqla, 4000 ədədinin qiyməti 100000 manat, 1,5 metr ölçülü dəmir dirəklərin 1 ədədinin qiyməti 20 manat olmaqla 300 ədədinin qiyməti 6000 manat. Cavabdeh həmin avadanlıqları Beyləqan rayonunda şəhərin girişində tikilməkdə olan yeni ticarət mərkəzinin tikinti sahəsinə aparmış və hazırda orada istifadə edilir. xx.xx.2024-cü ilədək Cavabdeh1 MMC-nin 47619,81 manat icarə (həmçinin daşınma) haqqı borcu yaranmış, lakin cavabdehlər nə icarə haqqını ödəmir, nə də ona təhvil verilmiş 106000 manat dəyərində olan avadanlıqları bu günədək geri qaytarmamışdır. Bununla yanaşı, xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsinə əsasən digər cavabdeh Qanuni nümayəndə İddiaçı MMC ilə Cavabdeh1 MMC arasında bağlanmış 16 iyun 2023-ci il tarixli, № 16/0623P2 saylı icarə müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərin Cavabdeh1 tərəfindən yerinə yetirilməsinə görə cavabdehliyi öz üzərinə götürmüşdür. Hazırda cavabdehlərin qeyd olunan icarə (həmçinin daşınma) və zaminlik müqavilələri üzrə İddiaçı MMC-yə 47619,81 manat məbləğində borcu yaranmışdır. Hər iki cavabdehə müqavilələr üzrə üzərlərinə düşən öhdəliyin yerinə yetirilməsi ilə bağlı xəbərdarlıqlar, pretenziyalar edilməsinə baxmayaraq, heç bir müsbət nəticə əldə olunmamışdır.
3. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 16 iyun 2023-ci il tarixli, № 16/0623P2 saylı icarə müqaviləsi və İddiaçı MMC ilə digər cavabdeh Qanuni nümayəndə arasında bağlanmış xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsi əsasında icarə (həmçinin daşınma) haqqından yaranmış 47619,81 manat məbləğində pulun cavabdehlərdən tutularaq İddiaçı MMC-yə verilməsi, cavabdehə təqdim olunmuş 1 ədədinin qiyməti 25 manat olmaqla, 4000 ədəd 3,85 metr ölçülü dəmir dirəklərin və yaxud onların dəyəri - 100000 manat pulun, 1 ədədinin qiyməti 20 manat olmaqla, 300 ədəd 1,5 metr ölçülü dəmir dirəklərin və yaxud onların dəyəri - 6000 manat pulun cavabdehlərdən alınaraq İddiaçı MMC-yə verilməsi, hüquqi yardım üçün vəkilə ödənilən 300 (üç yüz) manat pul və ödənilmiş 444 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Qanuni nümayəndə alınaraq İddiaçınə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 421.2-ci maddələrinə istinad olunmuşdur.
5. Cavabdehlər tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.
6. Cavabdehlər Cavabdeh1 və Qanuni nümayəndə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
7. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
8. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, icarəyə verən qismində İddiaçı MMC ilə icarəçi qismində Cavabdeh1 MMC arasında xx.xx.2023-cü il tarixli, 16/0623P2 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən icarəyəverən ona məxsus olan əmlakı icarəçinin istifadəsinə verməyi, icarəçi isə bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə nəzərdə tutulmuş icarə haqqını, daşınma, quraşdırma/sökmə işlərinin ödənişini müəyyən edilmiş vaxtda və qaydada icarəyə verənə ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən aylıq icarə haqqı tərəflərin qarşılıqlı razılığına əsasən bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə müəyyən edilir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən müqavilə imzalandığı gündən qüvvəyə minir. İcarəyə verən müvafiq avadanlığı icarəyə təhvil verdikdən sonra icarə haqqının hesablanması başlayır. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən icarəçi icarə haqqını hər ayın ilk həftəsi növbəti ay üçün tam olaraq icarəyə verənə nağd ödəyir və va hesablaşma hesabına köçürür. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən bütün vergilər icarəçi tərəfindən ödənilir. Həmin müqavilənin 3.1.2-ci bəndinə əsasən icarə haqqının vaxtında odənilməsini icarəçidən tələb etmək icarəyəverənin hüququdur. Həmin müqavilənin 3.4.2-ci bəndinə əsasən icarəçinin əmlakı bu müqavilənin müddəti başa çatdıqdan sonra vaxtında geri qaytarmaq icarəçinin vəzifəsidir. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən müqavilə 1 il müddətinə bağlanır. Müqaviləyə xitam verilməsi ilə bağlı tərəflər bir-birini xəbərdarlıq etməzlərsə, müqavilə eyni müddətə eyni şərtlərlə uzadılmış hesab edilir.
9. xx.xx.2023-cü il tarixli, 16/0623P2 nömrəli icarə müqaviləsinə 1 saylı əlavədən görünür ki, 3,85 m dəmir dirəyin 1 ədədinin icarə haqqı 1 manat müəyyənləşdirilmişdir.
10. xx.xx.2023-cü il tarixli, 16/0623P2 nömrəli icarə müqaviləsinə 2 saylı əlavədən görünür ki, 3,35 m dəmir dirəyin 1 ədədinin icarə haqqı 1 manat, 1,5 m dəmir dirəyin 1 ədədinin icarə haqqı 1 manat müəyyənləşdirilmişdir.
11. xx.xx.2023-cü il tarixli, 1 nömrəli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC tərəfindən 3000 ədəd 3,85 m dəmir dirək Cavabdeh1 MMC-yə təhvil verilmişdir.
12. xx.xx.2023-cü il tarixli, 2 nömrəli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC tərəfindən 1000 ədəd 3,35 m dəmir dirək və 300 ədəd 1,5 m dəmir dirək Cavabdeh1 MMC-yə təhvil verilmişdir.
13. İddiaçı MMC, Cavabdeh1 MMC və Qanuni nümayəndə arasında bağlanan xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsinə əsasən zamin Qanuni nümayəndə xx.xx.2023-cü il tarixli, 16/0623P2 nömrəli icarə müqaviləsi ilə müəyyən edilmiş əsas öhdəliklərin yerinə yetirilməsinə görə cavabdehlik daşımağı öz öhdəsinə götürmüşdür.
14. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi xidmətlər haqqında PR1469- 2308 nömrəli aktdan görünür ki, İddiaçı MMC tərəfindən göstərilən xidmətlərin dəyəri ƏDV daxil 11628,71 manat təşkil edir.
15. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi xidmətlər haqqında PR1469- 2309 nömrəli aktdan görünür ki, İddiaçı MMC tərəfindən göstərilən xidmətlərin dəyəri ƏDV daxil 15206,27 manat təşkil edir.
16. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi xidmətlər haqqında PR1469- 2311 nömrəli aktdan görünür ki, İddiaçı MMC tərəfindən göstərilən xidmətlərin dəyəri ƏDV daxil 5074 manat təşkil edir.
17. İddiaçı MMC tərəfindən Cavabdeh1 MMC-yə göndərilmiş pretenziya məktubundan görünür ki, borc məbləğinin 3 gün müddətində ödənilməsi və əmlakların qaytarılması tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.
18. İddiaçı MMC tərəfindən Qanuni nümayəndə göndərilmiş pretenziya məktubundan görünür ki, borc məbləğinin 3 gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 697.1-ci maddəsinə əsasən kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmənin mövqeyi
21. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında 16 iyun 2023-ci il tarixli, № 16/0623P2 nömrəli icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, Cavabdeh1 MMC müqaviləyə əsasən icarə haqqının ödənilməsi ilə bağlı öhdəliklərini lazımi qaydada icra etməmişdir. Belə ki, müqaviləyə əsasən iddiaçı ona məxsus əmlakı cavabdehə icarəyə vermiş, cavabdeh isə icarə haqqını (eyni zamanda müqavilədə nəzərdə tutulmuş daşınma xərcləri) ödəməmişdir. Eyni zamanda İddiaçı MMC, Cavabdeh1 MMC və Qanuni nümayəndə arasında bağlanan xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Qanuni nümayəndə xx.xx.2023-cü il tarixli, 16/0623P2 nömrəli icarə müqaviləsi ilə müəyyən edilmiş əsas öhdəliklərin yerinə yetirilməsinə görə cavabdehlik daşımağı öz öhdəsinə götürmüşdür. İddiaçı cavabdehlərdən 47619,81 manat məbləğində ödənilməmiş icarə haqqının tutulmasını xahiş edir.
22. Əvvəla, qeyd olunmalıdır ki, iddiaçı məhkəmə iclasında verdiyi izahatında tələb olunan məbləğə ƏDV məbləğinin daxil edilmədiyini bildirmişdir. İddiaçı məhkəməyə hər iki tərəfin təsdiq etdiyi 3 akt təqdim etmişdir. Həmin aktlar üzrə ƏDV-siz məbləğ 27041,51 manat (9854,84+12886,67+4300=27041,51) təşkil edir və xx.xx.2023-cü il tarixədək olan dövrü əhatə edir. İddiaçının nümayəndəsi verdiyi izahatında növbəti aylar üçün aktların cavabdehə təqdim edilməsinə baxmayaraq, cavabdeh tərəfindən imzalanmadığını bildirmişdir. İddiaçı xx.xx.2024-cü ilədək yaranmış borcun tutulmasını xahiş etmişdir (aylıq icarə haqqı 4300 manat təşkil etmişdir). İddiaçının nümayəndəsi əslində icarə haqqı məbləğinin daha çox olduğunu, lakin bəzi hallar nəzərə alınaraq, cavabdehə güzəşt etdklərini və tələbdə qeyd olunan məbləğin cavabdehlərdən tutulmasını xahiş etmişdir. İddia tələbində qeyd olunan əmlakların cavabdehə təhvil verilməsi (ümumilikdə 4300 ədəd dirək) təhvil-təslim aktları ilə öz təsdiqini tapır və həmin əmlaklar iddiaçıya qaytarılmamışdır. Ona görə də məhkəmənin qənaətinə əsasən iddiaçı həmin tələbi cavabdehlərə qarşı irəli sürməkdə haqlı olmuşdur.
23. Məhkəmə qanunvericilik normalarını, cavabdehlərin icarə müqaviləsi və zaminlik müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli və cavabdehlər Cavabdeh1 MMC və Qanuni nümayəndə birgə qaydada 47619,81 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Belə ki, Qanuni nümayəndə ilə bağlanmış zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən o, xx.xx.2023 tarixli 16 0623P2 saylı icarə müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq (bənd 1), öz öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə velirmədikdə icarəyəverənin qarşısında icarəçinin öhdəliklərinə görə tam həcmdə məsuliyyət daşımaq (bənd 2.1), birgə məsuliyyət daşımaq (bənd 2.3) öhdəliyini üzərinə götürmüşdür.
24. Eyni zamanda iddiaçı Cavabdeh1 MMC-yə təqdim olunmuş 1 ədədinin qiyməti 25 manat olmaqla, 4000 ədəd 3,85 metr ölçülü dəmir dirəklərin və yaxud onların dəyəri - 100000 manat pulun, 1 ədədinin qiyməti 20 manat olmaqla, 300 ədəd 1,5 metr ölçülü dəmir dirəklərin və yaxud onların dəyəri - 6000 manat pulun cavabdehlərdən alınaraq İddiaçı MMC-yə verilməsini xahiş etmişdir.
25. Bununla bağlı məhkəmə qeyd edir ki, əvvəla, xx.xx.2024-ci il tarixli pretenziya məktubunda müqavilənin 1.1-ci, 3.4.2-ci bəndlərinin şərtləri cavabdehin diqqətinə çatdırılmış, həmçinin əlavə olunan ərizədə və xx.xx.2024-cü il tarixli məktubda müqavilənin ləğvi tələbi də öz əksini tapmışdır. Eyni zamanda göndərilən xəbərdarlıqlarda pul tələbi ilə yanaşı, əmlakların da geri qaytarılması tələb olunmuşdir ki, bu da əslində iddiaçının cavabdehlə müqavilə münasibətlərinin davam etdirilmək niyyətində olmaması, müqavilədən imtina etmək niyyəti kimi qəbul edilməlidir.
26. Ttərəflər arasında imzalanmış təhvil-təslim aktları ilə müəyyən edilir ki, İddiaçı MMC tərəfindən 3000 ədəd 3,85 m dəmir dirək, 1000 ədəd 3,35 m dəmir dirək və 300 ədəd 1,5 m dəmir dirək Cavabdeh1 MMC-yə təhvil verilmişdir. Ona görə də iddia tələbi sözügedən hissədə qismən təmin edilməli və Cavabdeh1 MMC-yə təhvil verilmiş 1000 ədəd 3,35 metr ölçülü, 3000 ədəd 3,85 metr ölçülü, 300 ədəd 1,5 metr ölçülü dəmir dirəklər alınaraq İddiaçınə geri qaytarılmalıdır. Məhkəmə iclasında iddiaçı hazırda bütün əmlakların yerində olduğunu bildirmişdir.Eyni zamanda iddiaçı tərəfindən dirəklərin dəyəri ilə bağlı sübut təqdim edilməmiş, ekspertizanın təyin edilməsinə isə zərurətin olmadığını bidirmişdir. Ona görə də dirəklər olmadığı təqdirdə onların dəyərinin cavabdehdən tutulması hissəsində iddia tələbi təmin edilməməlidir.
27. Eləcə də, iddiaçı hüquqi yardım üçün vəkilə ödənilən 300 (üç yüz) manat pulun və ödənilmiş 444 manat dövlət rüsumunun cavabdehlərdən onun xeyrinə tutulmasını xahiş etmişdir.
28. Məhkəmə hesab edir ki, cavabdehlərdən birgə qaydada 300 (üç yüz) manat məbləğində hüquqi yardım xərci və ödənilmiş tələbə mütənasib olaraq ödənilmiş dövlət rüsmunun əvəzi olaraq 137,52 manat (yüz otuz yeddi manat əlli iki qəpik) məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Qanuni nümayəndə birgə qaydada 47619,81 manat (qırx yeddi min altı yüz on doqquz manat səksən bir qəpik) məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. Cavabdeh1nə təhvil verilmiş 1000 ədəd 3,35 metr ölçülü, 3000 ədəd 3,85 metr ölçülü, 300 ədəd 1,5 metr ölçülü dəmir dirəklər alınaraq İddiaçınə geri qaytarılsın. Cavabdehlər Cavabdeh1 və Qanuni nümayəndə birgə qaydada 300 (üç yüz) manat məbləğində hüquqi yardım xərci, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 137,52 manat (yüz otuz yeddi manat əlli iki qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova